Məhkəmə qərarları › İş №2(103)-7528/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7528/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7528/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərardadından İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmış, həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 268.2-ci maddəsinə görə isə, qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. İş materiallarından görünür ki, şikayət mövzusu olan qərardad iddiaçı təşkilatın nümayəndəsi X1 yanında (onun iştirakı ilə keçirilən iclasda) elan edilmiş və həmin tarixdə də qəbzə imza etdirilməklə ona təqdim olunmuş, qərardaddan iddiaçı təşkilat tərəfindən verilmiş şikayət 22.04.2021-ci il tarixdə poçta təhvil verilərək 23.04.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi İddiaçı QSC BOKT, qərardadın mövcudluğundan artıq 04.04.2021ci il il tarixdə məlumatlı olmuşdur və buna görə də şikayəti vaxtında verib-vermədiyi məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1479/2021 saylı iş üzrə 04 iyun 2021-ci il tarixli qərardadından İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin vaxtında verilib-verilmədiyinin aydınlaşdırılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar