Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7528/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 4446/2022 saylı qərardadından iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli, 85-K nömrəli əmrin ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-4446/2022 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(004)-4446/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək iş ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklifini göndərildiyini, cavabdehin heç bir qanunvericilik aktına istinad etmədən iddiaçının təklifi imza etməli olmasını bildirdiyini, sonradan mediasiya prosesinin keçirilməsi barədə cavabdehə mediator tərəfindən bildiriş göndərildiyini, lakin cavabdehin nümayəndəsi iştirak etmədiyindən iddiaçıya bu barədə arayışın verildiyini, beləliklə iddiaçının qanunla müəyyən edilmiş qaydada məhkəməyəqədər ilkin mediasiya sessiyasında iştirak etdiyini bildirmişdir.Lakin məhkəmə bunları nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün 1-ci instansiya məhkəməsinə qaytrılmalıdır. Belə ki, iş materiallarından görünür ki, (i/v-22) Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli MŞB/6-4199 saylı Arayış verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13. maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallardaməhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-4446/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş məhkəmə icraatının davam etdirilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanun qüvvəsini alır.
Məhkəmə qərarları › İş №2(103)-7528/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7528/2022
14.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver