Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7533/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğluvə Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Ərizəçi və vəkili X4 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-361/2020 mülki işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “xx.xx.1949-cu il təvəllüdlü X2 ölmüş elan edilməsi” tələbinə dair ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-361/2020 mülki işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 41.1 , 41.2, 41.3, 41.4 77.1, 76.1 və 76.2, 307.1, 308, 313-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Ərizəçi xx.xx.1949-cu il təvəllüdlü X2 ölmüş elan edilməsini tələb etsə də, X2 onun əmisi olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iş materiallarında ərizəçinin ölmüş elan edilməsini tələb etdiyi şəxsin- X2 axtarışda olması ilə bağlı hər hansı sübuta rast gəlinmədi. Qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən ediləbilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Ərizəçi apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-361/2020 saylı qətnaməsinin ləğv edilməsi, xx.xx.1949-cu il təvəllüdlü X2 ölmüş elan edilməsi ilə bağlı ərizəçinin ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1, 220.4, 307.2.3, 308, 314.4, 384.0.2, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Derjinski (indiki Nəsimi) rayon icrakomunun mənzil idarəsi tərəfindən 03098 nömrəli xx xxxxxx 1959-cu il tarixli orderə əsasən, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 53.6 kv.metr sahəsi olan 64 saylı mənzil vətəndaş X1 və 7 nəfər ailə üzvünün istifadəsinə verilmişdir. X1 xx xxxxxx 1971-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2019- cu il tarixli 106 nömrəli Forma 2 arayışına əsasən yuxanda qeyd olunan mənzildə X6, X7, X10, X9, X5, X13 qeydiyyatdadır. Ərizəçinin əmisi xx.xx.1949-cu il təvəllüdlü X2 harada olması barədə 2012-ci il tarixindən etibarən ailə üzvlərində hər hansı məlumat mövcud deyildir. Onunla bütün əlaqələrini itirmişlər. X2 olmaması səbəbindən onlar hal-hazırda istifadə etdikləri mənzili özəlləşdirə bilmirlər. Nəticədə ərizəçi və ailə üzvlərinin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını həyata keçirə bilmirlər. İş materiallarına sübut kimi əlavə edilən, onlarla uzun müddət qonşuluq edən qonşuların notarial qaydada təsdiq edilmiş ərizələrində qeyd olunur ki, X6 ünvan 1 ünvanındakı 64 saylı mənzildə qeydiyyatda olmasına baxmayanıq 2012-ci ildən bu günədək onun orada yaşadığını görməmişlər. Lakin məhkəmə bu faktı nəzərə almamışdır. Bundan əlavə, ərizəçi tərəfindən xx xxxxx 2017-ci il tarixində Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ərizə ilə müraciət edilərək əmisi X2 tapılması ilə bağlı ərizəçiyə köməklik göstərilməsi xahiş olunmuşdur. 21-ci Polis Bölməsinin xx xxx 2017-ci il tarxixli 085-2174D- 1217 nömrəli məktubunca bildirilmişdir ki, X2 yerini müəyyən etmək üçün tədbirlər görülmüş, lakin keçirilmiş tədbirlər nəticəsində onun yerini müəyyən etmək mümkün olmamışdır. Lakin əfsuslar olsun ki, məhkəmə şəxsin axtarışda olmasına dair hər hansı məlumatın olunmaması barədə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin xx.xx.2019-cu il tarixli 0xx/xx-12239-1219 saylı məktubunu əsas gətirərək. Nəsim: Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin xx xxx 2017-ci il tarxixli 085-2174İD-1217 nömrəli məktubunu nəzərə almadan ərizəni təmin etməmişdir. Məhkəmə tərəfindən 2 məktub arasında mövcud olan ziddiyyətlər araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini müdafiə edərək, əmisinin ruhi xəstə olduğunu, dəfələrlə evi tərk edərək sonra yenidən qayıtdığını, artıq yaşlı olduğundan və evi tərk etməsindən 8 il keçdiyindən öldüyünü ehtimal etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən vəkili X11 apellyasiya şikayətini müdafiə edərək, X2 2012-ci ildən evi tərk edərək qayıtmadığını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməli olduğunu, şəxsin yaşadığı yerdə onun haqqında məlumat alınmamağı barədə qonşularının izahatlarının olduğunu, Nəsimi rayon Polis İdarəsinə şəxsin axtarışı ilə bağlı müraciət edildiyi və son müraciətdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda müraciətlə bağlı Mais Hacıyevin Bakı şəhəri və Respublika üzrə itkin düşmüş eyni yaş kateqoriyasına uyğun şəxslərin siyahısı üzrə yoxlanıldığı, lakin müsbət nəticə əldə edilmədiyi, müraciət üzrə zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinə göndərildiyinin qeyd edildiyini, şəxs ölmüş elan edilmədiyindən mənzili özəlləşədirə və vərəsəlik hüquqlarını həyata keçirə bilmədiklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, işin hallarını, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanımalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 259.0.9, 259.0.10 və 259.0.12-ci maddələrin tələblərinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; dövlət qeydiyyatından imtina edilməsi (boyun qaçırılması), habelə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsəhabelə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məcəllənin 76.1, 77.1, 78.1, 149.2.3, 149.4, 150.0.5 və 151.1-ci maddələrin tələblərinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməli, işin zəruri həlli üçün müvafiq vəsatətlər verilməli və ərizə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki tələbi biləvasitə tənzimləyən məcəllənin 313-315-ci maddələri xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən halların Ərizədə şərh edilməsi və yalnız itkin düşən barədə (məlum son yaşayış yeri və iş yeri, əmlakı və s.) məhkəmə tərəfindən tədbirlərin görülməsi təsbit edilmişdir. Hazırki ərizədəki tələb isə şəxsin xəbərsiz itkin düşmüş hesab etməsi deyil ölmüş elan edilməsi barədə olduğundan qeyd edilən vəzifələrin məhkəmə tərəfindən həyata keçirilməsi istisna edilir. Kollegiya qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən mötəbər sübutlar əsasında mümkündür. Son təqdim edilən məktubdan isə səlahiyyətli hüquq mühafizə orqanlarında hal-hazırda araşdırma aparıldığı müəyyən edilir. Qeyd edilən və ərizənin məqsədlərinə dair hüqüqlar (qeydiyyatdan imtina) barədə sübutları təqdim etmək imkanı tükənmədiyindən, ərizəçi aidiyyəti orqanlara müraciət etməli və ilk olaraq özünün məqsədləri üçün şəxsin ölmüş elan edilməsi faktının zəruriliyin müəyyən (sübut) etməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, dövlət rüsumu üzrə məhkəmə xərci tərəflərin özlərinə aid edilməlidır. Göstərilənlərə əsaslanaraq və MPM-in 107-125, 149-152, 259, 260, 263, 264, 313, 314, 316, 384, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-361/2020 mülki işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-7533/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7533/2020
19.10.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver