Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7535/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabehin nümayəndəsi Zaur Hüseynovun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, xx.xx.2011-ci il tarixli qətnamədən apelyasiya şikayəti verilməsi müddətinin bərpası üçün cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, qətnamədən şikayət verilməsi müddəti 1 aydır, bu müddətin axımı qətnamənin surətinin cavabadehə verildiyi tarixdən başlayır. Qətnamənin surəti xx.xx.2011-ci il tarixdə cavabdehə verilib, bu barədə poçt xəbərnaməsi var (iş v. 121). Bundan 9 ilə yaxın vaxt keçdikdən sonra cavabdeh qətnamədən apelyasiya şikayəti verib, eyni zamanda ərizə ilə müraciət edərək apelyasiya şikayəti verilməsi müddətinin bərpasını xahiş edib. Müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədiyinə görə müddət bərpa edilə bilməz. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 133-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7535/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7535/2020
02.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver