Məhkəmə qərarları › İş №2(103)-7537/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7537/2023

15.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7537/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2(011)-6603/2023 saylı qərardadından iddiaçının hüquqi varisi X6 tərəfindən verilmiş verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli 2(011)-8/2007 saylı qərardadı ilə Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi 17 saylı evlə bağlı X6 ilə cavabdehlər Cavabdeh1 Yuriyevnanın və X1 aralarında bağlanmış 24 oktyabr 2007-ci il tarixli barışıq sazişi təsdiq edilmiş, İddiaçı Cavabdeh1 Yuriyevnaya və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsinə və mənzildən çıxarılmalarına dair, Cavabdeh1 Yuriyevnanın və qeyrilərinin İddiaçı və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin ləğv edilməsi, mənzilə mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçının hüquqi varisi X6 01 avqust 2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli 2(011)-8/2007 saylı qərardadından şikayət vermiş, həmçinin qərardaddan şikayət verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(011)- 6603/2023 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli 2(011)-8/2007 saylı qərardadından iddiaçının hüquqi varisi X6 tərəfindən şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli 2(011)-8/2007 saylı qərardadının ləğv edilməsi qərara alınmışdır. İş üzrə cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(011)-6603/2023 saylı qərardadından şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(011)-6603/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(011)-6603/2023 saylı qərardadından X3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2(103)-6027/2023 tarixli qərardadı ilə cavabdeh X5 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(011)- 6603/2023 nömrəli qərardadının ləğv edilməsi, mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8/2007 saylı, 29 oktyabr 2007-ci il tarixli qərardadından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(011)-6603/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007- ci il tarixli 2(011)-8/2007 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə iddiaçının hüquqi varisi X4 ərizəsinin rədd edilməsi, şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Daha sonra iddiaçının hüquqi varisi X6 şikayət ilə məhkəməyə müraciət edərək, şikayətin təmin edilməsini və işin məhkəmə baxışına çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2(011)-6603/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6603/2023 saylı 24 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçının hüquqi varisi X6 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Hazırda iddiaçının hüquqi varisi X4 nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 noyabr 2023- cü il tarixli 2(011)-6603/2023 saylı qərardadından şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6603/2023, xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarxində rəsmən təqdim edilmiş qərardadının ləğv edilərək iddiaçının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli 2- 8/2007 saylı qərardadından vermiş olduğu şikayətin təmin edilməsi və işin məhkəmə baxışına çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki olan halları müəyyən edilmədən düzgün nəticəyə gəlməmişdir. Araşdırma düzgün aparılsa məhkəmə tərəfindən işin hallarına uyğun olaraq maddi hüquq normalrı tətbiq edilər və şikayət təmin edilərək iş məhkəmə araşdırmasına çıxarılmalı idi. Halbuki, təqdim edilən əsasların yanlış olduğu kimi iddiaçı tərəfindən müdafiəyə şərait yaradılmaması bütün halları ortaya qoyacaqdı. Hadisədən məlumatı olan kimi müraciətlər edilmiş və Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. Sayılmamasına səbəb kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli 2-8/2007 saylı qərardadının qüvvədə olması göstərilmişdir. Göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ciil tarixli 2-8/2007 saylı qərardadı iddiaçının mülkiyyət hüquqlarını pozmaq, cavabdehlər tərəfindən saxta sənədlər əldə edilməsinə səbəb olmuşdur. Bu səbəbdən də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli 2-8/2007 saylı qərardadı ləğv edilərək iddiaçının Cavabdeh1 və qeyrilərinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsinə və mənzildən çıxarılmalarına” dair iddia üzrə icraat təzələnməlidir. Lakin göründüyü kimi məhkəmə qərardadı iddiaçını bu hüququndan məhrum edir. Məhkəmə tərəfindən şikayət araşdırılarkən (natamam) tərəf olaraq prossesual hüquqları pozulmuş və müdafiə üçün şərait yaradılmamışdır. Belə ki, gizlədilmiş faktların ortaya qoyulması, ədalətli araşdırmanı təmin etmək kimi xahişlər olsa da məhkəmə tərəfindən nəzərə alınmamış, dinlənmə hüquqları pozulmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. Sayılmamasına səbəb kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli 2-8/2007 saylı qərardadının qüvvədə olması göstərilmişdir. Məhkəmə tərəfindən bunlara qiymət verilməmişdir. 24 oktyabr 2007-ci il tarixli Barışıq sazişi olmuşdur ki, həmin saziş əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli 2-8/2007 saylı qərardadı ilə həmin barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bir müddət keçdikdən sonra cavabdeh olan Cavabdeh1 və qeyriləri müqavilənin və barışıq sazişinin tələblərindən kənara çıxaraq iddiaçıya məxsus olan yaşayış evinə dair sənədləri ləğv edərək özlərinə saxta yolla mülkiyyət əldə ediblər. Əlində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş xx.xx.2008-ci il tarixli, ******* nömrəli çıxarışla mübahisəli yaşayış evi iddiaçının tam mülkiyyətinə verilib. Lakin qərardad bu münasibətləri tənzimləməmişdir və Çernomazova barışıq sazişini pozmaqla mülkiyyətə müdaxilə etməsinə hüquqi qiymət verməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(011)-6603/2023 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır; 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir; 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə şikayət Mülki- Prossesual Məcəllə ilə müəyyən edilmiş formaya (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur) riayət edilmədən tərtib edilmiş və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Bu sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətin həmin qaydada verilməməsi onun qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli 2-8/2007 saylı qərardadından iddiaçının hüquqi varisi şikayət vermişdir. Lakin həmin şikayət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmiş, o cümlədən şikayət məhkəmədə tətbiq edilən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmamışdır. Bu halın mövcudluğu öz növbəsində şikayətin geri qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli 2-8/2007 saylı qərardadından şikayət Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən tərtib edilmiş və birinci instansiya məhkəməsi bu əsasla şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının hüquqi varisi X4 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2(011)-6603/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar