Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7542/2022 04.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(010)-1450/2021 saylı qətnaməsindən Cavabdeh Müsənnif oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı rayon məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(010)-1450/2021 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh Müsənnif oğluna qarşı pul tələbinə dair iddia qismən təmin edilmiş, Cavabdeh Müsənnif oğlundan 23000 manat tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulması qət edilmişdir. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(010)-1450/2021 saylı qətnaməsindən Cavabdeh Müsənnif oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti 01 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(010)-1450/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş mülki prosessual qanunvericiliyin tələblərinə əməl olunması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayət geri qaytarılmışdır. Bundan sonra Cavabdeh Müsənnif oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Bakı şəhər Suraxanı rayon məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(010)-1450/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda, vəsatət verərək buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır (maddə 133.4 -133.5). İşin materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin müddətin bərpası barədə verdiyi ərizəyə baxaraq onun əsaslı olub-olmaması məsələsinə münasibət bildirmədən apellyasiya şikayətini baxılması üçün iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bununla da məhkəmə MPM-in 133-cü maddəsində nəzərdə tutulmuş prosessual qaydalara riayət etməmişdir. Yaranmış vəziyyət isə şikayətə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də apellyasiya şikayət qeyri-mümkün hesab edilərək, MPM-in 133-cü maddəsində nəzərdə tutulmuş prosessual qaydalara riayət edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı Cavabdeh Müsənnif oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhər Suraxanı rayon məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(010)-1450/2021 nömrəli qətnaməsindən Cavabdeh Müsənnif oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab olunsun. Apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Şəhəri Suraxan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7542/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7542/2022
04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver