Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7549/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əliyev Qurban Musa oğlunun cavabdeh “SOCAR-AQŞ” MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və ötən aylara görə ödənilmiş əmək haqqının ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı Əliyev Qurban Musa oğlunun, Cavabdeh “SOCAR-AQŞ” MMC-nin nümayəndəsi Rəhmanov Emin Yelmar oğlunun iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1552/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı Əliyev Qurban Musa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. SOCAR-AQŞ MMC-nin sürücü Əliyev Qurban Musa oğluna ünvanladığı 27.09.2022-ci il tarixli «işçi ştanının ixtisarı ilə bağlı xəbərdarlıq barədə» məktubunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin I hissəsinin «a» bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən bildirilmişdir ki, “SOCAR AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətində əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti ilə əlaqədar olaraq tutduğunuz Sürücü peşəsində çalışan işçi sayının qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisar edilməsi nəzərdə tutulur. “SOCAR AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə münasibətdə 5 ildən 10 ilədək əmək stajına malik olduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq bu xəbərdarlıq məktubunu aldığı (tanış olduğu) vaxtdan etibarən altı təqvim həftəsi qabaqcadan çalışdığı sürücü peşəsinin ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilirsiniz. Xəbərdarlılıq müddəti ərzində əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 gün iş axtarmağa ona imkan yaradılır.
2. SOCAR-AQŞ MMC-nin sürücü Əliyev Qurban Musa oğluna ünvanladığı 25.10.2022-ci il tarixli 27.09.2022-ci il tarixli işçilərin sayının ixtisarı ilə bağlı xəbərdarlığa əlavədən görünür ki, “SOCAR AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətində əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti ilə əlaqədar olaraq ona ixtisar ediləcəyi haqqında 27.09.2022-ci il tarixli xəbərdarlıq edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Yuxarıda qeyd edilən tələb rəhbər tutularaq işəgötürən tərəfindən peşəsi, sənəti nəzərə alınaraq əvvəlki əmək haqqı saxlanılmaqla ona takelajçı peşəsində işləmək təklif olunur. Ona ixtisar ediləcəyi haqqında 27.09.2022-ci il tarixli xəbərdarlıqda nəzərdə tutulan xəbərdarlıq müddəti başa çatanadək takelajçı keçib-keçməyəcəyi barədə münasibət bildirməsi xahiş olunmuşdur.
3. Əliyev Qurban Musa oğlunun SOCAR-AQŞ MMC-nin baş direktoruna yazdığı 26.10.2022-ci il tarixli ərizəsindən görünür ki, o, bildirir ki, SOCAR-AQŞ MMC-i ilə bağladığı əmək müqaviləsi müddətsizdir. Gələcək şəxsi planları ilə bağlı 26.10.2022-ci il tarixi ilə onunla bağlanmış əmək müqaviləsinin müəyyən müddətə bağlanılmaq şərti ilə 6 ay müddətinə uzadılaraq 25.04.2023-cü il tarixində xitam verilməsini xahiş etmişdir.
4. Əliyev Qurban Musa oğlu ilə SOCAR-AQŞ MMC arasında bağlanmış 16.11.2016-cı il tarixli 1086/KS №li əmək müqaviləsinə dəyişklikdən görünür ki, əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığına əsasən 26.10.2022-ci il tarixindən 2.1 bəndi aşağıdakı redaksiyada verilmişdir: 2.1 bəndi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 2-ci cümləsinə və 45-cı maddəsinin 6-cı hissəsinə əsasən 16.11.2016-cı il tarixli 1086/KS №li əmək müqaviləsinin müddəti tərəflərin qarşılıqlı razılığı ilə 25.04.2023-cü il tarixinədək uzadılır.
5. SOCAR-AQŞ MMC-nin sürücü Əliyev Qurban Musa oğluna ünvanladığı 04.11.2022-ci il tarixli məktubdan görünür ki, SOCAR-AQŞ MMC-də iş həcminin arzu olunan səviyyədə və iqtisadi durumu qənaətbəxş olmadığı səbəbindən ona 27.09.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin I hissəsinin tələb və qaydalarına uyğun olaraq işçi sayının ixtisarı ilə bağlı altı həftə qabaqcadan xəbərdarlıq verilmişdir. Xəbərdarlıq müddətində ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqlı müvafiq işə *vəzifəyə) götürülmək imkanları araşdırılaraq 25.10.2022-ci il tarixində ona takelajçı peşəsində işləmək təklif edilmişdir. Bu təkliflə tanış olmuş və 26.10.2022-ci il tarixində işəgötürənə yazılı müraciət edərək Cəmiyyətlə bağlanılmış müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsi ilə əvəz edərək 26.10.2022-ci il tarixindən 6 ay müddətinə bağlanılmasını və 25.04.2023-cü il tarixində xitam verilməsini xahiş etmidir. İşəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsini rəhbər tutaraq müraciətini təmin etmiş və onunla imzalanmış əmək müqaviləsinə edilmiş dəyişikliklər “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmişdir. Bildirilir ki, hazırda SOCAR-AQŞ MMC-də onun çalışdığı sürücü peşəsi üzrə iş həcmi mövcud deyil və bu peşə üzrə əmək funksiyalarının icrasına ehtiyac yoxdur. Yuxarıda qeyd edilən amillər, eləcə də, onun sosial vəziyyətini nəzərə alaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin II hissəsinə uyğun olaraq maddi təminatının yaxşılaşdırmaq, əmək haqqının ödənilməsini təmin etmək məqsədi ilə çalışdığı peşədə qalmaqla və əmək haqqı, məzuniyyət hüquqları saxlanılmaqla əmək funksiyasının icrasından azad edilmişdir.
6. SOCAR-AQŞ MMC-nin 25 aprel 2023-cü il İR-351/23 saylı «əmək müqaviləsinə xitam verilməsi barədə» əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin I hissəsini və 83-cü maddəsini rəhbər tutaraq “SOCARAQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü peşəsində işləyən Əliyev Qurban Musa oğlunun əmək müqaviləsinə 25 aprel 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi, Əmək haqqının hesablanması üzrə məsul şəxsə tapşırılsın ki, Əliyev Qurban Musa oğlunun sonuncu iş günü son haqq-hesab ödənişi verilərkən istifadə etmədiyi 9.26 təqvim günü əmək məzuniyyəti üçün pul əvəzi ödənilməsinin təmin edilməsi, İnsan Kapitalı bölməsinin əməkdaşına əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək kitabçasına, ƏMAS-da müvafiq qeydin aparılması, işçinin bu əmrlə tanış edilməsi, əmrin surətinin və əmək kitabçasının işçiyə işdən azad olduğu gün müvafiq qaydada verilməsinin həvalə edilməsi əmr edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Əliyev Qurban Musa oğlu cavabdeh “SOCAR-AQŞ” MMC-yə qarşı «işə bərpa və ötən aylara görə ödənilmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-AQŞ MMC üzərinə onu işdən çıxarması barədə 25 aprel 2023-cü il tarixli, IR-IR-351/23 saylı əmrin ləğv edilməsi, ötən aylara görə ödənilməmiş əmək haqqının ödənilməsi və əvvəlki işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16 noyabr 2016-cı ildən “SOCAR-AQŞ”MMC-də sürücü vəzifəsində işləmişdir. SOCAR-AQŞ MMC 25 aprel 2023cü il tarixli, IR-IR-351/23 saylı əmrə əsasən Əmək Məcəlləsinin 73-cü maddəsinin I hissəsini, 83-cü maddəsini rəhbər tutaraq həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin B bəndinə əsasən əmək müqaviləsi müddətinin qurtarması əsası ilə xitam vermişdir. Bildirmək istəyir ki, atası Əliyev Musa Əhməd oğlu 09.09.2016-cı il tarixdə SOCAR AQŞ MMC-də iş müddətində əmək funksiyalarının icrası zamanı suda batma nəticəsində vəfat etmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı akt tərtib edilmişdir. Atası əməyin mühafizəsi qaydalarının SOCAR AQŞ tərəfindən təmin edilməməsi ucbatından həlak olmuşdu. Bundan sonra SOCAR AQŞ MMC onu işlə təmin etmişdir. Təyin olunduğu vaxtdan sürücü vəzifəsində çalışırdı. Lakin hazırda o, heç bir səbəb olmadan vəzifənin icrasından kənarlaşdırılaraq işə buraxılmır. SOCAR AQŞ MMCnin xitama qədər ona ünvanlandığı xəbərdarlıq məktubuna nəzərə salarkən məlum olur ki, guya o, heç bir məcburiyyət altında qalmadan 26.10.2022-ci il tarixdə işəgötürənə müraciət edərək müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilərək 25.04.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Halbuki o, könüllü sürətdə və heç bir vəclə belə bir ərizə ilə işəgötürənə müraciət etməzdi. Bu məsələdə təbii olaraq savadsızlığından sui-istifadə edilmişdir. Xəbərdarlıq müddətində guya ixtisası nəzərə alınmaqla müvafiq işə götürülmək imkanları araşdırılaraq ona takelajçı peşəsində işləmək təklif olunmuşdur. Lakin hesab edir ki, bu onun peşəsinə bərabər tutulan peşələr sırasında daxil deyildir. Buna görə də tərəfindən həmin təklif rədd edilmişdir. Bundan başqa SOCAR AQŞ MMCdə sürücü vəzifəsi üzrə iş həcminin mövcud olmadığı bildirilir. Halbuki o, orda işlədiyi müddətdə də işdən çıxarılan sürücülərin ştat vahidləri ixtisara salınmadan onların əvəzinə yeni sürücülər işə qəbul olunurdu. Başqa sözlə, sürücü olaraq onun ixtisara salınmağı süni xarakter daşıyır və heç bir istehsalat zərurətindən irəli gəlmir. Hesab edir ki, ona qaşı qarşı baş vermiş qanunsuzluq, yəni müddətsiz əmək müqaviləsiin onun razılığı olmadan və ya aldatma yolu ilə ona müddətli əmək müqaviləsi ilə əvəz olunmasına dair imzalatdırılması konstitusion hüquqlarını ciddi mənada pozulması deməkdir.
9. Cavabdehin nümayəndəsi tərəfindən iddia tələbinə etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhqiq olunmuş və “Təhqiqat Aktı” tərtib edilmişdir. Daha sonra SOCAR-AQŞ Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi humanist addım ataraq bədbəxt hadisə nəticəsində həlak olmuş Əliyev Musa Əhməd oğlunun oğlu Əliyev Qurban Musa oğlunu 16.11.2016-cı il tarixindən 15.11.2017-ci il tarixinədək 1 (bir) il müddətinə sürücü peşəsinə işə qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddəti bitdikdən sonrakı 1 (bir) həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyi üçün, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə 5 dəfə uzadılmış və bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilmişdir. Lakin son vaxtlar Cəmiyyətdə is həcminin arzuolunan səviyyədə və iqtisadi durumun qənaətbəxş olmaması səbəbindən 27 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələb və qaydalarına uyğun olaraq işçilərin sayının, o cümlədən onun peşəsinin ixtisarı ilə bağlı 6 (altı) həftə qabaqcadan Əliyev Qurban Musa oğluna xəbərdarlıq verilmişdir. Xəbərdarlıq müddətində Q.Əliyevin ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla müvafiq işə (vəzifəyə) götürülmək imkanları araşdırılaraq 25.10.2022-ci il tarixində ona takelajçı peşəsində işləmək təklif edilmişdir. Daha sonra Əliyev Qurban Musa oğlu təkliflə tanış olmuş, lakin təkliflə razı olmadığı (imtina etdiyi) üçün 26.10.2022-ci il tarixində işəgötürənə yazılı müraciət edərək, onun müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilərək 26.10.2022-ci il tarixindən 6 ay müddətinə bağlanılmasını və 25.04.2023-ci il tarixində xitam verilməsini xahiş etmişdir. İşəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsini rəhbər tutaraq işçinin müraciətini təmin etmiş və işçinin əmək müqaviləsinə edilmiş dəyişikliklər “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmişdir. Bildirirlər ki, hazırda SOCAR-AQŞ MMC-də sürücü peşəsi üzrə tələb olunan iş həcmi məhduddur və şikayətçinin bu peşə üzrə əmək funksiyalarının icrasına ehtiyac yoxdur. Əlavə olaraq bildirirlər ki, - Socar-AQŞ MMC-nin «Bazar iqtisadiyyatı şəraitində rəqabət qabiliyyətinin aşağı düşməsi, iş həcinin azalması və yaranmış iqtisadi sətinliklirlər əlaqədar işçilərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan əsaslarla (ixtisar edilmiş daxil olmaqla) əmək müqavilələrinə mərhələri 01.09.2022ci il tarixli olmaqla xitam verilməsi haqqında 01.09.2022-ci il tarixli PR-1540/22-1 saylı protokola əsasən Socar-AQŞ MMC-də əsas istehsal sahələrinin rəhbər və mütəxəssislərinin iştirakı ilə 01.09.2022-ci il tarixində yığıncaq keçirilmiş və Cəmiyyətin bazar iqtisadiyyatı şəraitində rəqabət qabiliyyətliyinin aşağı düşməsi məsələləri müzakirə edilmişdir. İclasda qeyd edilmişdir ki, hazırda bir neçə platformlarda iş həcminin əhəmiyyətli dərəcədə azalması və ya başa çatdırılması, həmçinin Cəmiyyətin maliyyə vəziyyətinin əhəmiyyətli şəkildə azalması, yeni layihə və sifarişlərin olmaması nəticəsində Cəmiyyətin gəlirləri əsaslı şəkildə azaldılmışdır. Qeyd olunanları nəzərə alaraq və yaranmış iqtisadi çətinliklərlə bağlı mərhələli şəkildə işçilərin ixtisar edilməsi, həmçinin müddətli əmək müqavilələrinin müddətinin uzadılmaması qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin I hissəsinin «b» bəndini 73-cü maddəsinin I hissəsini, 77-ci maddəsinə əsasən Socar-AQŞ MMC 01.09.2022-ci ildə keçirilmiş yığıncaqda qərara alınmışdır ki, Socar-AQŞ MMC-də iş həcminin azalması və yaranmış tqtisadi çətnliklərlə əlaqədar işdə saxamasına üstünlük verilən işçilər nəzərə alınmaqla əmək qanunverixiliyi ilə SOCAR-AQŞ MMC-də iş həcminin azalması və yaranmış iqtisadi çətinliklərlə əlaqədar işdə saxlanmasına üstünlük verilən işçilər nəzərə alınmaqla, əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla bazalarda və platformalarda çalışan işçilərin sayı azaldılsın və müddətli əmək müqavilələrinin müddəti bitdikdə həmin müqavilələr növbəti müddətə uzadılmasın. Həmçinin də SOCAR-AQŞ MMC-də iş həcminn azalması və yaranmış iqtisadi çətinliklərlə bağlı işçilərin ixtisar edilməsi zərurəti ilə əlaqədar əsas istehsal sahələrinin rəhbər və mütəxəssislərin iştirakı ilə 16.03.2023-cü il tarixində keçirilmiş yığıncağın rəyini və Cəmiyyətin bazar iqtisadiyyatı şəraitind rəqabət qabiliyyətliyinin aşağı düşməsini, həmçinin hazırda Ümid-1, Günəşli-11, Qərbi Abşeron-10 saylı platformlarda iş həcmi əhəmiyyətli dərəcə azalmasını və sonlandırılmasını, bununla da Cəmiyyətin gəlirlərinin əhəmiyyətli şəkildə azalmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci madəsinin 1-ci hissəsinin b) bəndinə, 70-ci maddəsinə, 71-ci maddəsinin 1-ci və 3-cü hissələrinə, 77-ci maddəsinə və 78-ci maddəsinin 1-ci hissəsinə əsasən SOCAR-AQŞ MMC-nin 16 mart 2023-cü il 1048/23-1 saylı “Bazar İqtisadiyyatı şəraitində rəqabət qabiliyyətliyinin aşağı düşməsi, iş həcminin azalması və yaranmış iqtisadi çətinliklərlə əlaqədar işçilərin ixtisar edilməsi haqqında” əmrinə əsasən SOCAR-AQŞ MMC-də iş həcminin azalması və yaranmış iqtisadi çətinliklərlə əlaqədar işdə saxlanmasına üstünlük verilən işçilər nəzərə alınmaqla, əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla bazalarda və platformalarda çalışan işçilərin sayı azaldılmışdır. Yuxarıda qeyd edilənlər, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmək normalarının yaxşılaşdırılması halı olaraq işçinin maddi-sosial vəziyyəti nəzərə alınaraq, onun sürücü peşəsində qalmaqla əmək haqqının əmək funksiyalarını icra etmədiyi (işə gəlmədiyi) halda əmək müqaviləsinin müddəti bitənədək tam məbləğdə saxlanılması tərəflərindən təmin edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddəti bitdikdə Əliyev Qurban Musa oğlunun əmək müqaviləsinə qanunauyğun qaydada xitam verilmişdir.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1552/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddənin II, IV, VI hissələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 11, 12.1, 45.1-45.3, 47, 68, 70, 73, 76, 83, 84-cü, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı Əliyev Qurban Musa oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 26.10.2022-ci il tarixdə işəgötürənə müraciət edərək iddiaçıya müddətsiz əmək müqaviləsi əvəzinə müddətli əmək müqaviləsi ilə əvəz edilərək aldatma yolu ilə yəni, başqa peşəyə keçirilmə adı altında iddiaçının razılığı olmadan müqaviləyə imza atması onun konstitusion hüquqlarının pozulmasıdır. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış, düzgün və ədalətli qərarın çıxarılmasında maraqlı olmamışdır. Məhkəmə iş materiallarına əlavə olunmuş sübutlara əsaslanaraq, obyektiv araşdıraraq iddia tələbinə düzgün qiymət verilmədir. Belə ki, əmək müfəttişliyinin məhkəməyə cəlb olunaraq rəy alınması ilə bağlı məhkəmədən xahiş edilsə də, məhkəmə əmək müfəttişliyini məhkəməyə çağırmadan işə baxıb əsassız olaraq qətnamə qət etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı cavabdeh “SOCAR-AQŞ” MMC tərəfindən etiraz verilmişdir.
15. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı apellyasiya şikayətində qeyd edir ki, “SOCAR-AQŞ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əməyin mühafizəsi qaydalarının təmin edilməməsi ucbatından atam istehsalatda bədbəxt hadisə nəticəsində həlak olmuşdur. Bundan sonra Cəmiyyət məni işlə təmin etmişdir. Təyin olunduğum vaxtdan sürücü vəzifəsində çalışıram. Lakin hazırda mən heç bir səbəb olmadan vəzifəmin icrasından kənarlaşdırılaraq işə buraxılmıram.” Bununla bağlı bildiririk ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhqiq olunmuş və “Təhqiqat Aktı” tərtib edilmişdir. Daha sonra SOCAR-AQŞ Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi humanist addım ataraq bədbəxt hadisə nəticəsində həlak olmuş Əliyev Musa Əhməd oğlunun oğlu Əliyev Qurban Musa oğlunu 16.11.2016-cı il tarixindən 15.11.2017-ci il tarixinədək 1 (bir) il müddətinə sürücü peşəsinə işə qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddəti bitdikdən sonrakı 1 (bir) həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyi üçün, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə 5 dəfə uzadılmış və bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilmişdir. Lakin son vaxtlar Cəmiyyətdə iş həcminin arzuolunan səviyyədə və iqtisadi durumun qənaətbəxş olmaması səbəbindən 27 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələb və qaydalarına uyğun olaraq işçilərin sayının, o cümlədən onun peşəsinin ixtisarı ilə bağlı 6 (altı) həftə qabaqcadan Əliyev Qurban Musa oğluna xəbərdarlıq verilmişdir. Xəbərdarlıq müddətində Q.Əliyevin ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla müvafiq işə (vəzifəyə) götürülmək imkanları araşdırılaraq 25.10.2022-ci il tarixində ona takelajçı peşəsində işləmək təklif edilmişdir. Daha sonra Əliyev Qurban Musa oğlu təkliflə tanış olmuş, lakin təkliflə razı olmadığı (imtina etdiyi) üçün 26.10.2022-ci il tarixində işəgötürənə yazılı müraciət edərək, onun müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilərək 26.10.2022-ci il tarixindən 6 ay müddətinə bağlanılmasını və 25.04.2023-ci il tarixində xitam verilməsini xahiş etmişdir. İşəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsini rəhbər tutaraq işçinin müraciətini təmin etmiş və işçinin əmək müqaviləsinə edilmiş dəyişikliklər “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmişdir. Bildiririk ki, hazırda SOCAR-AQŞ MMC-də sürücü peşəsi üzrə tələb olunan iş həcmi məhduddur və şikayətçinin bu peşə üzrə əmək funksiyalarının icrasına ehtiyac yoxdur. Yuxarıda qeyd edilənlər, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmək normalarının yaxşılaşdırılması halı olaraq işçinin maddi-sosial vəziyyəti nəzərə alınaraq, onun sürücü peşəsində qalmaqla əmək haqqının əmək funksiyalarını icra etmədiyi (işə gəlmədiyi) halda əmək müqaviləsinin müddəti bitənədək tam məbləğdə saxlanılması tərəfimizdən təmin edilmişdir. Göstərilənlər bir daha bunu təsdiq edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddəti bitdikdə Əliyev Qurban Musa oğlunun əmək müqaviləsinə qanunauyğun qaydada xitam verilmişdir. İddiaçı həmçinin “Apellyasiya şikayətin”də qeyd edir ki, “SOCAR AQŞ MMC-nin xitama qədər mənə ünvanlandığı xəbərdarlıq məktubuna nəzərə salarkən məlum olur ki, guya mən heç bir məcburiyyət altında qalmadan 26.10.2022-ci il tarixdə işəgötürənə müraciət edərək müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilərək 25.04.2023-cü il tarixdə əmək müqaviləmə xitam verilməsini xahiş etmişəm. Halbuki, mən könüllü sürətdə və heç bir vəchlə belə bir ərizə ilə işəgötürənə müraciət etməzdim. Bu məsələdə təbii olaraq savadsızlığımdan sui-istifadə edilmişdir. Xəbərdarlıq müddətində guya ixtisasım nəzərə alınmaqla müvafiq işə götürülmək imkanları araşdırılaraq mənə takelajçı peşəsində işləmək təklif olunmuşdur. Lakin hesab edirəm ki, bu mənim peşəmə bərabər tutulan peşələr sırasında daxil deyildir. Buna görə də tərəfimdən həmin təklif rədd edilmişdir. Bundan başqa SOCAR AQŞ MMC-də sürücü vəzifəsi üzrə iş həcminin mövcud olmadığı bildirilir. Halbuki, mən orda işlədiyim müddətdə də işdən çıxarılan sürücülərin ştat vahidləri ixtisara salınmadan onların əvəzinə yeni sürücülər işə qəbul olunurdu. Başqa sözlə, sürücü olaraq mənim ixtisara salınmağım süni xarakter daşıyır və heç bir istehsalat zərurətindən irəli gəlmir.” Qeyd olunanlarla bağlı bildirmək istəyirik ki, iddiaçını müvafiq ərizəni yazmağa məcbur edən olmayıb və o, özü könüllü şəkildə 26.10.2022-ci il tarixində işəgötürənə “Ərizə” ilə müraciət edərək, onun müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilərək 26.10.2022-ci il tarixindən 6 ay müddətinə bağlanılmasını və 25.04.2023-ci il tarixində xitam verilməsini xahiş etmişdir. Digər tərəfdən haqlı olaraq sual yaranır: əgər cavabdeh iddiaçını qərəzli şəkildə işdən çıxartmaq istəyirdisə o zaman nəyə görə iddiaçının 26.10.2022-ci il tarixli “Ərizəsi”ni təmin edirdi? Qeyd olunanlar bir daha bunu sübut edir ki, iddiaçının “Apellyasiya şikayətin”də göstərdiyi dəlillər əsassızdır və heç bir məntiqlə uzlaşmır. İddiaçının “əmək müfəttişliyinin məhkəməyə cəlb olunaraq rəy alınması ilə bağlı məhkəmədən xahiş etmişlər. Məhkəmə əmək müfəttişliyini məhkəməyə çağırmadan işə baxıb əsassız olaraq qətnamə qət etmişdir.” qeydi ilə bağlı isə bildiririk ki, iddiaçının bununla bağlı hər hansı vəsatəti olmamış və bu səbəbdən məhkəmə haqlı olaraq bu məsələyə həm məhkəmə iclasında, həm də qəbul edilən qətnamədə toxunmamışdır. Qeyd olunmalıdır ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla və Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək müqaviləsinə xitam verilə bilməz. Belə ki, iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsi onun öz xahişi (ərizəsi) və razılığı ilə əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə müddətli müqaviləyə keçirilmiş və bu müqaviləyə də müddətin qurtarması əsası ilə xitam verilmişdir. Əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Tərəflər arasında əmək müqaviləsi bağlanarkən (əmək müqaviləsinə dəyişiklik edilərkən) iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. Əmək müqaviləsinin müddətinin uzadılması işəgötürənin hüququdur və cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinin eyni müddətə uzadılmasını məqsədəuyğun saymamış və müqaviləyə xitam verilməsi heç bir qərəzli münasibətlə bağlı olmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı tələbində könüllü surətdə və heç bir vəchlə ərizə ilə işəgötürənə müraciət etməməsini, bu məsələdə təbii olaraq savadsızlığından sui-istifadə edilməsini, müqavilənin onun razılığı olmadan və ya aldatma yolu ilə ona müddətli əmək müqaviləsi ilə əvəz olunmasına dair ərizə imzalatdırılması ilə konstitusion hüquqlarının ciddi mənada pozulmasını göstərsə də, məhkəmə iclası zamanı SOCAR-AQŞ MMC-nin Baş direktoruna yazdığı 26.10.2022-ci il tarixli “Ərizə”nin özü tərəfindən imzalanmasını, müqaviləyə də dəyişikliyin onun razılığı ilə edilməsini etiraf etmişdir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Göründüyü kimi isə iddiaçının işlədiyi vəzifəsi ixtisara düşdüyü üçün tərəflərin qarşılıqlı razılığı əsasında, xüsusən də iddiaçının özünün şəxsi xahişi ilə onun ixtisarla işdən azad edilməsi baş verməmiş, özünün ərizəsi əsasında əmək müqaviləsinə yuxarıda göstərilən qaydada müvafiq dəyişiklik edilərək müddətin qurtarması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Yəni cavabdeh iddiaçının xahişini təmin edərkən onun mənafeyinə uyğun hərəkət etmişdir. Göstərilənlərə əsasən, iddiaçının dəlilləri formal xarakter daşımaqla Əliyev Qurban Musa oğlunun əmək müqaviləsinə qanunauyğun qaydada xitam verilməsinə dair əmrin qanunsuz hesab edilməsi üçün heç bir hüquqi əsas yaratmır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən iddiaçı Əliyev Qurban Musa oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında iştirak edən cavabdeh “SOCAR-AQŞ” MMC-nin nümayəndəsi Rəhmanov Emin Yelmar oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin
18. 2-ci maddəsinə görə, Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
19. 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir.
20. 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir.
21. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
22. 2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
23. 3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
24. 47-ci maddənin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
25. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
26. 68-ci maddəsinin 2-ci hisəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cümaddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər.
27. Həmin maddənin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.
28. 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.
29. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirlirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
30. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
31. 83-cü maddəsinin I hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
32. 83-cü maddəsinin II hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
33. 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir.
34. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
35. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
36. 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir;
37. 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
38. 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
43. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 377.1. iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır.
45. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
47. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1 hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
48. S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2007-ci il tarixli qərarına əsasən məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.
49. Ə.M.Həsənovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 30 dekabr 2008ci il tarixli qərarına əsasən məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
50. X.İ.Qasımovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 13 dekabr 2005-ci il tarixli qərarına əsasən ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir.
51. L.İ.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına əsasən hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və biri-birini tamamlayan şərtləridir.
Apellyasiya baxışının hədləri
52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
54. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1552/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. İş materiallarında olan SOCAR-AQŞ MMC-nin sürücü Əliyev Qurban Musa oğluna ünvanladığı 27.09.2022-ci il tarixli «işçi ştanının ixtisarı ilə bağlı xəbərdarlıq barədə» məktubunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin I hissəsinin «a» bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən bildirilmişdir ki, “SOCAR AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətində əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti ilə əlaqədar olaraq tutduğunuz Sürücü peşəsində çalışan işçi sayının qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisar edilməsi nəzərdə tutulur. “SOCAR AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə münasibətdə 5 ildən 10 ilədək əmək stajına malik olduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq bu xəbərdarlıq məktubunu aldığı (tanış olduğu) vaxtdan etibarən altı təqvim həftəsi qabaqcadan çalışdığı sürücü peşəsinin ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilirsiniz. Xəbərdarlılıq müddəti ərzində əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 gün iş axtarmağa ona imkan yaradılır.
57. SOCAR-AQŞ MMC-nin sürücü Əliyev Qurban Musa oğluna ünvanladığı 25.10.2022-ci il tarixli 27.09.2022-ci il tarixli işçilərin sayının ixtisarı ilə bağlı xəbərdarlığa əlavədən görünür ki, “SOCAR AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətində əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti ilə əlaqədar olaraq ona ixtisar ediləcəyi haqqında 27.09.2022-ci il tarixli xəbərdarlıq edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Yuxarıda qeyd edilən tələb rəhbər tutularaq işəgötürən tərəfindən peşəsi, sənəti nəzərə alınaraq əvvəlki əmək haqqı saxlanılmaqla ona takelajçı peşəsində işləmək təklif olunur. Ona ixtisar ediləcəyi haqqında 27.09.2022-ci il tarixli xəbərdarlıqda nəzərdə tutulan xəbərdarlıq müddəti başa çatanadək takelajçı keçib-keçməyəcəyi barədə münasibət bildirməsi xahiş olunmuşdur.
58. Əliyev Qurban Musa oğlunun SOCAR-AQŞ MMC-nin baş direktoruna yazdığı 26.10.2022-ci il tarixli ərizəsindən görünür ki, o, bildirir ki, SOCAR-AQŞ MMC-i ilə bağladığı əmək müqaviləsi müddətsizdir. Gələcək şəxsi planları ilə bağlı 26.10.2022-ci il tarixi ilə onunla bağlanmış əmək müqaviləsinin müəyyən müddətə bağlanılmaq şərti ilə 6 ay müddətinə uzadılaraq 25.04.2023-cü il tarixində xitam verilməsini xahiş etmişdir.
59. Əliyev Qurban Musa oğlu ilə SOCAR-AQŞ MMC arasında bağlanmış 16.11.2016-cı il tarixli 1086/KS №li əmək müqaviləsinə dəyişklikdən görünür ki, əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığına əsasən 26.10.2022-ci il tarixindən 2.1 bəndi aşağıdakı redaksiyada verilmişdir: 2.1 bəndi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 2-ci cümləsinə və 45-cı maddəsinin 6-cı hissəsinə əsasən 16.11.2016-cı il tarixli 1086/KS №li əmək müqaviləsinin müddəti tərəflərin qarşılıqlı razılığı ilə 25.04.2023-cü il tarixinədək uzadılır.
60. SOCAR-AQŞ MMC-nin sürücü Əliyev Qurban Musa oğluna ünvanladığı 04.11.2022-ci il tarixli məktubdan görünür ki, SOCAR-AQŞ MMC-də iş həcminin arzu olunan səviyyədə və iqtisadi durumu qənaətbəxş olmadığı səbəbindən ona 27.09.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin I hissəsinin tələb və qaydalarına uyğun olaraq işçi sayının ixtisarı ilə bağlı altı həftə qabaqcadan xəbərdarlıq verilmişdir. Xəbərdarlıq müddətində ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqlı müvafiq işə *vəzifəyə) götürülmək imkanları araşdırılaraq 25.10.2022-ci il tarixində ona takelajçı peşəsində işləmək təklif edilmişdir. Bu təkliflə tanış olmuş və 26.10.2022-ci il tarixində işəgötürənə yazılı müraciət edərək Cəmiyyətlə bağlanılmış müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsi ilə əvəz edərək 26.10.2022-ci il tarixindən 6 ay müddətinə bağlanılmasını və 25.04.2023-cü il tarixində xitam verilməsini xahiş etmidir. İşəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsini rəhbər tutaraq müraciətini təmin etmiş və onunla imzalanmış əmək müqaviləsinə edilmiş dəyişikliklər “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmişdir. Bildirilir ki, hazırda SOCAR-AQŞ MMC-də onun çalışdığı sürücü peşəsi üzrə iş həcmi mövcud deyil və bu peşə üzrə əmək funksiyalarının icrasına ehtiyac yoxdur. Yuxarıda qeyd edilən amillər, eləcə də, onun sosial vəziyyətini nəzərə alaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin II hissəsinə uyğun olaraq maddi təminatının yaxşılaşdırmaq, əmək haqqının ödənilməsini təmin etmək məqsədi ilə çalışdığı peşədə qalmaqla və əmək haqqı, məzuniyyət hüquqları saxlanılmaqla əmək funksiyasının icrasından azad edilmişdir.
61. SOCAR-AQŞ MMC-nin 25 aprel 2023-cü il İR-351/23 saylı «əmək müqaviləsinə xitam verilməsi barədə» əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin I hissəsini və 83-cü maddəsini rəhbər tutaraq “SOCARAQŞ” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü peşəsində işləyən Əliyev Qurban Musa oğlunun əmək müqaviləsinə 25 aprel 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi, Əmək haqqının hesablanması üzrə məsul şəxsə tapşırılsın ki, Əliyev Qurban Musa oğlunun sonuncu iş günü son haqq-hesab ödənişi verilərkən istifadə etmədiyi 9.26 təqvim günü əmək məzuniyyəti üçün pul əvəzi ödənilməsinin təmin edilməsi, İnsan Kapitalı bölməsinin əməkdaşına əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək kitabçasına, ƏMAS-da müvafiq qeydin aparılması, işçinin bu əmrlə tanış edilməsi, əmrin surətinin və əmək kitabçasının işçiyə işdən azad olduğu gün müvafiq qaydada verilməsinin həvalə edilməsi əmr edilmişdir.
62. Məhkəmə kollegiyası mülki işin hallarını araşdırarkən işəgötürən tərəfindən iddia ərizəsində göstərilən pozuntuların həqiqiliyinə dair hər hansı bir hal aşkar etməmişdir.
63. İşin materiallarından görünür ki, iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsi onun öz xahişi (ərizəsi) və razılığı ilə əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə müddətli müqaviləyə keçirilmiş və bu müqaviləyə də müddətin qurtarması əsası ilə xitam verilmişdir.
64. Kollegiya qeyd edir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
65. Məhkəmə kollegiyası bildirir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən (əmək müqaviləsinə dəyişiklik edilərkən) iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. (öz ərizəsi əsasında). Əmək müqaviləsinin müddətinin uzadılması işəgötürənin hüququdur və onlar iddiaçı ilə bağlanmış əmək müqaviləsinin eyni müddətə uzadılmasını məqsədəuyğun saymamış və müqaviləyə xitam verilməsi heç bir qərəzli münasibətlə bağlı olmamışdır. Həmçinin müqaviləyə xitam verilərkən iddiaçının özünun bu barədə olan 25.10.2022-ci il tarixli ərizəsi və onun tutduğu vəzifəsinin ixtisar edilməsi də mütləq qaydada nəzərə alınmışdır.
66. Kollegiya bildirir ki, iddiaçı tələbində könüllü surətdə və heç bir vəchlə ərizə ilə işəgötürənə müraciət etməməsini, bu məsələdə təbii olaraq savadsızlığından suiistifadə edilməsini, müqavilənin onun razılığı olmadan və ya aldatma yolu ilə ona müddətli əmək müqaviləsi ilə əvəz olunmasına dair ərizə imzalatdırılması ilə konstitusion hüquqlarının ciddi mənada pozulmasını göstərsə də, məhkəmə iclası zamanı SOCAR- AQŞ MMC-nin baş direktoruna yazdığı 26.10.2022-ci il tarixli ərizənin özü tərəfindən imzalanmasını, müqaviləyə də dəyişikliyin onun razılığı ilə edilməsini etiraf etmişdir.
67. Kollegiya qeyd edir ki, iddia ərizəsinin mahiyyətinin göstərilən əsaslar üzərində qurulmasına və bu halların iddiaçının özü tərəfindən məhkəmə baxışı zamanı təkzib edilməsinə baxmayaraq o, işdən çıxarılması barədə əmri qanunsuz hesab etməkdə davam etmişdir.
68. Kollegiya iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, onun izahatı özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
69. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.
70. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, iddiaçının işlədiyi vəzifəsi ixtisara düşdüyü üçün tərəflərin qarşılıqlı razılığı əsasında, xüsusən də iddiaçının özünün şəxsi xahişi ilə onun ixtisarla işdən azad edilməsi baş verməmiş, özünün ərizəsi əsasında əmək müqaviləsinə yuxarıda göstərilən qaydada müvafiq dəyişiklik edilərək müddətin qurtarması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Başqa sözlə, cavabdeh iddiaçının xahişini təmin edərkən onun mənafeyinə uyğun hərəkət etmişdir.
71. Məhkəmə kollegiyası iddiaçının barəsində verilən əmrin qanunsuzluğuna dair ərizəsində göstərilən digər dəlillərə də qiymət verərək hesab edir ki, bu dəlillər formal mülahizə olmaqla Əliyev Qurban Musa oğlunun əmək müqaviləsinə qanunauyğun qaydada xitam verilməsinə dair əmrin qanunsuz hesab edilməsi üçün heç bir hüquqi əsas yaratmır.
72. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
73. Məhkəmə kollegiyası cavabdehin 25 aprel 2023-cü il tarixli, IR-IR-351/23 saylı əmrinin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar iddiaçının iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsinə dair hissələrinə də hüquqi qiymət verilməsinə zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir.
74. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
76. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
77. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
78. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gərginliyə görə sonuncuların onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmələri və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir.
79. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmək müfəttişliyinin iş üzrə icraata cəlb olunmaması, bu barədə xahişə qiymət verilməməsi, adıçəkilən orqandan müvafiq rəy alınmadan işə baxılması dəlilinə münasibətdə bildirir ki, iş materiallarından görünür ki, bu barədə tərəflərin vəsatəti olmamışdır. Bu halda, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq pozuntusuna yol verilməmişdir.
80. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Əliyev Qurban Musa oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1552/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.