Məhkəmə qərarları › İş №2(103)-7550/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7550/2022

15.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7550/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-382/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh onun xeyrinə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 144 saylı evin 13 saylı mənzilinin təmirinə sərf edilən 35000 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-382/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzidə aparılan təmir işlərinə görə 21800 manat, mənzildə quraşdırılan məişət avadanlıqlarınını hazırkı dövr üçün bazar dəyəri olan 11000 manat olmaqla, cəmi 32800 (otuz iki min səkkiz yüz) manat məbləğində pul tutulması, Cavabdeh dövlət rüsumu olaraq ödənilmiş 30 manatın tutularaq İddiaçı, qiymətləndirmə xərci olan 500 manatın isə cavabdehdən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra cavabdehin nümayəndəsi qiyabi qətnamənin ləğvinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini, işə baxılmanın təzələnməsini xahiş etmişdir. Daha sonra həmin qərardaddan cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 şikayət verərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadının ləğv edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-382/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizənin təmin edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 382/2021 saylı qərardadından cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Daha sonra cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadından verilmiş şikayətə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 382/2021 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadından cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Daha sonra cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadının ləğv edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadından verilmiş şikayətə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadından cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 5677/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qiyabi qətnamənin ləğv edilməsi barədə ərizənin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-382/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizənin verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 382/2021 saylı qərardadından cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 5677/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qiyabi qətnamənin ləğv edilməsi barədə ərizənin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-382/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizənin verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qiyabi qətnamə şəxsən cavabdehin özü tərəfindən deyil, yaşlı anası tərəfindən qəbul edilmiş və bu barədə cavabdehin özünə məlumat verilməmişdir. İş icraya yönəldildikdən sonra cavabdehin anası işin ciddiliyini fərq etmiş və bu barədə ona məlumat vermişdir. Qiyabi qətnamənin ləğvi ilə bağlı məhkəməyə müraciət edilmiş, lakin müddət ötürüldüyündən bərpa edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadı ilə prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-382/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizənin verilməsi üçün ötürülmüş müddətin bərpasından imtina edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-382/2021 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, hazırki qərardad əsassız olduğundan ləğv edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-382/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizənin təmin edilməməsinə dair məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 244-cü maddəsinə görə, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında göründüyü kimi qiyabi qətnamə cavabdeh tərəfindən qəbul edildikdən sonra qanunvericilikdə müəyyən edilmiş müddətdə həmin qətnamənin ləğvi barədə ərizə təqdim edilməmişdir. Hazırki ərizədə isə cavabdeh tərəf qiyabi qətnamənin ləğv edilməsi barədə ərizənin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etsə də, lakin qeyd olunan müddətin üzrlü hesab edilməsi üçün heç bir səbəb yoxdur. İşdən də göründüyü kimi, cavabdeh tərəf qiyabi qətnamədən artıq uzun müdətdir ki, məlumatlıdır, hətta məhkəmə aktından bir neçə dəfə şikayət də vermişdir. Ona görə də kollegiya hesab edir ki, müddətin bərpa edilməsi barədə ərizənin əsassız sayılmasında birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-382/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar