Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7558/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdeh X1rşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3409/2021 saylı, 21 may 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 26000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil2 yazılı vəsatətlə müraciət edərək, cavabdehin hazırda faktiki Quba rayonu, Alekseyevka kəndində yaşadığını, lakin buna dair təsdiq edici sənədi məhkəməyə təqdim edə bilmədiyini bildirmiş, bununla belə mülki işin aidiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3409/2021 saylı, 21 may 2021ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsi, əks təqdirdə şikayəti baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, iddia ərizəsində qeyd edilən ünvanda yaşamır. Hazırda yaşadığı ünvan Quba rayonu, Alekseyevka kəndində yaşayır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3409/2021 saylı, 03 iyun 2021ci il tarixli qərardadı şikayət təmin edilməyərək, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, kollegiya tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3409/2021 saylı, 21 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan elektron məhkəmə informasiya sistemindən X3 dair şəxsiyyət vəsiqəsi məlumatları barədə çıxarışdan görünür ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır. Göstərilən ünvan isə Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazi dairəsi hüdudlarındadır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, cavabdeh Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazi dairəsi hüdudlarında olan - ünvan 2 ünvanında qeydiyyatda olduğundan iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır. Müvafiq olaraq da birinci instansiya məhkəməsi cavabdehin işin baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətini əsaslı olaraq təmin etməmişdir. Şikayətin dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Qeyd olunanlara əsasən, Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3409/2021 saylı, 21 may 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7558/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7558/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver