Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-757/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil – Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzilin təhvil verilməsi, zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil – Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e- 2(004)- 2248/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları
1. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanılmış 071 saylı, 07 avqust 2018-ci il tarixli müqavilənin 1.1.1-ci maddəsinə əsasən "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrindən 704 nömrəli reyestr kitabının 66079 nömrəli vərəqindən qeydə alınmış 13 mart 2017-ci il tarixli, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74,1 kv.m olan (faktiki sahəsi 75,58 kv.nı) ibarət olan yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "Tikinti şirkəti" tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.1.2-ci maddəsinə əsasən "Tikinti şirkəti” "xxxx" MMC ünvan 1 ünvanında yerləşən "Əmlak mülkiyyətçisi"-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 112 kv.m olan, təmirsiz mənzili "Əmlak mülkiyyətçisi”'-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən "Tikinti şirkəti" inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və "Əmlak mülkiyyətçisi”ni mənzil ilə təmin edən günədək 3 ay sonrayadək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə "Əmlak mülkiyyəlçisi"-nə kompensasiya şəklində aylıq 600 (altı yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş günü xx.xx.2018-ci il tarixindən gec olmayaraq üç ayda bir dələ 1800 AZN manat olmaqla ödəyir. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən “Tikinti Şirkəti”nə “Əmlak mülkiyyətçisi"-nə bu Müqavilənin 1.2. bəndində nəzərdə tutulmuş kirayə haqqının ödənişini təmin elmək öhdəliyi qoyulmuşdur.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(004)- 4059/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ə qarşı 07 avqust 2018-ci il tarixdə cavabdehlə bağladığı 071 saylı müqavilənin 1.1.2-ci bəndinin dəyişdirilərək Cavabdeh MMC-nin ünvan 2 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının inşasını həyata keçirərək inşa etdiyi 1 saylı binanın 0-dan hesablamaqla 6-cı, yaşayış mərtəbələrinin 4-cü mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan (eyvanlar istisna olmaqla) eskizdə göstərilən təmirsiz mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verilməsinin öhdəsinə götürməsinin əlavə edilərək müqavilənin ayrılmaz hissəsi hesab edilməsi, bağlanan müqavilənin notarial qaydada təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2019-cu il tarixli, 2(103)-11983/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqavilənin 1.1.2-ci bəndi tikinti şirkəti Cavabdeh MMC-nin ünvan 2 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşasış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının inşasını həyata keçirərək inşa etdiyi 1 saylı binanın 0-dan hesablamaqla 6-cı, yaşayış mərtəbələrinin 4-cü mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür məzmunda dəyişiklik edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(102)-2872/2020 nömrəli qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2019-cu il tarixli, 2(103)-11983/2019 saylı qətnaməsinə iddianın təmin olunan hissəsində dəyişiklik edilməsi, tərəflər arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqavilənin 1.1.2-ci bəndinə Cavabdeh MMC İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi ravonu, S.Rüstəmov küçəsi, 59 savlı evin 19-cu mənzilinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi 1 nömrəli binadan 0-dan hesablamaqla (qeyri - yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsindən layihədə göstərilən 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür” məzmunda dəyişiklik edilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(102)-2872/2020 nömrəli qərarına əsasən Cavabdeh MMC tərəfindən verilmiş 23 sentyabr 2020-ci il tarixli, 192 nömrəli əmrin məzmunundan görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı Müqavilənin 1.1.2-ci bəndi aşağıdakı kimi dəyişdirilmişdir: "xxxx" MMC İddiaçı mülkiyyətində olan ünvan 2 mənzilinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi 1 nömrəli binada 0-dan hesablamaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsindən layihədə göstərilən 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür.”
6. DƏDKR X5 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə daxil olmuş Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 24,26,28,30 (küçənin sənəddəki adı S.Rüstəm, H.Ələsgərov, Xan Şuşinski və Q.Quliyev küçələrinin əhatə etdiyi ərazi) ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına dair sənədlərin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh MTK tərəfindən inşa edilmiş tikinti obyektinin istismarına icazə verilmişdir.
7. Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış 02 mart 2023-cü il tarixli Təklifin məzmunundan və ona əlavə olunan qaimədən görünür ki, İddiaçı Cavabdeh MTK–nın 12 sentyabr 2022-ci il tarixdən istismara qəbul edildiyindən, həmin MTK-da müqavilə əsasında mülkiyyətində olan mənzili təhvil almaq təklif olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, 59 saylı ünvanda inşa edilmiş 1 nömrəli binada 0-dan hesablamaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5- ci mərtəbəsində layihədə göstərildiyi kimi, heç bir əlavə və dəyişiklik, artırma, azaltma olmadan 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzilin ona təhvil verilməsi, mənzildə təmir işlərinin aparılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh MTK-nın (Cavabdeh MMC) üzərinə qoyulması, 2023-cü ilin fevral ayından bu günədək ödənilməmiş kirayə haqqına görə 7200 manat cavabdeh "xxxx" MTK-dan (Cavabdeh MMC) tutularaq, ona ödənilməsi, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, 59 saylı ünvanda inşa edilmiş 1 nömrəli binada 0-dan hesablamaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsində layihədə göstərilən 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzil ona naturada təhvil veriləndən sonra 3 ay sonrayadək Cavabdeh MTK-dan (Cavabdeh MMC) hər ay 600 manat tutularaq ona ödənilməsi, maddi ziyana görə 93600 manat, mənəvi ziyana görə 50000 manat, vəkilə ödədiyi 320 manat və ödənilmiş dövlət rüsumu 450 manat cəmi 770 manat pul vəsaitinin cavabdeh "xxxx" MTKdan (Cavabdeh MMC) alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020- ci il tarixli, 2(102)- 2872/2020 saylı qərarına əsasən Cavabdeh MMC 23 sentyabr 2020-ci il tarixli 192 №- li əmr vermişdir. Əmrdə göstərilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqavilənin 1.1.2-ci bəndi aşağıdakı kimi dəyişdirilsin: "xxxx" MMC İddiaçı mülkiyyətində olan ünvan 2 mənzilinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi 1 nömrəli binada 0-dan hesablamaqla (qeyriyaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsindən layihədə göstərilən 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür.” 07 avqust 2018-ci il tarixli 071№-li müqavilənin 1.2-ci bəndinə görə tikinti şirkəti inşa edəcəyi çoxmənzilli çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və əmlak mülkiyyətçisini mənzil ilə təmin edən günədək 3 ay sonrayadək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 600 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş günü 10 avqust 2018-ci il tarixdən gec olmayaraq üç ayda bir dəfə 1800 manat olmaqla ödəyir. 07 avqust 2018-ci il tarixli 071№-li müqavilənin 2.2.3-cü bəndinə əsasən tikinti şirkəti əmlak mülkiyyətçisinə bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş kirayə haqqının ödənişini təmik etmək vəzifəsi qoyulmuşdur. Cavabdeh MMC indi adını dəyişdirərək CavabdehMTK kimi fəaliyyət göstərir. Hazırda cavabdeh müqavilədə göstərilən öhdəlikləri yerinə yetirmir. Belə ki, bina hazır olmasına baxmayaraq Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, 59 saylı ünvanda inşa edilmiş 1 nömrəli binada O-dan hesablamaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5ci mərtəbəsində layihədə göstərilən 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzili naturada ona təhvil verilmir, həmçinin 2023-cii ilin fevral ayından bu günədək aylıq kirayə haqqı olan 600 manatı da ödəmir, fevral ayından bu günədək kirayə haqqına görə 7200 manat ödəməlidir. Bundan başqa, cavabdeh müqaviləyə əsasən binanı 24 aya tikib mənzili ona təhvil verməli idi, lakin bu günədək mənzili ona təhvil verməyib. Bununla da o, maddi və mənəvi ziyana düşmüşdür. Belə ki, mənzili 2020-ci ildə təhvil verməli idi və o, premium binada 4 otaqlı mənzilidə yaşamalı idim və ya həmin mənzili kirayə verib gəlir əldə edə bilərdi. Həmin mənzili təxminən 2600 manata kirayə verə bilərdi, lakin bu gün həmin gəlirdən məhrum edilmişəm, 36*2600=93600 beləliklə 93 600 manat maddi ziyan dəymişdir. Bundan başqa ona mənəvi ziyan dəymişdir. Belə ki, cavabdeh evini sökdüyündən yerində hündür mərtəbəli yeni bina tikdiyindən 2018-ci ildən bu günədək mənzilsiz qalmışam kirayələrdə yaşayır, 36 yaşı var bu səbəbdən evlənə bilmir, çünki ailə qurub yaşamağa mənzilin yoxdur, çox sarsıntı keçirir. Buna görə ona mənəvi ziyana görə 50000 manat cavabdehdən tutularaq ödənilməlidir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e- 2(004)-2248/2024 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, 59 saylı ünvanda inşa edilmiş 1 nömrəli binanın 0-dan hesablanmaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 112 kv.m. olan təmirsiz mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, Cavabdeh MTK-dan 2400 manat məbləğində pul, hüquqi xidmətə görə vəkilə ödənilmiş 320 manat və ödənilmiş dövlət rüsümunun 144 manat hissəsi məbləğində pul tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın rədd olunmsı qət edilmişdir.
11. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş maddi sübutdan görünür ki, MTK 2023-cü ilin mart ayında mənzilin təhvil alması təklifi ilə İddiaçı müraciət etmişdir. Bununla yanaşı 2023-cü ilin fevral ayından kirayə haqqının verilməsi dayandırılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı 07 avqust 2018-ci il tarixli, 071 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, 59 saylı ünvanda inşa edilmiş 1 nömrəli binanın 0-dan hesablanmaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 112 kv.m. olan təmirsiz mənzil Cavabdeh MTK tərəfindən təhvil verilməsi hissəsində əsaslı olub təmin edilməlidir. 10 iyun 2024-cü il tarixdə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı iddiaçıya təklif olunan mənzilin binanın 6-cı mərtəbəsində yerləşməsi, təmirsiz olması, mənzildə arakəsmələrin olmadığı müəyyən olunmuşdur. Cavabdeh MTK-nın direktoru Kənan Xəlilov mənzildə arakəsmələrin olmamasını belə əsaslandırmışdır ki, mənzildə arakəsmələr sakinlərlə razılaşdırılmaqla bölünür. Bundan əlavə, məhkəmə iddia tələbini ödənilməmiş kirayə haqqı hissəsində qismən təmin edilməsini məqsədəuyğun hesab edir. Belə ki, iddiaçı özü də iddiasında 2023-cü ilin fevral ayından kirayə haqqının ödənişinin dayandırılmasını bildirmişdir. Lakin məhkəmə gedişatında kirayə haqqının ödənişinin bir ay sonra, yəni 2023-cü ilin mart ayında dayandırılması müəyyən edilmişdir. Məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanılmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqavilənin 1.2-ci maddəsinə əsasən "Tikinti şirkəti" inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və "Əmlak mülkiyyətçisi”ni mənzil ilə təmin edən günədək 3 ay sonrayadək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə "Əmlak mülkiyyəlçisi"-nə kompensasiya şəklində aylıq 600 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş günü xx.xx.2018-ci il tarixindən gec olmayaraq üç ayda bir dələ 1800 manat olmaqla ödəyir. Bir sözlə, MTK mülkiyyətçini mənzil ilə təmin edən gündən 3 ay sonraki müddət üçün də kirayə haqqını ödəmək öhdəliyini götürmüşdür. Belə olduğu halda, cavabdehdən 4 aylıq (ödənilməmiş 1 ay + mənzil təhvil veriləndən sonrakı 3 ay üzrə) kirayə haqqının məbləği, yəni 2400 manat məbləğində pul tutularaq, iddiaçıya verilməlidir. Məhkəmə həmçinin tələbin maddi və mənəvi zərərin tutulması hissəsində rədd ediməsini məqsədə müvafiq hesab edir. Belə ki, iddiaçı mənzilin vaxtında təhvil verildiyi halda, əlavə kirayə ödənişini ödəməli olmadığnı bildirmişdir. Halbuki, hazırki məhkəmə qətnaməsi ilə ödənilməmiş kirayə haqqının tutulması qət edilmişdir. Digər tərəfdən iddiaçı mənzili kirayə vermək ehtimalına da əsaslanır. Lakin bununla əlaqədar, hər hansı bir sübut (həmin ərazidə müvafiq mənzillərin aylıq kirayə haqqının məbləğini göstərən arayış və s.) məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı mənzilin olmaması səbəbindən ailə qura bilmədiyini və bu səbəbdən ona mənəvi zərərin vurulmasını iddia etmiş, bununla da həmin evdə məhz yaşamaq niyyətinin olduğunu dolayısı olaraq göstərmişdir, odur ki, bu hal onun həmin mənzili kirayə vermək niyyətində olduğunu istisna edir. Göründüyü kimi, iddiaçının ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsinə dair tələbini əsaslandığı hallar bir-birinə ziddiyyət təşkil edir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 752-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə iclası iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək, iddianın tam təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehdən 4 aylıq kirayə haqqının məbləği, yəni 2400 manat məbləğində pul tutularaq iddiaçıya verilməsi ilə bağlı düzgün qənaətə gəlməmişdir. Belə ki, tərəflər arasında imzalanmış 07 avqust 2018-ci il tarixli müqavilənin 1.2-ci maddəsində qeyd edilir ki, "Tikinti şirkəti" inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana v ə "Əmlak mülkiyyətçisi”ni mənzil ilə təmin edən günədək 3 ay sonrayadək ... qeyd edilmişdir. Lakin mənzil tam hazır olmadığından bu günədək mənə təhvil verilməmişdir. 10 iyun 2024-cü il tarixdə məhkəmə tərəfindən mənzilin yerində müayinə keçirilmişdir, qətnamədə də qeyd edilmişdir ki, mənzildə arakəsmələr olmadığı müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh MTK-nın direktoru Kənan Xəlilov mənzildə arakəsmələrin olmamasını belə əsaslandırmışdır ki, mənzildə arakəsmələr sakinlərin razılaşdırmaqla bölünür. İlk müqavilədə konkret olaraq otaqların sayları və mənzilin digər xüsusisyyətləri olmadığından bununla bağlı məhkəməyə müraciət etmişdir. Ali Məhkəmənin qərarında həmçinin MTKnin özünün əmrində konkret olaraq layihədə göstərilən 4 otaqlı 112 kv.m mənzil mənə təhvil verilməsi göstərilmişdir. Məhkəmə isə Cavabdeh MTK-nın direktoru Kənan Xəlilov sözlərinə inanaraq hesab etmişdir ki, mənzil təhvil verilməsi üçün tam hazır vəziyyətdədir. Halbuki, yerli baxışda olana zamanı ustalar tərəfindən tez tələsik arakəsmələri hörürdülər, bunu məhkəmə tərəfindən video çəkiliş etmişdir. Göründüyü kimi MTK mənə 4 otaqlı arakəsməli mənzil təhvil verməlidir, lakin buna baxmayaraq bu günədək yalnız boş sahəni təklif edir. Əgər o, boş sahə təhvil alacaqdısa onda niyə məhkəmələr müraciət edərək müqavilədə dəyişiklik olunmasını xahiş etmişdi. Məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, məhkəmə həmçinin tələbin maddi və mənəvi zərərin tutulması hissəsində rədd ediməsini məqsədə müvafiq hesab edir. Belə ki, iddiaçı mənzilin vaxtında təhvil verildiyi halda, əlavə kirayə ödənişini ödəməli olmadığını bildirmişdir. Halbuki, hazırki məhkəmə qətnaməsi ilə ödənilməmiş kirayə haqqının tutulması qət edilmişdir. Digər tərəfdən iddiaçı mənzili kirayə vermək ehtimalına da əsaslanır. Lakin bununla əlaqədar, hər hansı bir sübut (həmin ərazidə müvafiq mənzillərin aylıq kirayə haqqının məbləğini göstərən arayış və s.) məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı mənzilin olmaması səbəbindən ailə qura bilmədiyini və bu səbəbdən ona mənəvi zərərin vurulmasını iddia etmiş, bununla da həmin evdə məhz yaşamaq niyyətinin olduğunu dolayısı olaraq göstərmişdir, odur ki, bu hal onun həmin mənzili kirayə vermək niyyətində olduğunu istisna edir. Göründüyü kimi, iddiaçının ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsinə dair tələbini əsaslandığı hallar bir-birinə ziddiyyət təşkil edir. Bununla bağlı qeyd etmək istəyir ki, cavabdeh müqaviləyə əsasən binanı 24 aya tikib mənzili mənə təhvil verməli idi, lakin bugünədək mənzili təhvil verməyib. Bununla da o, maddi və mənəvi ziyana düşmüşdür. Belə ki, mənzili 2020-ci ildə təhvil verməli idi və mən premium binada 4 otaqlı mənzildə yaşamalı idi və ya həmin mənzili kirayə verib gəlir əldə edə bilərdi. Həmin mənzili təxminən 2600 manata kirayə verə bilərdi, lakin həmin gəlirdən məhrum edilmişdir, 36x2600=93600 beləliklə mənə 93600 manat maddi ziyan, həmçinin mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdeh evini sökdüyündən yerində hündür mərtəbəli yeni bina tikdiyindən 2018-ci ildən bugünədək mənzilsiz qalmış, kirayələrdə yaşayır, 36 yaşı var və bu səbəbdən evlənə bilmir, çünki ailə qurub yaşamağa mənzili yoxdur, çox sarsıntı keçirir. Buna görə də mənəvi ziyana görə 50000 manat cavabdehdən tutulub ona ödənilməlidir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yasamal Rayon Məhkəməsinin qətnaməsində Ali Məhkəmənin qərarında göstərildiyi ki, layihədə göstərilən sözləri qeyd edilməmişdir. Ali Məhkəmədə mülki işə baxılan zamanı MTK tərəfindən layihə təqdim edilmişdir, indi isə həmin cümlə qeyd edilmədiyindən MTK istədikləri formada mənzil təhvil verə bilər. Bununla da məhkəmə MPM-nin 82.3-cü maddəsinin tələblərini pozmuşdur. Bütün sübutlar tədqiq edildikdən sonra, sədrlik edən işdə iştirak edən şəxslər və onların nümayəndələrinin bu barədə mövqeyini öyrənməklə iş üzrə halların tədqiqinin qurtardığını elan edir və məhkəmə çıxışlarına keçir. Məhkəmənin qətnaməsində cavabdeh MTK-nın nümayəndəsinin çıxışlar mərhələsində təqdim etdiyi guya Cavabdeh MTK tərəfindən İddiaçı Hila oğluna ünvanlanmış 02 mart 2023-cü il tarixli təklif məktubunu istinad edərək kirayə haqqının ödənilməsi tələbi qismən təmin etmişdir. Hesab edirəm məhkəmə MPMnin 209-cu maddəsinin tələblərini pozmuşdur. Belə ki, sonuncu iclasda MTK-nın nümayəndəsi çıxışa hazır olmadığı bildirərək məhkəmənin iclasını təxirə saldırmışdır, həmin iclasda o, və vəkili çıxış etmişdir. Növbəti çıxış iclasında qeyd etdiyim mübahiəsli təklif məktubunu məhkəmənin çıxış mərhələsində məhkəməyə təqdim etmişdir, halbuki qanunla məhkəmə çıxışları mərhələsində sübut təqdim edilməsi yolverilməzdir. Həmçinin əgər belə bir təklif məktubu olsaydı cavabdeh MTK-nın nümayəndəsi məhkəmənin hazırlıq iclaslarında və ya baxış iclasında təqdim edərdi, baxmayaraq ki, dəfələrlə məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iştirak etmişdir. Həmçinin təklif məktubunu guya poçt ilə göndərmişdirlər. Hesab edirəm həmin poçt qəbzi də subut kimi qəbul oluna bilməz, çünki həmin poçt qəbzinin özəl hansi şirkətə məxsus olması mənbəyi bilinmir. Bunlar hamısı ona dələlət edir ki, həmin təklif məktubu sonradan məhkəmə üçün hazırlanmışdır. Məhkəmə isə düzgün hüquqi qiymət verməyərək həmin təklif məktubunu sübüt kimi qəbul edərək kirayə haqqını qismən təmin etmişdir. Bundan başqa, göründüyü kimi mənzildə otaqların arakəsmələri tikilmədiyindəm mənzil təhvil verilməsi üçün hazır olmadığından həmin təklif sübut kimi qəbul oluna bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı və onun nümayəndəsi Vəkil apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
17. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri tisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti ilə qətnamə qismən – iddia təmin olunmayan hissədə ləğv edilməsi xahiş edildiyindən, qətnamə cavabdeh tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia təmin olunmadığı hissələrdə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. İşin hallarından görünür ki, tərəflər alqı-satqı və podrat müqaviləsi üzrə əsas öhdəlikləri əhatə edən qarışıq müqavilə bağlamışlar. Belə ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür, podrat müqaviləsinə görə isə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
22. Hazırkı iş üzrə iddiaçının öhdəliklərinin icrası ilə əlaqədar mübahisə yoxdur. Fikir ayrılığı cavabdehin müqavilədə şərtləşdirilmiş qaydada daşınmaz əmlakların iddiaçıya verməməsi ilə bağlıdır.
23. Tərəflərin bağladığı müqavilə və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehin 23 sentyabr 2020-ci il tarixli əmrində iddiaçıya veriləcək mənzilə dair məlumatlar dəqiq qeyd olunmuşdur: "xxxx" MMC İddiaçı mülkiyyətində olan ünvan 2 mənzilinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi 1 nömrəli binada 0-dan hesablamaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsindən layihədə göstərilən 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür.”
24. Göründüyü kimi, istər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(102)-2872/2020 nömrəli qərarında, istərsə də cavabdehin 23 sentyabr 2020-ci il tarixli əmrində “layihədə göstərilən” sözləri qeyd olunmasına baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsində bu sözlər qeyd olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu barədə dəlilini əsaslı hesab edərək qeyd edir ki, “layihədə göstərilən” sözləri qeyd olunmaması gələcəkdə qətnamənin icrasında da çətinliklər yarada bilər.
25. Apellyasiya şikayətinin digər dəlili kirayə haqqının hesablanması ilə bağlıdır. Tələbdə 2023-cü ilin fevral ayından iddia ərizəsi verilən tarixədək (27 mart 2024-cü il) ödənilməmiş kirayə haqqına görə 7200 manat, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, 59 saylı ünvanda inşa edilmiş 1 nömrəli binada 0-dan hesablamaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsində layihədə göstərilən 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzil ona naturada təhvil veriləndən sonra 3 ay sonrayadək Cavabdeh MTK-dan hər ay 600 manat tutularaq ona ödənilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi Cavabdeh MTK-dan 2400 manat məbləğində pul vəsaitinin tutulması qənaətinə gəlmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kirayə haqqının ödənişinin bir ay sonra, yəni 2023-cü ilin mart ayında dayandırılması müəyyən edilmiş, bundan sonra mənzilin təhvil verilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq olunmuşdur.
26. Məhkəmə kollegiyası tələbin bu hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, mənzilin təhvil verilməsi üçün ilk növbədə mənzilin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(102)-2872/2020 nömrəli qərarında və cavabdehin 23 sentyabr 2020-ci il tarixli əmrində göstərildiyi kimi hazır vəziyyətdə olması müəyyən edilməlidir.
27. Həm qanuni qüvvəyə minmiş məhkəmə qərarında, həm də əmrdə mənzilin mərtəbəsinin “0-dan hesablamaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbədə” yerləşməsi və “layihədə göstərilən 4 otaqlı mənzil olması” şərtləri əksini tapmışdır. Halbuki, birinci instansiya məhkəməsi daşınmaz əmlakın yerində müayinəsini apararkən (iş materiallarının 62-ci vərəqəsi) mənzilin 6-cı mərtəbədə yerləşməsini və arakəsmələrin olmadığını müəyyən etmişdir. İş materiallarında olan və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(102)- 2872/2020 nömrəli qərarında istinad olunan layihədən də görünür ki, həmin layihədə mənzilin otaqlarının sayı və ölçüləri konkret olaraq göstərilmişdir. Lakin arakəsmələr olmadığı, yəni, otaqların sayı və sahəsi məlum olmadığı halda birinci instansiya məhkəməsinin təhvil verilməli olan mənzilin hazır vəziyyətdə olması və bununla bağlı iddiaçıya təhvillə bağlı xəbərdarlıq edilməsini əsas götürməsi barədə gəldiyi qənaət əsassızdır. Birinci instansiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, MTK-nın direktoru arakəsmələrin olmamasını arakəsmələrin sakinlərlə razılaşdırılmaqla bölünməsi ilə izah etmişdir. Birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı və müqavilə şərtləri mövcud olduğu halda mənzilin hazır vəziyyətdə olması və təhvillə bağlı iddiaçıya xəbərdarlıq ünvanlamasını əsas götürərək iddianın kirayə haqqının ödənilməsi barədə hissəsinin qismən təmin olunması ilə bağlı mövqeyi əsassız olmuşdur. Həmçinin müqavilədə mənzilin “0-dan hesablamaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbədə” yerləşməsi nəzərdə tutulduğu halda birinci instansiya məhkəməsi yerində müayinə apararkən mənzilin 6-cı mərtəbədə yerləşməsini də müəyyən etmişdir.
28. Mənzilin hazır vəziyyətdə olmadığı təqdirdə iddiaçıya təhvillə bağlı müraciət unvanlmasının heç bir əhəmiyyəti olmasa da məhkəmə kollegiyası apellyasiya şikayətinin bu barədə sübutun məhkəmənin hazırlıq iclasından sonra qəbul olunmasını və bu sübuta istinad olunmasını da əsassız hesab edir. İş materiallarından görünür ki, bu sübut məhkəməyə hazırlıq iclasından və 2 dəfə təxirə salınmış məhkəmə baxışı iclasından sonra təqdim olunmuşdur. MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir, məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin işin hallarından görünür ki, cavabdeh tərəfindən bu sübutun işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmamışdır.
29. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddianın kirayə haqqının ödənilməsi hissəsində ləğv edilməli və bu hissədə iddia təmin olunmalıdır.
30. İddianın maddi və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinin rədd olunduğu hissəsində məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşdığından bu hissədə əlavə ararşdırma və qiymətləndirmə aparmağa zərurət görmür.
31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin kirayə haqqının ödənilməsi hissədə tam düzgün olmamışdır, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin yuxarıda göstərilən məzmunda qismən ləğvinə əsas verir.
32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e- 2(004)- 2248/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e- 2(004)- 2248/2024 nömrəli qətnaməsi mənzilin təhvil verilməsi hissəsində dəyişdirilsin. İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 07 avqust 2018-ci il tarixli, 071 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, 59 saylı ünvanda inşa edilmiş 1 nömrəli binanın 0-dan hesablanmaqla (qeyriyaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsində 4 otaqlı, laiyhədə nəzərdə tutulan ümumi sahəsi 112 kv.m. olan təmirsiz mənzil Cavabdeh Mənzil – Tikinti Koperatvi tərəfindən İddiaçı təhvil verilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e- 2(004)- 2248/2024 nömrəli qətnaməsi iddianın kirayə haqqının ödənilməsi hissəsində ləğv olunsun, bu hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. 2023-cü ilin fevral ayından 2024-cü ilin mart ayınadək olan dövr ərzində ödənilməmiş kirayə haqqına görə 7200 manat məbləğində pul vəsaiti və mənzil təhvil verilməsindən 3 ay sonrayadək hər ay 600 manat məbləğində pul vəsaiti Cavabdeh Mənzil – Tikinti Koperatvindən tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.