Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-758/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X9 və X10 cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “müqavilələrin qismən etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrin qismən etibarsız hesab edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçılar İddiaçı və X4 nümayəndəsi və vəkili (eyni zamanda X23 vəkili) Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı, X9 və X10 cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “müqavilələrin qismən etibarsız hesab edilməsi və s.” tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2263/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli 02/107, 02/114, 02/115, 02/210 nömrəli müqavilələr imzalanmışdır. xx.xx.2024-cü il tarixli 02/107 nömrəli müqaviləyə əsasən “Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmadığına görə 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li arayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küç 49, mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 72.05 kv.m mənzilini sökmək üçün “X24" MMC-yə təhvil verməyi öhdəsinə götürür.
2. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli 02/114 nömrəli müqaviləyə əsasən "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmadığına görə 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li arayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küç 49, mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 52.48 kv.m mənzilini sökmək üçün Cavabdeh2 MMC -yə təhvil verməyi öhdəsinə götürür.
3. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli 02/115 nömrəli müqaviləyə əsasən "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmadığına görə 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li arayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küç 49. mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 72.05 kv.m mənzilini sökmək üçün “X24" MMC -yə təhvil verməyi öhdəsinə götürür.
4. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli 02/210 nömrəli müqaviləyə əsasən "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmadığına görə 52 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 №-li arayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küç 49. mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 47.89 kv.m mənzilini sökmək üçün “X24" MMC-yə təhvil verməyi öhdəsinə götürür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Ağasabir qızının ünvan 6-a köçürülməsi, həmin evin həyətyanı sahəsinin və faktiki mövcud olan bütün tikililərinin ½ hissəyə naturada bölünməklə istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49-da yerləşən ev mərhum valideyinlərinə məxsus olmuşdur. Valideyinlərinə məxsus həmin evdə xx xxxxxx 1958-ci ildə o, 08 avqust 1964-cü ildə isə qardaşı Cavabdeh1 dünyaya gəlmişlər. Onlardan başqa iki bacısı da onlarla birlikdə həmin evdə doğulmuş və böyümüşlər. Ümumiyyətlə ailədə üç bacı, bir qardaş olmuşlar. İki bacısı ailə qurduqdan sonra Bakı şəhərinin müxtəlif ünvanlarında ailələrinə məxsus evlərdə yaşayırlar. Valideyinlərindən atası-X5 - 2008-ci ilin aprelin 7-də, anası-X3-2007-ci ilin iyul ayının 23-də vəfat etmişlər. Onlar vəfat etdikdən sonra həmin evdə o, iki qızı və mərhum əri, həmin iş üzrə cavabdeh qardaşı Cavabdeh1, onun arvadı və üç uşağı yaşamış və yaşamaqdadır. Məhkəmənin diqqətinə çatdırmışdır ki, qızlarının Türkiyə vətəndaşları ilə ailə qurmaları səbəbəbindən ilin əksər hissəsini Türkiyədə yaşayırlar. Hər iki qızı ilin əksər hissəsini Türkiyə Respublikasında yaşamaları səbəbindən o, da ilin çox hissəsini Türkiyədə yaşamalı və işləmək məcburuyyətində qalmışdır. O, və hər iki qızının Türkiyədə yaşamasından sui- stifadə edən qardaşı Cavabdeh1 ailəsi ilə birlikdə doğulub böyüdüyü və hər iki qızı ilə yaşadığı evin həyətini, evin həyətində olan bütün tikililəri (otaqları) zəbt etmiş, ona və qızlarına məxsus evə və əmlaklara faktiki olaraq sahiblik etməyə başlamışlar. Bir neçə dəfə Türkiyədən vətənə qayıdıb daimi qeydiyyatda olduğu və yaşadığı evə getməyə cəhd etmiş, hər dəfə cavabdeh və onun ailə üzvlərinin ona faktiki olaraq yaratdıqları süni maneə nəticəsində həmin evin həyətinə girə bilməmişdir. Bütün cəhdləri nəticəsiz qalmışdır. Cavabdeh olan doğma qardaşının Cavabdeh1 ona qarşı yaranmış ögey və qeyri adekvat münasibətinin səbəbini aydınlaşdırdıqda ona məlum olmuşdur ki, həm qardaşı ilə birlikdə yaşadıqları atadan qalma ev, həm də qonşu əraziləri özəl tikinti şirkəti X24 MMC tərəfindən alınması və yerində hündür mərtəbəli binalar tikilməsi həyata keçirilməsi planlaşdırılmışdır. Bu barədə Cavabdeh1 tərəfindən həmin şirkətə bütün evə dair rəsmi layihə təqdim edilmiş və bu səbəbdən də onları xəbəri olmadan həmin evin əvəzinə şirkət tərəfindən verilməsi təklif olunan 2 ədəd iki otaqlı və iki ədəd 1 otaqlı mənzillərə sahib olmaq istəyir. Bakı şəhərində doğulmuş və böyümüş, əslən Bakılı olan və Bakı şəhərində evi olan bir şəxs kimi Türkiyədən qayıdarkən öz evinə gedə və həmin evdə gecələyə bilmir. Hər dəfə gələndə oteldə qalmaq məcburiyyətindədir. Doğma qardaşının varlanmaq niyyəti, ona çatası paya sahib olmaq istəyi və tamahı onun sahiblik və istifadə hüququ olan evdən faktiki məhrum etmişdir. Onun bu özbaşınalığı onun həmin evdə sahiblik və istifadə hüquqlarını pozmuş və tapdalamışdır.
7. Daha sonra İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
8. Sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X24 MMC-nin üzərinə qanunsuz olaraq sökərək məhv etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49 saylı (52 saylı ərazi MKİS-nin qeydiyyat kartoçkasında ev 47/49, mənzil 1 kimi qeyd olunmuşdur) evin, evin həyətində sökdüyü qarajın və evin hasarını bərpa etmək vəzifəsinin qoyulması, Cavabdeh1 üzərinə evdə olmuş yaşayış üçün zəruri olan, qanunsuz olaraq götürülmüş yataq və mətbəx əşyaları, yorğan və döşəklər və sairə məişətdə istifadə olunan əşyaların alınaraq geri qaytarılması haqqında qətnamə qəbul edilməsi, cavadehlər X24 MMC ilə Cavabdeh1 barələrində qanunsuz olaraq müqavilə bağlamaq adı altında ona və qızlarına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49 saylı evi qəsdən sökdüklərinə və məhv etdiklərinə gorə Azərbaycan Respublikası CM-nin 186.2.1- ci maddəsi ilə cinayət işinin başlanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsini xahiş etmişdir.
9. X9 və X23 cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin üzərinə qanunsuz olaraq sökərək məhv etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi 47/49 evin, evin həyətində sökdüyü qarajın və evin hasarının bərpa etmək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini, cavabdehlər barəsində qanunsuz olaraq müqavilə bağlama adı altında hər iki iddiaçı olaraq onlara və analarına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi 47/49 saylı evi qəsdən sökdüklərinə və məhv etdiklərinə görə Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49-da yerləşən ev anamın valiyenlərinə məxsus olmuşdur. Həmin evdə iddiaçılardan olan (əvvəlki adı: X6) X9 1992-ci ildə, (əvvəlki adı: X7) X23 isə 1988-ci ildə doğulmuşlar. Hər iki iddiçıların doğulduqları ev anaları İddiaçı Ağasabir qızının valideyinlərinə məxsus olmuşdur. Həmin evdə dayıları, həmin iş üzrə cavabdehlərdən biri Cavabdeh1 ailəsi ilə birlikdə, anları İddiaçı Ağasabir qızı iki qızları, yəni indiki iddiaçılarla birlikdə və mərhum əri ilə birlikdə yaşamışlar. İddiaçılar valideyinləri ilə birlikdə həmin evin aşağı otaqlarında, dayıları Əliyev Ağasabir isə evin yuxarı, yəni iknci mərtəbəsində ailəsi ilə yaşamışdır. Həmin evdə iddiaçıların anası İddiaçı Ağasabir qızı xx xxxxxx 1958-ci ildə, 08 avqust 1964-cü ildə isə Cavabdeh1 dünyaya gəlmişdir. İddaçıların babası X5 - 2008-ci ilin aprelin 7-də, nənələri -X3 isə-2007-ci ilin iyul ayının 23-də vəfat ediblər. Onlar vəfat etməmişdən əvvəl həm anası Həcər, həm də dayıları yəni cavabdeh İmaməli evlənmiş və hər ikiləri evləndikdən sonra həmin evin aşağı hissəsində anası, atası və iki bacı olaraq onlar evin yuxarı yəni ikinci mərtəbəsində isə Cavabdeh1, onun arvadı və üç uşağı yaşamışlar. Sonralar hər iki iddiaçı Türkiyə vətəndaşıları ilə evlənmələri səbəbindən ilin əksər hissəsini Türkiyədə yaşamış və bir müddət sonradan isə daimi yaşamağa başlamışdlar. Hər iki iddiaçı Türkiyə Respublikasında yaşamaları səbəbindən anaları İddiaçı Ağasabir qızı da ilin çox hissəsini Türkiyədə yaşamalı və işləmək məcburiyyətində qalmış, lakin sonradan daimi yaşamağa başlamışdır. İddiaçıların və analarının hər ikisinin Türkiyədə yaşamasından suiistifadə edən Cavabdeh1 doğulub, böyüdükləri və hər ailə ilə birlikdə yaşadıqları evin həyətini, evin həyətində olan bütün tikililəri (otaqları) zəbt etmiş, onlara məxsus bütün evə və əmlaklara faktiki olaraq sahiblik etməyə başlamışlar. Bir neçə dəfə anaları Əliyeva X2 vətənə qayıdıb daimi qeydiyyatda olduqları doğulduqları, böyüdükləri evə getməyə cəhd etmiş, hər dəfə cavabdeh və onun ailə üzvlərinin faktiki olaraq yaratdıqları süni maneə nəticəsində anası evə girə bilməmişdir. Cavabdeh1 anasına qarşı yaranmış ögey və qeyri adekvat münasibətinin səbəbəni aydınlaşdırdıqda məlum olmuşdur ki, həm onların anaları ilə birlikdə yaşadıqları atadan qalma evləri, həm də qonşu əraziləri özəl tikinti şirkəti X24 MMC tərəfindən alınması və yerində hündür mərtəbəli binaların tikilməsi planlaşdırılmışdır. Cavabdeh1 tərəfindən həmin şirkətə bütün evə dair rəsmi layihə təqdim edilmiş və bu səbəbdən də onların xəbəri olmadan həmin evin əvəzinə şirkət tərəfindən verilməsi təklif olunan 2 ədəd iki otaqlı və iki ədəd 1 otaqlı mənzillərə sahib olmaq istəmişdir. Anası İddiaçı Ağasabir qızı Bakı şəhərində doğulmuş və böyümüş, Bakı şəhərində evi olan bir şəxs kimi Türkiyədən qayıdarkən öz evinə gedə və həmin evdə gecələyə bilməmişdir. Anası son dəfə Bakı şəhərinə gədəndə oteldə qalmaq məcburiyyətində qalmışdır. Doğma dayıları Cavabdeh1 varlanmaq niyyəti, iddiaçılar olaraq onların hər ikisinə və analarına çatası paya sahib olmaq istəyi və tamahı onların sahiblik və istifadə hüququ olan evdən faktiki məhrum etmişdir. Onun bu özbaşnalığı onların həmin evdə sahiblik və istifadə hüquqlarını pozmuş və tapdalamışdır. Bu səbəbə görə də, anası İddiaçı Ağasabir qızı (sonuncu adı X21) pozulmuş hüquqlarının bərpa olunması üçün “ünvan 6-a köçürülməsi, həmin həyət evinin və həmin evin həyətyanı sahəsinin ½ hissəyə naturada bölünməklə istifadə qaydasının müəyyən edilməsi haqqında” qətnamə qəbul edilməsi üçün Nəsimi Rayon Məhkəməsində qardaşı Cavabdeh1 qarşı iddia qaldırmışdır. Anası X21 iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edənədək, yəni xx.xx.2024-cü il tarixdə özəl tikinti şirkəti X24 MMC-yə gedərək rəsmi ərizə vermiş və həmin ərizədə rəsmi olaraq bildirmişdir ki, həmin ev atadan qalma ev olduğuna, həmin evdə Cavabdeh1 ilə onun və iki qızının, yəni onların daimi qeydiyyatda olduqları, yaşadıqları, həmin evdə sahiblik, istifadə və mülkiyyət hüquqlarının olmasını, məhkəmə qətnaməsi ilə həmin evdən sahiblik, istifadə və mülkiyyət hüquqlarından məhrum edilmələrini bildirmiş və xahiş etmişlər ki, İddiaçı Ağasabir qızının və onun iki qızının həmin ünvanda yaşayış və istifadə hüquqlarının olmasını nəzərə alıb, Azərbaycan Respublikası Konstitusiyasının tələbləri əsasında həmin ünvanın həm faktiki tikinti altı olan hissəsini, həm də faktiki olaraq istifadəsində olan torpaq sahəsinin ölçüsünü, həmin sahələrə görə ev mülkiyyətçiləri, istifadə və yaşayış hüquqları olan şəxslərin hər birinin rəsmi razılığını almaqla, həmin şəxslərin sayına uyğun olaraq veriləcək kompensasiyanın pul və ya natura (mənzil) formasında verilməsini razılaşdırmalarını və bu barədə planlaşdırılan işlərin rəsmiləşdirilməsini təmin etmələrini xahiş və tələb olunmuşdur. xx.xx.2024-cü il tarixdə özəl tikinti şirkəti X24 MMC-yə rəsmi məlumat verildikdən və həmin ərizəni rəsmi qaydada qeydiyyatdan keçirdikdən sonra yuxarıda göstərilən iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə iddia qaldırmış və həmin tələblə “evə köçürmə, evin naturada ½ hissəyə bölünməklə istifadə qaydasının müəyyən olunması” nı xahiş etmişdir. Həmin mülki iş məhkəmənin icraatında olduğu müddətdə, şirkətə qabaqcadan rəsmi məlumat verilməsinə baxmayaraq, sahiblik, istifadə və mülkiyyət hüquqları olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsində yerlşən 47/49 saylı (52 saylı ərazi MKİS-nin qeydiyyat kartoçkasında ev 47/49, mənzil 1 kimi qeyd olunmuşdur) evi 2024-ci ilin aprel ayının axırı və may ayının əvvəli özəl tikinti şirkəti X24 MMC tərəfindən sökülmüş, həmin ərazidə analarına və hər iki iddiaçı olaraq onlara məxsus əmlakı, yəni evləri, həyətin hasarını və digər yardımçı tikililəri, həmçinin həyətin qarşısında yerləşən anasının atasından qalma faktiki olaraq istifadələrində olan, ümumi sahəsi 30 kvadratdan artıq olan qarajı qəsdən məhv etmiş və onlara külli miqdarda maddi ziyan vurmuşdur. Tikinti şirkəti tərəfindən sökülən ev otaqlarının və yardımçı tikililərin sayı, Cavabdeh1 da ailəsi ilə yaşadığı otaqlarıda daxil olmaqla, ümumilikdə 12 otaqdan ibarət olmuşdur. Tikili altı olan sahə 152, 66 kvadrat metr, həyətin küçə tərəfdən olan hissəsində atadan qalmaq qarajın ümumi sahəsi 30 kv.metr, ümumi həyətin tikili altı olmayan torpaq sahəsi 30 kvadrat metr olmuşdur. Həmin tikili altı olan hissələrin onların və analarının faktiki istifadəsində olmuş hissəsində yerləşən yaşayış otaqları 8,0 kv.m; 26,5 kv.m; 14,4 kv.m; 6,12 kv.m; 14,0 kv.m və 9,0 kv.m olmaqla, cəmi 78,02 kvadrat, tikili altı olmayan sahə, ümumi istifadədə olan həyətdə yerləşən torpaq sahəsinin yarısı (30:2=15) 15 kv.m olan torpaq sahəsi və ümumi sahəsi 30 kv.metr olan qarajın ½ hissəsi, yəni 15 kv.mert olan hissəsi, ümumilikdə (8,0 + 26,5 + 14,4 + 6,12 + 14,0 + 9,0 = 78,02 kv.m + 15 kv.m (torpaq sahəsinin ½) + 15 kv.metr (qarajın ½) = 108,02 kvadrat metr təşkil edirdi. Bununla bağlı olaraq şirkətin rəhbəri kimi özünü təqdim edən Rövşən adlı şəxs bildirmişdir ki, sökülən evin (həyətin) kupçası (çıxarışı ) olmadığına görə həmin ünvanda yaşayan İmaməli adlı şəxslə müqavilə bağlayaraq həmin sökülən evin əvəzində ona gələcəkdə tikiləsi evdən 2 ədəd iki otaq, iki ədəd bir otaq verilməsi razılaşdırılmışdır. Şirkət rəhbərinin dediklərindən məlum olmuşdur ki, özəl tikinti şirkəti X24 MMC ilə Cavabdeh1 arasında qanunsuz olaraq aparılmış razılaşma əsasında, analarının və hər iki iddiaçı olaraq onların sahiblik, istifadə və mülkiyyət hüquqları olan evi onların razılıqları olmadan, məhkəmənin qətnaməsi olmadan onların iradəsinin əksinə sökmüş, şirkət rəhbəri Cavabdeh1 ilə gizli sövdələşmə edərək onlara məxsus şəxsi əmlakları olan evi qəsdən məhv etmiş, anasına və onların hər ikisinə külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur.
11. Daha sonra hər iki iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddialar üzrə ümumi tələblə məhkəməyə müraciət edərək, cavabdeh X24 MMC və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli №5/210 saylı; xx.xx.2024-cü il tarixli № 02/115 saylı; xx.xx.2024- cü il tarixli № 02/114 saylı və xx.xx.2024-cü il tarixli № 2/107 saylı müqavilələrinin qismən etibarsız hesab edilməsi və cavabdeh X24 MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsində yerləşmiş 47/49 saylı evdə sahiblik və istifadə hüququ olan hər üç iddiaçının əvəzinə, iddiaçı X21 ilə 1 ədəd - 2 otaqlı və 1 ədəd 1 otaqlı mənzillər üçün həmin ərazidə sökülmüş digər evlərin sahibləri ilə bağlanılmış müqavilələrdə nəzərdə tutulmuş şərtlər əsasında müqavilə bağlamaq vəzifəsinin qoyulması haqqında qətnamə qəbul edilməsi, cavadehlər X24 MMC ilə Cavabdeh1 barələrində qanunsuz olaraq müqavilə bağlamaq adı altında ona və qızlarına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49 saylı evi qəsdən sökdüklərinə və məhv etdiklərinə görə Azərbaycan Respublikası CM-nin 308-ci və 186.2.1-ci maddəsi ilə cinayət işinin başalanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsini xahiş etmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2263/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və qeyrilərinin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı müqavilələrin qismən etibarsız hesab edilməsi və sairə tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar cavabdehlər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməli olması dəlillərinin əsasında həmin ünvanda “onlara məxsus 2 ədəd iki otaqlı və iki ədəd 1 otaqlı mənzillər”in də Cavabdeh1 tərəfindən tikinti şirkətinə öz yaşayış sahəsi kimi təqdim etməsi olmuşdur. Məhkəmə gedişatı zamanı verilmiş sorğular əsnasında müəyyən edilmişdir ki, mübahisələndirilən ünvan-ünvan 4i ilə bağlı məlumat aşkar edilməmiş, ümumiyyətlə İddiaçı və Cavabdeh1 adlarına hazırda Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi mənzilə dair heç bir hüquqmüəyyənedici sənədlər aşkar edilməmiş, "xxxx" MMC və Cavabdeh1 arasında bağlanılmış müqavilələr Cavabdeh1 ailəsi ilə birlikdə faktiki yaşadığı yaşayış sahəsinə aid edilməklə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Qanunun tələbindən göründüyü kimi əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. Məhkəmə hesab edir ki, sözügedən iddianın heç bir hüquqi əsası mövcud olmamaqla yanaşı eyni zamanda iddiaçıların bu iddianın qaldırmasına subyektiv hüquqları da mövcud olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu əsasla da iddiaçıların “cavabdeh GOLD STAR SİTY MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsində yerləşmiş 47/49 saylı evdə sahiblik və istifadə hüququ olan hər üç iddiaçının əvəzinə, iddiaçı X21 ilə 1 ədəd - 2 otaqlı və 1 ədəd 1 otaqlı mənzillər üçün həmin ərazidə sökülmüş digər evlərin sahibləri ilə bağlanılmış müqavilələrdə nəzərdə tutulmuş şərtlər əsasında müqavilə bağlamaq vəzifəsinin qoyulması”na dair hissəsinin də heç bir hüquqi əsasının olmadığı müəyyən edilməklə məhkəmə qeyd edilən hissədə də iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar İddiaçı xx.xx.2019-cu il tarixdən, X9 xx.xx.2020-ci il tarixdən və X23 xx.xx.2015-ci il tarixdən Türkiyə Respublikası vətəndaşları ilə nikaha girmişlər və onların daimi yaşayış yerləri həmin ölkədir. Bundan başqa müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2012- ci il tarixdən ünvan 5 ünvanda mülkiyyətində olmuş evi onun tərəfindən xx.xx.2021-ci il tarixdə satılmışdır. Məhkəmə qeyd edir ki, mübahisəli ünvana dair hüquqmüəyynəedici sənədlərin olduğu halda belə iddiaçıların sözügedən yaşayış sahəsinə olan istifadə hüquqlarına ehtiyaclarının aradan qalxdığı əsası (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) ilə (belə bir tələb olduğu halda) kompensasiya ödəmədən xitam verilməsi mümkün olacaq idi. Belə ki, iddiaçılar mübahisə predmeti olan evdən uzun müddət fasiləsiz olaraq istifadə etməməklə mübahisəli yaşayış sahəsinə dair hüquqlarını itirmiş olacaqlardır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2263/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilərək təmin edilməsi və ilkin iddia tələbi üzrə mənzilə köçürülmə tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh1 tərəfindən elektron kabinetə yerləşdiriilənxx.xx.2024-cü il tarixli akta istinad etsə də, həmin aktda göstərilənlərin doğru və ya yalan olmasını aydınlaşdırmamışdır. Yəni həmin şəxslərin heç biri məhkəmə iclasına dəvət edilməmiş və şahid kimi izahatları alınmamışdır. Hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə dəvət edilmiş şahidlərin məhkəmədə dedikləri ilə cavabdehin məhkəməyə təqdim etdiyi aktda yazılanlar arasında olan uyğunsuzluq və ziddiyyət məhkəmə tərəfindən yoxlanılmamış, həmin hissəyə hüquqi qiymət verilməmiş və məhkəmə qəbul etdiyi qətnamə ilə bu hissədə səhv nəticəyə gəlmişdir. Həmin aktı imzalayan şəxslər İddiaçı və qızlarının həmin ünvanda ümumiyyətlə yaşamadıqlarını və qeydiyyatlarının formal xarakter daşıdığını, Cavabdeh1 isə iddiaçıların həmin evdə yaşadıqlarını, sonradan işləmək üçün Türkiyəyə getdiyi bildirilir. Göründüyü kimi Cavabdeh1 izahatında bildirdikləri ilə aktda yazılanlar bir birinin əksini deyir. Bunun özü həmin aktın heç hüquqi əsasının olmamasını sübut edir. Qətnamənin digər əsaslandırıcı hissəsində maddi hüquq norması kimi Mülki Məcəllənin 337-ci maddəsinə istinad edilmişdir. Həmin maddəyə əsasən əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır və sairə. Bildirir ki, əgər məhkəmə iddiaçıların mövcud iddia tələbi ilə iddia verməyə subyektiv hüqularının olmadığı nəticəsinə gəlmişsə, hansı səbəbdən iddia tələbinin təmin olunmaması barədə nəticəyə gələrkən maddi hüquq norması kimi MM-nin 337-ci maddəsinə istinad etmişdir?! Yəni iddiaçılar subyektiv hüquqa malik deyillərsə, iddia tələbinin əsaslarını təşkil edən müqavilələrin etibarsızlığını müzakirə etmədən və həmin hissəyə hüquqi qiymət vermədən, subyektiv hüquqa malik olmama əsası ilə iddia tələbini təmin olunmaması barədə qətnamə qəbul etməli və həmin qətnaməni ancaq həmin əsasla maddi və prosessual hüquq normaları ilə əsaslanıdrmalı idi. Baxmayaraq ki, əsaslandırma olmamış, iddiaçıların həmin tələblə iddia verməyə subyektiv hüquqlarının olmaması barədə nəticəyə gəlmək üçün ancaq Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarının iki cümləsi qətnamənin əsaslandırcı hissəsinə köçürülmüşdür. Qətnamənin digər əsaslandıırcı hissəsindən də göründüyü kimi iddianın təmin olunmamasında əsas kimi iddiaçılar İddiaçı xx.xx.2019-cu il tarixdən, X9 xx.xx.2020ci il tarixdən və X23 xx.xx.2015-ci iltarixdən Türkiyə Respublikası vətəndaşları ilə nikaha girmələri və onların daimi yaşayış yerləri həmin ölkənin olması və İddiaçı xx.xx.2012-ci il tarixdən ünvan 5 ünvanda mülkiyyətində olmuş evi onun tərəfindən xx.xx.2021-ci il tarixdə satması olmuşdur. 3.1.) Qətnamənin həmin hissəsi ilə bağlı bildirir ki, iddiaçıların Türkiyə vətəndaşlarıilə nikaha girmələri həqiqətdir. Hər kəs istədiyi şəxslə qanunla müəyyən olunmuş qaydada nikaha girə bilər. İddiaçıların daimi yaşayış yerlərinin həmin ölkə olması ilə bağlı məhkəmənin iddia tələbini rədd etməsi üçün gəldiyi nəticə səhvdir. Belə ki, iddiaçılar əsasən Türkiyədə yaşayırlar. Onlar daimi həmin ölkədə yaşamaq barədə hardasa öhdəlik götürməmişlər. Hətta iddiaçılar həmin ölkədə daima yaşasalarda belə, onların daimi başqa ölkədə yaşamaları hal-hazırda iddia etdikləri evdən onların istifadə hüquqlarından məhrum etmir. Yəni iddiaçıların həmin evdə doğulmaları, yaşamaları və doğulduqları andan yaramış sahiblik və istifadə hüquqları işə əlavə edilmiş bütün yazılı sübutlarla və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, İddiaçı Bakı şəhərinin başqa yerində evinin olması və xx.xx.2012-ci iltarixdən ünvan 5 ünvanda mülkiyyətində olmuş həmin evi onun tərəfindən xx.xx.2021-ci il tarixdə satması iddiaçıların hazırkı iddia tələbinin rədd edilməsi və iddiaçıların belə bir iddia ilə iddia verməyə subyektiv hüquqlarının olmaması barədə nəticəsinə gələməyə əsas vermir. Belə ki, iddiaların xarici vətəndaşlarla evlənmələri, başqa ölkədə daimi yaşamaq üçün getmələri , orada yaşamaları, iddiaçıların mübahisə etdikləri evdən əlavə Bakı şəhərində başqa evlərinin olması və həmin evi satmaları onlara sahiblik və istifadə hüquqları olan hazırda mübahisə etdikləri evə dair iddia qaldırmaq və pozulmuş hüquqlarını müdafiə etmək hüquqlarından məhrum etmir. İddiaçıların iddia tələblərinin həmin əsaslarla təmin edilməməsi məhkəmə qətnamənin əsaslandırıcı hissəsində maddi və ya prosessual hüquq normaları ilə əsaslandırılmamışdır. 4.)Qətnamənin digər əsaslandırıcı hissəsində iddia tələbinin təmin olunmaması əsaslarından biri kimi, mübahisəli ünvana dair hüquq müəyyənedicisənədlərin olduğu halda belə, iddiaçıların sözügedən yaşayış sahəsinə olan istifadə hüquqlarına ehtiyaclarının aradan qalxdığı əsası (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) ilə (belə bir tələb olduğu halda) kompensasiya ödəmədən xitam verilməsi mümkün olacağını, belə ki, iddiaçılar mübahisə predmeti olan evdən uzun müddət fasiləsiz olaraq istifadə etməməklə mübahisəli yaşayış sahəsinə dair hüquqlarını itirmiş olacaqları nəticəsinə gılmişdir. Kollegiya üzvülərinin diqqətinə çatdırır ki, mübahisə etdiyi evin işıq sayğacı İddiaçı Ağasabir qızının mərhum atası Ağasabirin adındadı, evin qaz sayğacı isə Cavabdeh1 adına olmuşdur. Evin tam olaraq Cavabdeh1 olması və guya iddiaçıların həmin evə dair subyektiv hüquqlarının olmaması barədə gəlinmiş nəticə tam əsassızdır. Məhkəmə iclasında şahidlərin izahatları və işə əlavə etdiyi yazılı sübutlar iddia tələbinin əsaslı və qanuni olmasını mübahisəsiz sübut etdi. Həmin mübahisə etdiyi atadan qalma ev dövlət reysterində qeydiyyatdan keçməmişdir. Yəni 1958-ci ildən əvvəl tikilmiş və ərazi üzrə MKİS-də qeydiyyatda olan özbaşına tikilidir. İddiaçılar hətta sonradan Türkiyə vətəndaşlığını qəbul etsələr belə, onların doğulub böyüdükləri vəistifadə hüquqları olan evə dair tələb irəli sürmək hüquqlarından məhrum etmir. Yəni xarici vətəndaşlığı alsalar belə onların həmin evdə olan sahiblik və istifadə hüquqları qalmış və qalmaqdadır. Qanunun tələbinə görə hər üç iddiaçını həmin evdəki hüquqlarından ancaq məhkəmə qətnaməsi ilə kompensasiya vermək yolu ilə məhrum etmək olar.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
18. İddiaçılar İddiaçı və X4 nümayəndəsi və vəkili (eyni zamanda X10 vəkili) Vəkil1 izahatında bildirir ki, iddiaçı və Cavabdeh1 ünvan 6 ünvanında anadan olmuşlar. Evi iddiaçının valideynləri alıb. Ev özbaşına tikilidir. Həyətə girəndə sağ tərəfdə cavabdeh və onun ailəsi yaşamışdır. 2 mərtəbəli ev olub. Bir müddət sonra iddiaçının yoldaşı vəfat etmişdir və maddi problemlərə görə iddiaçı Türkiyəyə işləməyə getmiş və uşaqlarına yaşamaları üçün pul göndərmişdir. Uşaqlara iddiaçının valideynləri baxmışdır. Daha sonra iddiaçının valideynləri də vəfat etmişdir. İddiaçı Türkiyədə olduğu müddətdə ailə həyatı qurmuşdur. Buradakı əmlaklarından imtina etməyib. Evin sökülmə ərəfəsində iddiaçı qayıdıb yaşadığı evə girmək istəyəndə cavabdeh qardaşı onu qoymayıb. Çünki, cavabdeh iddiaçıya məxsus evə girib, faktiki olaraq sahiblik etməyə başlayıb.İddiaçıya doğulub böyüdüyü, ona və qızlarına məxsus evə girməyə cavabdeh icazə verməyib. İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, həmin sənəd bugün də qüvvədədir. Digər cavabdeh MMC iddiaçıya müəyyən məbləğ təklif etsə də iddiaçı razı olmadı, çünki ona vacib burada yaşayış yerinin olmasıdır. Akt tərtib edilib ki, iddiaçı həmin evdə yaşamayıb. Akt formal tərtib edilib. Məhkəmə aktı sübut qismində qəbul edə bilməzdi. Rayon məhkəməsində cavabdeh izahatını ziddiyətli vermişdir. İddiaçının Türkiyəyə gedib, orada yaşaması, ailə qurması onun burada subyektiv hüququnun olmamasına əsas ola bilməz. Subyektiv hüququ doğulduğu andan yaranıb, bu hüquqdan məhrum edən məhkəmə qərarı da yoxdur. İşıqla bağlı müqavilə iddiaçının atasının adınadır. İddiaçı, qızları və cavabdeh həmin həyətdə yaşayıblar. İddiaçı həmin evdə yaşamaqla valideynlərindən qalma əmlakı faktiki qəbul edib. Məhkəmə qətnaməsi qanuni olmalıdır. Qətnamədə hansı hüquq münasibətlərinə istinad edilib, aydın deyil. Cavabdeh özünə aid hissədə yaşamışdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçının həmin evdə payı var, valideynləri vəfat edəndən sonra mirası faktiki qəbul edib, orada yaşayıb. Orada doğulub və yaşayıb.
19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
21. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılardan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını İddiaçı münasibətdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. İddiaçı və onun yetkinlik yaşına çatmış övladları olan digər iddiaçılar ünvan 6 ünvanında əvvəllər yaşadıqları mənzilin (bundan sonra mübahisə predmeti olan ev) təhvil verilməsi ilə bağlı cavabdeh X25 MMC və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli №5/210 saylı; xx.xx.2024-cü il tarixli № 02/115 saylı; xx.xx.2024-cü il tarixli № 02/114 saylı və xx.xx.2024-cü il tarixli № 2/107 saylı müqavilələrinin qismən etibarsız hesab edilməsi; cavabdeh X25 MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsində yerləşmiş 47/49 saylı evdə sahiblik və istifadə hüququ olan hər üç iddiaçının əvəzinə, iddiaçı X21 ilə 1 ədəd - 2 otaqlı və 1 ədəd 1 otaqlı mənzillər üçün həmin ərazidə sökülmüş digər evlərin sahibləri ilə bağlanılmış müqavilələrdə nəzərdə tutulmuş şərtlər əsasında müqavilə bağlamaq vəzifəsinin qoyulması haqqında qətnamə qəbul edilməsini tələb edir.
28. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir.
29. Birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı tərəfindən mübahisələndirilmişdir.
30. İddiaçı işə birinci instansiya məhkəməsində baxılan zaman izahatında bildirmişdir ki, mübahisə predmeti olan atasına məxsus evdə 1958-ci ildən yaşamışdır. Ailə qurduqda evdən çıxmış başqa mənzildə 8-9 ay yaşamışdır. Sonra yoldaşı ilə ata evinə qayıtmışdır. Yoldaşı 1994-cü ildə vəfat etmişdir. 1998-ci ilədək həmin evdə yaşadı. Sonra işləmək üçün Türkiyə Respublikasına getdi. İddiaçı o cümlədən iddia ərizəsində qeyd etmişdir ki, anası 2007-ci ildə, atası 2008-ci ildə vəfat etmişdir.
31. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı 2005-ci ildən etibarən Türkiyə Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında ölkə ərazisinə giriş çıxışı qeydə alınmışdır.
32. İddiaçılar X23 xx.xx.2015-ci il tarixdən, İddiaçı xx.xx.2019-cu il tarixdən, X9 xx.xx.2020-ci il tarixdən və Türkiyə Respublikası vətəndaşları ilə nikaha girmişlər və Türkiyə Respublikasında daimi yaşayırlar.
33. Kollegiya qeyd edir ki, ilk növbədə məhkəmə kollegiyası iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub olmamasını yoxlamalıdır.
34. İşin halları ilə də təsdiqini tapır ki, İddiaçı mübahisə predmeti olan evdə istifadə hüququ yaransa da, daha sonra həmin hüquq itirilmişdir. İddiaçı bildirir ki, 1958-ci ildən 1998-ci ilədək mübahisə predmeti olan evdə yaşamışdır. Daha sonra Türkiyə Respublikasına köçmüş və orada işləmişdir. 2005-ci ildə isə Türkiyə Respublikasının vətəndaşlığını qəbul etmişdir.
35. Bundan əlavə, İddiaçı Bakı şəhərində mülkiyyətində evi olmuşdur. xx.xx.2012-ci il tarixdən ünvan 5 ünvanda mülkiyyətində olmuş ev onun tərəfindən xx.xx.2021-ci il tarixdə satılmışdır.
36. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
37. Bundan əlavə, iddiaçı iddia edir ki, atasına məxsus evi vərəsəlik qaydasında qəbul etmişdir.
38. İlk növbədə qeyd olunmalıdır ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 4i ilə bağlı məlumat aşkar edilməmişdir.
39. Kollegiya qeyd edir ki, iddiaçının atası 2008-ci ildə vəfat etmişdir. Həmin dövrdə iddiaçı artıq Türkiyə Respublikasında yaşayırdı. Mirasın qəbulu ilə bağlı müraciət də olunmamışdır. Deməli, iddiaçı hər hansı mirası da qəbul etməmişdir.
40. Mülki qanunvericiliyə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.§20
41. Beləliklə, kollegiya da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının cavabdeh X25 MMC və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli №5/210 saylı; xx.xx.2024-cü il tarixli № 02/115 saylı; xx.xx.2024-cü il tarixli № 02/114 saylı və xx.xx.2024-cü il tarixli № 2/107 saylı müqavilələrinin qismən etibarsız hesab edilməsi; cavabdeh X25 MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsində yerləşmiş 47/49 saylı evdə sahiblik və istifadə hüququ olan hər üç iddiaçının əvəzinə, iddiaçı X21 ilə 1 ədəd - 2 otaqlı və 1 ədəd 1 otaqlı mənzillər üçün həmin ərazidə sökülmüş digər evlərin sahibləri ilə bağlanılmış müqavilələrdə nəzərdə tutulmuş şərtlər əsasında müqavilə bağlamaq vəzifəsinin qoyulmasını tələb etmək üçün subyektiv hüququ yoxdur.
42. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilir ki, “...Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”
43. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
44. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2263/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov