Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7580/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, Ərizəçi Bakı şəhəri 14 saylı Notariat Ofisi maraqlı şəxs olmaqla “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə” ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4252/2023 nömrəli 15 noyabr 2023cü il tarixli qərardadına əsasən mübahisəli aidiyyat məsələsinin müəyyənləşdirilməsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “miras qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması” barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən mərhum həyat yoldaşı X1 miras qalmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının-miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə ərizəçinin məqsədi mərhum yoldaşından miras qalmış əmlaka mülkiyyət hüququnu əldə etməkdir. Miras qalmış əmlak Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşdiyindən ərizə ərazi yurisdiksiyası üzrə Xəzər Rayon Məhkəməsinə verilməlidir. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, ərizənin mahiyyətindən göründüyü kimi ərizə xüsusi icraat qaydasında baxılan işlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizədən isə görünür ki, ərizəçi ünvan 2 ünvanda yaşayır. Ərizəçinin maraqlı şəxs qismində qoyduğu Bakı şəhəri Maraqlı şəxs isə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4252/2023 nömrəli 15 noyabr 2023-cü il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsna qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması” barədə ərizəsi üzrə mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Göründüyü kimi Ərizəçi hazırda xüsusi icraat qaydasında Bakı şəhəri 14 saylı Notariat Ofisini maraqlı şəxs qismində göstərməklə “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə” hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 309-cu maddəsi ilə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələrin verilməsi ilə bağlı aidiyyət məsələsi tənzimlənir. Həmin normanın birinci hissəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddənin ikinci hissəsinə görə isə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Hazırki ərizə isə 309.2-ci hissənin tətbiq dairəsinə aid olmadığı üçün, ərizəçi hazırki ərizə ilə öz yaşadığı yerin məhkəməsinə müraciət etməli idi. Hazırki halda müstəsna aidiyyətdən söhbət getmir. Ərizəçi ünvan 2 ünvanda yaşadığından qanunvericiliyin tələbinə görə hazırki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Kollegiya onu da qeyd edir ki, işin göndərildiyi məhkəmə tərəfindən ərizənin icraata qəbul edilməsi məsələsinə baxılarkən hazırki ərizənin məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər kateqoriyasına aid olub-olmadığı da nəzərə alınmalıdır. MPM-in 45-ci maddəsinə müvafiq olaraq bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və MPM-in 45, 397-398, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Bakı şəhəri 14 saylı Notariat Ofisi maraqlı şəxs olmaqla “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə” ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7580/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7580/2023
04.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver