Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7586/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdroğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-971/2019 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-971/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən Xaçmaz rayonu Uzunoba kəndində yerləşən 6.22 ha və 3.0 ha zəbt edilmiş torpaq sahələrinin boşaldılması və İddiaçı sahibliyinə qaytarılması, Cavabdeh 20745 (iyirmi min yeddi yüz qırx beş) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-971/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-971/2019 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli, 2(005)-971/2019 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsi, apelyasiya şikayətinin baxılması üçün müvafiq apelyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2(005)-971/2019 №-li iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavadzadə X1 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılaraq sahibliyə qaytarılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, torpaq sahəsinin boşaldılaraq sahibliyə qaytarılması və 20745 manatın tutulması qət edilmişdir. Qətnaməni 2020-ci il avqustun 12-də almışdır, ona görə də qətnamədən şikayət müddət ötürülmədən avqustun 13-ü apelyasiya şikayəti vermişdir. Həmin iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli qərardadı ilə verdiyi apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardad əsassız olduğuna görə ləğv edilməlidir və iş apelyasiya baxışına göndərilməlidir. Məhkəmə qərardadını belə əsaslandırmışdır ki, guya şikayəti müddəti ötürməklə vermişdir. Bunu əsaslanlandırarkən, məhkəmə qətnamənin göndərilməsinə dair xx.xx.2019-cu il tarixli poçt reyestrinə istinad edir. Əvvəla, sənədin göndərilməsi o demək deyil ki, onu alıb. İkincisi də o, almamışdır və əgər kimsə əvəzinə almışdırsa, bu ona məlum deyil və ona bildirilməyib. O, qətnaməni aldıqdan sonra onun üçün müddətin axımı başlayır. Digər tərəfdən, qərardadın tarixindən asılı olmayaraq, faktiki olaraq apelyasiya şikayəti MPM-lə müəyyən edilmiş müddət ötürüldükdən sonra geri qaytarılıb. Bu isə yolverilməzdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-971/2019 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, qərardadının dəyişdirilmədən saxlanılması, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi X3 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq sənədlər təqdim edərək qeyd etdi ki, cavabdehin iş üzrə çıxarılmış qətnamədən xəbəri olmuşdur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-971/2019 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. Qətnamə xx.xx.2019-cu il tarixli məktubla xx.xx.2019-cu il tarixli poçt reyestri ilə cavabdehə göndərilmişdir. Qeyd edilən iş üzrə qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra tədbirlərinə başlanılmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə iş üzrə başlanılmış icra hərəkətləri zamanı izahat vermiş və tələbin könüllü icrası haqqında bildiriş imza etməklə qəbul etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixdə apelyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh məhkəmənin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnamədən apelyasiya şikayətinin verilməsi müddətini ötürülmüş və buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə ərizə verilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-971/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-971/2019 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-971/2019 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7586/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7586/2020
07.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver