Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7592/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadından İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 31.05.2018-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki işin icraatı başlanmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 20.04.2021 il tarixli qərardadla iş üzrə icraata xitam vermişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdehin hazırki iş üzrə iddiaçıya qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi” barədə iddiası məhkəmə baxışının predmeti olmuş və artıq qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qət edilmişdir ki, 31.05.2018-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 20.000 manat məbləğində pul hazırki iş üzrə iddiaçıdan tutularaq hazırki iş üzrə cavabdehə ödənilməlidir. Həmin işə baxılan zaman “Kredit müqaviləsinin” etibarlı olub-olmamasına artıq hüquqi qiymət verilmişdir. Belə olan halda hazırki iddiaya məhkəmədə baxıla bilməz. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi müqavilənin etibarsızlığı ilə bağlıdır. Əvvəlki tələb isə pul tələbi olmuşdur. Göründüyü kimi tərəflər arasında mübahisənin predmeti eyni deyil. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 03.06.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, (hazırki iş üzrə cavabdeh) Cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddiası qismən təmin edilmiş, sonuncudan 31.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə borca görə 20000 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat və 30 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.08.2019-cu il tarixli (İş № 2(103)-8830/2019) qətnaməsi ilə həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iddia tələbi ilə bağlı mülki işə baxmış məhkəmələr Cavabdeh 31.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borca görə pul tələbi barədə iddiasının təmin olunması nəticəsinə gələrkən tərəflər arasında etibarlı borc müqaviləsinin olmasını, Cavabdeh tərəfindən borc pulun verilməsini, İddiaçı tərəfindən isə həmin borcun alınmasını müəyyən etmişlər. Hazırki iş üzrə İddiaçıhəmin kredit müqaviləsinin etibarsızlığını tələb edir və tələbini onunla əsaslandırır ki, Cavabdeh ona borc pul verməyib, o isə heç bir məbləğdə pul qəbul etməyib. İddiaçının şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı, borc pulun verilmədiyinə istinad edərək “Kredit müqaviləsinin” etibarsızlığını tələb edir, lakin həmin müqavilə üzrə borc pulun verilməsi, müqavilənin etibarlı-olub olmamasına artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi düzgün olaraq iş üzrə icraata xitam vermişdir. Bu zaman Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında təsbit edilmiş hüquqi mövqeyi də nəzərə alır. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı verdiyi şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-7592/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7592/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver