Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7593/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədirliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, e-2(008)- 2200/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilən şikayət ərizəsinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli e-2(008)- 2200/2021 №-li qərardadına əsasən, Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz C180” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Cavabdeh2 həmin qərardaddan şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv olunmasını məhkəmədən xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı əsassız, qanunsuz və ədalətsizdir. Belə ki, o, avtomobili oğlu Cavabdeh1lə R.Əhmədova ər-arvad olarkən almışdır. Avtomobil tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Məhkəmə öz qərardadında da bunu göstərir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2200/2021 saylı, 02.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 13.01.2021-ci il tarixli məktubundan görünür ki, “Mercedes Benz C180” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd edilən maddənin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilən halların aradan qaldırılmasına yönələn, müvəqqəti xarakter daşıyan və işi qabaqcadan mahiyyəti üzrə həll etməyən prosessual tədbirdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 158.1.1-158.1.3. maddələrinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbirləri görülə bilər. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2200/2021 saylı, 02.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7593/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7593/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver