Məhkəmə qərarları › İş №2(103)-7602/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7602/2023

11.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7602/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Vasif oğlu və Cavabdeh2 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Vasif oğlu və Cavabdeh2 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, e-2(006)-2627/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 Vasif oğlu və Cavabdeh2 apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 29 saylı Notariat Ofisinin notariusu İslam Mirzəzadənin hərəkətlərinin qanunsuz hesab edilməsi, 17 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Bakı şəhəri 13 saylı dövlət notariusu Zəminə Abdullayeva tərəfindən verilmiş 18 oktyabr 2007-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,88 ha olan torpaq sahəsi və AA747732 saylı qeydiyyat şəhadətnaməsinə əsasən 2006cı ilin buraxılışı, mühərrik G4GC549842, ban KMHJM81BP6U408472, qeydiyyat nömrəsi 10G0430İ/ olan Hyundai Tucson markalı minik markalı nəqliyyat vasitəsi üzərində 1/3 pay üzrə hüququmun müəyyən edilməsi və həmin həcmdə pay üzrə ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinin notariusa həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, e-2(006)- 2627/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri 29 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş reyestrdə 2V-10 nömrəsi ilə qeyd edilmiş 17 yanvar 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, X3 miras qalmış ünvan 2i ünvanda yerləşən 0,88 ha torpaq sahəsinə İddiaçı İsa oğlunun 1/6 hissədə miras payı müəyyən edilməklə vərəsəlik hüquqlarının tanınmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 29 saylı Notariat ofisinə həvalə edilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmə xərclərinin iddiaçınının özünə aid edilməsi qət edilmişdir.

3. Cavabdehlər Cavabdeh1 Vasif oğlu və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayətləri vermişdir.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

5. İşdən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, e-2(006)-2627/2022 nömrəli qətnaməsi 05 oktyabr 2023-cü il tarixdə Cavabdeh2 elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə cavabdehlərə çatdırılmış, sonuncuların hazırkı apellyasiya şikayətləri isə elektron kabinet vasitəsilə 23 noyabr 2023-cü il tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddət ötürülmüşdür.

6. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir.

7. Birinci instansiya məhkəməsi qanunun imperativ göstərişlərini diqqətə almamış, müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş şikayəti qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

8. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin müddətlə bağlı tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

9. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, e-2(006)- 2627/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 Vasif oğlu və Cavabdeh2 apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar