Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7614/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər –Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzilin hərracda satılaraq payların bərabər bölünməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 15, 6 saylı mənzilin açıq hərracda satılaraq, satışdan əldə olunmuş məbləğin paylarına mütənasib bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunması qərara alınmışdır. Cavabdehin nümayəndəsi və vəkili həmin qətnamədən apellyasiya şikayəti, həmçinin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpasına dair ərizənin təqdim etmişdir. Mülki işin materiallarını və şikayəti araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki işin materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi buraxılmış prossesual müddətin bərpasına dair ərizəyə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən münasibət bildirilmədən mülki işin materialları apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Belə ki, ərizəyə baxılmasının nəticəsi olaraq qəbul edilmiş qərardaddan şikayətin baxılması MPM-in 269-cu maddəsinə əsasən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.1.-ci, 269.2-ci maddəllərinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mənzilin hərracda satılaraq payların bərabər bölünməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh şikayətinin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki işin materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədirlik edən: Sərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7614/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7614/2020
28.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver