Məhkəmə qərarları › İş №2(103)-7618/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7618/2021

24.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7618/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “evə köçürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinə köçürülməsinə və Cavabdeh ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2013-cü il tarixli 589 saylı Sərəncamı ilə ünvan 2 ünvanda qeydiyyatda olan vətəndaş X7 ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində sənədləşdirilməsinə icazə verilmişdir. Bir müddətdən sonra K.R.Nemətullayevin etibarnamə üzrə nümayəndəsi tərəfindən Bakı şəhəri 54 nömrəli Notariat Kontoru tərəfindən təsdiq edilmiş 08 sentyabr 2015-ci il tarixli “Fərdi yaşayış evinin ilkin alqısatqısı müqaviləsi” əsasında X2 və sonuncu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatı aparılmamışdır. Əmlakın ilkin sahibi K.R.Nemətullayevin Bakı şəhəri 13 nömrəli Notariat Kontoruna təqdim etdiyi 19 yanvar 2017-ci il tarixli 7E/230 reyestr nömrəli ərizəsi əsasında ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evi Nərimanov RİH başçısının 31 yanvar 2017-ci il tarixli 59 nömrəli Sərəncamı ilə X13 adına rəsmiləşdirilmişdir. Həmin fərdi yaşayış evinin X19 tərəfindən yüklü olması barədə notarial hərəkətlərdə müvafiq qeydiyyatların aparılmaması səbəbindən Nərimanov RİH-də hər hansı bir məlumat olmamışdır. 18 mart 2017-ci il tarixdə K.R.Nemətullayevin verdiyi etibarnamə əsasında ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin əsl sahibi X19 54 nömrəli Notariat Kontoru tərəfindən təsdiq edilmiş 18 mart 2017-ci il tarixli 3M-92 reyestr nömrəli Fərdi yaşayış evinin ilkin alqı-satqı müqaviləsi ilə həmin evi İddiaçı satmışdır. Daşınmaz əmlakın ilkin sahibi K.R.Nemətullayev tərəfindən verilmiş 29 noyabr 2019-cu il tarixli 1S-6710 reyestr nömrəli və 19 avqust 2020-ci il tarixli 1S-6711 nömrəli etibarnamələrə əsasən sözügedən əmlak üzrə bütün səlahiyyətlər 18 dekabr 2013-cü il tarixli 589 nömrəli sərəncam ilə əlaqədar onu təmsil etməyi, sərəncamdan imtina etməyi və digər səlahiyyətləri İddiaçı vermişdir. Nərimanov RİH-ə təqdim edilmiş sənədlərə və araşdırılan faktlara əsasən Nərimanov RİH başçısının sözügedən daşınmaz əmlakın X14 adına sənədləşdirilməsi barədə 31 yanvar 2017-ci il tarixli 59 nömrəli Sərəncamın ləğv edilməsi, həmin əmlakın İddiaçı adına sənədləşdirilməsinə dair yeni Sərəncam verilməsi barədə müsbət Rəy verilmiş və Nərimanov RİH nəzdində fəaliyyət göstərən mənzil-məişət məsələləri üzrə ictimai komissiyanın 01 sentyabr 2020ci il tarixli Rəyi təsdiq edilmiş, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin X14 adına sənədləşdirilməsi barədə 31 yanvar 2017-ci il tarixli 59 nömrəli Sərəncam ləğv edilmiş, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin mövcud istifadə vəziyyətində sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının 18 dekabr 2013-cü il tarixli 589 nömrəli Sərəncamı dəyişdirilmiş və ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində İddiaçı adına sənədləşdirilməsinə dair 03 sentyabr 2020-ci il tarixdə 164 nömrəli Sərəncam verilmişdir. Lakin həmin mənzil Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehə həmin evdən çıxması barədə dəfələrlə müraciət edilsə də, müraciətlərə əhəmiyyət verməmiş və həmin mənzildən anbar kimi istifadə edir. Onunla cavabdeh arasında baş verən mübahisələr Nərimanov RPİ-nin 18-ci Polis Bölməsində və BŞBPİ-də araşdırılmış və cinayət xarakterli olmadığı səbəbindən məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh ünvan 4 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış sahəsindən çıxarılması, həmin fərdi yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. ( sədrlik edən Vüqar Quliyev)

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, 01.03.2021-ci il il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə İddiaçı iddia ərizəsi əsasında işə baxarkən iş üzrə tam, hərtərəfli obyektiv araşdırma aparmadan İddiaçı ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m olan fərdi yaşayış evinə hər hansı bir adiyyatının olub-olmamasını yoxlamalı olduğu halda bunu yoxlamamış və dəqiqləşdirmə aparmadan qətnamə çıxartmışdır.Belə ki, ünvan 5 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m olan fərdi yaşayış evi Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının 31.01.2017-ci il tarixli, 59 saylı sərəncamı ilə X15 adına sənədləşdirilmiş, sonuncu həmin evi 25.000 manata mənim qızım X6 və həmin əmlakın sənədləşdirilməsi üçün qızıma Bakı şəhəri 13 saylı Notariat Kontrunda 27.10.2017-ci il tarixdə, 7E-5594 reyesterli etibarnamə vermişdir. Bundan başqa ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m elan fərdi yaşayış evinə dair Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 18.12.2013-ci il tarixli 589 saylı sərəncamı ilə həmin mənzilin X4 adına sənədləşdirilməsinə icazə verilmişdir. Sonradan həmin fərdi yaşayış evi X4 nümayəndəsi tərəfindən 08.09.2015-ci il tarixdə 54 saylı Notariat Kontorunda ilkin alqı-satqı müqaviləsi ilə X3. X4 Bakı şəhəri 13 saylı Notariat Kontoruna təqdim etdiyi 19.01.2017-ci il tarixli 7E/230 reyester nömrəli ərizəsi əsasında ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m olan fərdi yaşayış evi Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının 31.01.2017-ci il tarixli, 59 saylı sərəncamı ilə X15 adına sənədləşdirilmişdir. Belə ki, X21 evi Afıs adlı şəxsə satmış və onların xahişi ilə evi X15 adına sənədləşdirilməsini bilmişdir. Bundan sonra X21 qanunsuz olaraq 18.03.2017-ci il tarixli 3M-92 reyster nömrəli ilkin alqı-satqı müqaviləsi ilə həmin evi 54 saylı notarita kontorunda İddiaçı satmış, sonradan həmin notariat kontorunda həmin ilkin alqı-satqı müqaviləsi ləğv edilmişdir.X4 ünvan 5 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m olan fərdi yaşayış evinə artıq heç bir hüququ olmadığı halda sonuncu tərəfindən həmin əmlaka dair 29.11.2019-cu il tarixdə 1S-6710 reyester nömrəli və 19.08.2020-ci il tarixdə 1S-6711 reyester nömrəli etibarnamələr İddiaçı adına verilmişdir. Daha sonra İddiaçı Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək ünvan 5 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m olan fərdi yaşayış evi Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının 31.01.2017-ci il tarixli, 59 saylı X15 adına sənədləşdirilməsi barədə sərəncamın ləğv edilməsini və ünvan 5 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m olan fərdi yaşayış evinə dair onun adına sərəncam verilməsini xahiş etmişdir. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin 03.09.2020-ci il tarixli 164 saylı sərəncamı ilə ünvan 5 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 kv.m olan fərdi yaşayış evinin İddiaçı adına sənədləşdirilməsinə icazə verilmişdir. 01.09.2020-ci il tarixli Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının 31.01.2017-ci il tarixli, 59 saylı X15 adına sənədləşdirilməsi barədə sərəncamın ləğv edilməsi barədə İddiaçı ərizəsi əsasında Nərimanov RİH nəzdində fəaliyyət göstərən komissyanın rəyi ilə sərəncam ləğv edilmişdir. Cavabdeh eyni zamanda qeyd etmişdir ki, Bakı şəhəri 54 saylı Notariat X1 tərəfindən İddiaçı adına verilmiş 18.03.2017-ci il tarixli 7E/2099 reyesterli etibarnamə 15.05.2017-ci il tarixdə ləğv edilmişdir. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

7. İşə baxılmanın yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Sübutların tədqiqi:

8. Sabunçu RPİ tərəfindən 22 may 2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 7 ünvanında qeydiyyatdadır.

9. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2013-cü il tarixli 589 nömrəli Sərəncamının surətindən görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan vətəndaş X7 ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində sənədləşdirilməsinə icazə verilmiş və K.R.Nemətullayevə tövsiyə olunmuşdur ki, həmin mənzilin müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etsin.

10. X9 ilə İddiaçı arasında 18 mart 2017-ci il tarixdə bağlanmış Fərdi yaşayış evinin alqısatqısına dair ilkin müqavilənin surətindən görünür ki, K.R.Nemətullayev adında və istifadəsində olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evini 18 mart 2025-ci il tarixədək İddiaçı 20 000 manata satmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndində göstərilmişdir ki, İddiaçı mənzilin tam dəyəri olan 20 000 manat məbləğində pul vəsaitini X5 nümayəndəsi X17 tam ödəmişdir. Müqaviləni K.R.Nemətullayevin adından etibarnamə üzrə nümayəndəsi X19 imzalamışdır.

11. X9 tərəfindən 29 noyabr 2019-cu il tarixdə Bakı şəhəri 13 saylı Notariat Ofisində verilmiş Etibarnamənin surətindən görünür ki, K.R.Nemətullayev adına verilmiş ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2013-cü il tarixli 589 nömrəli Sərəncamının dəyişdirilməsi ilə əlaqədar onu Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində təmsil etməyi, həmin sərəncamdan imtina etməyi, bununla bağlı sənədləşmə işlərini aparmağı, adından imza etməyi, ərizə yazmağı və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan bütün digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir.

12. İş materiallarında olan X9 tərəfindən 19 avqust 2020-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Ofisində verilmiş Etibarnamənin surətindən görünür ki, K.R.Nemətullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2013-cü il tarixli 589 nömrəli Sərəncamına əsasən ona məxsus olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə əlaqədar sənədləşmə işlərini aparmağı, bununla bağlı İcra Hakimiyyətində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində, ASAN Xidmət Mərkəzlərində, notariat ofislərində, digər idarə və müəssisələrdə nümayəndəsi olmağı, sənəd təqdim etməyi, adından müxtəlif məzmunlu ərizələr verməyi, sənədləşdirmə işləri aparmağı, sənədləri imzalamağı, ona çatası sənədləri almağı, çıxarışı aldıqdan sonra əmlak üzərində sərəncam verməyi (satmağı, bağışlamağı, dəyişdirməyi, ipotek (girov) qoymağı və s.), buna dair müqavilələr imzalamağı, əmlakın satışından əldə olunmuş pul vəsaitini almağı və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətlər etməyi İddiaçı etibar etmişdir.

13. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 03 sentyabr 2020-ci il tarixli 164 nömrəli Sərəncamının surətindən görünür ki, Nərimanov RİH-nin nəzdində fəaliyyət göstərən mənzil-məişət məsələləri üzrə ictimai komissiyanın 01 sentyabr 2020-ci il tarixli Rəyinin təsdiq edilməsi, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin X13 adına sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının 31 iyul 2017-ci il tarixli 59 nömrəli Sərəncamının ləğv edilməsi, fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının 18 dekabr 2013-cü il tarixli 589 nömrəli Sərəncamının dəyişdirilməsi, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmış və İddiaçı tövsiyə olunmuşdur ki, həmin mənzilin müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsin.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sorğusuna cavab olaraq 28 dekabr 2020-ci il tarixdə verilmiş **********79 nömrəli Məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Süleymanov küçəsi, 1 saylı evin İddiaçı adına qeydiyyatdan keçməsi haqqında məlumat daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir.

15. İş materiallarından görünür ki, Nərimanov RPİ tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sorğusuna cavab olaraq 12 fevral 2021-ci il tarixdə verilmiş ******* nömrəli Məktubdan görünür ki, Xəlilova X10 rayonu, N.Süleymanov küçəsi, ev 1 ünvanında qeydiyyatda olmamış və hal-hazırda ünvan 10 ünvanında qeydiyyatdadır. Hüquqi dəyərləndirmə:

16. Kollegiya işin halları ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur

20. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

22. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

23. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir.

24. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

25. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

26. Cavabdeh apellyasiya şikayətində evin 25.000 manata qızı X16 X20 tərəfindən satıldığını söyləsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

27. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

28. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları, işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur.

30. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar iş materiallarında öz təsdiqini tapmadığından, qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 358, 360, 362-cı, 382, 385, 387-ci və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar