Məhkəmə qərarları › İş №2(103)-762/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-762/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-762/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər «Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC, AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər LPO "xxxx" ASC və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə cəlb edilməklə) qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər «Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC, AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər LPO "xxxx" ASC və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə cəlb edilməklə) qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və mənzilə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2762/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər «Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC, AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər LPO "xxxx" ASC və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə cəlb edilməklə) qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və mənzilə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən tərtib edilmiş 16 iyun 2022-ci il tarixli 35/03 nömrəli “Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ondan doğuran hüquqi nəticələrin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.B.Ağayev küçəsində yerləşən 22 saylı evin, 1 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə aparılmış qeydiyyatın ləğv edilməsi və restitusiya qaydasında qeyd olunan mənzilə dair xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2762/2023 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia tələbi təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

4. İş apellyasiya məhkəməsinin icraatında olan zaman iddiaçının nümayəndəsi və vəkili Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə vəsatət göndərərək birinci instansiya məhkəməsinin qətnaməsindən X4 tərəfindən apellyasiya şikayəti və maraqlarına toxunan şəxs qismində cəlb edilməsi barədə ərizə verildiyini bildirmiş və hazırki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəsatəti müdafiə edərək təmin edilməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiyini bildirdi.

7. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 384.0. və 384.0.6. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, hazırki iş üzrə X4 həqiqətən də birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti və maraqlarına toxunan şəxs qismində cəlb edilməsi barədə ərizə ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir.

10. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-cü il tarixli, 2(103)-7507/2023 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və X3 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2762/2023 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti və maraqlarına toxunan şəxs qismində cəlb edilməsi barədə ərizə ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

11. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-cü il tarixli, 2(103)-7507/2023 nömrəli qərardad ləğv edilsin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2762/2023 nömrəli qətnaməsindən X4 tərəfindən verilmiş apellyasiya şikayəti və maraqlarına toxunan şəxs qismində cəlb edilməsi barədə ərizə ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılsın və iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar