Məhkəmə qərarları › İş №2(103)-7635/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7635/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7635/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ 1. Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və rev Elçin Məhərrəm oğluna qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-314/2018 saylı, 03.05.2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə BakıApellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və rev Elçin Məhərrəm oğluna qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 2017-ci il tarixdə idarə etdiyi “\/AZ 21065” markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Salamzadə küçəsində hərəkət edərək düzgün ara məsafəsi ıılması qaydasını pozaraq hərəkət edən “Mercedes Benz” markalı ** XJ *** dövlət /yat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən sonuncu avtomobil də özündən la hərəkət edən “Hyundai” markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 ıobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 avtomobili əyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Yasamal Rayon Məhkəməsinin 3(004)-186/2017 saylı inzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapmışdır. 16.03.2017-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat əsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatlara uyğun olaraq, “Mercedes Benz” markalı ** XJ *** dövlət qeydiyyat nişanlı və "Hyundai” markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobillərə 550 manat və 260 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 037059 və 037044 saylı sığorta aktlarına əsasən İddiaçı Sığorta Şirkəti 810 manat sığorta ödənişi həyata keçirmişdir. Hesab edirlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə dəymiş 810 manat məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Haqqında bəhs edilən yol-nəqliyyat hadisəndə zərərçəkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə ən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı Sığorta Şirkəti zərərçəkən zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində sığortaçıya keçmişdir. “Mercedes Benz” markalı 10 XJ dövlət qeydiyyat nişanlı və “Hyundai” markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə 810 manat sığorta ödənişi məbləğinin və iddia ərizəsinin verilməsi ilə bağlı 30,4 manat dövlət rüsumu, cəmi 840,4 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-314/2018 saylı, 03.05.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, "Mercedes Benz" markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 260 manat, “Hyundai” markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 400 manat olmaqla, cəmi 660 manat sığorta ödənişi məbləğinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, bank xidmət haqqına görə tutulmuş 0,40 manat pulun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi qət edilmişdir. ( sədrlik edən: Habil Əhmədov)

4. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-314/2018 saylı, 03.05.2018-ci il tarixli qətnaməsinin iddianın təmin olunması hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Cavabdeh (Qasımov) X5 apellyasiya şikayətində bildirmişdir ki, qətnamə çıxarılarkən, məhkəmə tərəfindən bir sıra maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən hüquqi məsələlər düzgün qiymətləndirilməmiş, məhkəmə işdə iştirak edən tərəflərin bərabərliyinin pozulması şəraitində aparılmaqla işdə olan sübutlara ədalət mühakiməsinin zəruri şərtlərinə uyğun qiymət verməmiş, eyni zamanda, məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış və tərəflərin təqdim etdiyi sübutlar tam və hərtərəfli araşdırılmamış, onlar məhkəmə tərəfindən maddi hüquq normalarına uyğun qiymətləndirilməmiş, onların bəzilərinin nə üçün qəbul edilmədiyi qətnamədə oz ifadəsini tapmamışdır. Cavabdeh şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində “məhkəmə iclasların vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrə baxmayaraq, cavabdehlər X6 və Cavabdeh2 məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər” yazılsa da, ona bu barədə rəsmi məhkəmə bildirişi gəlməmişdir. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

7. İclasın yeri və vaxtı barədə cavabdehlər X6 və Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmirlər və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

8. Sübutların tədqiqi:

9. AC Seriyalı 307061 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** GP *** dövlət qeydiyyat nişanlı VAZ 21065 markalı avtomobilin sahibi X4.

10. 14 fevral 2017-ci il tarixdə notariat kontorunda təsdiqlənmiş ƏN-V Seriyalı 4975 nömrəli etibarnamənin surətindən görünür ki, X9 ** GP *** dövlə qeydiyyat nişanlı “VAZ 21065” markalı avtomobilə dair müvafiq səlahiyyətləri 14 fevral 2018-ci il tarixədək olan müddət üçün Cavabdeh1 vermişdir.

11. 03 aprel 2017-ci il tarixli 037044 nömrəli sığorta aktından görünür ki, 30 aprel 2016-cı il tarixdən 29 aprel 2017-ci il tarixədək sğortalanmış ** GP *** dövlət qeydiyyat nişanlı “VAZ 21065” markalı avtomobil 02 mart 2017-ci il tarixdə ** AU *** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobillə toqquşmuşdur. Qiymətləndirmə hesabatına və texnikiekspertizaya uyğun olaraq maddi ziyanın məbləği 260 manat müəyyən edilmişdir.

12. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəym s zərərin qiymətləndirilməsi barədə 16 mart 2017-ci il tarixli hesabatdan görünür ki, zədələnm ş ** AU *** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 260 manat həcmində olması müəyyən edilmişdir.

13. 04 aprel 2017-ci il tarixli 2224 nömrəli ödəniş tapşırığından və ona əlavə edilmiş siyahıdan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" KB ASC vasitəsi ilə sığorta ödənişi qismində pul köçürmələri edilmiş, ondan 260 manat sığorta ödənişi 037044 nömrəli sığorta aktı üzrə həyata keçirilmişdir.

14. 04 aprel 2017-ci il tarixli 037059 nömrəli sığorta aktından görünür ki, 30 aprel 2016-cı il tarixdən 29 aprel 2017-ci il tarixədək sığortalanmış ** GP *** dövlət qeydiyyat nişanlı “VAZ 21065” markalı avtomobil 02 mart 2017-ci il tarixdə ** XJ *** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə toqquşmuşdur. Qiymətləndirmə hesabatına və texniki ekspertizaya uyğun olaraq maddi ziyanın məbləği 550 manat müəyyən edilmişdir.

15. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 16 mart 2017-ci il tarixli hesabatdan görünür ki, zədələnmiş ** XJ *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C” markalı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 550 manat həcmində olması müəyyən edilmişdir.

16. 05 aprel 2017-ci il tarixli 2262 nömrəli ödəniş tapşırığından və ona əlavə edilmiş siyahıdan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC vasitəsi ilə sığorta ödənişi qismində pul köçürmələri edilmiş, ondan 550 manat sığorta ödənişi 037059 nömrəli sığorta aktı üzrə həyata keçirilmişdir.

17. 30 avqust 2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı Sığorta Şirkəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmiş, bu zaman iddiaçıdan 0,4 manat xidmət haqqı tutulmuşdur. Hüquqi dəyərləndirmə:

18. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli 3(004)-186/2017 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh2 02 mart 2017-ci il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi ** GP *** dövlət qeydiyyat nişanlı “VAZ 21065” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədib, ** XJ *** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı və ** AU *** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobillərlə toqqquşaraq onlara maddi ziyan yetirdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilmişdir.

19. Cavabdeh2 Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə verdiyi 15 mart 2017-ci il tarixli izahatın surətindən görünür ki, o, inzibati xəta hadisəsinin baş verməsini etiraf edərək həyat yoldaşı xəstə olduğu üçün həkimə getmək məcburiyyətində qaldığından tanışına məxsus ** GP *** dövlət qeydiyyat nişanlı “VAZ 21065” markalı avtomobili sürücülük hüququ olmadan idarə etdiyini göstərmişdir.

20. İddiaçı Sığorta Şirkətinin 17 mart 2017-ci il və 07 aprel 2017-ci il tarixli pretenziya məktublarından görünür ki, həyata keçirilmiş sığorta ödənişinin əvəzinin geri ödənilməli olduğu, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı cavabdehlərə xəbərdarlıq olunmuşdur.

21. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 noyabr 2017-ci il tarixli 27794 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilən qüsur aktı tərəfindən tərtib edilmiş 16 mart 2017-ci il tarixli məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2009-cu il buraxılışlı “Hyundai Accent” markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təqdim olunan "xxxx" ASC-nin 16 mart 2017-ci il tarixə təxminən 400 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 80 manat, təmir-bərpa işlərinin qiyməti 320 manat.

22. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 mart 2018-ci il tarixli 3515 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilən qüsur aktı tərəfindən tərtib edilmiş 16 mart 2017-ci il tarixli ləlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 1995-ci il buraxılışlı “Mercedes Benz 180” markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təqdim olunan "xxxx" ASC-nin 16 mart 2017-ci il tarixə təxminən 320 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 50 manat, təmir-bərpa işlərinin yməti 270 manat.

23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ** GP *** dövlət qeydiyyat nişanlı "VAZ 21065" markalı avtomobil AC Seriyalı 307061 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X8 məxsus olmuş, o, 14 fevral 2017-ci il ırixdə notariat kontorunda təsdiqlənmiş ƏN-V Seriyalı 497541 nömrəli etibarnaməyə əsasən Aomobilə dair müvafiq səlahiyyətləri 14 fevral 2018-ci il tarixədək olan müddət üçün Cavabdeh1 vermişdir. 03 aprel 2017-ci il tarixli 037044 nömrəli sığorta aktına əsasən 30 aprel 2016-cı il tarixdən 29 aprel 2017-ci il tarixədək sığortalanmış 10 GP 74 dövlət qeydiyyat nişanlı “VAZ 21065” markalı avtomobil 02 mart 2017-ci il tarixdə 90 AU 59 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobillə toqquşmuşdur, qiymətləndirmə hesabatına və texniki ekspertizaya uyğun olaraq maddi ziyanın məbləği 260 manat müəyyən edilmişdir. Bundan başqa, 04 aprel 2017-ci il tarixli 037059 nömrəli sığorta aktına əsasən 30 prel 2016-cı il tarixdən 29 aprel 2017-ci il tarixədək sığortalanmış ** GP *** dövlət eydiyyat nişanlı “VAZ 21065” markalı avtomobil 02 mart 2017-ci il tarixdə ** XJ *** dövlət aydiyyat nişanlı “Mercedes” markalı avtomobillə toqquşmuşdur, qiymətləndirmə hesabatına və texniki ekspertizaya uyğun olaraq maddi ziyanın məbləği 550 manat müəyyən edilmişdir, Ödəniş tapşırıqlarına əsasən "xxxx" ASC tərəfindən müvafiq banklar vasitəsi ilə sığorta ödənişi qismində həmin pul köçürmələri edilmişdir.

24. Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli 3(004)-186/2017 nömrəli qərarına əsasən oduyev Elçin Məhərrəm oğlu 02 mart 2017-ci il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi ** GP *** dövlət qeydiyyat nişanlı “VAZ 21065” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, ** XJ *** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı və ** AU *** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobillərlə toqquşaraq onlara maddi ziyan yetirdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. Cavabdeh2 Bak şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə verdiyi 15 mart 2017-ci il tarixli izahatda tanışına məxsus ** GP *** dövlət qeydiyyat nişanlı “VAZ 21065” markalı avtomobili sürücülük hüququ olmadan idarə etdiyini göstərmişdir. Bununla da iddiaçının cavabdehlərə qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır, edilmiş xəbərdarlığa baxmayaraq cavabdehlər həmin tələbi yerinə yetirməmişdirlər.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəs nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini sdəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla nüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və a hərəkətsizlikdir); 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini dəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

26. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna oİmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.

27. Qeyd edilənlərlə müəyyən olunmuşdur ki, Cavabdeh2 yüksək ) təhlükə mənbəyi olan, faktiki Cavabdeh1 istifadəsində və sahibliyində olan 0 GP 574 dövlət qeydiyyat nişanlı "VAZ 21065” markalı avtomobili hüququ olmadan idarə etdiyi zaman yol-nəqliyyat hadisəsi törədərək maddi ziyan vurmuş, mülki hüquq pozuntusu törətmişdir.

28. Belə olan halda, məhkəmə kolegiyası hesab edir ki, mülki hüquq pozuntusuna görə istər sürücülük hüququ olmadan avtomobili idarə edərək yol-nəqliyyat hadisəsini törədən X3, istərsə də avtomobilin faktiki sahibi, avtomobili müvafiq hüquq olmadan Cavabdeh2 vermiş Cavabdeh1 məsuliyyət daşımalıdırlar, həmin cavabdehlər iddiaçı tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini onlardan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifələrini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşlar.

29. Bakı Apellyasiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduqlarından, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidirlər.

30. Kollegiya subroqasiya qaydasında tələb olunan məbləğlərlə bağlı qeyd edir ki, 28 noyabr 2017-ci il tarixdə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən "Hyundai Accent” markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qiyməti 80 manat, təmir-bərpa işlərinin qiyməti 320 manat olmaqla, ümumilikdə 400 manat müəyyən edilmişdir. 15 mart 2018-ci il tarixdə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən isə “Mercedes Benz 180” markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qiyməti 50 manat, təmir-bərpa işlərinin qiyməti 270 manat olmaqla, ümumilikdə 320 manat müəyyən edilmişdir.

31. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

32. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

33. Məhkəmə kollegiyası iş materiallarında olan ekspertin rəyini MPM-nin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirərək, habelə MPM-nin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq, belə qənaətə gəlir ki, “Hyundai Accent” markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın məbləğinin 400 manat həddində olması barədə ekspert rəyi şübhə doğurmur, iddiaçı tərəf ekspertiza rəyi ilə müəyyən olunmuş həmin məbləğin ağlabatan olmamasına dair hər hansı sübut da təqdim etməmişdir, ona görə maddi ziyanın məbləği bu hissədə 400 manat kimi qəbul edilməlidir. “Mercedes Benz 180” markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın məbləği ekspertiza rəyi ilə 320 manat müəyyən edilsə də, iddiaçı bu ziyana görə 260 manat məbləğində sığorta ödənişi etmişdir, iddiaçı tələbin həcmini artırmamaqla yanaşı, hüquqi cəhətdən buna əsas da yoxdur, çünki sığorta hadisəsi zamanı məhz 260 manat məbləğində ziyan dəydiyi müəyyən edilərək həmin məbləğ də ödənilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, maddi ziyanın məbləği bu hissədə 260 manat kimi qəbul edilməlidir.

34. Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləca maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə, “Mercedes Benz” markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 260 manat, “Hyundai” markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 400 manat olmaqla, cəmi 660 manat sığorta ödənişi məbləğinin əvəzini Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tututaraq İddiaçı Sığorta Şirkətinə ödənilməsində, iddia tələbini qalan hissədə təmin etməməkdə haqlıdır. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi,

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-314/2018 saylı, 03.05.2018-ci il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar