Məhkəmə qərarları › İş №2(103)-7644/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7644/2022

18.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7644/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1inə qarşı “əmək müqaviləsinin müddətli olmasına dair bəndin etibarsız hesab edilməsivə sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2022-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh X4rşı irəli sürdüyü iddiaya dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsini qət etmişdir. Cavabdeh X8 həmin qətnamədən apellyasiya şikayəti vermiş və Rayon Məhkəməsi apellyasiya şikayətini icraata qəbul edərək, baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla apellyasiya şikayəti üzrə apellyasiyanı, şikayəti imzalamış şəxsin imzalamaq səlahiyyətinin olmaması əsası ilə, qeyri mümkün hesab edərək, şikayəti və mülki işi Rayon Məhkəməsinə qaytarmışdır. Cavabdeh X6 həmin qərardaddan verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi məsələsinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla kassasiya şikayəti üzrə kasasiyanı qeyri-mümkün hesab etmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadına əsaslanaraq) iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla cavabdeh X6 kassasiya şikayətinin qaytarılmasını qərara almışdır. Daha sonra Rayon Məhkəməsi (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadına əsaslanaraq) iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla cavabdeh X6 verdiyi apellyasiya şikayətinin qaytarılmasını qərara almışdır. Hazırda cavabdeh X8 işə baxmış Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən yeni apellyasiya şikayəti vermişdir. Cavabdeh eyni zamanda Rayon Məhkəməsinə “apelyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmış hesab edilməsi və müddətin bərpa edilməsi barədə” ərizə vermişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə ərizənin təmin edilməsini, müddətin bərpa edilməsini və Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh X6 verdiyi apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. İddiaçı həmin qərardaddan narazı qalaraq Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və cavabdeh tərəfindən verilmiş “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin rədd edilməsini və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh X6 qətnamədən qəsdən imzalamadan apellyasiya şikayəti verməsi, “apellyasiya şikayəti üzrə apellyasiyanın qeyrimümkün hesab edilməsi barədə” Bakı Apellyasiya Məhkəməsinin qərardadından kassasiya şikayəti vermiş, hətta kassasiya şikayətini də qüsurlu tərtib etmişdir. Göründüyü kimi cavabdeh X6 niyyəti işi uzatmaqdır. Rayon Məhkəməsi isə cavabdehin süründürməçiliyənə şərait yaratmışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixli qətnamədən cavabdeh X8 tərəfindən ilk dəfə verilmiş apellyasiya şikayətinin imzalayan şəxsin bunun üçün səlahiyyətinin olmasını təsdiq edən sənədin şikayətə qəsdən əlavə etməməsi, “apellyasiya şikayəti üzrə apellyasiyanın qeyrimümkün hesab edilməsi barədə” Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardaddan verdiyi kassasiya şikayətinin qəsdən nöqsanla verilməsi və bununla da, işi uzatmaq niyyətini güdməsi, Rayon Məhkəməsinin isə cavabdehin süründürməçiliyənə şərait yaratmağa zəmin yaratması iş materialları ilə təsdiq edilmir. Əksinə, iş materiallarından görünür ki, Rayon Məhkəməsi (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadına əsaslanaraq) iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla cavabdeh X6 apellyasiya şikayətini qaytardıqdan sonra, cavabdeh X8, qərardadda göstərilən nöqsanı ağlabatan qısa müddətdə aradan qaldıraraq ikinci dəfə apellyasiya şikayəti vermişdir. İşin hallarından müəyyən edilir ki, cavabdeh X3 – Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (MPM) nəzərdə tutulmuş hüquqlardan istifadə etmişdir. Cavabdeh X1-istifadə etməsi öz təsdiqini tapmır. MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə də, qeyd edilənləri nəzərə alan Məhkəmə, hesab edir ki, Rayon Məhkəməsi cavabdeh X7 münasibətdə ötürülmüş prosessual müddəti bərpa etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayət əsassızdır. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar