Məhkəmə qərarları › İş №2(103)-7647/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7647/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7647/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xaliq qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (Bakı şəhəri Yasamal rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1453/2022 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə (Bakı şəhəri Yasamal rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin-Hərrac Mərkəzi Bakı şəhəri, Yasamal rayonıı, A. M.Şərifzadə küç, ev 146 A, mənzil 18 dair və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 21 yanvar 2022-ci il tarixli X1 yekunları barədə 03/01 və 03/02 nömrəli Protokolların və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə bağlanmış Müqavilələrin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi, habelə ipotekaya xitam verilməsi və əmlakların ipotekadan azad edilməsinə dair dövlət reyestrində qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1453/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A. M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə dair və Bakı şəhəri, Yasamal rayonu X2 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair 21 yanvar 2022-ci il tarixli X1 yekunları barədə 03/01 və 03/02 nömrəli Protokolların və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair bağlanmış Müqavilələrin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə "xxxx" ASC-nin adına rəsmiləşdirilmiş **********02-05101-093015 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X2 (Ə.Ələkbərov) küçəsi, ev 97 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə "xxxx" ASC-nin adına rəsmiləşdirilmiş **********8- 05301- 083002 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18-ə və Bakı şəhəri, Yasamal rayonu X2 (Ə. Ələkbərov) küçəsi, ev 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ipotekalara xitam verilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 146 A, mənzil 18 və Bakı şəhəri, Yasamal rayonu X2 (Ə.Ələkbərov) küçəsi, ev 97 ünvanda yerləşən qeyri-yaşayış sahəsi olan daşınmaz əmlakların ipotekadan azad edilməsinə dair dövlət reyestrində qeydlərin aparılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-1453/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxışa təyin edilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sorğusu daxil olmuşdur. Həmin sorğuda hazırki mülki iş üzrə İddiaçı ərizəsinə baxılması məqsədilə mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı ərizəsinə baxılması üçün icraata qəbul qərardadı ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı, 402.2.5-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qəraraaldı: Mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-7647/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı ərizəsinə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar