Məhkəmə qərarları › İş №2(103)-7652/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7652/2022

18.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7652/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, apellyasiya şikayəti “Mülki-Prosessual Məcəlləyə Əlavə 2”-də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməyib. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət onunla əsaslandırılıb ki, forma və məzmuna uyğunsuzluğun nədən ibarət olması qərardadda göstərilməyib. Şikayət təmin olunmalıdır. Belə ki, apellyasiya şikayətinin geri qaytarılmasının hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinin göstərişinə istinad olunub. Həmin maddəyə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırkı apellyasiya şikayəti 361-ci maddənin tələblərinə riayət edilməklə verilib. Odur ki, apellyasiya şikayətinin qaytarılması barədə qərardad ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilməklə verildiyi müəyyən olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar