Məhkəmə qərarları › İş №2(103)-7655/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7655/2022

13.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7655/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpaq sahəsinə verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(003)-718/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. İşin halları: Daşınmaz əmlakın alğı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X5 mülkiyyətində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 0,0434 ha. olan torpaq sahəsini İddiaçı satmış və hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışa əsasən ünvan İddiaçı mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Binə qəsəbəsi Atçılıq massivində yerləşən torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binə qəsəbəsi, Atçılıq massivində ona torpaq sahəsi ayrılmış, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Torpaq sahəsinin plan və cizgisi mövcuddur. İş üzrə cavabdeh ona məxsus yerə daxil olmuş, orada taxta sexi yaradaraq, həmin yeri icarəyə vermişdir. Dəfələrlə cavabdehə torpaq sahəsini boşaldıb təhvil verməyi xahiş etsə də, o haqlı tələblərinə heç bir əhəmiyyət verməyərək, torpaq sahəsini özününkü hesab edir. Qeyd etdiyi kimi mübahisəli torpaq sahəsinə **********89 saylı xx.xx.2021-ci il tarixli çıxarış İddiaçı adına verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşıllqlı iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamla fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 2-0074 saylı torpaq sahəsinə cavabdeh İddiaçı adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakım Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş cıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı torpaq sahəsinin boşaldılması barədə ona qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiasında bildirir ki, Binə qəsəbəsi Atçılıq massivində ona torpaq sahəsi ayrılmış AR ƏMDK yanında Dövlət Reyestri Xidməti tərəfindən ona çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsi etdiyi müraciət əsasında Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999cu iltarixli 096 sərəncamı ilə ölçüsü 0.10 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün ona verilmişdir. Torpaq sahəsi ona ayrılan vaxtdan orada abadlıq işləri apararaq səliqə səhman yaratmışdır. Həmin əraziyə qaz və işıq çəkdirmişdir. 2003-cü ildə həmin torpaq sahəsində sex tikərək müxtəlif işlərlə məşğul olmuşdur. Çoxdandır ki, həmin ərazidəki sexi icarəyə vermişdir. Cavabdeh sərəncamla onun adına ayrılmış 20 ildən artıq sahiblik etdiyi torpaq sahəsinə görə ona qarşı iddia qaldıraraq həmin ərazini boşaltmağını istəyir. Hətda mübahisəli torpaq sahəsinə dair ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alındığını bildirir. Uzun müddətdir ki, sərəncamla onun adına ayrılmış torpaq sahəsinə heç bir qanuni əsaslar mövcud olmadan cavabdeh tərəfindən çıxarış alınması onun üçün anlaşılmazlıq yaradıb və hesab edir ki, həmin çıxarışın cavabdehə verilməsi qanunun tələbləri pozulmaqla baş vermişdir. Ona görə də ona sərəncamla ayrılmış və uzun müddət onun sərəncamında olan torpaq sahəsinə onun mənafeyinə zidd və əsassız olaraq cavabdehin adına cıxarışın verilməsinin etibarsız hesab edilməsindən ötrü qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(003)-718/2022 nömrəli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı iddiasının təmin edilməsi, ilk iddia üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan Binə qəsəbəsi Atçılıq massivində yerləşən torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddianın rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia tələbi üzrə Ağayev X4 Xəyyam Osman oğluna qarşı çıxarışın etibarsızlığı ilə məhkəməyə müraciət etsə də, onun qeyd edilən tələb üzrə müvafiq subyektiv hüququnun olması müəyyən edilməmişdir. Belə ki, işdən görünür ki, mübahisə predmetinə aid olan torpaq sahəsi X2 mülkiyyətində olmuş, bu hüquqlar sonuncunun adına dövlət reyestrində qeydə alınmış və daşınmaz əmlakın alğı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X5 mülkiyyətində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 0,0434 ha. olan torpaq sahəsini İddiaçı satmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verib birinci instaniya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki qanuni əsaslarla ona ayrılmış torpaq sahəsinə dair digər şəxsin adına (ilk iddia üzrə İddiaçı adına) çıxarışın verilməsi, onun sözügedən torpaq sahəsi ilə bağlı hər hansı bir hüququ olmadan onun hüquqlarının DƏDRX-də qeydiyyata alınması, torpaq sahəsinə dair mülkiyyət hüququnun ona verilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa məhkəmə sözügedən torpaq sahəsi ilə bağlı ilk iddia üzrə iddiaçının adına çıxarışın verilməsi üçün əsas olan sənədləri araşdırmamışdır. Belə ki, o, məhkəmədə həmin sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı məhkəmədə vəsatət versə də vəsatəti təmin olunmamışdır. Məhkəmənin qətnamədə istinad etdiyi digər hal-guya onun hazırkı iddianın qaldırması üçün subyektiv hüququnun olmaması məsələsinə gəlincə o, bunu düzgün hesab etmir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi torpaq sahəsi 20 ildən çox müddətdə onun qanuni istifadəsində olmuşdur. Qanunverici isə mülkiyyətçinin hüquqları ilə bərabər mülkiyyətçi olmayan şəxslərin hüquqlarının da qoruduğunu bir çox normalarda ifadə etmişdir. Məhkəmənin çıxartdığı qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə zidd olmaqla bərabər onun maddi hüquqlarına toxunmuşdur. Məhkəmə qətnamə qəbul edərkən işdə olan sübutlara münasibət bildirməmiş, onlara hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamını sübut kimi qəbul etməmişdir. Məhkəmə sözügedən torpaq sahəsinin ona ayrılması ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamına münasibət bildirməmiş, bu halı ümumiyyətlə diqqətdən kənarda saxlamışdır. Bundan başqa torpaq sahəsinin 30 ilə yaxın mübahisəsiz onun qanuni istifadəsində olmasına da münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1.İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1.Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası cavabdehin və onun nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7655/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbi ilə bağlı hissədə ləğv edilərək ilkin iddia tələbi baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki iş materiallarından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbi Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamla fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 2-0074 saylı torpaq sahəsinə cavabdeh İddiaçı adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakım Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın etibarsız hesab edilməsidir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı ayrılmış torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən X3 ayrılmış torpaq sahəsinin eyni sahə olduğu, həmin torpaq sahəsinin bütövlüklə mübahisə predmeti olan və Cavabdeh faktiki istifadəsində olan 0,15 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İş materiallarından görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamы ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində 0,10 ha torpaq sahəsi hazırkı mülki iş üzrə Cavabdeh ayrılsa da, iş üzrə həmin torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüquqları qeydə alınması öz təsdiqini tapmamışdır. Belə ki, işdən görünür ki, mübahisə predmetinə aid olan torpaq sahəsi X2 mülkiyyətində olmuş, bu hüquqlar sonuncunun adına dövlət reyestrində qeydə alınmış və daşınmaz əmlakın alğı-saqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən о, mülkiyyətində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 0,0434 ha. olan torpaq sahəsini İddiaçı satmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə qarşılıqlı iddia tələbi üzrə iddiaçının iddia tələbinin verilməsi ilə bağlı subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bu mövqenin düzgün olmamasına dair apellyasiya şikayətinin qanuni əsaslarla apellyatora ayrılmış torpaq sahəsinə dair digər şəxsin adına (ilk iddia üzrə İddiaçı adına) çıxarışın verilməsi, onun sözügedən torpaq sahəsi ilə bağlı hər hansı bir hüququ olmadan onun hüquqlarının DƏDR-də qeydiyyata alınması, torpaq sahəsinə dair mülkiyyət hüququnun ona verilməsi mülki qanunvericiliyin tələblərinə zidd olması kimi dəlillərinə qiymət verərək hesab edir ki, nəzərə alınmalıdır ki, ünvan ünvanında yerləşən ümumi sahəsi 0,0434 ha. olan torpaq sahəsi İddiaçı adına ilkin qeydiyyat kimi deyil, daşınmaz əmlakın alğı-saqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasında keçmişdir. İş materiallarından görünür ki, sözügedən mübahisə predmetinə aid olan torpaq sahəsi apellyatorun oğlu X2 mülkiyyətində olmuş, bu hüquqlar sonuncunun adına dövlət reyestrində qeydə alınmış, apellyator isə bu halları mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyator ünvan ünvanında yerləşən ümumi sahəsi 0,0434 ha. olan torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində 0,10 ha torpaq sahəsi aidiyyatını təsdiq edən mötəbər və tutarlı sübutların mövcudluğu halda ilkin olaraq həmin sahənin oğlu X2 mülkiyyəti kimi qeydə alınmasının hüquqi əsaslarını mübahisələndirmək hüququndan istifadə edə bilər. Hazırki işin araşdırılmış halları ilə İddiaçı Cavabdeh hər hansı hüquqlarının pozılması faktının olması müəyyən edilmir və məhkəmə kollegiyası yuxarıda sadalananlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi üçün maddi və prosessual əsaslar görmür. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə bu hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Həmçinin də apelyasiya şikayətində qarşılıqlı iddia üzrə qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(003)-718/2022 nömrəli qətnaməsi qismən ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(003)-718/2022 nömrəli qətnaməsi qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar