Məhkəmə qərarları › İş №2(103)-7660/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7660/2022

05.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7660/2022 05.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(003)-2478/2022 saylı qətnaməsindən maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mirasın qəbul edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(003)-2478/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Qətnaməsindən maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəyə münasibət bildirilmədən, mülki iş materialları apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinin tələbinə əməl olunması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(003)-2478/2022 saylı qətnaməsindən maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin, apellyasiya şikayəti mülki işlə birlikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinin tələbinə əməl olunması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar