Məhkəmə qərarları › İş №2(103)-7660/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7660/2023

18.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7660/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, İddiaçı qanuni nümayəndəsi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş həyatyanı sahədən və özbaşına tikilidən cavabdehlərin çıxarılması (həmin sahələrin boşaldılması) və həmin sahələrin iddiaçının qanuni sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(008)-6320/2023 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “zəbt olunmuş həyatyanı sahədən və özbaşına tikilidən cavabdehlərin çıxarılması (həmin sahələrin boşaldılması) və həmin sahələrin iddiaçının qanuni sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən (iddiaçının istifadəsində olan torpaq ərazisində olan özbaşına tikilidən) cavabdehlər Cavabdeh2, Cavabdeh1 Firuz qızının və onların övladları 2009-cu il təvəllüdlü İsrailov Əkrəmin, 2010-cu il təvəllüdlü İsrailova Almarənin, 2014-cü il təvəllüdlü İsrailov Həmzənin və 2017-ci il təvəllüdlü İsrailov Hüseynin öz əşyaları (bütün əmlakları) ilə birgə çıxarılmaları (həmin sahənin məcburən boşaltmaları) və həmin ərazinin iddiaçının öz qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək onların – Cavabdeh2 və Cavabdeh1, azyaşlı uşaqlarının Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Sovxozu ərazisi, M.Muxtarov küçəsi, döngə 3, ev 44 istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(008)- 6320/2023 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi ilkin iddia tələbi ilə əlaqədar olmadığından, yəni Azərbaycan Respublikası MPM-nin 156-ci maddəsində göstərilmiş tələblərə cavab vermədiyindən geri qaytarılmalıdır. Həmin qərardaddan Cavabdeh2 xx.xx.2023-cü il tarixində şikayət verərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-6320/2023 saylı qərardadını ləğv etməklə qarşılıqlı iddia ərizəsinin qəbul edilməsi və ilkin iddia ilə birlikdə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı qanuni nümayəndəsi X4 cavabdehlərə qarşı “zəbt olunmuş həyatyanı sahədən və özbaşına tikilidən onların çıxarılması (həmin sahələrin boşaldılması) və həmin sahələrin iddiaçının qanuni sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən (iddiaçının istifadəsində olan torpaq ərazisində olan özbaşına tikilidən) cavabdehlər Cavabdeh2, Cavabdeh1 Firuz qızının və onların övladları 2009-cu il təvəllüdlü İsrailov Əkrəmin, 2010-cu il təvəllüdlü İsrailova Almarənin, 2014-cü il təvəllüdlü İsrailov Həmzənin və 2017-ci il təvəllüdlü İsrailov Hüseynin öz əşyaları (bütün əmlakları) ilə birgə çıxarılmaları (həmin sahənin məcburən boşaltmaları) və həmin ərazinin iddiaçının öz qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək onların - Cavabdeh2 və Cavabdeh1, azyaşlı uşaqlarının Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Sovxozu ərazisi, M.Muxtarov küçəsi, döngə ev 44 istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsini və iş materiallarını araşdıraraq tərəfindən təqdim edilmiş qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia tələbi ilkin iddia tələbi ilə əlaqədər olmadığından yəni Azərbaycan RespublikasıMPM-nin 156-ci maddəsində göstərilmiş tələblərə cavab vermədiyindən geri qaytarılmalıdır. Məhkəmənin gəldiyi bu nəticə tam əsassızdır, belə ki, qarşılıqlı iddia vaxtında təqdim edilmiş və qarşılıqlı iddia ilə ilkin iddia arasında bağlılıq vardır, hər iki iddiada tərəflər eni tərəflər olmaqla mübahisə predmeti eyni bir fərdi yaşayış evidir, iddiaçı iddia ərizəsində onların bu evə istifadə hüquqlarının olmamasına istinad etməklə bu evdən çıxarılmaqlarını iddia etmişdir, lakin onlar qarşılıqlı iddia ilə müraciət edərək bu evə istifadə hüquqlarının tanınmasını məhkəmədən xahiş etmişlər. Yəni əgər məhkəmə bu evə istifadə hüquqlarını tanıyarsa, bu ilkin iddia tələbinin rədd olunmasına xidmət edəcəkdir. Yəni qarşılıqlı iddia ilkin iddia tələbi ilə əlaqəli olmaqla ilkin tələblə qarşılıqlı iddia tələbi arasında bir bağlılıq vardır, lakin məhkəmə bu halları nəzərə almayaraq düzgün olmayan mövqe nümayiş etdirmişdir. Bu da həmin qərardadın qanunsuz olmasına dəlalət edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6320/2023 saylı, 13 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Bu Məcəllənin 156.1-ci maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qarşılıqlı iddia icraata qəbul edilir. Mülki Prosessual Məcəllənin sadalanan normalarından göründüyü kimi qarşılıqlı iddianın hüquqi təbiəti bu iddiaya ilkin iddianın baxıldığı yerin məhkəməsində və onunla birgə baxılmasını tələb edir. Qarşılıqlı iddia tələblərin məzmununa, mübahisəli hüquq münasibətinin xarakterinə, habelə işdə iştirak edən şəxslərin dairəsinə görə ilkin iddia ilə sıx əlaqədar olduğundan, qanunvericilikdə belə iddiaların ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilməsi müəyyən edilmişdir. Belə ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiasına qarşı tələb və müdafiə vasitəsinin təzahürüdür və hər iki iddia növü arasında bağlılıq və asılılıq mövcud olmaqla, qarşılıqlı tələblərin ödənilməsinə və ya aradan qaldırılmasına yönəlmişdir. İlkin və qarşılıqlı iddiaların birlikdə baxılması tərəflər arasındakı mübahisənin qısa müddətdə həll edilməsini, ziddiyyətli qərarların çıxarılmasının qarşısının alınmasını təmin edir. Beləliklə, bir-biri ilə əlaqəli olan işlərə, iddia tələbinin daşınar və ya daşınmaz əşya ilə bağlı olmasından asılı olmayaraq, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarı). Bundan başqa, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə müvafiq olaraq, cavabdeh, ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qarşılıqlı iddia verməyə haqlıdır. Bu Məcəllənin 155.2-ci maddəsinə əsasən, Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Hazırki mülki işin materiallarına əsasən müəyyən edilir ki, qarşılıqlı iddia tələbləri məzmununa, mübahisəli hüquq münasibətinin xarakterinə, habelə işdə iştirak edən şəxslərin dairəsinə görə ilkin iddia ilə əlaqəlidir və qarşılıqlı iddia Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə uyğun olaraq, ilkin iddia ilə birlikdə baxılmaq üçün bu Məcəllənin 154.1-ci və 155.2-ci maddələrində nəzərdə tutulmuş müddət ərzində verilib. Belə ki, ilkin iddia tələbi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən (iddiaçının istifadəsində olan torpaq ərazisində olan özbaşına tikilidən) cavabdehlərin çıxarılması ilə bağlı olduğu halda, qarşılıqlı iddia tələbi həmin əmlaka istifadə hüququnun tanınması ilə əlaqələndirilmişdir. Məhkəmənin gəldiyi qənaətə görə hər iki iddia tələbinin bir-biri ilə qarşılıqlı əlaqəsi mövcuddur və qarşılıqlı iddianın təmin edilməsinin ilkin iddianın tam və ya qismən təmin edilməsinin aradan qaldırılmasını şərtləndirir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sadalanan əsaslarla iddia ərizəsini geri qaytarmaqda haqlı olmamış, məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının ədalət mühakiməsinə çatımlıq hüququnu pozmuş, məhkəmələrin lüzumsuz yüklənməsinə şərait yaratmışdır. Ona görə də həmin qərardad ləğv olunmalı, iş qarşılıqlı iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki qərardad ilə müzakirə edilən məsələ öz həllini tapdıqdan sonra məhkəmə həmçinin sözügedən işi öz icraatına qəbul etdiyi zaman (müstəsna) aidiyyət qaydalarına riayət edib-etmədiyini nəzərdən keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış əmlak məhz ünvan 4 ünvanında yerləşir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edisin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6320/2023 saylı 02 oktyabr 2023cü il tarixli qərardadı ləğv edilsin. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh X2 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar