Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7665/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı Məmmədrahim oğlunun nümayəndəsi X1, Cavabdeh1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-86/2020 saylı qərardadından İddiaçı Məmmədrahim oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədrahim oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi, torpağın boşaldılması və yol (giriş-çıxış) verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(003)-234/2018 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən qətnamədən apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizələr ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(003)-234/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermək müddətinin bərpa edilməsi və apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehlərin ərizələri təmin edilərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(003)-234/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi, hazırki qərardad qanuni qüvvəyə mindikdən sonra apellyasiya şikayətlərinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Məmmədrahim oğlu tərəfindən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-86/2020 saylı qərardadından şikayət verilərək, həmin qərardadın ləğv edilməsi xahiş olunmuşdur. İddiaçı şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən xx xxxxx 2018-ci il tarixdə apellyasiya şikayəti verdikdən sonra mülki iş baxılması aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə qətnamədən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etmişlər. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daha sonra xx xxxxxx 2018-ci il tarixli qərardadından şikayəti vermişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadından tərəfindən verilmiş şikayəti təmin edilməmiş, şikayətim baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş Bakı şəhəri Xəzər rayon Məhkəməsinə qayıtdıqdan sonra hakim Hüseyn Hüseynlinin icraatına daxil olmuş xx xxxxxxxx 2019-cu il tarixdə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Qeyd edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsində işə baxılarkən Cavabdeh1 yenə də məhkəmə iclasında iştirak etmişdir.xx xxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılması, digər hissədə çıxarılmış qətnamənin icraya göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Məmmədrahim oğlu cavabdehi ər Cavabdeh1 və Cavabdeh2 qarşı tikililərin sökülməsi, torpağın boşaldılması və yol (giriş-çıxış) verilməsi tələbinə dair iddia ərizəm baxılmamış saxlanılmışdır.xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra edilməsi üçün İcra şöbəsinə verilmişdir. Daha soma xx xxxx 2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayəti geri qaytarılmışdır.xx xxxxxx 2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayət verərək xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişlər. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət ərizəsi iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh2 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çxarılmasım xahiş etmişdir.xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çxarılmasım xahiş etmişdir.xx xxxxxx 2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizələr ilə müraciət edərək xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab ediləsini xahiş etmişlər. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizələri təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-234/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən buraxılmış müddət bərpa edilmiş, apellyasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli iclas protokolundan və qərardadından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etmiş və məhkəmənin qətnaməsindən məlumatlı olmuşlar. Həmçinin, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli iclas protokolundan və qərardadından görünür ki, Cavabdeh1 məhkəmə iclasında iştirak etmiş və məhkəmənin yenə də qətnaməsindən məlumatlı olmuşdur. Bundan başqa, iş matreriallarında olan cavabdehlərin şikayətlərindən və məhkəmənin cavabdehlərə ünvanladığı məktublar görünür ki, hər iki cavabdeh eyni ünvanda yaşayırlar. Bundan əlavə, xx xxxxxx 2020-ci il tarixdə buraxılmış müddət bərpa edilməsi barədə Cavabdeh1 məhkəməyə müraciət etdiyi ərizəsində etiraf edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsini lazımı qaydada və müddətdə almış, lakin savadsız və qətnamənin yaradacağı hüquqi nəticələri dərk etmədiyi üçün ondan şikayət verməmişdir. Göründüyü kimi, Cavabdeh1 məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qətnaməsini rəsmi qaydada və müddətdə almışdır. Eyni zamanda Cavabdeh2da almış sayılır. Belə ki, məhkəmə qətnamənin Cavabdeh1 (Cavabdeh2 Cavabdeh1 yaxın qohumu və eyni ünvanda yaşamalarım nəzərə almamışdır) çatdırılması ilə bağlı məsələyə Azərbaycan Respublikası MPMnin 135-ci və digər əlaqəli normalarının tələbləri baxımından hüquqi qiymət verməmişdir. Eyni zamanda onuda qeyd etməyi zəruri hesab edir ki, bu qədər müddət keçməsinə baxmayaraq işin hallarından məlumatlı olmalarına baxmayaraq niyyətlərinin işin uzadılması və qətnamənin icrasız qalmasıdır. Lakin məhkəmə bu hallara göz yumaraq ötürülmüş müddəti bərpa edərək cavabdehlərin bu fırıldaqlarına şərik olmuş olur. Əsas olaraq isə özlərinin etiraflarına baxmayaraq rəsmi qaydada alınmış qətnamənin uzun müddətdən sonra apellyasiya şikayətini təmin etməsini birmənalı olaraq mənim hüquqlarımın pozulması kimi qələmə verir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Məmmədrahim oğlunun nümayəndəsi X2 şikayəti müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayəti qəbul etmədi, izahatında qeyd etdi ki, o, qətnaməni vaxtında alsa da, savadsız olduğundan, vaxtında şikayət verə bilməmişdir. Xahiş etdi ki, qərardad dəyişdirilmədən saxlanılsın. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil şikayəti qəbul etmədi, Cavabdeh1 izahatına uyğun izahat verdi. Məhkəmə kollegiyası tərəfləri və vəkili dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-86/2020 saylı qərardadı ləğv edilməli, mülki iş materialları müddətin bərpası barədə ərizələrə yenidən baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(003)-234/2018 saylı qətnaməsi tərəflərin iştirakı ilə elan olunmuş və poçt vasitəsi ilə eyni ünvan üzrə tərəflərə göndərilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(003)- 234/2018 saylı qətnaməsindən xx xxxxx 2018-ci ildə apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər ikisi məhkəmə iclasında iştirak etmiş, apellyasiya şikayətini qəbul etmədiklərini bildirmişlər. Bundan sonra bir neçə məhkəmə prosesləri olmuş, cavabdehlər həmin məhkəmə iclaslarında iştirak etmişlər. Bütün qeyd olunanlardan əlavə eyni ünvanda yaşayan cavabdehlərdən Cavabdeh1 müddətin bərpası barədə ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsini lazımı qaydada və müddətdə almış, lakin savadsız və qətnamənin yaradacağı hüquqi nəticələri dərk etmədiyi üçün ondan şikayət verməmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında da, Cavabdeh1 və vəkili Vəkil qətnaməni vaxtında aldıqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5 maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1 maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2 maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3 maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5 maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, MPM-nin 135.5-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin vaxtında alınmasını cavabdeh tərəf özü etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan hallara birinci instansiya məhkəməsi tərəfindən araşdırılma aparılmaqla qiymət verməmişdir. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası barədə qərardad qəbul edərkən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmamışdır. Ona görə də, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla, müddətin bərpası barədə ərizələrə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Məmmədrahim oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-86/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları müddətin bərpası barədə cavabdehlərin ərizələrinə yenidən baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7665/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7665/2020
14.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver