Məhkəmə qərarları › İş №2(103)-7666/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7666/2020

16.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7666/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 və Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2434/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Muradlı (Muradov) Əhməd Fərhad oğlu, Muradlı (Muradov) Fərhad Əhməd oğlu və Muradlı (Muradov) Səxavət Əlisəftər qızına qarşı onun və övladları X3 və Cavabdeh2 ilə birlikdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Əliyev küçəsi, dalan 1, döngə 2, ev 4 ünvanına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdehlərə və üçüncü şəxslərə qadağan olunması, mübahisəli evdə yerləşən cehiz əşyalarıma və şəxsin istifadəsi üçün lazım olan (geyim və.s) əşyaların üzərinə həbs qoyulması, qonaq otağına aid olan mebel dəsti-30000 manat (milanor mebel mağazasından alınıb), divan dəsti-2500 manat, saat sarı rəngdə-2500 manat, italyan istehsalı olan vaza-800 manat, ağ italyan istehsalı olan vaza-250 manat, sarı çex istehsalı olan meyvə vazası 2 ədəd-400 manat, sarı çex istehsalı olan güldan-250 manat; qəhvəyi güldan çex istehsalı-250 manat; səbət iri xurustal çex istehsalı-300 manat; çex istehsalı meyvə qabı büllur-250 manat; çex istehsalı olan çay dəsti -250 manat; çex istehsalı olan kompot dəsti- 300 manat; çex istehsalı olan bakallar-120 manat; qaşlı sini-50 manat; nazik güldan -100 manat; sarı qaşlı qab-160 manat; fujer 6 ədəd almaniya istehsalı-120 manat; balaca qəhvəyi güldan -100 manat; ağ büllur güldan -180 manat; sarı yapon istehsalı kofe dəsti-500 manat; güldan çex istehsalı iri-150 manat; çex rumkalar-150 manat; sarı zərli bakallar italyan istehsalı-600 manat; qara rumkalar -120 manat; martini bakallar 6ədəd130 manat; 15 ədəd süfrə -1300 manat; arşa “qaşıq-bıçaq dəsti 24-lü-270 manat; gümüş qaşıq-bıçaq dəsti 24-lü-270 manat; gümüş çay qaşığı 24 ədəd-200 manat; gümüş bulud qaşıqları -230 manat; alman istehsalı dəst mətbəxt üçün-200 manat; luminark dəst 6-lı1000 manat; 4 ədəd orta boylu balıq qulağı boşqablar ingiltərə istehsalı- 70 manat; nikel düz qabı 2 ədəd-20 manat; ağ tort boşqabları kiçik 6 ədəd-60 manat; ingiltırə istehsal olan 4 kiçik kasa ag rəngdə-50 manat; 3 ədəd qızılı sini-100 manat; nikel bezekli sini 2 ədəd-75 manat; dəmir gümüşü sini 2 ədəd- 60 manat; qənd qabı iri italyan istehsalı 2 ədəd -120 manat; 2 yumru ağızlı moskva istehsalı qənd qabı-110 manat; 2 ədəd orta boylu çex istehsalı qınd qabı-140 manat; 1 ədəd fil başlıqlı qənd qabı-80 manat; orta boylu qəmir meyvə qabı-90 manat; nikel bəzəklı qolu olan yumru meyvə qabı 2 ədəd-100 manat; 1ədəd uzunsov meyvə qabı- 80 manat; 1 ədəd orta boylu yumru meyvə qabı-60 manat; iri qırmizi çamadan nabor 12 –li-350 manat; ağ iri ingiltərə istehsalı olan bulud -60 manat; ağ 4 ədəd turşu qabı-40 manat; qara çex istehsalı olan madonna qənd qabı-100 manat; 12 ədəd madonna dərin boşqab -120 manat; dəst boşqablar-200 manat; 12 ədəd su boşqabı-100 manat; 6 ədəd qara madonna boşqab-30 manat; 6 qara güllü tort boşqabı-30 manat; 12 sarı ramaşka güllü boşqab-60 manat; 5 sadə kasa-20 manat; 20 qara bulud qızılı güllü-120 manat; 4 iri qara bulud-80 manat; 1 ədəd iri iran istehsalı olan bulud-30 manat; 12 ədəd ağ iri boşqab-60 manat; 6 ədəd dərin boşqab -30 manat; 6 ədəd qara zərli kasa -30 manat; 12 ədəd qara kasa-35 manat; 12 ədəd kasa qaşıqları-12 manat; 2 plasmas karuşkalı kasa -40 manat; 1ədəd bənövşəyi ləpə qabı-10 manat; 3 ədəd qara qızıl güllü ləpə qabı-45 manat; salfetka qabı 3 ədəd-20 manat; 2 ədəd maddona ağ salfetka qabı-10 manat; 24 ədəd qara qızılgüllü boşqablar-60 manat; 24 ədəd aş boşqabı60 manat; 24 –lü 4-lü boşqab dəsti-2 ədəd iri buludu, 2 ədəd qovurma qabı, 2 ədəd orta buludu dəst-500 manat; yemək dəsti polşa istehsalı- 1000 manat; gümüşü bəzəkli şamdan 2 ədəd-200 manat; şüşəli çörək qabı -50 manat; şüşə 2 ədəd qab duxovka üçün - 30 manat; Mətbəxt:-nikel zibil qab-50 manat; gümüş alaman istehsalı olan qazan qəsti1000 manat; qazan dəsti bənövşəyi rəngdə 4 bucaqlı-700 manat; taslar, oxlovlar, vedrələr200 manat; paltar asan -70 manat; yolka və oyuncaqları -800 manat; qazan dəsti -100 manat; plasmas qablar -200 manat; tavalar italya istehsalı olan -600 manat; eəektrik çaydan dəsti-200 manat; termus -200 manat; yuxayan dəst-50 manat; paltar qurudan-500 manat, setkalı vedrə-30 manat; çirkli paltar saxlamaq üçün qab-30 manat; samovar- 70 manat; çaynik dəsti-70 manat; dəm çayniki-200 manat; bıçaq dəstləri-100 manat; stəkan dəsti italyan istehsalı-300 manat; ağ rəngli italyan istehsalı boşqab dəsti-400 manat; 12 ədə kasa qırmzı rəngdə-100 manat, ağ boşqablar 12 ədəd 3-lü -200 manat; 2 ədəd sini - 100 manat; nikel səhər yeməyi üçün dəsti-50 manat; saxlama qabları nikel-300 manat; qaşıq-bıçaq dəsti-200 manat; nikel çörək qabı-150 manat; çilçıraq -150 manat; mətbəxt stol-stulu-1000 manat; plasmas çörək qabı-10 manat; 2 ədəd dəst stol-stul-2000 manat; klonka süfrələr 4 ədəd-150 manat; kurjuvalı süfrələr 3 ədəd-100 manat; şamlar -30 manat;pərdələr -400 manat; iri boylu qablar -300 manat;şəkil çərçivələri-300 manat, xalça -400 manat, yeni alınmış ev aksesuarları və ev əyaları- 1500 manat, Yataq otağı:-yataq dəsti-7000 manat; ortopedik matras-500 manat; italyan istehsalı olan gecə lampası-800 manat; çılçıraq -800 manat; yorğan iri -100 manat; xalça -500 manat; iki ədəd yastıq və döşək-280 manat;10 ədəd yataq örtüyü -1500 manat; 4 ədəd kiçik ölçülü yastıqlar- 40 manat; 3 ədəd ədyal -300 manat; yataq örtüyü -600 manat; Şəxsi əşyalar:10 ədəd dırnaq boyası-100 manat; 3 ədəd ətir- 1000 manat; bujuteryalar cəmi -300 manat; saç feni və saç buranlar-700 manat; ayaqqabı ingəltərə istehsalı qaşlı-500 manat; qara tufli -100 manat; vetnamka çəhrayı rəngdə-100 manat; basanoşka-500 manat; gümüşü sabo-200 manat; saı qızılı bot-300 manat; qırmızı tufli-200 manat; çəhrayı tufli -50 manat; qara laklı tufli-50 manat; qızılı italyan istehsalı olan tufli-200 manat; qara toyluq bot -400 manat; tangetka basanoşka həsirli-100 manat; qırmızı tüklü papaq -20 manat; yun toxunma qotazlı papaq - 70 manat; kürk, şərf -1200 manat; cinc trapes dəst -100 manat; mavi şlapa -20 manat; qara qısa paltar -50 manat;çəhrayi kastum frasa istehsalı-300 manat; ağ köynək qısa qol - 20 manat;dublonka papaqlı-850 manat;şuba qara -3000 manat;qara qaşlı kəmərl layka kurtka-300 manat;qara qısa layka kurtka- 200 manat;cins köynək-80 manat;cins dəst-100 manat; cins şalvar “depenhams”firması -200 manat; uzunqol kafrili kotaz ipli kofta-150 manat; qara toyluq paltar-200 manat; qara sadə yupka- 50 manat: bənövşəyi yaxası içlıməli kofta-80 manat;yaşıl kofta şalvar dəsti-200 manat; çəhrayı dəst-400 manat; qırmızı italyan istehsalı çanta-300 manat; ağ iri çanta-170 manat; sarı biserli balaca sumka-60 manat; toyluq çanta-200 manat; qırmzı plaşavoy çanta-50 manat; vilvet qış şalvarı-80 manat; tiqrovu şalvar-50 manat; narıncı çanta-30 manat; layka şalvar-30 manat; idman dəstim 5 ədəd -600 manat; tüklü divan üstü -800 manat. Uşaq otağı: televizor -800 manat; yaşıl üzlü yorğan v 2 ədə selikon yastıq -70 manat; ortopedik 2 ədəd döşək-600 manat;dəst uşaq mebeli-2000 manat; iki balac aqırmızı üzlü yastıqlar-20 manat; Murada aid hədiyyə olunan oyuncaqlar-200 manat; iri 2 ədəd maşın -300 manat; oyuncaqlar və dron aparati-500 manat; murada aid ingilis dilində bədii kitablar, məktəb ləvazimatları ümumi-800 manat; məktəb çantası- 50 manat; 4 ədəd pastel-210 manat; uşaq üçün süni hovuz -120 manat: Geyimləri:kalqotkalar,yeni alt paltarları,corabları -200 manat; şalvarlar, yeni köynəkləri, dəst paltarları hamısı markadı-2000 manat, qış kurtkaları, qış geyimləri, qolsuz balonkaları, yun jaketləri, uşaqlara aid bütün geyimləri ümüumi - 4000 manat, LG VAİKİKİ mağazasndan alınan sport geyimləri-200 manat, yeni alt paltarları və.s -500 manat, ayaqqabıları yay və qış fəsli üçün, Uşaq otağına aid xalça 2 ədəd-800 manat; iki ofis stolu-1600 manat; ortadakı xalça -300 manat; yeni paltarlar bağlamada-600 manat; qara 2 ədəd sərinkeş -200 manat; 2 ədəd saat -200 manat; Dəhlizdə uzun xalça -300 manat; 2 ədəd eyni çılçııraq -2400 manat; dəhlizin sonunda olan çılçıraq -500 manat; uşaq otağında çılçıraq 2 ədəd- 400 manat; şəkil alibomları; 2 ci mərtəbədə olan- künc divan dəsti 12 ədəd yastıqlı-3000 manat; qırmızı qara divan dəsti1600 manat; ayaqüstü kəfgirli saat -3000 manat; 2 ədəd şamdanlı çılçıraq -2800 manat; pərdələr-500 manat; 2 ədəd iri xalça-2400 manat; qara rəngli stol 8 ədəd stulu ilə-1500 manat; 2 ci mərtəbədə qonaq otağı-təzə karişnivi dəst kamot, 2 ədəd meşenli divan kreslo dəsti-4000 manat, 1-ci mərtəbədə olan-meşinli iri sarı divan və kreslo dəsti -1000 manat; 1ədəd iri çılçıraq -1500 manat; 2 ədəd stol 24 ədəd stulu ilə -5000 manat; pərdə -100 manat; kamenin üstündə qadın heykəli-100 manat; qonaq otağında qədimi dolablar-1000 manat; paltar yığmaq üçün şkaf-600 manat; mebel dəsti ağ rəngdə şfaner, iki ədəd çarpayı, tumbuçkaları ilə-1000 manat; hamam aksesuarları-100 manat, hamam xalatı-200 manat; kitab rəfi kitablarla dolu; çılçıraq-100 manat; ara dəhlizdə 3 çılçıraq -200 manat, divarda baralar-200 manat; yeni korupkalarda çılçıraqlar -1000 manat; 3 ədəd stol, 40 ədəd stul -4000 manat; xalçalar -1500 manat; güzgülü dəhlizdə açılma stol-400 manat; xalça-300 manat; aşağı mətbəxtdə yığılmış mətbəxt mebeli, qaz peçi, hamamda cakuzi - 2000 manat; 2 ədəd Dron-200 manat; havar broud-800 manat; plastation 4700 manat; GTA-5 disk -90 manat; plastation vr-780 manat; headphone-30 manat; qulaqcıq-25 manat, ipad (apple)-1000 manat; televizor Samsung-1200 manat; Samsung televizor -1500 mant; uşaq otağında Samsung televizor-550 manat, Şəxsin istifadəm üçün bağlanılmış qışa hazırlıq məqsədi ilə banka –balonlar, cavabdehlərə və üçüncü şəxslərə qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2434/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdehlərə və üçüncü şəxslərə qadağan olunması, mübahisəli evdə yerləşən və ərizədə göstərilən əşyaların üzərinə həbs qoyulması və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət verib, onun ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əmlak tələbi deyil. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Əliyev küçəsi, dalan 1, döngə 2, ev 4 ünvanına köçürülmə ilə bağlıdır və iddianın təmin tədbiri ilə bağlı ərizənin ümumiyyətlə iddia tələbi ilə heç bir bağlılığı yoxdur. Ümumiyyətlə qərardadda əsaslandırılmamışdır ki, qeyd olunan iddianın təmini tədbirləri görülməsə gələcəkdə köçürülmə ilə bağlı iddia tələbi təmin edildiyi təqdirdə qətnamənin icrasında hansı çətinliklər yarana bilər. Bundan əlavə, iddiaçı tərəfindən köçürülməsini tələb etdiyi evlə bağlı hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmamışdır. Məhkəmə isə ümumiyyətlə belə bir evin mövcud olub-olmaması, evin kimə məxsus olması, iddiaçının həmin evə köçürülməsi ilə bağlı hər hansı bir əsasın olub-olmaması, evlə bağlı hər hansı bir hüquqmüəyyənedici sənədin olub-olmaması ilə bağlı heç bir araşdırma aparmamış, iddiaçının ərizədə göstərdiyi həqiqətə uyğun olmayan məlumatlara istinad etmiş və qanunsuz olaraq ərizəni təmin etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, köçürülməsini tələb etdiyi ev özbaşına tikilidir və həmin evlə bağlı hər hansı hüquqmüəyyənedici sənəd yoxdur. Bu hal da məhkəmənin fərdi yaşayış evinin (iddiaçının iddasına görə özbaşına tikilinin) və torpaq sahəsinin üzərinə həbs qoyulması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdehlərə və üçüncü şəxslərə qadağan olunması ilə bağlı qərardadının qanunsuz olduğunu bir daha göstərir. İddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi özbaşına tikili deyil, xüsusi mülkiyyət hüququ ilə cavabdehin nənəsinə məxsusdur və qanunvericiliyin tələblərinə əsasən iddiaçının həmin fərdi yaşayış evinə köçürülməsi üçün heç bir əsas yoxdur. Digər tərəfdən məhkəmə ərizədə qeyd olunan əşyalar, paltarlar, qab-qacaqlar, qida məhsulları və s. üzərinə həbs qoyarkən qeyd olunan əşyaların və s. mövcud olub-olmaması ilə bağlı hər hansı bir araşdırma aparmamış, iddiaçı isə məhkəməyə hər hansı bir təsdiqedici sübut təqdim etməmişdir. Bu hal da məhkəmə qərardadının tamamilə qanunsuz olduğunu bir daha sübut edir. İddiaçının ərizəsində qeyd etdikləri əşya və digər məhsulların 80-90 faizi ümumiyyətlə mövcud olmamışdır və həmin siyahı həqiqəti əks etdirmir. İddiaçıya və uşaqlara məxsus olan bütün paltar, ayaqqabı və digər geyim əşyalarının bir hissəsini iddiaçı özü, digər hissəsini isə uşaqlar cavabdehin yanına gəlibgedərkən aparıblar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2434/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi və vəkili R.Abbasov şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Z.Musayev şikayətin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi işin hallarını şikayətin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır...Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.... Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər əsassız olduğundan qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Çünki, iddianın məzmunundan da görünür ki, iddiaçı yaşayış sahəsinə köçürülməsini və həmin yaşayış sahəsində olan əşyaların ona geri qaytarılmasını irəli sürdüyündən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2434/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadıdəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2434/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar