Məhkəmə qərarları › İş №2(103)-7667/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7667/2023

20.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7667/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(008)-5572/2023 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Söyüd oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh4 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzildən çıxarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5572/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qarşılıqlı iddia iddia ərizəsi geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(008)-5572/2023 saylı qərardadından verilmiş şikayət həmin məhkəməninin xx.xx.2023cü il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qənaəti yanlışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzilə dair iddiaçının adına verilmiş Çıxarışın etibarsızlığı ilə bağlı qarşılıqlı iddia ərizəsinin həmin mənzildən onları çıxarmaqla bağlı iddia ilə əlaqəsinin olmaması qənaətinə gəlmək işə laqeyd və səthi yanaşmaq, işin obyektiv həllinə mane olmaq deməkdir. Çünki sözügedən mənzilə dair iddiaçıya verilmiş Çıxarış etibarsız hesab olunduqda, iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yaranmayacaqdır və iddia rədd olunacaqdır. Lakin məhkəmənin bu halı nəzərə almaması onun səhv qənaətə gəlməsinə səbəb olmuşdur Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(008)- 5572/2023 saylı qərardadı ləğv edilməli, mülki iş materialları qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 156-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qəbul edir. İş materiallarından görünür ki, iddiaçının iddia tələbi cavabdehlərin iddiaçıya məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzildən çıxarılaraq iddiaçıya təhvil verilməsi ilə əlaqədardır. Cavabdeh2 isə qarşılıqlı iddia ərizəsi verərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsinini xahiş etmişdir. Göründüyü kimi iddia tələbləri üzrə mübahisə eyni mənzillə bağlı olmaqla, qarşılıqı iddia üzrə tələbin təmin edilməsi ilkin iddia tələbinin tam və ya qismən təmin edilməsini aradan qaldırmasına baxmayaraq, məhkəmə qarşılıqlı iddia tələbini MPM-nin 156-cı maddəsində göstərilmiş tələblərə cavab vermədiyindən geri qaytarmışdır. Buna görə də kollegiya məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, qarşılıqlı iddia tələbinin ilkin iddia tələbi ilə əlaqədar olmaması səbəbindən qarşılıqlı iddia ərizəsinin geri qaytarılması ilə bağlı məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamaqla əsassız hesab edilməlidir. Digər tərəfdən məhkəmə tərəfindən qarşılıqlı iddia tələbinin verilməsi müddətini müəyyən edən MPM-in 155.2, 154.1-ci maddələrinə istinad etsə də, cavabdeh tərəfindən qarşılqılı iddia ərizəsinin qanunla müəyyən edilmiş müddət ərizində verilib-verilməməsi məsələsi aydınlaşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(008)-5572/2023 saylı qərardadı ləğv edilməli, mülki iş materialları qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 397, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(008)-5572/2023 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar