Məhkəmə qərarları › İş №2(103)-7673/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7673/2020

26.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7673/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, ilk iddia üzrə İddiaçı, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1n və Cavabdeh2 qarşı “evə köçürülməsinə” dair ilk iddia ərizəsi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X4 qarşı “evə istifadə hüquqlarının itirilməsinə” dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2302/2020 saylı xx xxxxxx 2020-ci il tarixi qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi E.Babayev küçəsi 28 saylı evə köçürülmələrinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X4 qarşı Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi E.Babayev küçəsi 28 saylı evə istifadə hüquqlarının itirilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2302/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə İddiaçı ilk iddianın ərizəsinin təmin edilməməsi, Cavabdeh1 qarşılıqlı iddianın ərizəsi təmin edilməməsi və qətnamənin İddiaçı himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi E.Babayev küçəsi 28 saylı evdən qeydiyyatdan çıxarılmasının üçün əsas olduğu qət edilmişdir. Qətnamədə Mülki Məcəllənin 27.1, 180.1, 180.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi E.Babayev küçəsində özbaşına inşa olunan 28 saylı evdə faktiki olaraq Cavabdeh1 və Cavabdeh2 yaşayır, İddiaçı isə 2013-cü ildən sonra həmin evdən daimi yaşamaq üçün başqa ünvana köçmüş, hal-hazırda isə atasından miras kimi faktiki olaraq qəbul etdiyi Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi 57 saylı evdə himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə yaşayır. Özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. İstifadə hüququ yaranmadığından, sonuncu himayəsində olan azyaşlı övladı ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi 57 saylı evə daimi yaşamaq üçün köçdüyündən, mövcud olmayan hüququn ititirlməsi, pozulması mümkün olmadığından ilk iddiaçının evə köçürülmə, qarşılıqlı iddiaçının isə evə istifadə hüquqlarının itirilməsinə dair tələbləri əsassızdır. Ona görə də hər iki iddia ərizəsi təmin edilə bilməz.Hazırkı qətnamə İddiaçı himayəsində olan azyaşlı övladı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi E.Babayev küçəsində özbaşına inşa olunan 28 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı qeydiyyatda olduğu ünvanda 2013-cü ildən, xx.xx.2016-cı il təvəllüdlü X6 isə heç vaxt bu ünvanda yaşamamışdır. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2302/2020-saylı qətnaməsinin ləğv edilərək, təmin edilmiş qarşılıqlı iddia tələbi üzrə istifadə hüququnun itirilməsi barədə ərizənin rədd edilməsi və ilkin iddia tələbi üzrə onun övladı ilə birlikdə özbaşına tikiliyə köçürülməyi barədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinadən qeyd edilmişdir ki, Cavabdeh1 onu hazırkı özbaşına tikiliyə buraxmadığı səbəbindən övladının əşyaları və oyuncaqları həmin tikilidədir. Bundan əlavə həmin tikilinin özbaşına tikili olması dövlət reystrindən qeydiyyatda keçməməsi həmin tikiliyə olan istifadə hüququna xitam verilməsi kimi qiymətləndirilə bilməz. Hazirki hallar təkrar məhkəmə tərəfindən araşdırılmalıdır. X1 onun həmin evdə yaşamağını faktiki sübut edə bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək, həmin ünvanda doğulduğunu, 2013-cü ilədək orada yaşdığını, həmin il evləndikdən sonra kirayədə yaşamağa başladığını, lakin mübahisəli mənzil yerləşən ünvanda qeydiyyatda olduğunu, evin sənədinin olmadığını, övladı ilə birlikdə evə köçürülməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 apellyasiya şikayətinə etirazı təqdim edərək, İddiaçı babasından qalan miras payı olduğunu, ailədə ona qarşı münasibət pozulduqdan evə köçürülməsini istəmədiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13, 63-67; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 139-158, 178-180, 228-ci maddələrinə, “Yaşayışyerivəolduğuyerüzrəqeydiyyathaqqında”AzərbaycanRespublikasınınQanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 267, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi daşınmaz əmlakın mülki hüquqi statusu, evin sahibliyi və digər hüquqlar baxımından iş üzrə həqiqi hallara uyğun gəlmiş olsada, tələbin həddi və aidiyyət baxımından yanlış olaraq qətnamənin şəxsin qeydiyyatda çıxarılması üçün əsas olduğu müəyyən edilmişdir. Ona görə, həmin hissədə qətnamə ləğv edilməli, bu anlamda hüquqların qeydiyyatdan keçirməklə inzibati orqana müraciət etmək imkaları izah edilməlidir. Qeyd edilməlidir ki, hazırki mülki hüquq münasibətlərində özbaşına tikilyə dair maddi hüquq normalarının analogiya üzrə tətbiqi belə hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi və məhkəmə səlahiyyətindən kənar olaraq yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2302/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Qətnamə qətnamənin İddiaçı himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi E.Babayev küçəsi 28 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsas olduğu hissəsində ləğv edilsin. Qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar