Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7681/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə İddiaçının nümayəndəsi-vəkil X1, Cavabdehin nümayəndəsi-Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3234/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Əhmədli y/sahəsi, Babək prospekti 94 ünvanındakı 16 mərtəbəli 06 saylı binanın 9-cu mərtəbəsindəki ümumi sahəsi 62 kv.m, yaşayış sahəsi 20.5 kv.m olan 1 otaqlı 61 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbirinin görülməsi barəsində ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 6, mənzil 61, yeni qaydalarla: AZ 1142, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 876, M9, m. 5 ünvanında yerləşən ümumi sahəsi 57.80 kv.m olan mənzildə İddiaçı məxsus "Vestel" markalı kondisioner (ümumi dəyəri 500 manat), "Bosch" markalı kombi (ümumi dəyəri 800 manat), "Bosch" markalı ariston qaz peçi (ümumi dəyəri 600 manat) və aspirator (ümumi dəyəri 350 manat), "Bosch" markalı tozsoranın (ümumi dəyəri 200 manat) siyahıya alınaraq cavabdeh tərəfindən istifadə edilməsinə qadağan edilməsi və üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3234/2020 saylı qərardadı ilə, ərizə qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 6, mənzil 61, yeni qaydalarla: AZ 1142, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 876, M9, m. 5 ünvanında yerləşən ümumi sahəsi 57.80 kv.m olan mənzildə İddiaçı məxsus "Vestel" markalı kondisioner (ümumi dəyəri 500 manat), "Bosch" markalı kombi (ümumi dəyəri 800 manat), "Bosch" markalı ariston qaz peçi (ümumi dəyəri 600 manat) və aspirator (ümumi dəyəri 350 manat), "Bosch" markalı tozsoranın (ümumi dəyəri 200 manat) üzərinə həbs qoyulmuşdur. Cavabdeh səlahiyyətli nümayəndəsi həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsini, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən iddiaçının səlpahiyyətli nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında yaranmış əmlak tələbinə dair münasibətlər və bu münasibətlərdən irəli gələn nəticələrə dair məsələlər mübahisələndirilmişdir və adı çəkilən əşyalar mübahisə obyektini təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə müvəqqəti xarakterli tədbir kimi əşyaların üzərinə həbs qoyulması məqsədəmüvafiqdir və mövcud sübutlarla mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək barəsində iddianı təmin etmək üçün tədbir görülə bilər. Qeyd edilən Məcəllənin 158.1.3-cü maddəsinə əsasən, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək barəsində iddianı təmin etmək üçün tədbir görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7681/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7681/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver