Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7685/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh QSC-yə qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə (bank) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli barışıq sazişinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda iddianı təmin etmə tədbiri barədə ərizə də verərək, işə mahiyyəti üzrə baxılıb qutaranadək Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra hərəkətlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi və həmin icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması barədə qərardad qəbul olunmasını istəmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamış, həmin qərardaddan iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət də məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili (nümayəndəsi) şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, bankın nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə görə, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. İddiaçının görülməsini istədiyi təmin tədbiri, qüvvədə olan məhkəmə aktı əsasında verilmiş və artıq icra mərhələsində olan icra sənədi üzrə icraatın dayandırılması xarakteri daşıyır və iddianın gələcəkdə təmin edilməsi halında qətnamənin icrasını təmin etmək məqsədinə, eləcə də onun icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına deyil, icra sənədinin icrasının dayandırılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə görə, icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır, icra sənədi üzrə icraatın dayandırılması mexanizmi isə həmin Qanunun 21-ci maddəsində fərqli qaydada müəyyən edilmişdir. Yuxarıda şərh olunanların işin hallarına tətbiqi baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddianı təmin tədbirinin tətbiqinə dair ərizəsi iddianı təmin tədbirlərinin məqsədi ilə həmin tədbirlərin tətbiqinin zəruriliyi baxımından əsaslı olmadığına görə birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmişdir və şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4552/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7685/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7685/2020
15.10.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver