Məhkəmə qərarları › İş №2(103)-7685/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7685/2021

28.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7685/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Məmmədovanın sədirliyi və məruzəsi ilə, X6 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(010)-76/2017 saylı qərardadından Suraxanı rayon icra və Probasiya şöbəsinin icra məmuru Nicat Vəlizadə və İddiaçı tərəfindən verilən şikayət ərizəsinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar X2 rayon icra və Probasiya şöbəsinin icra məmurunun 01.02.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair ərizə ilə müraciət edərək, əizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 saylı, 31 may 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, X11, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 140.98 kv.m olan mənzilin 46.87 kv.m sahədən ibarət olan 3 otağından çıxarılması, iddiaçı X5 cavabdehlər İddiaçı və X15 qarşı mənzilə görə ödənilmiş pulun və çəkilmiş xərcin əvəzinin geri qaytarılması tələbi barədə qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı 24000 ABŞ dolları məbləğində mübahisəli mənzil üçün ödənilmiş pul vəsaiti və 6107 manat mübahisəli mənzilin təmiri üçün sərf olunmuş pul vəsaiti alınaraq X13 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1630/2020 saylı, 24.11.2020-ci il tarixli qətnaməsi ilə, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə qismən təmin edilməsi qət edilmişdir. İcra məmuru icra sənədinin pul hissəsinin icra edilməli təqdirdə onların mənzildən çıxarılması barədə formal akt tərtib etmiş və dərhal sonra da icra sənədinin icrasına xitam vermişdir. Əslində isə mənzildən çıxarılma barədə onlardan xəbərsiz formal akt tərtib edilmiş, bundan bəhrələnən İddiaçı mənzildə qalmış bütün əmlaklara sahiblənmişdir. Tələbkar X2 rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 01.02.2021-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsinə və icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizə ilə müraciət edərək, Suraxanı rayon icra və Probasiya şöbəsinin 01.02.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 nömrəli 31 may 2021-ci il tarixli qərardadı ilə X5 ərizəsi təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin 01.02.2021-ci il tarixli qərarı ləğv edilmiş və icra sənədi yenidən icraya yönəldilmişdir. Suraxanı rayon icra və Probasiya şöbəsinin icra məmuru Nicat Vəlizadə qərardaddan şikayət verib, şikayətini onunla əsaslandırmışdır ki, 2(010)-76/2017 nömrəli 31 may 2021 ci il tarixli qərardadında əsassız olaraq iki icra vərəqəsi verilmiş, məhkəmə tərəfindən onlardan biri Nərimanov rayon icra və Probasiya Şöbəsinə, digəri isə-Cavabdeh1. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 140.98 kv.m olan mənzilin 46.87 kv.m sahədən ibarət olan 3 otağından çıxarılması hissəsində-Suraxanı rayon icra və Probasiya şöbəsinə göndərilmişdir. Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 25.07.2018-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Suraxanı rayon Məhkəməsinin 29.10.2018-ci il tarixli qərardadı əsasında isə Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 25.07.2018-ci il tarixli qərarı ləğv edilmiş, işin icraatı təzələnmiş və icra vərəqəsi yenidən icraya yönəldilmişdir. Suraxanı rayon İcra Şöbəsinin 01.02.2021-ci il tarixli Qərarı ilə icra sənədinin icrası mümkün olmadığından icra sənədi geri - məhkəməyə qaytarılmışdır. X11 tərəfindən Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 01.02.2021-ci il tarixli Qərarından verilmiş şikayətə Suraxanı rayon Məhkəməsində baxılmış və 31 may 2021-ci il tarixli Qərardadla Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 01.02.2021-ci il tarixli Qərarı ləğv edilmiş və icra sənədi yenidən icraya yönəldilmişdir. Ona görə də, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(010)-76/2017 saylı qərardadı tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməli və icra sənədi məhkəməyə geri qaytarılmalıdır. Eyni zamanda borclu İddiaçı şikayət verərək 2(010)-76/2017 nömrəli 31 may 2021-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 saylı, 18.06.2021-ci il tarixli qərardadı ilə Suraxanı rayon icra və Probasiya şöbəsinin icra məmuru Nicat Vəlizadənin və İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 nömrəli 31 may 2021-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı tələbkar Cavabdeh1 Suraxanı rayon icra və Probasiya şöbəsinin icra məmuru Nicat Vəlizadə və İddiaçı tərəfindən birgə verilmiş şikayət ərizəsinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 saylı, 31.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 31 may 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və X9 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası qismən təmin edilmiş, X5, Cavabdeh2, Cavabdeh3 və X8 mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 140.98 kv.m olan mənzilin 46.87 kv.m sahədən ibarət olan 3 otağından çıxarılması, İddiaçı iddia tələbinin qalan hissədə təmin edilməməsi, X5 İddiaçı və X15 qarşı mənzilə görə ödənilmiş pulun və çəkilmiş xərcin əvəzinin geri qaytarılması tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilmiş, İddiaçı 24.000 ABŞ dolları məbləğində mübahisəli mənzil üçün ödənilmiş pul vəsaitinin və 6107 manat mübahisəli mənzilin təmiri üçün sərf olunmuş pul vəsaitinin alınaraq X5 xeyrinə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə 31 may 2017-ci il tarixli, 2(010)-76 /2017 saylı icra vərəqəsi verilmişdir. Bakı şəhəri, Suraxanı rayon İcra və Probasiya şöbəsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 31 may 2017-ci il tarixli, 2(010)-76 /2017 saylı icra vərəqəsi üzrə icraata xitam verilmişdir. X11 qeyd olunan qərardaddan şikayət vermiş, şikayət Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qərardadı ilə təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayon İcra və probasiya şöbəsinin 25 iyul 2018-ci il tarixli qərarı ləğv olunmuş, icra sənədinin yenidən icra edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Suraxanı rayon İcra və Probasiya şöbəsinin 01.02.2021-ci il tarixli qərarı ilə icra sənədi Suraxanı Rayon Məhkəməsinə geri qaytarılmışdır. Səbəb kimi ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 140.98 kvm olan mənzilin 4687 kv.m sahədən ibarət olan hissəsinin mülkiyyət hüququ ilə İddiaçı məxsus olmaması, həmin hissənin mülkiyyət hüququ ilə məmmədova Adilə Əli qızına məxsus olması göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1,-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Mübahisələndirilən qərarda isə icra sənədinin qaytarılmasının səbəbi kimi mübahisəli mənzillə bağlı mülkiyyətçinin dəyişməsi göstərilmişdir. Halbuki, icra sənədinin qaytarılması hallarını tənzimləyən yuxarıda qeyd edilmiş normalarda bu hala görə icra sənədinin onu verən məhkəməyə qaytarılması nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olmuş mənzilin mülkiyyətçisinin dəyişməsi halı özü özlüyündə icra sənədinin icra edilməməsinə səbəb ola bilməz. Yuxarıda göstərilən qanun müddəalarını rəhbər tutaraq və iş materiallarını nəzərə alan, məhkəmə kollegiyası hesab edir ki, Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 01 fevral 2021-ci il tarixli qərarı ləğv edilməli və icra sənədi yenidən icraya yönəldilməlidir. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 saylı, 31.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar