Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7692/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti" Trestinə qarşı əmək vəzifələrini yerinə yetirərkən vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(011)-2092/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı əmək vəzifələrini yerinə yetirərkən vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(011)- 2092/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək əmək vəzifələrini yerinə yetirərkən aldığı xəsarətə görə 2018-ci ilin fevral ayından 2020-ci ilin fevral ayınadək olan ödənclərin müvafiq qanunvericiliyə uyğun olaraq hesablanmaqla birdəfəlik qaydada, 2020ci ilin fevral ayından etibarən isə hər ay SOCAR-ın Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 27 yanvar 2021-ci il tarixində məhkəməyə daxil olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti onu imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənədlər əlavə edilmədiyinə görə geri qaytarılmışdır. Cavabdeh tərəfindən məhkəmənin həmin qətnaməsindən təkrar olaraq apellyasiya şikayəti verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(011)- 2092/2020 saylı qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyinə görə şikayət geri qaytarılmışdır. Məhkəmənin 28 oktyabr 2020-ci il tarixli 2(011)-2092/2020 saylı qətnaməsindən SOCAR-nın Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə 02 aprel 2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli 2(011)-2092/2020 saylı qətnaməsi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə 30 dekabr 2020-ci il tarixdə poçt vasitəsilə daxil olmuşdur. Cavabdeh tərəfindən həmin qətnamədən 27 yanvar 2021-ci il tarixdə prosessual müddət ötürülmədən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti məhkəmə tərəfindən 18 fevral 2021-ci il tarixində geri qaytarılmışdır. Həmin qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla sonradan apellyasiya şikayəti verilmişdir. Qətnamədən şikayət vermə müddəti cavabdehdən asılı olmayan səbəblərdən buraxılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(011)- 2092/2020 saylı qərardadı ilə cavabdehin ərizəsi təmin olunmamış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(011)-2092/2020 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan cavabdehin nümayəndəsi şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(011)-2092/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək təmin edilməsini, iddiaçı isə şikayətin təmin edilməməsini, qərardadın qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, hazırkı apellyasiya şikayəti üzrə mübahisələndirilən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(011)-2092/2020 saylı qətnaməsi xəbərnaməli poçt vasitəsilə tərəflərə göndərilmiş, cavabdeh tərəfindən 30 dekabr 2020-ci il tarixində xəbərnaməyə imza edilməklə rəsmi qaydada alınmışdır. Həmin qətnamədən cavabdehin adından verilmiş şikayət 27 yanvar 2021-ci il tarixində məhkəməyə daxil olmuş, apellyasiya şikayətinə onu imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənədlər əlavə edilməməsi səbəbi ilə geri qaytarılmışdır. Apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla apellyasiya şikayəti 23 fevral 2021-ci tarixdə yenidən verilmiş, lakin apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməməsi səbəbi ilə geri qaytarılmışdır. Bundan sonra apellyasiya şikayəti buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatətlə birlikdə 02 aprel 2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(011)-2092/2020 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh apellyasiya şikayəti 27 yanvar 2021-ci il tarixdə qanunla müəyyən olunmuş müddətdə verilmiş, apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin səlahiyyətini təsdiq edən sənəd əlavə edilmədiyinə görə geri qaytarılmışdır. Şikayətin geri qaytarılması haqqında qərardadı aldıqdan 5 gün sonra cavabdeh yenidən apellyasiya şikayəti vermiş, bu dəfə şikayətə prosessual müddətin buraxılması haqqında ərizə əlavə edilmədiyinə görə geri qaytarılmışdır. Bu barədə qərardadı alandan 4 gün sonra cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən ilkin apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddətdə verildiyinə və sonrakı apellyasiya şikayətləri müvafiq qərardadların alınmasından sonra müddət buraxılmadan verildiyindən, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin buraxılmasının üzrlü hesab edilməsinə və müddətin bərpa olunmasına kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya iş materiallarını nəzərdən keçirərək hesab edir ki, prosessual müddətin üzrlü səbəbdən buraxılması barədə şikayətin dəlilləri iş materialları ilə təsdiq edildiyindən, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(011)-2092/2020 saylı qərardadı ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddət bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 133.1, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(011)-2092/2020 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(011)- 2092/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddət bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7692/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7692/2021
27.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver