Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7694/2022 09.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehlər Cavabdeh9, Cavabdeh5 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X1 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh9 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehlər ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən (bundan sonra – qeyri-yaşayış sahəsi) çıxarılsınlar, qeyriyaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilsin və cavabehlərin müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün tədbirlər görülməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, cavabdehlər qeyri-yaşayış sahəsindən çıxarılsın və qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh9, Cavabdeh5 və Cavabdeh4 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. İşdə iştirak edən digır şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdehlərdən biri - Cavabdeh9 apellyasiya şikayəti verdiyinə görə qətnamənin əsaslılığı yalnız ona aid olan hissədə apellyasiya qaydasında yoxlanıla bilər. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxılnılmalıdır. Belə ki, qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir, onun mülkiyyət hüququ xx.xx.2011-ci ildə reyestrdə qeydə alınıb. Cavabdehlərin qeyri-yaşayış sahəsinə hüquqları yoxdur, onlar məcburi köçkün kimi oradan istifadə edirlər. Cavabdehlərin bu hərəkəti başqasının əmlakına qanunsuz sahiblik sayılır. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7694/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7694/2022
09.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver