Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7695/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, X3katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoru və X1 qarşı “icra qeydinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontorunun xx.xx.2019-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə, iş üzrə icraata xitam verilmişdir. İddiaçı, həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı, xx xxxxxx 2020-ci il tarixdə yenidən xx xxxxxx 2019-cu il tarixli qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli qərardadı ilə, şikayət, qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. İddiaçı, prosessual müddətin bərpası barədə ərizə verərək, xx xxxxxx 2019-cu il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli qərardadı ilə, ərizə rədd edilərək, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı, həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı 18 saylı notariat kontorunun xx.xx.2019cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə onun iştirakını təmin etmədən, heç bir araşdırma aparmadan qərar qəbul etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixə baxış təyin etməsi barədə məlumatı olmamış, bu barədə bildiriş ona xx.xx.2019-cu il tarixdə çatmışdır. Hesab edir ki, müddəti buraxması üzrlüdür. Ərizəsində bu barədə ətraflı qeyd etməsinə baxmayaraq məhkəmə bunu nəzərə almamışdır. Xətai Rayon Məhkəməsi, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə, şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunverici müddətin buraxılma səbəbinin üzürlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmə, ilk növbədə cavabdeh tərəfindən qətnamədən şikayət verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsini araşdırmağı vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın. İşdə olan sənədlərdən görünür ki, İddiaçı Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadını xx.xx.2019-cu il tarixdə məhkəmə qəbzinə (səh.24) imza edərək almışdır. Həmin qərardaddan xx.xx.2020-ci il tarixdə verdiyi şikayət Məhkəmənin xx.xx.2020-cu il tarixli qərardadı ilə, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından geri qaytarılmış və SS644022757AZ nömrəli poçt xəbərnaməsinə əsasən, iddiaçı həmin qərardadı xx.xx.2020-ci il tarixdə ünvanda imza etməklə rəsmi qaydada almışdır. xx.xx.2020-ci il tarixdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməklə iddiaçı, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından yenidən şikayət vermişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət, qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və prosessual müddətin bərpası barədə vəsatət verilmədiyindən geri qaytarılmış və SS653541273AZ nömrəli poçt xəbərnaməsinə əsasən, iddiaçı həmin qərardadı xx.xx.2020-ci il tarixdə ünvanda imza etməklə rəsmi qaydada almışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan halları birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, qərardaddan şikayət verilməsi üçün müddətin keçməsi İddiaçı iradəsindən asılı olmayan hallarla əlaqəli deyil. Başqa sözlə, iddiaçı, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından verdiyi şikayətlərin geri qaytarılması barədə qərardadları aldığı vaxtdan sonra yol verilmiş nöqsanları dərhal aradan qaldırmamaqla öz prosessual hüququnu vaxtında həyata keçirməsinə laqeyd yanaşmış və qanunla müəyyən edilmiş müddəti ürsüz səbəbdən ötürmüşdür. Odur ki, birinci instansiya məhkəməsinin müddətin bərpasının rədd edilməsinə dair qərardadı əsaslıdır. Bu qənaətə gələrkən, Kollegiya şikayətin dəlllərinə münasibətdə vurğulayır ki, qərardadın çıxarıldığı məhkəmə iclası barədə iddiaçının lazımi qaydada məlumatlandırılmaması həmin qərardaddan şikayət vermək üçün ötürülmüş müddətin üzrlü sayılması barədə ərizənin həllinə təsir edən hal deyil. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9288/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7695/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7695/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver