Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7700/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC -nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Tofiq oğluna qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı LPO "xxxx" ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə 17.01.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 22.04.2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsi üzrə yaranmış 56.121,49 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 20.601,24 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 8.285,58 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən 19.09.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3.949,53 ABŞ dolları borc, ümumilikdə 88.957,84 ABŞ dolları kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi; tutmanın Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BANWBAKC61010C611524, qara rəngli, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi. avtomobilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun iddiaçıya ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(004)-118/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh "xxxx" ASC-nin “Kredit İnvest” filialı tərəfindən verilmiş 22.04.2013-cü il tarixli FJB**********479 nömrəli məxaric orderinə əsasən aldığı 80.580 ABŞ dolları borcdan ödənilməmiş qalan 56.121,49 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, tutmanın - DİN BDYPİ tərəfindən verilmiş 22.08.2013cü il tarixli AC061763 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan və ipoteka ilə yüklü edilmiş “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BAN- WBAKC61010C611524, qara rəngli, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunacaq vəsait hesabına 56.121,49 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, artıq qalan vəsaitin Cavabdeh qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi qət edilmiş, iddia qalan hissədə, yəni - "xxxx" ASC ilə Cavabdeh arasında bağlandığı iddia edilən (müqavilənin əsli və ya təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməyib) 22.04.2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsi üzrə yaranmış müqavilə müddəti üçün hesablanmış 20.601,24 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 8.285,58 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən 19.09.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3.949,53 ABŞ dolları borcun tutulması” hissəsində rədd edilmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən ayrı-ayrılıqda həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə “müqavilə müddətinə hesablanmış faiz, müqavilə bitdiyi tarixdən 19.09.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanan borc və cərimə borcu tələbinin” rədd edilməsi hissəsində qanunsuz və əsassız olmuşdur. Belə ki, borcverən "xxxx" ASC ilə borclu Cavabdeh arasında 22.04.2013-cü il tarixdə 60 ay (22.04.2013- 22.04.2018) müddətinə kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda, Bankın 04.11.2019-cu il tarixli, **********290 nömrəli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna daxil olmuş 29.11.2019cu il tarixli, 016-111716-1219 nömrəli sorğuya cavab məktubuna əsasən, DİN-in BDYPİnin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına görə “BMW 750” markalı 90- SF-763 dövlət qeydiyyat nişanlı avtomobil 22.08.2013-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınaraq ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Kredit İnvest filialının xeyrinə yüklü edilmişdir. Bankın Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş sistemdən çıxarışdan görünür ki, Cavabdeh ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin son tarixi 22.04.2018-ci il tarixi olmaqla həmin kredit müqaviləsi 5 illik müddətə 15% ilə bağlanmışdır. Lakin, iddiaçı cavabdehə qarşı “kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması”tələbi barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərkən kredit müqaviləsinin əslini və ya əsli ilə təsdiq edilmiş surətinin mövcud olmaması səbəbindən iddia ərizəsinin qoşmasına əlavə etmək mümkün olmamışdır. Bundan başqa, kreditlər annuitet hesablaması əsasında müəyyənləşdirilmiş qaydada verilir. Həmin annuitet əsasında kredit üzrə ödənişlərin tarixlərini və məbləğlərini özündə əks etdirən ödəniş cədvəli tərtib edilir. Məhkəməyə təqdim edilmiş annuitet cədvəli nümunəsindən də görünür ki, cavabdehə kreditin yalnız 81.000 ABŞ dolları məbləğində, 15 faiz dərəcəsi ilə və 60 ay müddətinə verildiyi təqdirdə cavabdeh hər ay 1,926.98 ABŞ dolları məbləğində ödəniş etməlidir. Bu göstəricilər 1 ay az, ya çox, 1 faiz dərəcəsi az, ya çox, 100 ABŞ dolları az, ya çox olduğu təqdirdə aylar üzrə fərqli ödəniş məbləği alınır. Hazırki iş materiallarında olan cavabdehə məxsus 22.04.2013-22.04.2018-ci il tarixləri əhatə edən ödənişlər ilə bağlı hesabdan çıxarışda ayların əksəriyyəti üzrə ödənilmiş məbləğ 1.927,00 ABŞ dolları məbləğində və ayın 22-si icra edilmişdir. Bu ödənişlər məbləğ və tarix olaraq hazırki kredit üzrə aylar üzrə ödənilməli məbləğ və tarixlərlə üst-üstə düşür. Fərqli tarixlərdə və məbləğlərdə aparılmış ödənişlər isə cavabdeh ödəniş qrafıkindən kənara çıxdığı tarixlərdə gecikmə ilə hissə-hissə aparılmış ödənişlərdi. Göründüyü kimi, cavabdeh qeyd edilənlərin heç birini mübahisləndirməmiş əksinə ödənişlər etməyə başlamış və bununla da müqavilə şərtlərini bəyənmişdir. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, bank tərəfindən təqdim olunan maliyyə arayışından da göründüyü kimi gecikdirilmiş vaxt üçün hesablanan illik beş faiz məbləği 3.949,53 ABŞ dolları təşkil edir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" ASCnin Kredit İnvest" filialı ilə 22 aprel 2013-cü il tarixli kredit və ipoteka müqaviləsi bağlamamış və imzalamamışdır. Belə bir müqavilələr mövcud deyildir. Cavabdeh ümumiyyətlə "BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BAN-WBAKC61010C611524, qara rəngli, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobili olmamış və həmin avtomobili bankın qarşısında ipoteka ilə yüklü etməmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş 80.580 ABŞ dolları vəsaitin alınmasına dair 22.04.201 3-cü il tarixli FJB**********479 nömrəli məxaric orderində "müştərinin imzası" qrafasındakı imza Cavabdeh məxsus deyildir. "xxxx" ASC-nin idarə Heyətinin sədr müavini işləmiş Gəray-zadə Ayaz Tofik oğlu Cavabdeh Banka inkasator vəzifəsinə işə düzəltmişdir. Gəray-zadə Ayaz Tofik oğlu bildirmişdir ki, birgə iş quracaqlar və gəlir əldə edəcəklər. Bu məqsədlə Gəray-zadə Ayaz Tofik oğlu 01.05.2013-cü il tarixdə Cavabdeh 01.05.2033-cü il tarixə kimi etibarnamə almışdır. Həmçinin Gəray-zadə Ayaz Tofik oğlunun tapşırığı ilə Cavabdeh başqa bir şəxsə X5 22.08.2013-cü il tarixdə 22.08.2033-cü ilə kimi etibarnamə vermişdir. X2 cavabdehin adından başqa şəxslərin adlarına etibarnamələr vermişdir. Hazırda cavabdeh həmin etibarnamələri ləğv etdirmişdir. Cavabdeh "Texnikabank” ASC-nin "Kredit İnvest" filialından 22.04.2013-cü il tarixdə 81.000 ABŞ dolları borc almamışdır. Almış olsaydı belə, iddia müddəti ötürülmüşdür. İddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmişdir. Ekspertizanın rəyində 22.04.2013-cü il tarixli məxaric orderində “müştərinin imzası” qrafasındakı imzanın Cavabdeh məxsus olduğu göstərilsə də, bank tərəfindən Cavabdeh pul verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək bankın iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şıkayətinin isə təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməli, qətnamə iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, "xxxx" ASC-nin “Kredit İnvest” filialı tərəfindən verilmiş 22.04.2013-cü il tarixli FJB**********479 nömrəli məxaric orderində Cavabdeh (hesab nömrəsi ********************) 80.580 ABŞ dolları nağd pul verilməsi qeyd edilmişdir. Həmin məxaric orderinin məzmunundan görünür ki, qeyd edilən məbləğin verilməsinin təyinatı kreditin verilməsi olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05.11.2020-ci il tarixli 4/920 nömrəli rəyi ilə müəyyən edilir ki, Cavabdeh adına olan 22.04.2013-cü il tarixli FJB**********479 nömrəli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. DİN BDYPİ-nin 29.11.2019-cu il tarixli 016-111716-1219 nömrəli məktubundan və DİN BDYPİ-nin Qeydiyyat-imtahan komütkr uçot bazasından çıxarışdan müəyyən edilir ki, DİN BDYPİ tərəfindən verilmiş 22.08.2013-cü il tarixli AC061763 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BAN- WBAKC61010C611524, qara rəngli, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil 22.08.2013-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır və ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin “Kredit İnvest” filialının xeyrinə yüklü edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Odur ki, avtomobilin kompüter çıxarışı təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh (hesab nömrəsi ********************) 22.04.2013-cü il tarixdə 81.000 ABŞ dolları (komissiya və xidmətlə bağlar xərclər çıxıldıqdan sonra – 80.580,00 ABŞ dolları) kredit verilmiş və onun tərəfindən 14.05.2013-cü ildən başlayaraq 11.11.2015-ci il tarixədək ödənişlər aparılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 24 oktyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış 22 aprel 2013-cü il tarixli 212ALNW131120001 saylı kredit müqaviləsi üzrə 56.121,49 ABŞ dolları, 20.601,24 ABŞ dolları faiz, 8.285,58 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 5% illik faiz dərəcəsi üzrə 3.949,84 ABŞ dolları, ümumilikdə 88.957,84 ABŞ dolları borcu vardır. İş üzrə təqdim edilmiş sübutlardan və tərəflərin vermiş olduqları izahatlardan müəyyən olur ki, tərəflər arasında həqiqətən də, 22.04.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış və cavabdehə 80.580,00 ABŞ dolları kredit verilmişdir. Cavabdeh həmin məbləği bankdan şəxsən imza etməklə qəbul etmişdir. Bu hal kassa məxaric orderində olan imzanın cavabdehə məxsus olmasını müəyyən edən ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Lakin qeyd edilən kredit müqaviləsi iddiaçı tərəfindən itirildiyindən, cavabdeh isə belə bir müqavilənin olmasını etiraf etmədiyindən, hazırkı vəziyyətdə bu müqavilənin hansı şərtlər daxilində bağlandığını müəyyən etmək mümkün olmamışdır. İddiaçı cavabdeh tərəfindən bir müddət ödənişlərin aparıldığını və borcun qalıq məbləğinin əsas borc üzrə 56.121,49 ABŞ dolları, faiz borcu üzrə 20.601,24 ABŞ dolları, cərimə borcu üzrə 8.285,58 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz olmaqla hesablanmış borc üzrə 3.949,53 ABŞ dolları, ümumilikdə 88.957,84 ABŞ dolları olduğunu bildirmişdir. Cavabdeh isə həmin borcu qəbul etməməklə yanaşı, müqavilə üzrə heç bir ödəniş etmədiyini bildirmiş, iş üzrə iddia müddətinin tətbiq edilməsi və bu əsasla iddianın təminindən imtina olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı ilə cavabdehin arasında kredit müqaviləsi bağlanmasına və iddiaçı tərəfindən bu müqaviləyə əsasən cavabdehə 80.580,00 manat verilməsi sübuta yetdiyindən və borcun bir hissəsinin cavabdeh tərəfindən ödənildiyi etiraf edildiyindən, qalıq əsas məbləğin cavabdehdən tələb edilməsinə dair iddia tələbi irəli sürməkdə iddiaçı haqlı olmuşdur. Bununla yanaşı, kollegiya qeyd edir ki, həmin kredit müqaviləsinin hansı şərtlər daxilində verilməsi, faiz dərəcəsinin nə qədər olması, edilmiş ödənişlərdən əsas və faiz borcu üzrə tutmaların hansı qaydada aparılmalı olması iş materialları ilə müəyyən edilmədiyindən, əsas borca hesablanmış faiz və cərimə borclarının, habelə borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faiz borcunun cavabdehdən tutulmasına dair iddia tələbi əsassız olmuşdur. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsas borca hesablanmış faiz, cərimənin, habelə gecikməyə görə hesablanmış faizinin tələb edilməsi hissəsində iddianın əsassız olmasına dair gəldiyi nəticəni əsaslı və düzgün hesab edir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermiş, lakin işə baxmış birinci instansiya məhkəməsi həmin ərizəyə qətnamə qəbul edərkən münasibət bildirməmişdir. İddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İddiaçı öz iddia tələbinin əsaslarından biri kimi, məhkəməyə sübut kimi təqdim etdiyi hesabdan çıxarışa istinad etmiş, məhz həmin hesabdan çıxarışda əks olunmuş ödənişlərə əsaslanmaqla, borcun bir hissəsinin cavabdeh tərəfindən ödənildiyini bildirmişdir. Qeyd edilən hesabdan çıxarışdan görünür ki, ödənişlərin aparılmasının son müddəti kimi 01.01.2017-ci il tarix göstərilmişdir. Lakin iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 17.01.2020-ci il tarixdə, yəni son ödəniş müddətinin bitdiyi tarixdən 3 il 16 gün sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddia tələbini irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarı ilə müəyən edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Həmin Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsinə dair iddiası qismən əsaslı olsa da, iddiaçı bu tələbi irəli sürmək üçün iddia müddətini ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə vermişdir. Ona görə də, iddia tələbi əsassız olmuşdur. İddiaçı onunla cavabdeh arasında kredit müqaviləsinin beş illik müddətə bağlandığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, əksinə, özünün məhkəməyə təqdim etdiyi hesabdan çıxarışda bu müddətin beş il deyil, daha qısa olmaqla, 22.04.2013 – 01.01.2017-ci il tarixləri əhatə etdiyini göstərilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 25.12.2020-ci il tarixli hesabdan çıxarışa hüquqi qiymət verərək qeyd edir ki, həmin çıxarış məhkəməyə cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildikdən sonra təqdim edilmişdir və həmin çıxarışda cavabdehin pul öhdəliklərinin icrası müddətinin son tarixi kimi əvvəl təqdim edilmiş çıxarışda göstərilən 01.01.2017-ci il deyil, 22.04.2018-ci il göstərilmişdir. Məhkəmə kollegiyası hesabdan çıxarışın bir dəfə təqdim edildiyi halda, bank tərəfindən eyni məzmunlu çıxarışın təkrar təqdim edilməsini və bu dəfə cavabdehin öhdəliklərinin icrası müddətinin daha uzun müddət olmaqla, fərqli göstərilməsinə, habelə bu sənədin cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildikdən sonra təqdim edilməsinə qiymət verərək bu qənaətə gəlir ki, həmin çıxarışda qeyd edilən öhdəliyin son icra müddəti iddiaçı tərəfindən sonradan dəyişdirilmişdir. Ona görə də, iddia müddətinin tətbiqi məsələsini müzakirə edərkən məhkəmə həmin sənədə yox, məhkəməyə ilkin təqdim edilmiş hesabdan çıxarışda əks olunmuş məlumatlara istinad edir. Məhkəmə kollegiyası qeyd edir ki, kredit borcunun ödənilməsi tələbi ilə bağlı iddia müddəti keçdiyindən, tələbin borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı hissəsinə münasibətdə də iddia müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə görə, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Buna görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tutmanın Cavabdeh məxsus olan və ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi, həmin avtmobilin açıq hərracdan satılması və əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsinə dair gəldiyi nəticəni əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaət ondan ibarətdir ki, işə baxmış birinci instansyia məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, mübahisənin mahiyyəti üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Yuxarıda göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən əsaslı olmuşdur. Ona görə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(004)-118/2021 saylı qətnaməsi qismən, yəni iddianın qismən təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(004)- 118/2021 saylı qətnaməsi qismən - iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci 127 (yüz iyirmi yeddi) manat pul İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7700/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7700/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver