Məhkəmə qərarları › İş №2(103)-7700/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7700/2023

11.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7700/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əliəkbər oğlunun cavabdehlər Cavabdeh1 Əliəkbər oğluna, Cavabdeh2, X10 və Cavabdeh4 qarşı; müstəqil tələb irəli sürən üçüncü şəxs X4 İddiaçı Əliəkbər oğluna, Cavabdeh1 Əliəkbər oğluna, Cavabdeh2, X10 və Cavabdeh4 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: işin apellyasiya baxışından çıxarılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Əliəkbər oğlunun Cavabdeh1 Əliəkbər oğluna, Cavabdeh2, X10 və Cavabdeh4 qarşı “cavabdehlərin ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən, yeni inşa etdiyi fərdi evindən çıxarılmaları, ona vurduqları 15 000,0 maddi zərərin, 5000,0 manat mənəvi zərərin, 25 000,0 əldən çıxmış faydanın və 30,0 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi”, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 İddiaçı Əliəkbər oğluna, Cavabdeh1 Əliəkbər oğluna, Cavabdeh2, X10 və Cavabdeh4 qarşı “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən 52 saylı evin yaxınlığında inşa edilmiş yarımçıq tikilidən və onun yerləşdiyi torpaq sahəsindən sahiblik və istifadə etməsinə yaradılan maneənin aradan qaldırılması vəzifəsinin İddiaçı Əliəkbər oğlunun, Cavabdeh1 Əliəkbər oğlunun, Cavabdeh2, X7, Cavabdeh4 üzərinə qoyulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı Əliəkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Hacıyev X5 Bəylər Əliəkbər oğluna, Cavabdeh2, X10 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi və ya məhkəmə) müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən, yeni inşa etdiyi fərdi evindən çıxarılmaları, ona vurduqları 15 000,0 maddi zərərin, 5000,0 manat mənəvi zərərin, 25 000,0 əldən çıxmış faydanın və 30,0 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Ziyabi Əliəkbər oğluna, Cavabdeh1 Əliəkbər oğluna, Cavabdeh2, X10 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən 52 saylı evin yaxınlığında inşa edilmiş yarımçıq tikilidən və onun yerləşdiyi torpaq sahəsindən sahiblik və istifadə etməsinə yaradılan maneənin aradan qaldırılması vəzifəsinin İddiaçı Əliəkbər oğlunun, Cavabdeh1 Əliəkbər oğlunun, Cavabdeh2, X7, Cavabdeh4 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat, qəbul olunmuş məhkəmə akt(lar)ı

3. Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Əliəkbər oğlunun və müstəqil tələb irəli sürən üçüncü şəxs X11 (X4 hüquqi varisi) iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

4. İddiaçı Əliəkbər oğlu həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda şikayət üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir.

5. Birinci instansiya məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizə təmin olunmuşdur.

6. Məhkəmə qənaətini belə əsaslandırmışdır ki, İddiaçı adından X2 vermiş olduğu apellyasiya şikayəti xx.xx.2023-cü il tarixli qərardadla səlahiyyətli şəxs tərəfindənn verildiyindən geri qaytarılmış, bundan sonra həmin qərardaddan verilən şikayət də geri qaytarıldığından müəyyən müddət keçmişdir. Prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində şəxsin apellyasiya şikayətinə apellyasiya məhkəməsində baxılması və geri qaytarılması səbəbindən prosessual müddətin ötürülməsi üzürlü səbəb kimi qəbul edilməlidir.

7. Həmin qərardaddan X9 və X4 hüquq varisi X13 tərəfindən verilmiş şikayətlər təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayətlər təmin olunmamış, birinci instansiya məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. 07 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə müraciət edən Cavabdeh3 və Cavabdeh2, birinci instansiya məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərardadından şikayət verdiklərini bildirməklə işin apellyasiya baxışından çıxarılmasını və birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə 384.0.6. Apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

Məhkəmə kollegiyasının mövqeyi

11. Cavabdeh2 və Cavabdeh3 12 oktyabr 2023-cü il tarixli qərardaddan verdikləri şikayətlərə münasibət bildirmək birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılıb həmin məhkəməyə göndərilməlidir.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı Əliəkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş iş apellyasiya baxışından çıxarılsın və 12 oktyabr 2023-cü il tarixli qərardaddan Cavabdeh2 və Cavabdeh3 verdikləri şikayətlərə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar