Məhkəmə qərarları › İş №2(103)-7710/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7710/2021

19.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7710/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə İddiaçı Axundova Nənəxanim Fı̇ ruddı̇ n qızı, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Cavabdeh1 iştirakları ilə, İddiaçılar aaa oğlunun cavabdehlər Cavabdeh4, Axundov Rəşı̇ d Rövşən oğlu, Cavabdeh3, Əmı̇ rli Almaz Hənı̇ fə qızı, Cavabdeh1 qarşı "mənzil münasibətləri üzrə sair mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(005)-2349/2021-007 nömrəli qətnaməsindən iddiaçı Axundova Nənəxanim Fı̇ ruddı̇ n qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “evin 4 kv.m olan əlavə sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu Fərid Əhmədov (köhnə adı Daş Karxanası) küçəsi 836 saylı evin 9,4 kv.m və 11,2 kv.m yaşayış otaqlarına bitişik əlavə sahəsi 4 kv.m olan hamam və ayaqyolunun onun ailəsi ilə birlikdə istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1031/2008 saylı 12 may 2008-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı a Məmməd qızının İddiaçı1 Firudin qızı və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və mənzilə köçürülməsi iddiası, İddiaçı1 Firudin qızı və qeyrilərinin a Məmməd qızı və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə qaydasının müəyyən olunmasına dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bakı şəhəri Nərimanov rayonu Fərid Əhmədov (köhnə adı Daş Karxanası) küçəsi, 836 saylı evin ilkin sahibi qaynatası X4 olub. O, vəfat edəndən sonra həmin ev qaynanası a Məmməd qızının adına keçib. aMəmməd qızı vəfat edəndən sonra həmin ünvandakı evin 89,4 kv.m yaşayış sahəsindən ibarət 7 otağından qayını Cavabdeh1 ailəsi ilə birlikdə istifadə edir. Həmin yaşayış sahəsində Cavabdeh1 qardaşının həyat yoldaşı Cavabdeh5, qardaşı oğlanları Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 3 azyaşlı uşağı qeydiyyatda olmalarına baxmayaraq, orada yaşamırlar. Onu da qeyd edir ki, qayınları, baldızları və həyat yoldaşı X1 vəfat etmişlər. Bakı şəhəri Nərimanov rayonu Fərid Əhmədov (köhnə adı Daş Karxanası) küçəsi, 836 saylı evin 9,4 kv.m və 11,2 kv.m yaşayış otaqları isə onun və ailəsinin istifadəsindədir, 1978-ci ildən indiyə kimi 42 ildir ki, orada qeydiyyatda olmaqla yaşayır, hazırda 2 oğlu və 2 nəvəsilə qeyd etdiyi yaşayış sahəsində qeydiyyatdadır, dövlətə bütün kommunal xidmət haqlarını ödəyir. İstifadə etdiyi həmin 2 otağın hətta mətbəxi belə yoxdur, iddiaçı həmin otaqların birindən məcbur olub mətbəx kimi də istifadə edir. Cavabdeh1 mübahisəli evin onun otaqlarına bitişik 4 kv.m-dən ibarət əlavə sahəsindən onu və ailəsini (hamam və ayaqyolundan) istifadə etməyə qoymur və onu məcbur edir ki, 20,6 kv.m olan yaşayış sahəsində hamam və ayaqyolu tiksin, bu isə mümkün deyildir, çünki qeyd etdiyi kimi o, 2 balaca yaşayış otağının birindən mətbəx kimi istifadə edir, digər balaca otaqdan isə ayaqyolu tiksə, həmin otaqlarda yaşamaq mümkün olmaz. Bakı şəhəri Nərimanov rayonu Fərid Əhmədov (köhnə adı Daş Karxanası) küçəsi, 836 saylı evin cavabdehlərə məxsus yaşayış sahələrinin 3 yerində əlavə sahə - hamam, ayaqyolu və mətbəxi vardır. Bu iddia ərizəsinə əlavə edilən sxemlə də sübut edilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli 2(005)- 2349/2021-007 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı n qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində iddiaçı iddia ərizəsində göstərilən dəlillərə istinad etmiş və əlavə olaraq göstərmişdir ki, məhkəmə iddianın təmin olunacağı təqdirdə cavabdehin hüquqlarının pozulacağını iddia etsə də, bunun nədə ifadə olunduğunu göstərməmiş, həmçinin iddianın rədd edilməsi ilə iddiaçının hüquqlarının pozulduğuna əhəmiyyət verməmişdir. Belə ki, iddiaçı yaşadığı mənzildə sanitar qovaşaqdan istifadə edə bilmədiyi üçün qonşusunu narahat etmək məcburiyyətində qalır. Bu isə elementar hüquqlardan məhrumetmənin bariz nümunəsidir. Bu baxımdan hesab edir ki, iddia tələbinin rədd edilməsinə dair məhkəmənin gəldiyi nəticə əsassız olmaqla, işin halları və qanunvericiliyin tələblərinə uyğun deyil, ona görə də mübahisələndirilən qətnamə ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. İddiaçı qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı n qızı və onun nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, birinci instasniya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1031/2008 saylı, 12 may 2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, a Məmməd qızının İddiaçı1 Firudin qızı və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və mənzilə köçürülməsi iddiası, İddiaçı1 Firudin qızı və qeydlərinin X2 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə qaydasının müəyyən olunmasına dair qarşılıqlı iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3304/2008 saylı, 04 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 may 2008-ci il tarixli 2(005)-3304/2008 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, iddiaçı a Məmməd qızının nümayəndəsi X5, həmçinin cavabdeh İddiaçı1 Firudin qızı, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, qətnamənin qəbul edildiyi andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)- 3201/08 saylı, 16 dekabr 2008-ci il tarixli qərarından görünür ki, iddiaçı a Məmməd qızının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın iş üzrə 04 sentyabr 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan 18 saylı MKİS tərəfindən verilmiş 18/484 nömrəli, 02.04.2021ci il tarixli arayışdan görünür ki, İddiaçı1 Firudin qızı, İddiaçı2, İddiaçı3, X6 və X3 Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə adı Daş Karxanası) küçəsi, 836 saylı 20,01 kv.m sahəsi olan 2 otaqlı evdə (özbaşına tikili) qeydiyyatdadırlar. İş materiallarında olan 18 saylı MKİS tərəfindən verilmiş 18/486 nömrəli, 25.04.2021ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, X7, X8, Cavabdeh5 oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X9, X10 və X12 Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə adı Daş Karxanası) küçəsi, 836 saylı, 53,04 kv.m sahəsi olan 4 otaqlı evdə (özbaşına tikili) qeydiyyatdadırlar. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1031/2008 saylı 12 may 2008-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı a Məmməd qızının İddiaçı1 Firudin qızı və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və mənzilə köçürülməsi iddiası, İddiaçı1 Firudin qızı və qeyrilərinin a Məmməd qızı və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə qaydasının müəyyən olunmasına dair qarşılıqlı iddiası təmin edilməmişdir. Məhkəməyə təqdim edilmiş Mənzil Kommunal Təsərrüfatı Birliyinin arayışları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu Fərid Əhmədov (köhnə adı Daş Karxanası) küçəsi, 836 saylı ev özbaşına tikilidir. Qeyd edilən evin 2 otaqlı, 20.1 kv.m hissəsi iddiaçıların, qalan 53,4 kv.m hissəsi isə cavabdehlərin istifadəsindədir. Qeyd edilən yaşayış sahəsinin yaxınlığında əlavə sahəsi 4 kv.m olan qeyri-yaşayış sahəsi yerləşir. İddiaçılar həmin qeyri-yaşayış sahəsindən istifadə qaydalarının müəyyənləşdirilməsini xahiş edirlər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən özbaşına tikili hər iki tərəfin ümumi istifadəsində olduğundan, qeyri-yaşayış sahəsinə tərəflərin istifadə qaydasının müəyyən edilməsi digər tərəflərin hüquqlarının pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-in 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-in 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təjrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məjburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, iddiaçıların istifadə qaydalarının müəyyənləşdirilməsini tələb etdikləri, maraqlı tərəfin müraciəti əsasında sökülməsinə hüquqi əsas olan 4 kv.m olan qeyri-yaşayış sahəsinə öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqları olmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı n Fı̇ ruddı̇ n qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2349/2021 saylı iş üzrə 02.06.2021-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar