Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7712/2022 28.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Milli Arxiv İdarəsi, Samux rayon Dövlət Arxivi və Azərbaycan Respublikası ƏƏSMN yanında X19 Xidməti) cəlb edilməklə iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-7712/2022 (Açar sözlər: “işdən çıxma haqqında əmrin ləğvi, işçinin vəzifəsinə bərpa edilməsi”) Bakı şəhəri 28 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndələri X8 və X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, e-2(004)- 4387/2022 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə xx.xx.2022ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli 02/126 nömrəli arayışçağrışdan görünür ki, X17 və X5 təsərrüfatlarının təşkilatı və idarə edilməsi ixtisası 721 saylı qrup (qiyabi şöbə) İ kurs tələbəsi İddiaçı 2021/2022-ci tədris ilin yaz sessiyasında iştirak etmək üçün xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək orta əmək haqqı saxlanılmaqla məzuniyyət verilməsini xahiş etmişdir..
2. İddiaçı Cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən onun arxiv köməkçisi vəzifəsindən azad olunmasına dair göstəriş verilməsini xahiş etmişdir.
3. İddiaçı Cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, 27 may 2022-ci il tarixdə onunla əmək müqaviləsi bağlanılmışdır. Qiyabi təhsil aldığı X17 və Texnologiya Kollecində 2021/2022-ci tədris ilinin yaz sessiyasında iştirak etmək üçün 06 iyun 2022-ci il tarixdə ərizə ilə Samux rayon Dövlət Arxivinin müdirinə ərizə ilə müraciət edərək məzuniyyətə buraxılmağında bağlı lazımi sənədləşmələrin aparılmasını xahiş etmişdir. Həmçinin 08 iyun tarixində dövlət imtahanlarına girəcəyinə dair təhsil müəssisəsindən arayış alaraq elə həmin gün e-mail vasitəsi ilə Dövlət məşğulluq Xidmətinin Samux rayon şöbəsinin işçisi X9 iş elektron poçtuna göndərmişdir. Lakin, Arxiv müdiri ona təhsil məzuniyyətinə buraxmaq əvəzinə öz ərizəylə işdən azad edilmə ərizəsini yazmağa onuməcbur etmiş, əks halda barəsində "X29” MMC-yə təqdimat göndərərək onu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə çıxaracağı ilə hədələmişdir. O da bundan sonrakı kariyerasının korlanmaması üçün məcbur qalıb Samux rayonuna gedərək xx.xx.2022-ci il tarixdə ərizə yazaraq 17 iyun tarixində işdən azad edilməyilə bağlı ərizə yazmışdır. Əslində o bildirmişdir ki, işləmək istəyir və həmin ərizədə ona həqiqi iradə ifadə olunmamışdır. Odur ki, işdən azad edilməyilə bağlı tərəfindən yazılmış 16 iyun 2022-ci il tarixli ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir.
4. “Mərkəzi Express” -nin 054135 saylı qaiməsindən görünür ki, xx.xx.2022-ci il tarixində saat 19:30-da göndərilmişdir. xx.xx.2022-ci il tarixli saat 11:32-də ünvana çatdırılmışdır.
5. E-sosial portalından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə X29 MMC-ə İddiaçı Bəxtiyar qızının teleqramı daxil olmuşdur.
6. xx.xx.2022-ci il tarixli işçi qüvvəsinin təmin edilməsinə dair sazişdən görünür ki, “Milli Arxiv İdarəsi”nin göstərişinə əsasən icraçı-"Milli Arxiv İdarəsi tərəfindən təşkil olunmuş X25 təqdim etdiyi İşçi Qüvvəsini cəlb etməkdən, habelə işəgötürən kimi Mərkəzin İşçi qüvvəsinə münasibətdə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklərinə görə İcraçıların cavabdehlik daşımasından ibarətdir. İctimai İşlər əhalinin məşğulluğu məqsədi ilə təşkil olunur və İşçi Qüvvəsinin cəlb edilməsi qeyri-kommersiya məqsədi daşıyır. Tərəflər razılaşır və təsdiq edir ki, Mərkəz tərəfindən İşçi Qüvvəsinin təqdim edilməsi müqabilində ‘‘Milli Arxiv İdarəsi” yaxud İcraçıdan hər hansı bir ödəniş tələb olunmayacaq.
7. Cavabdeh ilə İddiaçı arasında bağlanan 27 may 2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Milli Arxiv İdarəsi sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işə qəbul olunmuşdur. Müqavilə 27 may 2022-ci il tarixində və bir ay müddətə bağlanmışdır. İşçinin vəzifə maaşının yekun məbləği 300 (üç yüz) manat məbləğində müəyyən olunmuşdur.
8. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 27 may 2022-ci il tarixdə Samux rayon ərazisində Milli Arxiv İdarəsi üzrə sosial işçi vəzifəsinə təyin edilmişdir. 17 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz ərizəsi ilə) uyğun olaraq Əmək müqaviləsinə xitam verilmişdir.
9. dost_ish@sosial.gov.az saytındakı Zəminə Əliyeva tərəfindən Qurban Abbaslıya xx.xx.2022-ci il tarixində saat 06:54 radələrində ünvanlanan məktubdan görünür ki, “X29" MMC-dən müddətli əmək müqaqviləsi ilə işə qəbul edilmiş Samux rayonu ərazisində arxiv köməkçisi vəzifəsində çalışan İddiaçı işdən azad olunmasına köməklik göstərilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Samux rayon Dövlət Arxivi tərəfindən Cavabdehə ünvanlanan xx.xx.2022-ci il tarixli 154 nömrəli məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Samux rayon Dövlət Arxivi və X29" MMC ilə müqavilə bağlamış İddiaçı üzürsüz səbəbdən işə çıxmadığı üçün onun işinə xitam verilməsinə köməklik edilməsini xahiş etmişldir.
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X28 Mərkəzinin 17 iyun 2022-ci il tarixli **********3 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Milli Arxiv İdarəsi üzrə Samux rayonu ərazisində sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışan X6 (FİN: xxxxxxx) ilə xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 "a” (tərəflərdən birinin təşəbbüsü ilə) bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. X3 xx.xx.2022-ci il tarixinə qədər olan son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əməkhaqqı və digər ödəmələr) ödənilməsi əmr edilmişdir.
12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X28 Mərkəzinin 07 iyul 2022-ci il tarixli **********8 nömrəli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ünvanlanan məktubun surətindən müəyyən olur ki, X2 xitam ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəni nəzərə alaraq, onu yenidən Samux rayon Dövlət Arxiv İdarəsində işə düzəlməsinə köməklik göstərilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X28 Mərkəzinə ünvanlanan 20 iyul 2022-ci il tarixli 1/1380 nömrəli məktubun surətindən görünür ki, Milli Arxiv İdarəsi qanunvericiyə uyğun olaraq İddiaçı Samux rayon dövlət arxivinə haqqı ödənilən işlərə yenidən cəlb edilməsinə etiraz etmədiyini bildirmişdir.
14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 X4 filial müdirinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun məzmununda qeyd olunur ki, İddiaçı xitam ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsini nəzərə alaraq, onun yenidən Samux rayon Dövlət Arxiv İdarəsində işə düzəlməsinə köməklik göstərilməsi məqsədilə X29 tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. Milli Arxiv İdarəsi tərəfindən X29nə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda İddiaçı ilə əmək müqaviləsi bağlanılaraq Samux rayon Dövlət Arxiv İdarəsində sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə yenidən təhkim olunmasına etiraz edilmədiyi bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı ilə yenidən əmək müqaviləsinin bağlanılması üçün göndərilişin verilməsiinə köməklik göstərilməsini xahiş etmişdir.
15. X10 X4 filial müdiri tərəfindən X29 MMC-nə ünvanlanmış xidməti məktubda qeyd olunur ki, Samux rayonu, Nəbiağalı qəsəbəsində yaşayan X6 (Fin: xxxxxxx) Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75- ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən, habelə işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyi hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslərin 6 (altı) ay müddətində işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq İddiaçı işsiz şəxs kimi qeydiyyata alınması və haqqı ödənilən ictimai işlərə cəlb olunması mümkün olmadığını bildirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat 2
16. İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Milli Arxiv İdarəsi, Samux rayon Dövlət Arxivi və Azərbaycan Respublikası ƏƏSMN yanında X19 Xidməti cəlb edilməklə) işdən çıxma haqqında əmrin ləğvi, ödənilməmiş əmək haqqı və məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “əmək müqaviləsinə xitam verilməsi barədə” 17 iyun 2022-ci il tarixli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdehndə “sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsinə bərpa edilməsi, İddiaçı 27 may 2022-ci il tarixdən 17 iyun 2022-ci il tarixədək işlədiyi müddət üzrə əmək haqqının və həmin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 17 iyun 2022-ci il tarixdən başlayaraq bu məbləğin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödəncin Cavabdehndən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o X17 və Texnologiya Kollecində (bundan sonra – Kollec) qiyabi təhsil alır. Eyni zamanda 27 may 2022-ci il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq “sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsində işə başlamışdır. 2021-2022-ci tədris ilinin yaz sessiyasında iştirak etmək üçün təhsil məzuniyyətinin verilməsi məqsədi ilə işəgötürənə müraciət etmiş və bununla bağlı Kollecin arayışını da cavabdehə təqdim etmişdir. Lakin cavabdeh təhsil məzuniyyəti vermək əvəzinə, öz istəyimlə işdən azad edilməyi barədə ərizə yazmağa onu məcbur etmiş, əks halda Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarılacağıyla iddiaçını hədələmişdi. İddiaçı isə kariyerasını korlanmaması üçün məcbur qalıb 16 iyun 2022-ci il tarixdə Cavabdeh MMC-yə ərizə yazmış və ərizədə 17 iyun 2022-ci il tarixdən işdən azad edilməyimi xahiş etmişdir. O işindən məmun idi və işləmək istəyirdi. 16 iyun 2022ci il tarixli işdən azad edilməyilə bağlı ərizəni sərbəst iradə ifadəsilə yazmamış, həmin ərizənin yazılmasına məcbur edilmişdir. Buna görə də elə həmin gün, yəni 16 iyun 2022-ci il tarixdə yenidən ərizə yazaraq “işdən azad edilmə haqqında” ərizənin etibarsız hesab edilməsini xahiş etmiş, eyni gün (16 iyun) saat 19:30-da bu ərizəni Cavabdeh MMC-yə çatdırmaq üçün sürətli poçt daşıma şirkətinə təqdim etmiş, həmin şirkət isə 17 iyun 2022-ci il tarixdə, saat 11:32-də məktubu cavabdeh şirkətin rəhbəri Firudin Cəbrayılova çatdırmışdır. Eyni zamanda “işdən çıxma haqqında ərizənin etibarsız hesab edilməsi” barədə müraciətini 17 iyun 2022-ci il tarixdə saat 09:20-də “e-sosial.az” saytında yaradılmış elektron kabinetim vasitəsi ilə Cavabdeh MMC-nin rəhbəri Firudin Cəbrayılova göndərmiş, həmin müraciəti baxılması üçün icraata götürülmüş (icraçı: X18), saat 10:00-da isə "xxxx" MMC vasitəsi ilə teleqramla eyni məzmunlu müraciətimi Cavabdeh MMC-yə göndərmiş, teleqram həmin gün saat 14:38-də Firudin Cəbrayılov tərəfindən alınmışdır. Həmçinin 16 iyun 2022-ci il tarixdə “təhsil məzuniyyətinin verilməsi barədə” ərizə ilə Cavabdeh MMC-yə müraciət etmiş, bu ərizəsini də eyni gündə (16 iyun) saat 19:30-da Cavabdeh MMC-yə çatdırmaq üçün sürətli poçt daşıma şirkətinə təqdim etmiş, həmin şirkət isə 17 iyun 2022-ci il tarixdə, saat 11:32-də məktubu cavabdeh şirkətin rəhbəri Firudin Cəbrayılova çatdırmışdır. Eyni zamanda “təhsil məzuniyyətinin verilməsi barədə” müraciətini 17 iyun 2022ci il tarixdə saat 09:20-də “esosial.az” saytından yaradılmış elektron kabineti vasitəsi ilə Cavabdeh MMC-nin rəhbəri Firudin Cəbrayılova göndərimiş, həmin müraciəti qısa zamanda baxılması üçün icraata götürülmüş (icraçı: X18), saat 10:00-da isə "xxxx" MMC vasitəsi ilə teleqramla eyni məzmunlu müraciəti Cavabdeh MMC-yə göndərmiş, teleqram həmin gün saat 14:38-də Firudin Cəbrayılov tərəfindən alınmışdır. Lakin bütün bu müraciətlərinə baxmayaraq Cavabdeh MMC “işdən azad edilmə haqqında ərizənin etibarsız hesab edilməsi barədə” ərizəsini nəzərə almadan onun əmək müqaviləsinə xitam vermiş və əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı 23 iyun 2022-ci il tarixdə elektron sistemə daxil etmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti bu günədək ona təqdim edilməmiş, həmçinin elektron qaydada, teleqram və poçt xidməti vasitəsi ilə işəgötürənə etdiyi müraciətlərin heç biri cavablandırılmamışdır. Hesab edir ki, Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi barədə” 17 iyun 2022-ci il tarixli əmri qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci hissəsinə görə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin maddənin 3-cü hissəsində göstərilmişdir ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin maddənin 4-cü hissəsində qeyd edilmişdir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsini ləğv etmək haqqında ərizənin etibarsız hesab edilməsi barədə işçi tərəfindən işəgötürənə müraciət edildiyi təqdirdə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi yolverilməzdir. Lakin cavabdeh bu qaydaya əməl etməməklə işçinin hüquqlarını və qanunvericiliyin tələblərini pozmuşdur. Bununla yanaşı işəgötürən tərəfindən 17 iyun 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilsə də, onunla sonhaqq hesab aparılmamış və 27 may – 17 iyun tarixlərində işlədiyi dövr üzrə əmək haqqı ödənilməmişdir. Ona görə həm 27 may 2022- ci ildən 17 iyun 2022-ci il tarixədək müddət üzrə əmək haqqı, həm də həmin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq hər gün üçün bir faiz hesablanılmaqla ödənc cavabdehdən tutulmalıdır.
18. Cavabdeh X29 iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram X29 tərəfindən icra olunur. Proqramın icrası çərçivəsində X29 halhazırda 53 minə yaxın işsiz vətəndaş ilə əmək müqaviləsi bağlayaraq işlə təmin etmişdir. İddia ərizəsində qeyd olunanlara dair, iddiaçı X6 ilə X29 arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Samux rayon Dövlət Arxivində sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Samux rayon Dövlət Arxivi üzrə haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü Milli Arxiv İdarəsi və X29 arasında xx.xx.2022-ci ildə bağlanmış "İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”lə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir.“Saziş”in 4.2-ci bəndinə əsasən İcraçı işçi qüvvəsini ictimai işlərə cəlb edərkən iş yerində əmək şəraiti şərtlərini (əmək haqqı ödənişi istisna olmaqla) əmək qanunvericiliyi normalarına uyğun təmin edir, qanunvericiliyə uyğun olaraq işçi qüvvəsinin peşə vərdişlərini, təcrübəsini, yaşını, eləcə də iş rejimini (iş və istirahət vaxtını) və digər zəruri əmək şəraitini (əməyin təhlükəsizliyi, təlimatlandırma və sair) nəzərə alır. “Saziş”in 4.4-cü bəndinə əsasən işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, əmək nizam-intizamına və gündəlik fəaliyyətinə İcraçı qurum birbaşa cavabdehdir. Bütün işçilər İcraçının tapşırığı və onun birbaşa nəzarəti altında fəaliyyət göstərir. Mərkəz işçini işə götürərkən işçi ilə sadəcə müqavilə bağlayır və icraçı qurumun göndərdiyi davamiyyət cədvəlinə əsasən əmək haqqı ödəyir, işçinin işlə bağlı intizam münasibətlərinə nəzarət icraçı quruma tabedir. Samux rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 154 nömrəli müşayiət məktubu ilə İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsi X29nin (bundan sonra-Mərkəz) elektron poçt ünvanına xx.xx.2022-ci il tarixində daxil olmuşdur.İddiaçı ərizəsini nəzərə alınaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” (tərəflərdən birinin təşəbbüsü əsasında) bəndinə uyğun olaraq onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmişdir.İddiaçı yuxarda qeyd edilmiş Əmək müqaviləsiniə xitam verilməsi barədə ərizəsinin etibarsız edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsi xx.xx.2022- ci il tarixində X29nə daxil olmuşdur.Qeyd edilən uyğunsuzluğun araşdırılması məqsədi ilə İddiaçı ilə yaradılan telefon (**********) əlaqəsi zamanı, o, qiyabi təhsil aldığı X17 və Texnologiya Kollecində 2021/2022-ci tədris ilinin yaz sessiyasında iştirak etməsi ilə bağlı xx.xx.2022-ci il tarixində Samux rayon Dövlət Arxiv İdarəsinin müdiri Çingiz Namazova müraciət etdiyini, lakin Ç.Namazov tərəfindən təhsil məzuniyyətinə çıxmaq üçün ona şərait yaradılmadığını, eyni zamanda işdən çıxmaq üçün ərizə yazmadığı təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70.ç (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə əsasən, onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı ona təzyiq göstərildiyini qeyd etmişdir.İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsini nəzərə alaraq, onun yenidən Samux rayon Dövlət Arxivində işə düzəlməsinə köməklik göstərməsi ilə bağlı məktub Milli Arxiv İdarəsinə göndərilmişdir. X29nə daxil olan xx.xx.2022-ci il tarixli 1/1380 nömrəli məktuba əsasən Milli Arxiv İdarəsinin rəisi cənab Əsgər Rəsulov İddiaçı işə bərpa olunmasına etiraz etmədiyini bildirmişdir. Həmin məktub əsas götürülərək X10 X4 filialının müdiri Emil Bədəlova İddiaçı işə bərpa olunmasına dair xx.xx.2022-ci il tarixdə **********4 nömrəli məktub göndərilmişdir. Emil Bədəlovun cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubda qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən, habelə işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyi hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslərin 6 (altı) ay müddətində işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İddiaçı işsiz şəxs kimi qeydiyyata alınması və haqqı ödənilən ictimai işlərə cəlb olunması mümkün olmamışdır. İddia ərizəsində qeyd edilir ki, əmək kitabçası vətəndaşa qaytarılmayıb, N.Abdullayevəm işə geri qaytarmaq üçün yuxarıda sadalanan tədbirlərin müsbət nəticələnəcəyini düşünərək əmək kitabçasını şəxsə təqdim etməmişik. İddiaçı iddia ərizəsində bildirmişdi ki, işindən məmnundu və işləmək istəyir, lakin o, işə məsuliyyətsiz yanaşmış, mənfi davamiyyət göstərmişdir, icraçı qurumun tərtib elədiyi akt da bunu sübut edir. Sonradan o, işdən çıxmaqla bağlı ərizə göndərmişdir. Ərizədə dəqiq tarix göstərildiyi üçün qeyd edildiyi tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin a) bəndinə əsaslanaraq əmək müqaviləsinə tərəfimizdən xitam verilmişdir, lakin o əmək müqaviləsinə xitam verilməməsini və təhsil məzuniyyətinə çıxması ilə bağlı ərizə göndərmişdir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir, lakin iddiaçı ərizəsində dəqiq vaxt qeyd etmişdir, bu əsasla onun əmək müqaviləsinə xitam verilməsi doğru haldır.Sənədlərin araşdırılması zamanı təhsil məzuniyyəti haqqında arayışın xx.xx.2022ci tarixə aid olunması aşkarlanmışdı, İddiaçı bu arayışı 9 (doqquz) gün gec göndərməsi və işçinin işdən çıxması ilə bağlı ərizəsi zaman kəsiyində üst-üstə düşməsi absurd haldır. İddia ərizəsində İddiaçı qeyd etmişdir ki, əmək müqaviləsinin xitamı barədə məlumat xx.xx.2022-ci il tarixdə elektron sistemə daxil olub, bu məlumat həqiqəti əks etdirmir.Elektron sistemə əmək müqaviləsinə xitam verilmə barədə məlumat xx.xx.2022-ci il tarixdə daxil olunub.Məzuniyyət ərizələri İcraçı qurum vasitəsi ilə Mərkəzə daxil olur. Bizə İcraçı qurum tərəfindən İddiaçı aid heç bir məzuniyyət ərizəsi daxil olmamışdır. İctimai işçilərin əməkhaqları təhkim olunduqları İcraçı qurum (Samux rayon Milli Arxiv) tərəfindən X29nə təqdim edilən işə davamiyyət cədvəllərinə (tabelə) əsasən ödənilir. İşçilərin əməkhaqları, son haqq-hesabları İcraçı qurumun göndərdiyi davamiyyət cədvəlinə əsasən hesablanılır və ödənilir. İddiaçının heç bir davamiyyət cədvəli X29nə daxil olmamışdır, buna görə də şəxsə son haqqhesab ödənilməmişdir.X2 Cavabdeh-nə qarşı “işdən çıxma haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilir.
19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.
20. Məhkəmə iclasında Cavabdeh nümayəndələri X22 və X7 etiraz ərizəsinin məzmununa uyğun izahat vermişdir.
21. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, e-2(004)- 4387/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Cavabdeh “sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilməsinə dair **********3 nömrəli 17 iyun 2022-ci il tarixli əmri ləğv edilməsi, İddiaçı “sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsinə bərpa edilməsi və Cavabdeh tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 27 may 2022-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında o, Milli Arxiv İdarəsi sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işə qəbul olunmuşdur. İşçinin vəzifə maaşının yekun məbləği 300 (üç yüz) manat məbləğində müəyyən olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsini Cavabdehə ünvanlayaraq xx.xx.2022-ci il tarixdən onun arxiv köməkçisi vəzifəsindən azad olunmasına dair göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh **********3 nömrəli 17 iyun 2022-ci il tarixli əmri əsasında Əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə istind edilərək, xitam verilmişdir.Lakin İddiaçı xx.xx.2022-ci il tarixində poçt vasitəsilə, eləcə də elektron kabinet vasitəsilə e-sosial.gov.az saytına yerləşdirməklə yenidən ərizə ünvanlayaraq işdənçıxma barədə ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının işdən çıxma barədə ərizəsinin geri götürülməsi barədə ərizəsi olduğu təqdirdə işdənçıxma ərizəsinin verildiyi gündən dərhal sonra onunla əmək müqaviləsinə xitam verilməsi və işdən çıxma barədə ərizənin geri götürülməsi barədə ərizənin nəzərə alınmaması qanunvericiliyin tələblərinə ziddir.
23. Göründüyü kimi, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə uyğun olaraq, iddiaçı işdən azad edilmə barədə birinci ərizəsində göstərdiyi müddət bitənədək, yəni xx.xx.2022-ci il iş günü bitənədək həmin ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə vermişdir ki, bu halda əmək müqaviləsi ləğv edilə bilməzdi. Çünki iddiaçı işdən azad edilən günə xx.xx.2022-ci il tarixədək işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə iddiaçıya rəsmi qaydada yazılı xəbərdarlıq etməmişdir.
24. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsini rəhbər tutaraq məhkəmə hesab etmişdir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi əsaslıdır.
25. Odur ki, iddia tələbi qismən təmin olunmalı, İddiaçı Cavabdeh “sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilməsinə dair **********3 nömrəli 17 iyun 2022-ci il tarixli əmri ləğv edilməli, İddiaçı “sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsinə bərpa edilməli və Cavabdeh tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
26. Məhkəmə iddia tələbinin 27 may 2022-ci il tarixdən 17 iyun 2022-ci il tarixədək işlədiyi müddət üzrə əmək haqqının və həmin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 17 iyun 2022-ci il tarixdən başlayaraq bu məbləğin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödəncin ödənilməsi hisssəsinə münasibətdə bildirmişdir ki, iş materiallarında olan sübutlarla iddiaçının həmin tarixlərdə işdə olması müəyyən olunmadığından iddiaçı da həmin tarixlərdə faktiki olaraq işdə olmağına dair mötəbər sübutlar təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz.
27. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 8-ci maddəsinə, 12-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 1 bəndinə, 69-cu maddənin 4-cü bəndinə, 300-cü maddəsinə, 369.6-cı maddəsinə, 371.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
28. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, e-2(004)-4387/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Apellyasiya şikayətinin dəlilləri
29. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçı ilə “DOST” İş Mərkəzi arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Samux rayon Dövlət Arxivində sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Samux rayon Dövlət Arxivi üzrə haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü Milli Arxiv İdarəsi və X29 arasında xx.xx.2022-ci ildə bağlanmış "İşçi qüvvəsinin təmin edilməsinə dair Mərkəzi arasında xx.xx.2022-ci ildə bağlanmış "İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”lə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. “Saziş”in 4.4-cü bəndinə əsasən işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, əmək nizamintizamına və gündəlik fəaliyyətinə İcraçı qurum birbaşa cavabdehdir. Bütün işçilər İcraçının tapşırığı və onun birbaşa nəzarəti altında fəaliyyət göstərir. Mərkəz işçini işə götürərkən işçi ilə sadəcə müqavilə bağlayır və icraçı qurumun göndərdiyi davamiyyət cədvəlinə əsasən əmək haqqı ödəyir, işçinin işlə bağlı intizam münasibətlərinə nəzarət icraçı quruma tabedir. Samux rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 154 nömrəli müşayiət məktubu ilə İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsi X29nin elektron poçt ünvanına xx.xx.2022-ci il tarixində daxil olmuşdur.İddiaçı ərizəsini nəzərə alınaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” (tərəflərdən birinin təşəbbüsü əsasında) bəndinə uyğun olaraq onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2022ci il tarixində xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin etibarsız edilməsi ilə bağlı ərizəsi xx.xx.2022- ci il tarixində, əmək müqaviləsinə xitam verildikdən sonra X29nə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək əmrin ləğv edilməsi, iddiaçının “sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini qət etmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İş materiallarında olan İddiaçının Cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən onun arxiv köməkçisi vəzifəsindən azad olunmasına dair göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan “Mərkəzi Express”-nin 054135 saylı qaiməsindən isə görünür ki, İddiaçının işdən azad edilməsi ilə bağlı ərizənin etibarsız hesab edilməsi ilə bağlı ərizə xx.xx.2022-ci il, saat 11:32-də Cavabdehin ünvanına çatdırılmışdır. Lakin Cavabdehin təqdim etdiyi sistemdən çıxarışdan (qoşma şəklində əlavə olunur) görünür ki, İddiaçının işdən azad edilməsi barədə ərizə nəzərə alınaraq, X11 tərəfindən xx.xx.2022-ci il, saat 10:40-da, X29nin direktoru X12 tərəfindən isə saat 10:43-də, yəni ərizə Cavabdehə çatmazdan əvvəl İddiaçının işdən azad edilməsi təsdiqlənmişdir. Əmək Məcəlləsinin 69.4-cü maddəsi nəzərə alındıqda əmək müqaviləsi ləğv olunduqdan sonra İddiaçının işdən azad olunma barədə ərizəsinin etibarsız hesab olunmasına dair ərizəsinin hüquqi qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Cavabdehin sözügedən vəzifəyə başqa işçini götürməsinə dair işçiyə rəsmi yazılı xəbərdarlıq etməsi ilə bağlı hər hansı sənəd mövcud olmadığı üçün 69.4-cü maddənin qeyd olunan hissəsi tətbiq olunmamalıdır.İşin halları ilə müəyyən olunduğu kimi İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə verərək, xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmiş və məhz onun ərizəsi nəzərə alınaraq ərizəsində göstərdiyi tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Qeyd edilməlidir ki, işçinin özünün müəyyən etdiyi xəbərdarlıq müddəti bir gün təşkil etmişdir. Lakin işin halları ilə müəyyən olunduğu kimi İddiaçının əvvəlki ərizəsinin etibarsız hesab edilməsinə dair yeni ərizəsi xx.xx.2022-ci il tarixdə, İddiaçının əmək müqaviləsinə xitam verildikdən sonra Cavabdehə çatdırılmışdır. İşəgötürənin həmin ərizəni nəzərə almaq imkanında olması artıq mümkünsüz olmuş, bununla bağlı əsasları olmamışdır. Bu halda ərizə müəyyən olunmuş müddətlər daxilində verilmədiyi üçün birinci instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi əsasın (cavabdehin sözügedən vəzifəyə başqa işçini götürməsinə dair işçiyə rəsmi yazılı xəbərdalıq etməsi ilə bağlı hər hansı sənədin mövcud olmaması) əhəmiyyəti olmamışdır. Yəni, İddiaçı ərizəsində əmək müqaviləsinin ləğvi müddətini dəqiq göstərdiyindən həmin ərizənin geri götürülməsi və ya onun etibarsız hesab edilməsi tələbini də Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulan ümumi xəbərdarlıq müddətində deyil, ərizədə göstərilən tarixə kimi irəli sürməli idi. Çünki Əmək Məcəlləsinin 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi halda xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Nəzərə alınmalı idi ki, məhkəmənin istinad etdiyi əsas məhz xəbərdarlıq müddəti üçün əhəmiyyətli olan haldır. Bu müddətin bitməsində və artıq işçi (ərizəsində göstərdiyi gün) tutduğu vəzifədən azad edildiyi halda həmin əsasın işçinin işə bərpa edilməsi əsaslardan biri kimi qəbul olunması yolverilməzdir.Belə olan halda, birinci instansiya məhkəməsinin istinad etdiyi Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinin sonuncu cümləsinə görə (əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur.) həmin Məcəllənin 69cu maddəsinin 3-cü hissəsində göstərilən qaydada azad edilmiş İddiaçının əmək müqaviləsi ləğv edildikdən sonra əvvəlki ərizəsini geri götürmək barədə müraciətinin hüquqi qüvvəsi yoxdur. Bu səbəbdən, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən istinad olunan maddi hüquq normasının tələbini pozmuşdur. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi nə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İddiaçı iddia tələbini əsaslandırarkən Samux rayon Dövlət Arxiv İdarəsinin müdiri tərəfindən ona təzyiq olunduğunu bildirsə də, bu cür təzyiqin olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, təzyiqin nədə ifadə olunmasını iddia ərizəsində və izahatında göstərməmiş, iddianı qeyd olunan hissədə əsaslandırmamışdır. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Samux rayon Dövlət Arxivi tərəfindən X29nə ünvanlanan xx.xx.2022-ci il tarixli 154 nömrəli məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Samux rayon Dövlət Arxivi və X29" MMC ilə müqavilə bağlamış İddiaçı üzrsüz səbəbdən işə çıxmadığı üçün onun işinə xitam verilməsinə köməklik edilməsini xahiş etmişdir. Bu o deməkdir ki, İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə xitam verilməsəydi belə, iş vaxtı ərzində iş yerində olmadığı üçün daha ağır maddə ilə işdən azad ediləcəkdi. İddiaçının Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə deyil, öz ərizəsi ilə işdən azad edilməsi işəgötürəndən çox, işçinin mənafeyinə uyğun olduğundan, bu halda işəgötürənin belə bir ərizəni yazmağa İddiaçını məcbur etməsi ağlabatan deyil. Birinci instansiya məhkəməsinin bu halları araşdırmaması və İddiaçıdan əsaslı sübutlar tələb etməməsi prosessual hüquq normalarının kobud pozuntusudur.
b) Apellyasiya şikayətinə yazılı etiraz
30. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
33. İş üzrə digər tərəflər (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
34. 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15.07.11-ci il tarixli Qərarı
Azərbaycan Respublikası Əmək Məcəlləsi:
36. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
37. 8-ci maddəsinə əsasən Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır.İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir.Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.
38. 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir.
39. 68-ci maddəsinin 1 bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.
40. 69-cu maddənin 4-cü bəndinə əsasən Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
41. 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
42. 367-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir.
43. 369.6-cı maddəsinə əsasən günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır.
44. 371.2-ci maddəsinə əsasən müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır..
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
50. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
51. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
54. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
55. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
57. Belə ki, işin araşdırılan hallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında 27 may 2022-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında o, Milli Arxiv İdarəsi sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işə qəbul olunmuşdur. İşçinin vəzifə maaşının yekun məbləği 300 (üç yüz) manat məbləğində müəyyən olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsini Cavabdehə ünvanlayaraq xx.xx.2022-ci il tarixdən onun arxiv köməkçisi vəzifəsindən azad olunmasına dair göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh **********3 nömrəli 17 iyun 2022-ci il tarixli əmri əsasında Əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə istinda edilərək, xitam verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində poçt vasitəsilə, eləcə də elektron kabinet vasitəsilə e-sosial.gov.az saytına yerləşdirməklə yenidən ərizə ünvanlayaraq işdənçıxma barədə ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının işdən çıxma barədə ərizəsinin geri götürülməsi barədə ərizəsi olduğu təqdirdə işdənçıxma ərizəsinin verildiyi gündən dərhal sonra onunla əmək müqaviləsinə xitam verilməsi və işdən çıxma barədə ərizənin geri götürülməsi barədə ərizənin nəzərə alınmaması qanunvericiliyin tələblərinə ziddir.
58. Göründüyü kimi, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə uyğun olaraq, iddiaçı işdən azad edilmə barədə birinci ərizəsində göstərdiyi müddət bitənədək, yəni xx.xx.2022-ci il iş günü bitənədək həmin ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə vermişdir ki, bu halda əmək müqaviləsi ləğv edilə bilməzdi. Çünki iddiaçı işdən azad edilən günə xx.xx.2022-ci il tarixədək işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə iddiaçıya rəsmi qaydada yazılı xəbərdarlıq etməmişdir.
59. İddiaçının işdən azad edilməsinə dair ərizənin etibarsız hesab edilməsi ilə bağlı ərizə xx.xx.2022-ci il, saat 11:32-də Cavabdehin ünvanına çatdırılması, lakin Cavabdehin təqdim etdiyi sistemdən çıxarışa əsasən İddiaçının işdən azad edilməsi barədə ərizə nəzərə alınaraq, X11 tərəfindən xx.xx.2022-ci il, saat 10:40da, X29nin direktoru X12 tərəfindən isə saat 10:43-də, yəni ərizə Cavabdehə çatmazdan əvvəl İddiaçının işdən azad edilməsi əmrinin təsdiqlənməsi, bunla da Əmək Məcəlləsinin 69.4-cü maddəsi nəzərə alındıqda əmək müqaviləsi ləğv olunduqdan sonra İddiaçının işdən azad olunma barədə ərizəsinin etibarsız hesab olunmasına dair ərizəsinin hüquqi qüvvəsi olmaması ilə bağlı Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır.İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir.Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.(Əmək Məcəlləsinin 8-ci maddəsi)
60. Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir.(Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsi).
61. Bundan başqa müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir.Günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. Müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci, 369.6-cı, 371.2-ci maddələri).
62. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15.07.11-ci il tarixli Qərarında qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir.İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
63. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi əsaslıdır.
64. Odur ki, iddia tələbi qismən təmin olunmalı, İddiaçı Cavabdeh “sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilməsinə dair **********3 nömrəli 17 iyun 2022-ci il tarixli əmri ləğv edilməli, İddiaçı “sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsinə bərpa edilməli və Cavabdeh tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
65. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, e-2(004)- 4387/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.