Məhkəmə qərarları › İş №2(103)-772/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-772/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-772/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Birləşdirilmiş birinci iddia üzrə cavabdeh (birləşdirilmiş ikinci iddia üzrə iddiaçının nümayəndəsi) Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-54/2019saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-562/2020saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birləşdirilmiş birinci iddia tələbi üzrə iddiaçı “İddiaçı ”QSC cavabdehlər Cavabdeh1, “xxxxxxxxxxxxxxxxx” MMC-yə, Bahram Atabeyliyə (Atabəyli Bəhram), Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, “xxxxxxxxxxxxxxxxx” MMC-dən, Bahram Atabeylidən (Atabəyli Bəhram), Cavabdeh4 müştərək qaydada 35.855,48 ABŞ dolları əsas, 10.842,83 ABŞ dolları faiz borcu, 18.329,67 ABŞ dolları cərimə, cəmi 65.027,98 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Bİnəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 5V saylı evdə yerləşən Cavabdeh4 mülkiyyətində olan 37 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunmuş vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, “xxxxxxxxxxxxxxxxx” MMC-dən, Atabeyli Bahramdan (Atabəyli Bəhramdan) və Cavabdeh4 ümumi qaydada tutulması, tutma mənzilə yönəldikdən və həmin mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli, 027L**********25 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətlı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödənis planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 027R**********S saylı və xx.xx.2016-cı il tarixli, 027R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 27.062016-cı il tarixdən banka qaytarmamısdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4144.52 ABŞ dolları ödəmiş, onun 35855.48 ABŞ dolları məbləğində əsas borcu qalmış, xx.xx.2017-ci il tarixə 373 gün üçün hesablanmış faiz borcu 10842.83 ABŞ dolları və cərimə 18329.67 ABŞ dolları təşkil etmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Atabeyli Bahram (Atabəyli Bəhram), Cavabdeh7, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər.Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh4 iddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli, 027M**********01 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri İH MKTD Binəqədi rayonu MKTB-nin 80 saylı MKİS tərəfindən verilmiş 29.,05.2015-ci il tarixli 1294 saylı arayışa əsasən ipoteka predmeti olan mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh5 İsrafıl qızı və Cavabdeh6 ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizələr təqdim edərək ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş, ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin əmlakı qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 2328 nömrəli reyestr kitabının 216790 nömrəli vərəqində qeydiyyata alınmış və bu barədə RX seriyalı, ******* saylı çıxarış verilmişdir. İddiaçı tərəfindən Cavabdeh4 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2017-ci il tarixdə ipoteka predmetinə tutmanm yönəldilməsi haqqında bildiriş göndərilmiş və xx.xx.2017-ci tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə ahnması haqqında ərizə xx.xx.2017-cı il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşımaz ƏmlakınDövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə qeydə almrmşdır. İpoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə verilməsindən sonra faiz və cərimə məbləğlərinin yenidən hesablandığını göstərərək, cavabdehlər Cavabdeh1, “xxxxxxxxxxxxxxxxx” MMC-dən, Atabeyli Bahramdan (Atabəyli Bəhram) və Cavabdeh4 müştərək qaydada 35.403,89 ABŞ dolları əsas, 14577,87 ABŞ dolları faiz borcu, 18400 ABŞ dolları cərimə olmaqla, cəmi 68381,76 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Bİnəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 5V saylı evdə yerləşən Cavabdeh4 mülkiyyətində olan 37 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunmuş vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, “xxxxxxxxxxxxxxxxx” MMC-dən, Atabeyli Bahramdan (Atabəyli Bəhramdan) və Cavabdeh4 ümumi qaydada tutulması, tutma mənzilə yönəldikdən və həmin mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-54/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, “xxxxxxxxxxxxxxxxx” MMC-dən və Cavabdeh4 müştərək qaydada 35403,89 ABŞ dolları əsas, 14577,87 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə olmaqla cəmi 50481,76 (əlli min dörd yüz səksən bir dollar yetmiş altı sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və ödənilmiş məhkəmə xərclərinin 44,50 (qırx dörd manat əlli qəpik) manat hissəsinin İddiaçı-nin xeyrinə tutulması, tutma ipoteka qoyulmuş Bakı şəhəri, Bİnəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 5V saylı evdə yerləşən Cavabdeh4 mülkiyyətində olan 37 saylı mənzilə yönəldilərək ilkin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Bİnəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, ev 5V, 37 saylı mənzilə yönəldikdən və həmin mənzil satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən çıxarılması və mənzilin boşadılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin 214,60 (iki yüz on dörd manat altmış qəpik) manatın cavabdehlər Cavabdeh1, “xxxxxxxxxxxxxxxxx” MMC-dən və Cavabdeh4, 75,40 (yetmiş beş manat qırx qəpik) manatın İddiaçı-dən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh4 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın ona aid hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun məhkəmə iclasında iştirakını təmin etməmiş və onun məhkəmədə iştirakını təmin etmədiyindən mülkiyyət hüquqlarını pozmuşdur. Bununla da məhkəmə həm prosessual həm də maddi hüquq normalarını kobud pozmaqla qətnamə qəbul etmişdir. İddia onun evinə münasibətdə və onun zaminliyinə münasibətdə təmin edilə bilməz. Məhkəmə özü birtərəf mövqe göstərərk zaminin birinə aid hissədə iddianı təmin etməmişdir. Belə ki, müqavilələrin bağlanması baxımından həmin zaminlə onun arasında heç bir fərq yoxdur. Məhkəmə hüquq normasını qətnamədə tətbiq etsədə bunu cavabdehlərdən birinə münasibətdə tətbiq etmiş və digərlərinə münasibətdə hansı əsaslarla tətbiq olunmaması barədə qətnamədə heçnə yazmamışdır. Bankla Cavabdeh1 arasında müxtəlif vaxtlarda yeni sazişlər bağlanmış və ödəniş qrafıkləri belə dəyişdirilmişdir. Onun ümumiyyətlə bu sazişlər barədə məlumatı olmayıb. Belə ki, xx.xx.2015-ci il tarixdə 027R********** saylı kredit razılaşması, xx.xx.2015ci il tarixdə həmin razılaşaya yeni saziş bağlanmış və yeni ödəniş qrafiki verilmişdir, həmçinin xx.xx.2016-cı ildə həmin razılaşmaya yeni saziş bağlanmış və yenə yeni ödəniş qrafiki verilmişdir. Bu üç razılaşma imzalanarkən onun ipoteka qeydiyyatı yenilənməmiş və yeni ipoteka müqaviləsi bağlanmamışdır. Bank məhkəməyə sənədlər təqdim edib ki, guya o, ödəniş qrafilərinə imza edərək bu qrafiklə tanış olmuş və məlumatı var, lakin bu təqdim edilən qrafaiklərdə olan imzalar və yazlar ümumiyyətlə ona məxsus deyil. Yəni onun bu yeni sazişlər belə imzalanarkən məlumatı olmayıb. Bu da ona dəlalət edir ki, onun kreditin mühüm şərtlərindən, faiz, müddəti və məbləğindən məlumatı olmayıb. Həmin imzalarında ona məxsus olub olmamasını aydınlaşdırmaq üçün ekspertiza belə təyin edə bilərsiz. Yasamal rayon Məhkəməsi qətnaməsində Konstutisiya Məhkəməsinin qərarını yazsa da həmin qərarın hüquqi nəticələrini qətnamədə düzgün tətbiq etməmişdir. Bunuııla da məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. X3 adlanan sənədin mahiyyətindən görünür ki, tərəflər qanunda nəzərdə tutulan öhdəliklə bağlı normalarda müəyyən edilmiş, yəni hər hansı bir hərəkəti etməyə dair öhdəlik götürməmişlər, başqa sözlə mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə, dəyişdirilməsinə və ya xitamı haqqında müqavilə bağlamamışlar. X3ndə tərəflər hər hansı bir hərəkəti etməyə dair öhdəlik götürməyibsə, deməli sözügedən X3 tərəflər üçün məcburiyyət yaratmır. Eyni zamanda qeyd edilməsi zəruridir ki, xx.xx.2015-ci il tarixli 027L**********25 saylı X1 1.1-ci bəndinin sonuncu cümləsində də qeyd edilmişdir ki, «Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir». Başqa sözlə. X3 üzrə «xxxxxxxxxx» QSC-nin onun qarşısında hər hansı öhdəliyi, o cümlədən kredit vermək öhdəliyi mövcud deyil. Buna görə də, X3 konsensual müqavilə deyil, yəni İddiaçı-nin ona gələcəkdə kredit vermək vədi mövcud deyil. Əsasında hər hansı öhdəlik yaranmadığı üçün X3 ümumiyyətlə müqavilə, əqd deyil. X3 ilkin müqavilə də deyil. Çünki Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. X3 üzrə isə tərəflərin belə bir öhdəliyi mövcud deyil. X3 üzrə o, kredit almaq üçün İddiaçı-yə müraciət edə bilər, «xxxxxxxxxx» QSC isə krediti verə də bilər, verməyə də bilər. Deməli, tərəflər arasında kredit xətti üzrə hər hansı öhdəlik yoxdur. Buna görə də X3 mülki hüquqi nəticə doğurmayan niyyət razılaşmasıdır. Məlumdur ki, tərəflər arasında onların hansısa niyyətləri haqqında razılaşmaları ola bilər, özündə ilkin müqavilənin bütün şərtlərini ehtiva etmədən belə niyyət razılaşmalarının icra edilməsi heç bir hüquqi nəticəyə səbəb ola bilməz. Buna görə də şərh olunan maddədə nəzərdə tutulmuşdur ki, tərəflər öz niyyət razılaşmasına ilkin müqavilə qüvvəsi vermək iradələrini ifadə etməzlərsə, o, heç bir hüquqi nəticələr doğurmur. Lakin niyyət razılaşmasına ilkin müqavilə qüvvəsi vermək üçün onda ilkin müqavilələr üçün müəyyən edilmiş bütün tələblərə riayyət edilməlidir. Niyyət razılaşmasında gələcəkdə bağlanacaq əsas müqavilənin predmeti, digər mühüm şərtləri, habelə razılaşmanın müddəti göstərilməli və forması haqqında qanunun göstərişlərinə əməl edilməlidir. Bu səbəbdən, o və İddiaçı arasında olan kredit münasibətləri X3nə əsaslana və onunla tənzimlənə bilməz. İddiaçı ilə onun arasında bağlanmış ipoteka müqaviləsi, əsas öhdəlik müqaviləsinin təminatı kimi bağlanmadığından, eləcə də onunla İddiaçı arasında bağlanmış kredit razılaşması əsas müqavilə sayılmadığından Bankın kredit borcunun onun ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsi hissəsi təmin edilə bilməz. X3ndə tərəflər hər hansı bir öhdəlik götürmədiyindən, həmin müqaviləyə əsasən bağlanmış ipoteka müqaviləsi də əhəmiyyətsiz əqlərdir. Şikayətə əlavə edilmiş onunla İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsində isə yalnız kredit xəttinin ümumi müddəti və ümumi məbləği qeyd edilməklə yuxarıda sadalanan qanunun müddəalannda tələb olunan şərtlər öz əksini tapmamışdır. Əqdin təməl qurucu ünsürü iradə ifadəsidir. İradə ifadəsi ilə yanaşı, həmin iradə ifadəsi eyni zamanda mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilməlidir. İradə ifadəsi əqdin əsas tərkib elementidir, bir qayda olaraq hüquqi nəticələr onunla əlaqələndirilir. İradə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün əsaslandırılmış və determinasiya edilmiş istəkdir. İradə subyektlərin davranışının psixi tənzimlənməsi prosesidir. İradə dedikdə insanın daxildəki arzusu nəzərdə tutulur. İradə ilə iradə ifadəsi üst-üstə düşməlidir. İradə ifadəsi şəxsin öz iradəsini kənara bəyan etməsidir ki, bunun vasitəsilə onu başqa şəxslər dərk edirlər. İradə ifadəsi aşağıdakı elementlərdən meydana gəlir: 1.Hüquqi nəticəyə yönəlmiş arzu, iradə. 2. Hüquqi nəticəyə yönəlmiş arzunu bəyan etmə. Lakin yuxarıda qeyd edilənlərin heç biri nə fikribdə olub nə də onu bəyan etmişdir. İradəni ifadə etmə daxili iradəni düzgün əks etdirməlidir. Daxili iradə əqdin digər iştirakçılarının nəzərinə yalnız qanunun müəyyənləşdirdiyi formada çatdıra bilər. Həmin forma isə əqdin forması adlanır. Əqdin qanunvericilikdə göstərilən formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Bu halda müəyyən olunur ki, sözügedən X3 tərəflər arasında hüquqi fakt kimi mülki hüquq və vəzifələri əmələ gətirmir, dəyişdirmir və ya xitam etmir. Həmin müqavilə hüquqi fakt kimi mülki hüquq və vəzifələri əmələ gətirmirsə, dəyişdirmirsə və ya xitam etmirsə, deməli öhdəlik hüquq münasibətlərinin (öhdəliklərin) əmələ gəlməsini də şərtləndirmir X3 adlanan sənədin mahiyyətindən görünür ki, tərəflər qanunda nəzərdə tutulan öhdəliklə bağlı normalarda müəyyən edilmiş, yəni hər hansı bir hərəkəti etməyə dair öhdəlik götürməmişlər, başqa sözlə mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə, dəyişdirilməsinə və ya xitamı haqqında müqavilə bağlamamışlar. X3ndə tərəflər hər hansı bir hərəkəti etməyə dair öhdəlik götürməyibsə, deməli sözügedən X3 tərəflər üçün məcburiyyət yaratmır. xx.xx.2015-ci il tarixli 027L**********25 saylı X1 1.1-ci bəndinin sonuncu cümləsində «bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir» göstərilməsi, İddiaçı-nin onun qarşımda hər hansı öhdəliyi, o cümlədən kredit vermək öhdəliyinə dəlalət etmir. Buna görə də, X3 konsensual müqavilə deyil, yəni İddiaçı-nin mənə gələcəkdə kredit vermək vədi mövcud deyil. Əsasında hər hansı öhdəlik yaranmadığı üçün X3nə ümumiyyətlə müqavilə kimi baxmaq olmaz. Buna görə də X3 mülki hüquqi nəticə doğurmayan niyyət razılaşmasıdır. Normativ hüquqi aktların tələbi kifayət qədər deməyə imkan verir ki, ipoteka müqaviləsi əsas öhdəliyin təminatı kimi bağlanmamışdırsa, başqa sözlə Mülki qanunvericiliyin təsbit etdiyi qaydaya uyğun deyildirsə, onun etibarsızlığına səbəb olur. Yuxarıdakılara əsasən niyyət razılaşması olan X3 əsasında bağlanmış ipoteka müqaviləsi əsas öhdəliyin təminatı kimi çıxış edə bilməz. Çünki, X3 tərəflər üçün hər hansı öhdəlik yaratmırsa, deməli həmin müqavilə əsasında bağlanmış ipoteka müqaviləsi də, tərəflər üçün təminat yaratmır. Həmçinin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təsdiq edilmiş borcdan narazıdır. Belə ki, müxtəlif vaxtlarda muhasibatlıq ekspertizası təyin edilmişdir. İş üzrə rəylər verilmişdir. Lakin iddiaçı iddia tələbini atırdıqdan sonra o məhkəmədən mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etməyinə baxmayaraq məhkəmə prosessual pozuntu edərək ekspertiza təyin etməkdən imtina etmişdir. Lakin həmin qərardadın surətini ona təqdim etməmişdir. İddiaçı iddia tələbini artırıb lakin bu borcun hesablanmasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəməyə maliyyə arayışı və iddia ərizəsi təqdim elməklə borcun olmasını sübut elmək yalnış yanaşmadır. Çünki həmin sənədi iddiaçı özü sərbəst tərtib edir və heç kimin araşdırması və ya rəyi olmadan imza möhür edib məhkəməyə təqdim edir.Məhkəmə iş materiallarında olan digər rəylərə diqqət yetirsəydi ekspert rəyləri ilə təkzib edilir. Yəni bankın tələbi ilə ekspert rəyiləri ziddiyətlidir. Buna görə də məhkəmə ekspertiza təyin etməli və borcun dəqiq hesablanmasını müəyyən etməli idi. Buna görə də məhkəmə yenidən təkrar muhasibatlıq eskpertizası təyin etməli və artırılmış iddia tələbinə münasibətdə ekspert qarşısında yeni suallar qoymalıdır. Həmçinin iddia girov qoyana münasibətdə və zaminliklərə münasibətdə təmin edilə bilməz. Məhkəmə özü birtərəf mövqe göstərərk zaminin birinə aid hissədə iddianı təmin etməmişdir. Əgər kredit müqaviləsində və ya X3ndə verilmiş konkret məbləğ, kreditin faizi və qaytarılma müddəti gösərilməmişdirsə ipoteka müqaviləsi üzrə Bank qarşısında öhdəlik yarana bilməz. Onunla bağlanmış müqavilədə də həmçinin bu mühüm şərtlər yəni kreditin müddəti, məbləği və faizi göstərilməmişdir. Belə ki, xx.xx.2015-ci il tarixdə 027R********** saylı kredit razılaşması, xx.xx.2015-ci il tarixdə həmin razılaşmaya yeni saziş bağlanmış və yeni ödəniş qrafiki verilmişdir, həmçinin xx.xx.2016-cı ildə həmin razılaşmaya yeni saziş bağlanmış və yenə yeni ödəniş qrafiki verilmişdir. Bu üç razılaşma imzalanarkən ipoteka qoyana bu barədə məlumat verilməmişdir. Həmin sazişlər imzalanarkən ipotekanın əlavə qeydiyyatı həyata keçirilməmişdir. Bank məhkəməyə sənədlər təqdim edib ki, ödəniş qrafilərinə girov qoyan imza edərək bu qrafiklə tanış olub və məlumatı var, lakin bu təqdim edilən qrafiklərdə olan imzalar və yazlar ümumiyyətlə ona məxsus deyil. Həmin vaxtı ipoteka qoyan orda iştirak etməyib. Birləşdirilmiş ikinci iddia tələbi üzrəiddiaçı Cavabdeh4 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi cəlb edilməklə “ipotekaya xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 37 saylı mənzilə dair onunla İddiaçı arasında bağlanmış xx.xx.2015ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və onun mülkiyyət hüquqularının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 «xxxxxxxxxx» QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 027L**********25 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 200000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Cavabdeh1 «xxxxxxxxxx» QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 027R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ Dolları məbləğində krеdit verilmişdir. Kredit xətt müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə o, bankla bağladığı xx.xx.2015-ci il tarixli 027M**********01 saylı ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 37 saylı mənzilini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Uzunmüddətli kredit müqaviləsindən göründüyü kimi kredit xətinin məbləği 200000 ABŞ dolları, kredit xəttinin müddəti 120 ay müəyyən edilmişdir. Bank bu müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit alana 200.000 ABŞ dolları məbləğində kredit xətti açır. Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir.Bank kredit razılaşmaları imza edərkən mənim razılığım alınmadığından, X3ndə va ipoteka müqaviləsində ona kreditin məbləği, müddəti va faizi barədə kreditin mühüm şərtləri müəyyən olunmadığından ipotekaya xitam verilməli və əmlakı girovdan azad edilməlidir. Qanunvericilin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin zəruri şərtlərinə (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişikliklər edildikdə ipoteka müqaviləsinə də müvafiq dəyişikliklər edilməlidir. Əgər kredit müqaviİəsində və ya X3ndə verilmiş konkret məbləğ, kreditin faizi və qaytarılma müddəti göstrilməmişdirsə ipoteka müqaviləsi üzrə Bank qarşısında öhdəlik yarana bilməz. Onunla bağlanmış müqaviİədə də mühüm şərtlər yəni kreditin müddəti, məbləği, faizi göstərilməmişdir. Sonradan da müxtəlif vaxtlarda Cavabdeh1 ilə bank arasında yeni sazişlər bağlanmış və ödəniş qrafikləri belə dəyişdirilmişdir. Onun bu sazişlərdən məlumatı olmamışdır. xx.xx.2015-ci il tarixli kredil razılaşması, xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli sazişlər bağlanmış və yeni ödəniş qrafiki verilmişdir. Bu üç razılaşma imzalanarkən onun ipoteka qeydiyyatı yenilməmiş və yeni ipoteka müqaviləsi bağlanmamışdır. Yəni onun bu yeni sazişİər belə imzalanarkən malumatı olmamışdır. Bu onun kreditin mühüm şərtlərindən, faiz, müddəti və məbləğindən məlumatı olmamışdır. Həmin imzalarında ona məxsus olub-olmamasını aydınlaşdırmaq üçün ekspertiza təyin edilə bilər. Bundan başqa X3 forması və məzmununa görə tərəflər arasında hər hansı öhdəlik yaratmır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir”, deməli, X3 real müqavilə deyil, yəni bankın kredit alana gələcəkdə kredit vermək vədi yoxdur. X3ndə tərəflər öz üzərlərinə hər hansı öhdəlik götürmədiklərindən, bu müqaviləyə əsaslanan ipoteka müqaviləsi əhəmiyyətsiz əqddir. X3 mülki hüquqi nəticə doğurmayan niyyət razılaşmasıdır. Bu müqaviləyə ilkin müqavilə kimi qiymət verilə bilməz. X3 tərəflər arasında hüquqi fakt kimi mülki hüquqi vəzifələr gətirmir, dəyişdirmir və ya xitam etmir. Həmin müqavilə hüquqi fakt kimi mülki hüquq və vəzifələri əmələ gətirmirsə, dəyişdirmirsə və ya xitam etmirsə, deməli öhdəlik hüquq münasibətlərinin (öhdəliklərin əmələ gəlməsini də şərtləndirmir. Niyyət razılaşması olan X3 əsasında bağlanmış ipoteka müqaviləsi əsas öhədliyin təminatı kimi çıxış edə bilməz. Çünki, X3 tərəflər üçün hər hansı öhdəlik yaratmırsa, deməli həmin müqavilə əsasında bağlanmış ipoteka müqaviləsi də, tərəflər üçün təminat yaratmır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-562/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh4 iddia tələbinin məzmununa uyğun əsaslandırılmaqla apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-4450/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi cəlb edilməklə “ipotekaya xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması barədə” tələbinə dair mülki iş, məhkəmənin icraatında olan iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, “xxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bahram Atabeyliyə (Atabəyli Bəhram), Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə biləşdirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən birləşdirilmiş birinci iddia üzrə cavabdeh (birləşdirilmiş ikinci iddia üzrə iddiaçının nümayəndəsi) Cavabdeh1apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəkli iclasında iştirak edən birləşdirilmiş birinci iddia üzrə iddiaçı (birləşdirilmiş ikinci iddia üzrə cavabdeh)"İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətlərinə etiraz təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına iştirak etməmişlər. Cavabdeh4 məhkəməyə ərizə ünvanlayaraq xəstə olduğu üçün mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iki iddia tələbinin olmasını nəzərə alaraq hesab edir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apelyasiya şikayətinin dəlillərinin nəzərə alınmaqla hər iki iddia tələbi üzrə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxxxx 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə görə, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-54/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-562/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birləşdirilmiş birinci iddia tələbi üzrə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, birləşdirilmiş birinci iddia tələbi üzrə hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdehlər isə yalnız qeyd edilən hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan iddia tələbi üzrə apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli, 027L**********25 saylı uzunmüddətli kredit müqaviləsinin surətindən görünür ki, borc alana 120 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşmasının surətindən görünür ki, borc alana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 027R**********S saylı və xx.xx.2016-cı il tarixli, 027R**********SA saylı sazişlərin surətlərindən görünür ki, xx.xx.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, kredit borcunun ödənilmə müddəti xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. İpoteka qoyan Cavabdeh4 həmin dəyişikliklərə imza edərək razı olduğunu bildirmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 027M**********01 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyanın mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 37 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi Bakı şəhəri 8 saylı notariat kontorunda təsdiq edilmiş və reyestrdə 3M-1-92 nömrə ilə qeyd edilmişdir. Notariat işinə mənzildədaimi pasport qeydiyyatında olan Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 mənzilin ipoteka ilə yüklü edilməsinə razılıqları və ipoteka predmetınə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin əmlakı qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmələrinə dair ərizələri əlavə edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə RX seriyalı, ******* saylı çıxarış verilmişdir. İş materiallarında olan İddiaçı ilə Atabeyli Bahram (Atabəyli Bəhram), Cavabdeh7 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, müvafiq olaraq 027S**********02, 027S**********1 və 027S**********01 saylı zaminlik müqavilələrinin surətlərindən görünür ki, zaminlər borc alanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşlər. Onlar, həmin zaminlik müqavilələrinin 1.1ci bəndinə əsasən yuxarıda göstərilən X3ndən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borc alanla birgə məsuliyyət daşıyır və kredit müqaviləsi äzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, ipoteka saxlayan tərəfindən ipoteka qoyan Cavabdeh4 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. ipoteka bildirişlərinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 21828 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatları, kredit müqaviləsinin və əlavə sazişlərin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 İddiaçı-yə olan borcu 46599,64 ABŞ doları məbləğində müəyyən edilmişdir, o cümlədən: (xx.xx.2017-ci il tarixə:- əsas borc — 36713,16 ABŞ dolları; - faiz borcu --9172,61 ABŞ dolları.) (xx.xx.2017-ci il tarixə: - əsas borc —36713,16 ABŞ dolları; - faiz borcu --9886,47 ABŞ dolları. İş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 25863 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatları, kredit müqaviləsininvə əlavə sazişin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 İddiaçı-yə olan borcu 52196,97 ABŞ doları məbləğində müəyyən edilmişdir, o cümlədən: (xx.xx.2017-ci il tarixə: - əsas borc —35517,39 ABŞ dolları; - faiz borcu --7800,05 ABŞ dolları). (xx.xx.2018-ci il tarixə: - əsas borc —35517,39 ABŞ dolları; faiz borcu --16679,58 ABŞ dolları). İş materialarına əlavə edilmiş İddiaçı-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 həmin kredit öhdəliyinin icra edilməli olduğu xx.xx.2018-ci il tarixə 35.403,89 ABŞ dolları əsas, 14577,87 ABŞ dolları faiz borcu, 18400 ABŞ dolları cərimə olmaqla, cəmi 68381,76 ABŞ dolları kredit borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, LP- 127/19 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Bİnəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 5V saylı evdə yerləşən Cavabdeh4 mülkiyyətində olan 37 saylı mənzilin hazırda orta bazar dəyərinin 60000 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxx 2018-ci il tarixli Qərarına görə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən X3 niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, X3nə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün X3ndə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. X3ndə faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərini işin faktiki hallarına və qanunvericiliyin qeyd edilən müddəalarını uyğun araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 İddiaçı ilə aralarında xx.xx.2015-ci il tarixli, 027L**********25 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşması üzrə kredit öhdəliyinin müddətinin bitdiyi tarixə 35403,89 ABŞ dolları əsas və 14577,87 ABŞ dolları faiz borcunun qalması, cavabdehlər “xxxxxxxxxxxxxxxxx” MMC-nin və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən X3ndən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borc alanla birgə məsuliyyət daşıması, kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməsinə dair üzərlərinə məsuliyyət götürmələri, həmçinin, kredit öhdəliklərinin ipoteka ilə təmin edilməsi təsdiq olunduğundan iddia tələbi həmin borcun cavabdehlər Cavabdeh1, “xxxxxxxxxxxxxxxxx” MMC-dən və Cavabdeh4 müştərək qaydada tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsinə və əmlakın boşaldılmasına dair hissələrdə təmin edilməli, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarı nəzərə alınaraq iddia ərizəsi borcun cavabdeh Atabeyli Bahramdan (Atabəyli Bəhram) tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi əsas kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almış və haqlı olaraq hesab etmişdir ki, əsas borca mütənasüb dəbbə pulu 500 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, “xxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bahram Atabeyliyə (Atabəyli Bəhram), Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, Cavabdeh4 apellyasiya şikayətində onun iştirakının təmin edilməməsini qeyd etsə də, apellyasiya icraatı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdi. Hər iki apellyasiya şikayətinin digər dəlili müqavilənin Cavabdeh4 tərəfindən imzalanmadığı qeyd eedilsə də, apellyasiya şikayətində göstərdikləri hallar barədə heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Cavabdeh4 məhkəmə kollegiyasının iclaslarında iştirak etməmiş və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-cimaddəsinəəsasən, məhkəməyalnıztərəflərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifadəetməli, 77.1ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Birləşdirilmiş ikinci iddia tələbi üzrə; Məhkəmə kollegiyası qeyd olunan iddia tələbi üzrə apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materallarında olan məhkəmə tərəfindən əldə olunmuş Bakı şəhəri 8 saylı Notariat Kontorunun xx.xx.2019-cu il tarixli, 2241 saylı notariat işində olan «xxxxxxxxxxx» QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 027M**********01 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 ona məxsus ünvan 2 ünvanında yerləşən 37 saylı mənzilini bank qarşısında xx.xx.2015-ci il tarixli 027L**********25 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka ilə yüklü etmişdir. Həmin notariat işinə əlavə edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 Cavabdeh4 məxsus olan ünvan 2 ünvanında yerləşən 37 saylı mənzilin ipotekaya qoyulmasına razılıq vermişlər. Həmçinin ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk etməklərinə öhdələrinə götürmüşlər. İş materiallarında olan «xxxxxxxxxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 027L**********25 saylı uzunmüddətli kredit müqaviləsinin surətindən görünür ki, borc alana 120 ay müddətinə 200000 ABS dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ ve müddət ayrıca olaraq kredit razilasması ilə müəyyən olunur. İş materiallarında olan «xxxxxxxxxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşmasının surətindən görünür ki, borc alana 36 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixədək aylıq faiz dərəcəsi 1,75 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ile 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. İpoteka qoyan Cavabdeh4 həmin kredit razılaşmasının ödəniş qrafikinə imza edərək razı olduğunu bildirmişdir. İş materiallarında olan «xxxxxxxxxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 027R**********SA saylı sazişin surətindən görünür ki, xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşmasına ve ödəniş planına dəyişikliklər edilmiş, kredit borcunun ödənilmə müddəti xx.xx.2018-ci il tarixədək, aylıq faiz dərəcəsi isə 1,6667 % müəyyən edilmişdir. İpoteka qoyan Cavabdeh4 həmin dəyişikləri özündə əksə etdirən sazişin ödəniş qrafikinə imza edərək razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 ve 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəllənin 269.11 ve 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 ve 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxx 2018-ci il tarixli Qərarına görə " Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən X3 niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, X3nə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün X3ndə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. X3ndə faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, X1 təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda X3 üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, «xxxxxxxxxxx» QSC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 027L**********25 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəlikləri təmin etmək məqsədilə «xxxxxxxxxxx» QSC ilə Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixli 027M**********01 saylı ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarından da görünür ki, Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün X3ndə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. X3ndə faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. İş materialarında olan olan xx.xx.2015-ci il tarixli 027R********** saylı kredit razılaşmasına və xx.xx.2016-cı il tarixli 027R**********SA saylı sazişinə əlavə edilmiş ödəniş qrafiklərində ipoteka qoyan Cavabdeh4 imza edərək razı olduğunu bildirmişdir. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair xx xxxxxxx 2019-cu il tarixli Qərardadına görə Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4- cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Hazırki iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İpoteka müqaviləsi isə xx.xx.2015-ci il tarixdə bağlanmış, yəni hüquq münasibətləri həmin tarixdə yaranmışdır. İpoteka qoyanın kredit razılaşması və ona dəyişikliklər edilərkən razılığı alınmasaydı belə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli və xx xxxx 2019-cu il tarixli qərarları hazırki münasibətlərə şamil olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası birləşdirilmiş işlər ilə əlaqədar hər iki iddia tələbi üzrə dəyərləndirmə apararaq apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-54/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-562/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-54/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-562/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar