Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-772/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X11, Cavabdeh4 və onun nümayəndəsi və vəkili X6, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-131/2019 saylı, 20.08.2019cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC cavabdehlər "xxxx" MMC və qeyrilərinə qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə TuranBank ASC arasında bağlanmış 19 iyun 2012-ci il tarixli, 1346-F-B saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-dən əsas borcdan 138975 (bir yüz otuz səkkiz min doqquz yüz yetmiş beş) manat, faiz borcundan 18000.67 (on səkkiz min manat, 67 qəpik) manat, cərimə faizindən isə 17 889.17 (on yeddi min səkkiz yüz səksən doqquz manat, 17 qəpik) manat olmaqla, cəmi 174864.84 (bir yüz yetmiş dörd min səkkiz yüz altmış dörd manat, 84 qəpik) məbləğində pulun TuranBank ASC-nin xeyrinə tutulması; Cavabdeh "xxxx" MMC ilə TuranBank ASC arasında bağlanmış 01 avqust 2012-ci il tarixli, 1480-F-B saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-dən əsas borc üzrə 397500,1 (üç yüz doxsan yeddi min beş yüz manat, 01 qəpik) manat, faiz borcu üzrə 49206.15 (qırx doqquz min iki yüz altı manat, 15 qəpik) manat, cərimə faizindən 41898.46 (qırx bir min səkkiz yüz doxsan səkkiz mnaat, 46 qəpik) manat olmaqla, cəmi 488604.62 (dörd yüz səksən səkkiz min altı yüz dörd manat, 62 qəpik) manat məbləğində pulun tutularaq, TuranBank ASCnin xeyrinə ödənilməsi; Cavabdeh3 ilə TuranBank ASC arasında bağlanmış 19 mart 2013-cü il tarixli, 2269-F-B saylı kredit müqaviləsi üzrə Cavabdeh3 əsas borc üzrə 113023.39 (bir yüz on üç min iyirmi üç manat, 39 qəpik) manat, faiz borcu üzrə isə 17283.41 (on yeddi min iki səksən üç manat, 41 qəpik) manat, cərimə faizindən 65144.23 (altmış beş min yüz qırx dörd manat, 23 qəpik) manat olmaqla, cəmi 195451.03 (bir yüz doxsan beş min dörd yüz əlli bir manat, 03 qəpik) manat məbləğində pulun TuranBank ASC-nin xeyrinə tutulması, həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişlərin qeydiyyata alınması üçün tərəfindən ödənilmiş 90 (doxsan) manat rüsumun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və həmin məbləğlərin ipoteka predmetlərinə yönəldilərək, həmin əmlaklardan əldə olunan vəsait hesabına ödənilməsi; Cavabdeh1 ilə TuranBank ASC arasında bağlanmış 05 fevral 2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 184.776.1 (bir yüz səksən dörd min yeddi yüz yetmiş altı, dollar 10 sent) ABŞ dolları əsas, 52994.20 (əlli iki min doqquz yüz doxsan dörd dollar, 20 sent) ABŞ dolları faiz və 30.503,43 (otuz min beş yüz üç dollar, 43 sent) ABŞ dolları cərimə faizi borcu olmaqla, cəmi borcu 268273.73 (iki yüz altmış səkkiz min iki yüz yetmiş üç dollar, 73 sent) ABŞ dolları məbləğində pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün tərəfindən ödənilmiş 31 manat rüsum və xidmət haqqı, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar tərəfindən ödənilmiş 30 manat rüsumun tutulması; Həmin məbləğin ipoteka qoyulmuş, Cavabdeh2 məxsus olan (ƏMDKYDƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, 24.02.2010-cu il tarixdə qeydiyyata alınmış. Seriya MA № 0042117, Reyestr nömrəsi **********27- 10301, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, xüsusi mülkiyyətdə olan 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 114.9 kv.m yaşayış, 72.1 kv.m yardımçı, 187. kv.m ümumi sahədən ibarət 165 nömrəli fərdi yaşayış evinə (0.114 ha torpaq sahəsi və liter -1 dəmir darvaza (6.7x3.0) ilə birlikdə) yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə ödənilməsi; İddiaçı TuranBank ASC ilə "xxxx" MMC arasında bağlanmış 19 iyun 2013cü il tarixli kredit müqaviləsinin təminatı kimi bağlanmış 19 iyun 2012-ci il tarixli, 1346- F-B(A) saylı ipoteka müqaviləsinəəsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 2.15148 ha torpaq sahəsinə, həmçinin həmin kredit müqaviləsinin təminatı kimi bağlanmış 12 mart 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasənipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, xüsusi mülkiyyətdə olan 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 114.9 kv.m yaşayış, 72,1 kv.m yardımçı, 187 kv.m ümumi sahədən ibarət 165 nömrəli fərdi yaşayış evinə ( 0.114 ha torpaq sahasi və liter-1 dəmir darvaza (6.7x3.0) ilə birlikdə) yönədlilərək, həmin əmlak hesabına TuranBank ASC-yə ödənilməsi; TuranBank ASC ilə "xxxx" MMC arasında bağlanmış 01 avqust 2012- ci il tarixli kredit müqaviləsinin təminatı kimi bağlanmış 01 avqust 2012-ci il tarixli, 1480-FB(A) saylı sonrakı ipoteka müqaviləsinə səasən ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 2.15148 ha torpaq sahəsinə, həmçinin həmin kredit müqaviləsinin təminatı kimi bağlanmış 01 avqust 2012-ci il tarixli, 1480-F-B saylı ipoteka müqaviləsinə əsasənX1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 13.391 ha torpaq sahəsinə; həmin kredit müqaviləsinin təminatı kimi bağlanmış 12 fevral 2015-ci il tarixli, 1480-F-B saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, xüsusi mülkiyyətdə olan 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 114.9 kv.m yaşayış, 72.1 kv.m yardımçı, 187 kv.m ümumi sahədən ibarət 165 nömrəli fərdi yaşayış evinə ( 0.114 ha torpaq sahasi və liter-1 dəmir darvaza (6.7x3.0) ilə birlikdə) yönədlilərək, həmin əmlak hesabına TuranBank ASC-yə ödənilməsi; TuranBank ASC ilə Cavabdeh3 arasında bağlanmış 15 mart 2013-cü il tarixli, 2269-F-B saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 15 mart 2013-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasənipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 2.15148 ha torpaq sahəsinə, həmin kredit müqaviləsinin təminatı kimi bağlanmış15 mart 2013-cü il tarixli, 2269-F-B saylı sonrakı ipoteka müqaviləsi ilə ipoteka ilə yüklü edilmiş cavabdeh Mustafayev Fazil Böyükkişi oğluna məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 13.391 ha torpaq sahəsinə yönəldilməsi; həmin kredit müqaviləsinin təminatı kimi bağlanmış 16 mart 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən,Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, xüsusi mülkiyyətdə olan 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 114.9 kv.m yaşayış, 72.1 kv.m yardımçı, 187 kv.m ümumi sahədən ibarət 165 nömrəli fərdi yaşayış evinə (0.114 ha torpaq sahəsi və liter-1 dəmir darvaza (6.7x3.0) ilə birlikdə) yönədlilərək həmin əmlak hesabına TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (Yasamal Rayon Məhkəməsinin 2(004)-2587/2018 saylı, 06.04.2018-ci il tarixli qərardadı ilə İddiaçı ASC cavabdehlər X7 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsinə dair” mülki iş ilə İddiaçı ASCnin "xxxx" MMC və qeyrilərinə qarşı “kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi“” tələbinə dair mülki iş bir icraatda birləşdirilmişdir, eyni zamanda iddia tələbləri dəqiqləşdirilmişdir). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-131/2019 saylı, 20.08.2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 19 iyun 2012-ci il tarixli, 1346-F-B saylı kredit müqaviləsi ləğv edilsin. 19 iyun 2012-ci il tarixli, 1346-F-B saylı kredit müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-dən 138975 manat əsas borc, 18000,67 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 157075,67 manat (yüz əlli yeddi min yetmiş beş manat 67 qəpik) məbləğində pulun tutularaq, iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın, -Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 114.9 kv.m. yaşayış, 72.1 kv.m. yardımçı sahədən ibarət 165 saylı fərdi yaşayış evinə (ipoteka predmetinin ilkin satış qiyməti 770 000 (yeddi yüz yetmiş min) manat dəyərində qiymətləndirilməklə); -Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində olan 2.15148 ha torpaq sahəsinə (ipoteka predmetinin ilkin satış qiyməti 140 000 ( yüz qırx min) manat dəyərində qiymətləndirilməklə) yönəldilməsi və açıq hərracda satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada cavabdeh "xxxx" MMC-dən tutulması, əmlakların satışından artıq qalan vəsaitin ipoteka qoyanlara qaytarılması, iddiaçı İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 01 avqust 2012-ci il tarixli, 1480-F-B saylı kredit müqaviləsinin ləğv edilməsi, 01 avqust 2012-ci il tarixli, 1480-F-B saylı kredit müqaviləsinin cavabdeh "xxxx" MMC-dən əsas kredit borcu 397.258,45 manat, faiz borcu 49.206,15 manat; cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 446 564,6 manat (dörd yüz qırx altı min beş yüz altmış dörd manat 60 qəpik) məbləğində pulun tutularaq, iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın - Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail, rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda xüsusi mülkiyyətdə olan 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 114.9 kv.m. yaşayış, 72.1 kv.m. yardımçı sahədən ibarət 165 saylı fərdi yaşayış evinə (ipoteka predmetinin ilkin satış qiyməti 770 000 (yeddi yüz yetmiş min) manat dəyərində qiymətləndirilməklə); -Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətdə olan 2.15148 ha torpaq sahəsinə (ipoteka predmetinin ilkin satış qiyməti 140 000 ( yüz qırx min) manat dəyərində qiymətləndirilməklə); -cavabdeh X1 məxsus olan Abşeron rayonu, Məmmədli kəndində olan 13.391 ha torpaq sahəsinə (ipoteka predmetinin ilkin satış qiyməti 410 000 (dörd yüz on min) manat dəyərində qiymətləndirilməklə) yönəldilməsi və açıq hərracda satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada cavabdeh "xxxx" MMC-dən tutulması, əmlakların satışından artıq qalan vəsaitin ipoteka qoyanlara qaytarılması, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 15 mart 2013-cü il tarixli, 2269-F-B saylı kredit müqaviləsinin ləğv edilməsi, 15 mart 2013-cü il tarixli, 2269-F-B saylı kredit müqaviləsi üzrə Cavabdeh3 əsas kredit borcu 113023,39 manat, faiz borcu 17283,41 manat; cərimə borcu 100 manat olmaqla, cəmi 130406,8 (yüz otuz min dörd yüz altı manat 80 qəpik) məbləğində pul və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 90 manat dövlət rüsumu və 30 manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın, - Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 114.9 kv.m. yaşayış, 72.1 kv.m. yardımçı sahədən ibarət 165 saylı fərdi yaşayış evinə (ipoteka predmetinin ilkin satış qiyməti 770 000 (yeddi yüz yetmiş min) manat dəyərində qiymətləndirilməklə); -Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində olan 2.15148 ha torpaq sahəsinə (ipoteka predmetinin ilkin satış qiyməti 140 000 ( yüz qırx min) manat dəyərində qiymətləndirilməklə); -cavabdeh X1 məxsus olan Abşeron rayonu, Məmmədli kəndində olan 13.391 ha torpaq sahəsinə (ipoteka predmetinin ilkin satış qiyməti 410 000 ( dörd yüz on min) manat dəyərində qiymətləndirilməklə) yönəldilməsi, və açıq hərracda satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödəniləsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ ümumi qaydada Cavabdeh3 tutulması, əmlakların satışından artıq qalan vəsait ipoteka qoyanlara qaytarılması, İddiaçı ASC ilə cavabdeh X7 arasında bağlanmış 05 fevral 2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsinin ləğv edilməsi, 05 fevral 2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsi üzrə cavabdeh X2 əsas borc üzrə 184207,48 ABŞ dolları, faiz borcu üzrə 52994,20 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları məbləğində pul olmaqla, cəmi 237301,68 ABŞ dolları (iki yüz otuz yeddi min üç yüz bir ABŞ dolları 68 sent) məbləğində pul (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun) və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 31 manat dövlət rüsumu və 30 manat dövlət rüsumu tutularaq, İddiaçı ASCnin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda xüsusi mülkiyyətdə olan 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 114.9 kv.m. yaşayış, 72.1 kv.m. yardımçı sahədən ibarət 165 saylı fərdi yaşayış evinə (ipoteka predmetinin ilkin satış qiyməti 770 000 (yeddi yüz yetmiş min) manat dəyərində qiymətləndirilməklə) yönəldilməsi və açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada cavabdeh X2 tutulması, əmlakın satışından artıq qalan vəsait ipoteka qoyana qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətləri və onların dəlili: Həmin qətnamədən cavabdehlər Cavabdeh2, Cavabdeh3, və Cavabdeh4 ayrıayrılıqda apellyasiya şikayəti vermişlər. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda xüsusi mülkiyyətdə olan 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 114.9 kv.m. yaşayış, 72.1 kv.m. yardımçı sahədən ibarət 165 saylı fərdi yaşayış evinin qiymətini məhkəmə 770.000 manat qiymətləndirmişdir. Keçən müddət ərzində qiymət dəyişmişdir. Bu səbəbdən, əmlak təkrar qiymətləndirilməlidir. Bu səbəbdən, qətnamənin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, əsas borc və faizin məbləği şişirdilmişdir, bununla bağlı əsas və faiz borcunun məbləğinin yenidən hesablanması üçün ekspertiza keçirilməlidir. Bu səbəbdən, qətnamənin əsasız olduğu üçün ləğv edilməsi varədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur, bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 nümayəndəsi və vəkili R.Əmirova apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Z.Məmmədov apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 19 iyun 2012-ci il tarixli, 1346-FB saylı kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-yə illik faiz dərəcəsi 7% olmaqla 60 (altmış) ay müddətinə, 24 ay əsas borcdan güzəşt dövrü verilməklə 200 000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Bankla "xxxx" MMC (borcalan) və Cavabdeh4 (ipotekaqoyan) arasında bağlanmış 19 iyun 2012-ci il tarixli, 1346-F-B (A) saylı ipoteka müqaviləsinə əsasən ipotekaqoyana məxsus Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətdə olan 2.15148 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Bankla "xxxx" MMC (borcalan) və Cavabdeh2 (ipotekaqoyan) arasında bağlanmış 12 mart 2015-ci il tarixli, İRH-FB-008(B) saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipotekaqoyana məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda xüsusi mülkiyyətdə olan 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 114.9 kv.m. yaşayış, 72.1 kv.m. yardımçı sahədən ibarət 165 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, eyni tərəflər arasında bağlanmış 01 avqust 2012-ci il tarixli, 1480- F-B saylı kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-yə illik faiz dərəcəsi 6% olmaqla 60 (altmış) ay müddətinə, 24 ay əsas borcdan güzəşt dövrü verilməklə 530 000 (beş yüz otuz min) manat məbləğində kredit verilmişdir. Bankla "xxxx" MMC (borcalan) və Cavabdeh2 (ipotekaqoyan) arasında bağlanmış 12 mart 2015-ci il tarixli, İRH-FB-008(B) saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyana məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda xüsusi mülkiyyətdə olan 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 114.9 kv.m. yaşayış, 72.1 kv.m. yardımçı sahədən ibarət 165 saylı fərdi yaşayış evi; Bankla "xxxx" MMC (borcalan) və Cavabdeh4 (ipotekaqoyan) arasında bağlanmış 01 avqust 2012-ci il tarixli, 1480-F-B (A) saylı sonrakı ipoteka müqaviləsinəəsasən Cavabdeh4 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətdə olan 2.15148 ha torpaq sahəsi; Bankla "xxxx" MMC (borcalan) və X4 (ipotekaqoyan) arasında bağlanmış 01 avqust 2012-ci il tarixli, 1480-F-B saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyana məxsus Abşeron rayonu, Məmmədli kəndində mülkiyyətdə olan 13.391 ha torpaq sahəsi bank qarışısında ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə, İddiaçı ASC-nın “Bakı” filialı ilə Cavabdeh3 arasında bağlanmış 15 mart 2013-cü il tarixli, 2269-F-B saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik faiz dərəcəsi 7% olmaqla 60 (altmış) ay müddətinə, 12 ay əsas borcdan güzəşt dövrü verilməklə 170000 (bir yüz yetmiş min) manat məbləğində kredit verilmişdir. Bankla Cavabdeh3 (borcalan) və Cavabdeh2 (ipotekaqoyan) arasında bağlanmış 16 mart 2015-ci il tarixli, İRH-FB-008(A) saylı sonrakı ipoteka müqaviləsinəəsasən Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda xüsusi mülkiyyətdə olan 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 114.9 kv.m. yaşayış, 72.1 kv.m. yardımçı sahədən ibarət 165 saylı fərdi yaşayış evi, Bankla Cavabdeh3 (borcalan) və Cavabdeh4 (ipotekaqoyan) arasında bağlanmış 15 mart 2013-cü il tarixli, 2269-F-B(A) saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətdə olan 2.15148 ha torpaq sahəsi Bankla Cavabdeh3 (borcalan) və X4 (ipotekaqoyan) arasında bağlanmış 15 mart 2013-cü il tarixli, 2269-F-B saylı ipoteka müqaviləsinə əsasən X1 məxsus olan Abşeron rayonu, Məmmədli kəndində mülkiyyətdə olan 13.391 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. Bundan əlavə, TuranBank Açıq Səhmdar Cəmiyyətinin Bakı filialı ilə X7 arasında bağlanmış 05 fevral 2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik faiz dərəcəsi 14% faiz olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 600.000 (altı yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bankla Cavabdeh2 arasında bağlanmış 05 fevral 2015-ci il tarixli İRH-FB-006 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, xüsusi mülkiyyətdə olan 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 114.9 kv.m yaşayış, 72.1 kv.m yardımçı, 187. kv.m ümumi sahədən ibarət 165 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 iyun 2019-cu il tarixli, 13168 saylı rəyindən görünür ki, -19 iyun 2012-ci il tarixli, 1346-F-B saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin banka olan əsas kredit borcu 140102,66 manat, faiz borcu 18000,67 manat; -01 avqust 2012-ci il tarixli, 1480-F-B saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin banka olan əsas kredit borcu 397.258,45 manat, faiz borcu 49.206,15 manat; -15 mart 2013-cü il tarixli, 2269-F-B saylı kredit müqaviləsi üzrə Cavabdeh3 banka əsas kredit borcu 113589,33 manat, faiz borcu 17283,41 manat; -05 fevral 2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsi üzrə X3 əsas kredit borcu 184207,48 ABŞ dolları, 52994,20 ABŞ dolları təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş 2(103)-772/2021 saylı, 14.04.2021-ci il tarixli təkrar (kompleks) məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasına əsasən verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2021-ci il tarixli, 9/3464 saylı ekspert rəyindən görünür ki, 19 iyun 2012-ci il tarixli, 1346-F-B saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin banka olan əsas kredit borcu 138.974,89 manat, faiz borcu 17.823,05 manat; 01 avqust 2012-ci il tarixli, 1480-F-B saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin banka olan əsas kredit borcu 397.269,81 manat, faiz borcu 49.207,63 manat; 15 mart 2013-cü il tarixli, 2269-F-B saylı kredit müqaviləsi üzrə Cavabdeh3 banka əsas kredit borcu 113.589,33 manat, faiz borcu 17.283,41 manat; 05 fevral 2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsi üzrə X3 əsas kredit borcu 183.772,85 ABŞ dolları, 2.281,97 ABŞ dolları təşkil edir. Eyni zamanda, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcu hesablanmadığı üçün göstərilən müqavilələr üzrə cərimə borcu hesablanmadı. "xxxx" MMC-nin 14/0891 saylı, 13.07.2021-ci il tarixli rəyinə əsasən: Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda xüsusi mülkiyyətdə olan 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 114.9 kv.m. yaşayış, 72.1 kv.m. yardımçı sahədən ibarət 165 saylı fərdi yaşayış evinin bazar dəyəri 1.800.000, likvid dəyəri 1.620.000 manat, Cavabdeh4 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətdə olan 2.15148 ha torpaq sahəsi bazar dəyəri 258.000, likvid dəyəri 219.300 manat, X1 məxsus Abşeron rayonu, Məmmədli kəndində mülkiyyətdə olan 13.391 ha torpaq sahəsinin bazar dəyəri 1.606.800, likvid dəyəri 1.365.700 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini qətnamədən cavabdehlər Cavabdeh2, Cavabdeh3, və Cavabdeh4 ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. Mülki iş materiallarından məlum olur ki, cavabdehlər tərəfindən öhdəliklər müəyyən müddət icra olunsa da sonradan lazımınca icra olunmamış və onun iddiaçıya yuxarıda qeyd olunan məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırkı iş üzrə Məhkəmə tərəfindən təyin edilmiş 2(103)-772/2021 saylı, 14.04.2021-ci il tarixli təkrar (kompleks) məhkəmə-əmtəəşünaslıq və məhkəməmühasibatlıq ekspertizasına əsasən verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2021-ci il tarixli, 9/3464 saylı ekspert rəyindən görünür ki, 19 iyun 2012-ci il tarixli, 1346-F-B saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin banka olan əsas kredit borcu 138.974,89 manat, faiz borcu 17.823,05 manat; 01 avqust 2012-ci il tarixli, 1480-F-B saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin banka olan əsas kredit borcu 397.269,81 manat, faiz borcu 49.207,63 manat; Qeyd: Hazırkı hesablama 01.08.2017-ci il tarixədək aparıldığından 01 avqust 2012-ci il tarixli, 1480-F-B saylı kredit müqaviləsi üzrə "xxxx" MMC tərəfindən 28.03.2018-ci il tarixdə ödənilmiş 2.000,00 manat nəzərə alınmadı. 15 mart 2013-cü il tarixli, 2269-F-B saylı kredit müqaviləsi üzrə Cavabdeh3 banka əsas kredit borcu 113.589,33 manat, faiz borcu 17.283,41 manat; Qeyd: Hazırkı hesablama 15.03.2018-ci il tarixədək aparıldığından 15 mart 2013cü il tarixli, 2269-F-B saylı kredit müqaviləsi üzrə Cavabdeh3 Qaryağı oğlu tərəfindən 28.09.2018-ci il və 19.04.2019-cu il tarixlərdə ödənilmiş ümumilikdə, 1554,27 manat nəzərə alınmadı. 05 fevral 2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsi üzrə X3 əsas kredit borcu 183.772,85 ABŞ dolları, 2.281,97 ABŞ dolları təşkil edir. Qeyd: Hazırkı hesablama 05.02.2017-ci il tarixədək aparıldığından 05 fevral 2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsi üzrə X7 tərəfindən ödənilmiş 19,68 ABŞ dolları nəzərə alınmadı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ekspert rəyinə uyğun olaraq müqavilələrin bəzilərinə münasibətdə əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilməli: 19 iyun 2012-ci il tarixli, 1346-F-B saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin banka olan faiz borcu 17.823,05 manat; 01 avqust 2012-ci il tarixli, 1480-F-B saylı kredit müqaviləsi üzrə hesabalamada nəzərə nəzərə alınmayan 2000,00 manat əsas borcdan çıxılmaqla (397.269,81- 2.000,00=395.269,81) "xxxx" MMC-nin banka olan əsas kredit borcu 395.269,81 manat; 15 mart 2013-cü il tarixli, 2269-F-B saylı kredit müqaviləsi üzrə hesabalamada nəzərə nəzərə alınmayan 1554,27 manat əsas borcdan çıxılmaqla (113.589,33- 1554,27=112.035,06) Cavabdeh3 banka əsas kredit borcu 112.035,06 manat; 05 fevral 2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsi üzrə hesabalamada nəzərə nəzərə alınmayan19,68 ABŞ dolları əsas borcdan çıxılmaqla (183.772,85- 19,68=183.753,17) X3 banka əsas borcu 183.753,17 ABŞ dolları, faiz borcu 2.281,97 ABŞ dolları müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bununla əlaqədar “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qanunun göstərilən normasından göründüyü kimi ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyəri əsasında müəyyən olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərardadı ilə ipoteka predmetlərinin likvid qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 14/0891 saylı, 13.07.2021-ci il tarixli rəyinə əsasən: Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda xüsusi mülkiyyətdə olan 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 114.9 kv.m. yaşayış, 72.1 kv.m. yardımçı sahədən ibarət 165 saylı fərdi yaşayış evinin bazar dəyəri 1.800.000, likvid dəyəri 1.620.000 manat, Cavabdeh4 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətdə olan 2.15148 ha torpaq sahəsi bazar dəyəri 258.000, likvid dəyəri 219.300 manat, X1 məxsus Abşeron rayonu, Məmmədli kəndində mülkiyyətdə olan 13.391 ha torpaq sahəsinin bazar dəyəri 1.606.800, likvid dəyəri 1.365.700 manat təşkil edir. Beləliklə, kollegiya bildirir ki, ipoteka predmetlərinin likvid qiyməti aşağıdakı kimi müəyyən edilməlidir. Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda xüsusi mülkiyyətdə olan 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 114.9 kv.m. yaşayış, 72.1 kv.m. yardımçı sahədən ibarət 165 saylı fərdi yaşayış evinin likvid dəyəri 1.620.000 manat, Cavabdeh4 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətdə olan 2.15148 ha torpaq sahəsinin likvid dəyəri 219.300 manat, X1 məxsus Abşeron rayonu, Məmmədli kəndində mülkiyyətdə olan 13.391 ha torpaq sahəsinin likvid dəyəri 1.365.700 manat müəyyən edilməlidir. MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə 05 fevral 2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği və ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli, 05 fevral 2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsi üzrə əsas borca görə 183.772,85 ABŞ dolları, faiz borcuna görə 2.281,97 ABŞ dolları müəyən edilməli, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda xüsusi mülkiyyətdə olan 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 114.9 kv.m. yaşayış, 72.1 kv.m. yardımçı sahədən ibarət 165 saylı fərdi yaşayış evinin likvid dəyəri 1.620.000 manat, Cavabdeh4 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətdə olan 2.15148 ha torpaq sahəsinin likvid dəyəri 219.300 manat, X1 məxsus Abşeron rayonu, Məmmədli kəndində mülkiyyətdə olan 13.391 ha torpaq sahəsinin likvid dəyəri 1.365.700 manat müəyyən edilməli, qətnamə qalan mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəflərə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehlərdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-131/2019 saylı, 20.08.2019cu il tarixli qətnaməsi dəyişdirilsin. 19 iyun 2012-ci il tarixli, 1346-F-B saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin banka olan faiz borcu 17.823,05 manat, 01 avqust 2012-ci il tarixli, 1480-F-B saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin banka olan əsas kredit borcu 395.269,81 manat, 15 mart 2013-cü il tarixli, 2269-F-B saylı kredit müqaviləsi üzrə Cavabdeh3 banka əsas kredit borcu 112.035,06 manat, 05 fevral 2015-ci il tarixli İRH-FB-006 saylı kredit müqaviləsi üzrə X3 banka əsas borcu 183.753,17 ABŞ dolları, faiz borcu 2.281,97 ABŞ dolları müəyyən edilsin. Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda xüsusi mülkiyyətdə olan 0.114 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 114.9 kv.m. yaşayış, 72.1 kv.m. yardımçı sahədən ibarət 165 saylı fərdi yaşayış evinin likvid dəyəri 1.620.000 manat, Cavabdeh4 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətdə olan 2.15148 ha torpaq sahəsinin likvid dəyəri 219.300 manat, X1 məxsus Abşeron rayonu, Məmmədli kəndində mülkiyyətdə olan 13.391 ha torpaq sahəsinin likvid dəyəri 1.365.700 manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına, ekspertiza tədqiqatının dəyəri 900 (doqquz yüz) manat "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ013501**********2944, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tutularaq ödənilsin. Qətnamə mübahisləndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-772/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-772/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver