Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7721/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(008)-3213/2023 nömrəli qərardadından Ərizəçi şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək 1978- 1988-ci illərdə Ermənistan Respublikasının Vedi (Ararat) rayonunun Şidli kənd kolxozunda fəhlə işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(008)- 3213/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir.
3. Maraqlı şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, ərizənin təmin edilməməsini xahiş etmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(008)- 3213/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinin Məcəllə ilə müəyyən olunmuş formada verilməməsi əsası ilə geri qaytarılması qərara alınmışdır.
5. Bundan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı apellyasiya şikayəti vermiş və şikayətin verilməsi üçün prosessual müddətin buraxılmamış edilməsinin nəzərə alınması barədə ərizə təqdim etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamədən verilmiş ilkin apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad 02 oktyabr 2023-cü il tarixdə təqdim edildiyindən və həmin qərardadda nəzərdə tutulmuş nöqsanlar aradan qaldırılaraq apellyasiya şikayəti 03 oktyabr 2023-cü il tarixdə yenidən verildiyindən sözügedən qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürülməmiş hesab edilməlidir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(008)- 3213/2023 nömrəli qərardadı ilə ərizə təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(008)-3213/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin buraxılmasının səbəbləri üzrlü hesab edilmiş, buraxılmış müddət bərpa edilmiş və mülki iş apellyasiya şikayəti ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Ərizəçi qərardaddan şikayət verərək, ləğv edilib, apellyasiya şikayəti vermə müddətinin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(008)- 3213/2023 nömrəli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
10. Ərizəçi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(008)-3213/2023 nömrəli qərardadından yenidən şikayət verərək, ləğv edilib, apellyasiya şikayəti vermə müddətinin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi 26 iyul 2023-cü il tarixdə çıxarılmışdır. Qətnamədən bir ay müddətinə apellyasiya şikayətinin verilməsi müddəti qoyulmuşdur. Qətnamədə göstərilən bir ay müddət 27 iyul tarixindən başlayır. Məcəllənin 369.9-cu maddəsinin tələbinə görə 30 gün üzərinə gələndə 25 avqust apellyasiya şikayəti vermənin sonuncu günüdür. 25 avqust 2023-cü il tarixi həftənin cümə gününə düşüb. Həmin gün iş günü olduğu üçün maraqlı şəxsin 28 avqust tarixində apellyasiya şikayəti verməsi müddətin ötürülməsinə səbəb olmuşdur. Lakin birinci instansiya məhkəməsi prosessual müddəti düzgün hesablaya bilməmişdir. Bundan başqa, maraqlı şəxsin məhkəmə prosesində iştirakına baxılsa gün ərzində onlarla şikayət ərizəsi verdiyi görmək olar. Maraqlı şəxs qəsdən sonuncu günə saxlayaraq apellyasiya şikayətini qanunvericiliklə müəyyənləşdirilmiş qaydada yükləmir ki, nöqsanların aradan qaldırılması üçün məhkəmədən qərardad daxil olsun və əlavə müddət qazansın və bu amil isə ərizəçinin hüquqlarının pozulmasına səbəb olsun.
12. Bundan başqa, maraqlı şəxs apellyasiya şikayətini sistemə düzgün olmayan qaydada yükləmiş, məhkəmə isə nöqsanların aradan qaldırılması üçün qərardadı 33 gün sonra elektron sistemə yükləmişdir. Məhkəmə iclasda bunu onunla əsaslandırmışdır ki, guya sistemdə problem yaranmışdır. Halbuki, sistemdə yaranmış problem müvafiq icra hakimiyyətinin dəstək xidməti vasitəsi ilə, ən pis halda bir günə düzələn vəziyyət idi. 33 gün gecikmə məhkəməyə haqq qazandıra bilməz. Ərizəçi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətini gözləyib yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Hazırda 2-1(112)-13713/2023 nömrəli inzibati iş hakim Elvin Əliyevin icraatındadır.
13. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(008)- 3213/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. MPM-nin 130.3 və 133.1-ci maddələrinin məzmununa əsasən prosessual müddətin bərpa olunması barədə işdə iştirak edən şəxslər tərəfindən vəsatət (ərizə) verilməlidir və bu barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmamalı və onları verən şəxsə qaytarılmalıdır.
17. İş materiallarının 121-122-ci səhifələrində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı apellyasiya şikayətinə əlavə etdiyi ərizənin məzmunundan görünür ki, şikayətin verilməsi üçün prosessual müddətin buraxılmamış edilməsinin nəzərə alınması xahiş edilmişdir, yəni, maraqlı şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası xahiş olunmamışdır.
18. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(008)- 3213/2023 nömrəli qərardadına əsasən isə apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə xahiş mövcud olmadığı halda, məhkəmə prosessual müddətin bərpa olunması qənaətinə gəlmişdir.
19. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv olunaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
20. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində verilməsi qənaətinə gələrsə, apellyasiya şikayətini iş materiallarına əlavə edərək apellyasiya instansiyası məhkəməsinə göndərilməli, müddətin ötürüldüyü qənaətinə gəldikdə isə bu əsasla geri qaytarmalıdır. Çünki, MPM-nin 130.3-cü maddəsinin tələbinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
21. Həmçinin, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə qiymət verərkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2023cü il tarixli, 2(008)-3213/2023 nömrəli qərardadının hansı tarixdə maraqlı şəxsə rəsmi qaydada verilməsi, maraqlı şəxsin özünün və ya nümayəndəsinin elektron kabinetinə yerşədirilməsini də aydınlaşdıraraq müddətlə bağlı məsələyə qiymət verməlidir.
22. Maraqlı şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə şifahi məhkəmə baxışı keçirilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan xüsusatlar araşdırılmadığına görə məhkəmə kollegiyası buna zərurət görmür.
23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qərardadın qismən ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərardad ləğv edilməli, iş birinci instansiya məhkəməsinə göndərilməli, şikayət qismən təmin edilməlidir.
24. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(008)- 3213/2023 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(008)- 3213/2023 nömrəli qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev