Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7726/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(011)-131/2020 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli 2(011)-131/2020 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdehlər X7 və Cavabdeh1 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən sahəsi 1686 kv.metr olan torpaq sahəsinin 94,78 kv.metr hissəsindən çıxarılması, inşa edilmiş daş hasarın cavabehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli 2(011)-131/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və X7 tərəfindən verilmiş apellyasiya şikayəti 08 iyun 2020-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(011)-131/2020 saylı qərardadı ilə Cavabdeh1 və X4 adından verilmiş apellyasiya şikayəti, apellyasiya şikayətini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənədlər əlavə edilmədiyindən və qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəbi ilə geri qaytarılmışdır. Cavabdeh1 vəkili Vəkil məhkəmənin həmin qərardadını 13 oktyabr 2020-ci il tarixdə almış və X5 cavabdehlər Cavabdeh1 və X4 adından 16 oktyabr 2020-ci il tarixində məhkəməyə qərardaddan şikayət vermişdir. Məhkəmənin 19 oktyabr 2020-ci il tarixli 2(011)-131/2020 saylı qərardadı ilə Cavabdeh1 şikayəti, şikayəti imzalayan şəxsin səlahiyyətli olmaması və səlahiyyətlərini təsdiq edən sənədin əlavə edilməməsi əsası ilə geri qaytarılmış, məhkəmənin eyni tarixli digər qəraradadı ilə isə X4 şikayəti təmin edilməməklə baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(103)-8321/2020 saylı qərardadı ilə cavabdeh X4 şikayəti təmin edilmiş, cavabdeh X4 apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki iş məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadında məhkəmə kollegiyası, imza səlahiyyətinə münasibətdə qeyd edilmişdir ki, X5 10 il müddətinə verilmiş 18 dekabr 2010cu il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında X4 adından məhkəmə aktından şikayət verilməsi ilə bağlı məsələlərdə səlahiyyətli olmuşdur. Bununla bərabər məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünə (o cümlədən prosessual müddətə) münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərə poçt rabitəsi ilə göndərilmiş, həmin qətnamənin təqdim edilməsinə dair xəbərnamənin üzərində imza edilməklə məhkəmə aktı cavabdehlər tərəfindən 03 mart 2020-ci il tarixdə qəbul edilmiş, həmin qətnamənin mübahisələndirilməsinə dair cavabdeh tərəfdən verilmiş apellyasiya şikayəti isə 08 iyun 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Buna görə də birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılıb-buraxılmadığını araşdırmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(011)-131/2020 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli 2(011)- 131/2020 saylı qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh X4 nümayəndəsi X5 həmin qərardaddan 19 fevral 2021-ci il tarixdə şikayət vermiş, lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(011)-131/2020 nömrəli qərardadı ilə X2 cavabdeh X4 nümayəndəsi kimi səlahiyyətlərini təsdiq edən etibarnamənin qüvvədə olma müddətinin ötməsi əsası ilə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh Orxan Məmmədovun nümayəndəsi Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(011)-131/2021 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(011)-131/2021 saylı qərardadı ilə təmin edilməmişdir. Qərardaddan cavabdeh Orxan Məmmədovun nümayəndəsi Vəkil şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Orxan Məmmədov Azərbaycanda deyil, 10 aydır ki, onun hüquqlarını müdafiə etmir və Orxan Məmmədovun ona verdiyi etibarnamənin müddəti 18 dekabr 2020-ci il tarixdə bitmişdir. Bu halda o, 03 fevral 2021-ci il tarixli qərardaddan şikayət verə bilməzdi. 03 fevral 2021-ci il tarixli qərardaddan isə Orxan Məmmədovun xəbəri olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(011)-131/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi şikayəti müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin edilməməsini, qərardadın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(011)-131/2020 saylı qərardadı ləğv edilməli, 03 fevral 2021-ci il tarixli 2(011)-131/2020 saylı qərardaddan şikayət vermə müddəti Cavabdeh2 üçün bərpa edilməlidir. Belə ki, 03 fevral 2021-ci il tarixli 2(011)-131/2020 saylı qərardadın tərəflərə göndərilməsi barədə 08 fevral 2021-ci il tarixli poçt reyestri iş materiallarına əlavə olunsa da (i.v.217), qərardadın tərəflərə, o cümlədən Cavabdeh2 çatması barədə iş materiallarında heç bir sənəd yoxdur. 03 fevral 2021-ci il tarixli 2(011)-131/2020 saylı qərardaddan Cavabdeh2 adından atası Arif İbrahimov tərəfindən şikayət verilsə də, Cavabdeh2 tərəfindən A.İbrahimova verilmiş etibarnamənin müddəti 18.12.2020-ci il tarixdə başa çatdığından, şikayət geri qaytarılmışdır. İş materiallarında olan etibarnamədən görünür ki, Cavabdeh2 21 aprel 2021-ci il tarixdə Vəkil 5 il müddətinə etibarnamə verməklə onu məhkəmə və hüquq mühafizə orqanlarında təmsil etmək, onun adından iddia ərizəsi və şikayətləri imzalamaq və sair səlahiyyətlər vermişdir. X3 şəhərində verilmişdir. Cavabdeh2 tərəfindən Vəkil etibarnamə verildikdən sonra 20 may 2021-ci il tarixdə qərardaddan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizə verilmiş, ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası hesab edir ki, qanunla müəyyən olunmuş müddətdə verilmiş şikayət nümayəndəyə verilmiş etibarnamənin müddəti başa çatdığına görə geri qaytarıldığından və həmin nöqsan aradan qaldırılmaqla yenidən şikayətlə məhkəməyə müraciət olunduğundan, ədalətli məhkəmə araşdırması hüququnu təmin etmək məqsədilə buraxılmış müddət üzrlü hesab edilərək bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. İş materiallarında olan pasportun surətindən və portaldan çıxarışdan görünür ki, qətnamədə və qərardadlarda X1 göstərilən şəxsin soyadı Məmmədlidir. (i.v.127, 168) Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 133.1, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(011)-131/2020 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(011)-131/2020 saylı qərardadından Cavabdeh2 tərəfindən şikayət verilməsi üçün buraxılmış prossesual müddət üzrlü hesab edilərək bərpa edilsin. Mülki iş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(011)-131/2020 saylı qərardadından Cavabdeh2 şikayətinə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7726/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7726/2021
27.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver