Məhkəmə qərarları › İş №2(103)-773/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-773/2021

27.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-773/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1, Cavabdehlər Cavabdeh1 və X8 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6 və qeyrilərinə qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(004)-12/2020 saylı qətnaməsindən İddiaçı, habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh5 və onun azyaşlı övladı X13 ünvan 1 fərdi yaşayış evinin ona məxsus «Q» literinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan; cavabdehlər Cavabdeh6, X9, X14, X15 və X11 həmin fərdi yaşayış evinin ona məxsus «Q» literinin 2-3 saylı yaşayış otaqlarından və 11-12 saylı kapital verandalardan, Cavabdeh4 isə «V» literinin 4 saylı yaşayış otağından çıxarılması, fərdi yaşayış evinin ona məxsus hissələrinin boşaldılması və ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsi, ev 81-in mülkiyyətçisidir. Bu barədə ona mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir. Cavabdehlər Cavabdeh1 və qeyriləri həmin ünvana qanunsuz olaraq qeydiyyata alınaraq, fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan 1/2 hissəsində bir neçə otağı və qarşısında yerləşən verandaları zəbt edərək iddiaçının mülkiyyətində olan bu otaq və verandalardan istifadə etməsinə maneələr yaradırlar. Cavabdehlərin onunla heç bir qohumluq münasibətləri yoxdur, göstərilən ünvana hansı yollarla qeydiyyata alınmaları da ona məlum deyildir. Nəticə etibarilə, cavabdehlərin ona məxsus Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsi, 81 nömrəli evin otaqlarını qarşısındakı verandaları ilə birlikdə zəbt etmələri onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqla, mülkiyyətçini özünə məxsus əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından məhrum edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(004)- 12/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 ünvan 1 fərdi yaşayış evinin İddiaçı məxsus «Q» literinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan; cavabdehlər Cavabdeh6, X9, X14, X15 və X11 həmin fərdi yaşayış evinin iddiaçıya məxsus «Q» literinin 2-3 saylı yaşayış otaqlarından və 11-12 saylı kapital verandalardan, Cavabdeh4 iddiaçıya məxsus fərdi yaşayış evinin «V» literinin 4 saylı yaşayış otağından çıxarılması, fərdi yaşayış evinin iddiaçıya məxsus hissələrinin boşaldılaraq İddiaçı qaytarılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı, habelə cavabdehlər Mübariz və Cavabdeh6lər ayrıayrılıqda apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətində qətnamənin Cavabdeh5 azyaşlı övladı X21 ilə birlikdə ünvan 1 fərdi yaşayış evinin ona məxsus «Q» literinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan çıxarılmalarına dair iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin bu hissədə də təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 isə qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişlər. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh5 azyaşlı övladı X21 ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşadığı və həmin evdən istifadə hüququnun tanınmasına iddialı olduğu halda, birinci instansiya məhkəməsi əsassız olaraq onun həmin evdə yaşamadığını qeyd edərək iddia tələbini ona qarşı hissədə rədd etmişdir. Halbuki, Cavabdeh5 həmin evdə yaşamasını əvvəllər iddiaçıya qarşı verdiyi iddia ərizələrində də etiraf etmişdir. Cavabdeh1 iddia tələbi belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi texniki pasportda mövcud olmayan “Q” literinin qarşısındakı tikililərin iddiaçıya məxsus olmamasını, həmin tikililərin iddiaçıya məxsus 243,4 kv.metrdən artıq hissədə yerləşməsini, qeyd olunan tikililərin Cavabdeh1 tərəfindən inşa olunmasını, həmin sahələrin Cavabdeh1 və onun ailəsinin faktiki sahibliyində olmasını nəzərə almamışdır. Məhkəmə həmçinin nəzərə almamışdır ki, Cavabdeh1 və ailə üzvlərinin həmin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməmişdir. Cavabdeh6 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o doğulduğu 1965-ci ildən hal-hazırkı dövrə qədər ünvan 1 fərdi yaşayış evində qeydiyyatda olmaqla orada yaşayır. O həmin evdə yaşamaqla bərabər orada əlavə otaq və mətbəx tikmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Apellyasiya icraatı qaydasında işə baxılarkən İddiaçı, onun nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1 və X17 öz apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçün şəxs Bakı şəhəri Yasamal RPİ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(004)-12/2020 saylı qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilən hissədə ləğv edilərək həmin hissədə iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh6 apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Mülki Məcəllənin 165.1-ci maddəsinə görə isə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. İş materiallarında olan : - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna 03.10.2019-cu il tarixli, **********87 saylı çavab məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov (keçmiş Şahbazi) küçəsi, 81 saylı fərdi yaşayış evinin 1/8 hissəsi X6, 1/8 hissəsi X1, 1/8 hissəsi X3, 1/8 hissəsi X5, 4/8 hissəsi isə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Sözügedən ünvanın payçılarına dair natura bölgüsünə dair müvafiq sənəd arxiv qovluğunda aşkar edilməmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.04.2016-cı il tarixli 2(004)- 2094/2016 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanda yerləşən evin cavabdehə düşən pay hissəsində istifadə hüququnun tanınması və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddiası təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 24.10.2018-ci il tarixli 2(103)- 9796/2018 saylı qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.05.2019-cu il tarixli 2(102)-3452/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19.04.2018-ci il tarixli Qərarından görünür ki, Konstitusiya Məhkəməsi iddiaçılar Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən evdən istifadə hüquqlarının olmadığını hesab etmişdir. - 64 saylı MKTB-nin arayışlarından görünür ki, İddiaçı, habelə Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X9, X14, X15 Bakı şəhəri Yasamal rayonu T.Şahbazi küçəsi, 81 saylı evdə qeydiyyatdadır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.07.2011-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsində yerləşən 81 saylı evin 1/8, 1/8, 1/8, 1/8 və 4/8 paylara uyğun real bölgüsü aparılaraq, İddiaçı 4/8 payına düşən 243,4 kv.m, digər 4/8 paya (1/8, 1/8, 1/8, 1/8) düşən 290,7 kv.m müəyyən edilmiş və ekspert rəyinə əlavə olunmuş evin plan sxemində göstərilən D, E, V literli yaşayış evləri ümumi sahəsi 243,4 kv.m olmaqla iddiaçının payına uyğun naturada bölünərək İddiaçı ayrılması, iddiaçının Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsində yerləşən 81 saylı mülkdə onun payına düşən hissəyə köçürülməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 10.04.2013-cü il tarixli 2(103)-857/2013 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.07.2011-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.12.2013-cü il tarixli 2(102)-3774/2013 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 10.04.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Məhkəmə tərəfindən 24.09.2019-cu il tarixdə mübahisəli ünvan 2 ünvana yerli baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, evin mübahisəli hissəsində D, E, V və Q tikilisinin bir hissəsi mövcuddur. V tikilisi 2 hissədən ibarət olmaqla, 1 hissəsində və Q tikilisi hissəsində İddiaçı ailə üzvləri ilə birlikdə, V tikilisinin (yeni texniki pasporta əsasən V tikilisinin 4 saylı yaşayış otağında) digər hissəsində isə iş üzrə Cavabdeh1 anası, Cavabdeh4 yaşayır. D tikilisində (yeni texniki pasporta əsasən Q literinin 1 saylı yaşayış otağı və qarşısındakı 10 saylı kapital verandada) faktiki olaraq Cavabdeh1 və onun ailə üzvləri olan iş üzrə digər cavabehlər---həyat yoldaşı X2 və oğlu Cavabdeh3 yaşayır. E tikilisində (yeni texniki pasporta əsasən Q literinin 2-3 saylı yaşayış otaqları və 11-12 saylı kapital verandada) Cavabdeh6 və onun həyat yoldaşı---iş üzrə digər cavabdeh X9 yaşayır. Cavabdeh6 oğlu X19 faktiki olaraq mübahisəli ünvanda qeydiyyatda olsa da, hal-hazırda hərbi xidmətdə olması müəyyən edildi. Baxış zamanı Cavabdeh1 qızı olan Cavabdeh5 və onun yetkinlik yaşına çatmayan övladı X13 mübahisəli ünvanda ümumiyyətlə yaşamadıqları müəyyən edilmişdir. - Məhkəmə tikinti-texniki ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.02.2020-ci il tarixli 26858 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.07.2011-ci il tarixli 2(004)-156/2011 saylı qətnaməsi ilə iddiaçıya naturada ayrılan 243,4 kv.m olan D, E və V literli yaşayış evinin iş materiallarına əlavə edilmiş texniki pasportun məlumatlarında göstərilən Q literli tikilinin 1, 2, 3, 10, 11, 12 və 13 saylı tikililəri və V literli və İ, İİ (bir və iki) kimi göstərilən tikililərlə üst-üstə düşdüyü və Q literli tikilinin 1, 2, 3, 10, 11, 12 və V literli tikilidən cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov (keçmiş Şahbazi) küçəsi, 81 saylı fərdi yaşayış evinin 4/8 hissəsi İddiaçı paylı mülkiyyətində olmaqla, sonuncuya bu barədə daşınmaz əmlakın dövlət reyestrindən 23.06.2020-ci il tarixli çıxarış verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.04.2016-cı il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanda yerləşən evin cavabdehə düşən pay hissəsində istifadə hüququnun tanınması və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddiası təmin edilməmişdir. Keçirilmiş ekspertiza rəyi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.07.2011-ci il tarixli qətnaməsi ilə iddiaçıya naturada ayrılan 243,4 kv.m sahəsi olan D, E və V literli yaşayış evinin iş materiallarına əlavə edilmiş texniki pasportun məlumatlarında göstərilən Q literli tikilinin 1, 2, 3, 10, 11, 12 və 13 saylı tikililəri və V literli və İ,İİ (bir və iki) kimi göstərilən tikililərlə üst-üstə düşdüyü və Q literli tikilinin 1, 2, 3, 10, 11, 12 və V literli tikilidən cavabdehlər tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Beləliklə, Cavabdeh1 və qeyrilərinin iddiaçı X7 mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququnun yaranmasına dair hər hansı bir hallar müəyyən edilməmiş, cavabdehlər tərəfindən məhkəməyə buna dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. İddiaçı Zülfiyyə Nəsirovanın apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh5 qarşı hissədə təmin etməməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, Cavabdeh5 və onun azyaşlı qızı Ayan Mehdiyevanın mübahisəli mənzildə ümumiyyətlə yaşamamaları müəyyən edildiyindən, iddia tələbi bu hissədə əsassız olduğuna görə təmin edilməməlidir. Halbuki, iş materiallarından görünür ki, Cavabdeh5 əvvəllər də iddiaçı Zülfiyyə Nəsirovanın mülkiyyətində olan 81 saylı fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına iddialı olmuş, bu barədə Cavabdeh1 və qeyriləri ilə birlikdə Zülfiyyə Nəsirovaya qarşı məhkəmədə iddia qaldırmış, iddia ərizəsində də həmin evdə yaşadığını bildirmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhz iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin “Q” literinin otaqlarından və verandalarından cavabdehlərin çıxarılmasını qət etmişdir. Ekspert rəyinə əsasən texniki pasportda qeyd olunmayan “Q” literinin qarşısında bitişik vəziyyətdə əlavə tikililər (mətbəx, dəhliz, sanitar qovşağı) inşa olunmuşdur. Göründüyü kimi, həmin əlavə tikililərin “Q” literinə aidiyyatı yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 və ailə üzvlərinin həmin fərdi yaşayış evindən istifadə hüququna xitam verilmədiyi halda evdən çıxarılmasının əsassız olması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan məhkəmə qərarlarından da görünür ki, Cavabdeh1 həmin evdən istifadə hüququ yaranmamışdır və yaranmamış istifadə hüququna xitam verilməsi isə məntiqsizdir. Cavabdeh6 apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh6 1965-ci ildən həmin evdə yaşadığını bildirsə də, onun həmin evdən istifadə hüququ məhkəmələr tərəfindən tanınmamışdır. Orada Cavabdeh6 tərəfindən əlavə tikililərin inşa olunması məsələsinə gəldikdə isə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh6 yalnız 81 saylı evin İddiaçı mülkiyyətində olan hissəsindən çıxarılması qət olunmuşdur. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh6 apellyasiya şikayətləri əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 390-cı maddəsinə görə, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(004)- 12/2020 saylı qətnaməsi İddiaçı tərəfindən mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilsin. Cavabdeh5 azyaşlı övladı X21 ilə birlikdə İddiaçı məxsus ünvan 1 fərdi yaşayış evinin "Q" literinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan çıxarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 apellyasiya şikayətləri təmin edilməsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar