Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7732/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər-Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-1928/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, F.Ələsgərov adına Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsinə faktiki bərpa edilməklə əmək haqqı alacağı tarixədək olan müddətə buraxılmış müddət üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(104)- 578/2018 saylı qərarı əsasında İddiaçı Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbində direktor vəzifəsində işləməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2017-ci il tarixli, 11/974 saylı əmri ləğv edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı 2-1(104)-155/2018 saylı, xx xxxxx 2018-ci il tarixli məktubuna cavab olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, 1818-24/18 saylı məktubda Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, F-372 nömrəli əmrinə əsasən İddiaçı Daşkəsən rayon Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunması və məhkəmə qərarının icra edilməsi qeyd edilmişdir. İddiaçı işdən azad edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinin ləğv edilməsi və işə (de yure) bərpa edilməyi barədə yeni əmr verilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, buraxılmış müddət üçün əmək haqqıının ödənilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə xx.xx.2016-cı il tarixli, 11/974 saylı əmrini məhkəmə qaydasında mübahisələndirdiyi ilə bağlı, sonra isə cavabdehin xx.xx.2018-ci tarixli, F-372 saylı əmrini yerinə yetirməməsi nəticəsində aidiyyəti dövlət orqanlarına, məhkəmə hüquq mühafizə orqanlarına çoxsaylı müraciətlər etmək məcburiyyətində qaldığı üçün çəkdiyi poçt xərclərini, məhkəmə iclaslarında iştirak üçün Daşkəsən-Gəncə, Gəncə-Bakı gediş-gəliş xərclərini, məhkəmədə hüquqlarının müdafiəsi, 2 dəfə Apelyasiya, 2 dəfə kassasiya şikayətləri, 4 dəfə İnzibati məhkəməyə yazdırdığı vəkil xərclərinə görə 5.000 (beş min) manat, məhkəmə qərarı əsasında cavabdehin imzaladığı xx.xx.2018-ci tarixli, F-372 saylı əmrinin yerinə yetirməməsi nəticəsində yenidən məhkəmələrə müraciət etməyinə, cavabdeh tərəfindən qanunla qorunan hüquqlarının pozulması bir pedaqoq olaraq, bir müəllim kollektivinin rəhbəri olaraq ona mənəvi iztirablar yaşatmışdır və bu səbəbdən mənəvi ziyan olaraq 30.000 manat pulun kompenyasiya şəklində alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı işsiz qalmağı ilə əlaqədar kredit götürməyə məcbur olduğunu, xx.xx.2018-ci ildən bugünə kimi illik 26%-lə, 1530 manat kredit ödədiyini və bu məbləğin də cavabdehdən alınıb ona ödənilməsini tələb etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, o, işdən azad olunduğu xx.xx.2016-cı il tarixdən işə bərpa olunduğu xx.xx.2020-ci il tarixədək məcburi buraxılmış müddət üçün əmək haqqının ödənilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 2(005)-1928/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-1928/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apelyasiya şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfələrin izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-1928/2020 saylı qətnaməsi mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan ləğv edilməli və mülki işin ictaatına xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(104)- 578/2018 saylı qərarı əsasında İddiaçı Daşkəsən rayonu Kəmərqaya kənd tam orta məktəbində direktor vəzifəsində işləməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2017-ci il tarixli, 11/974 saylı əmri ləğv edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı 2-1(104)-155/2018 saylı, xx xxxxx 2018-ci il tarixli məktubuna cavab olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, 1818-24/18 saylı məktubda Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, F-372 nömrəli əmrinə əsasən İddiaçı Daşkəsən rayon Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunması və məhkəmə qərarının icra edilməsi qeyd edilmişdir. İddiaçı işdən azad edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinin ləğv edilməsi və işə (de yure) bərpa edilməyi barədə yeni əmr verildiyindən, Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, buraxılmış müddət üçün əmək haqqıının ödənilməsini xahiş etmişdir, lakin müraciəti təmin olunmamışdır. Hazırda iddiaçı işdən azad olunduğu xx.xx.2016-cı il tarixdən işə faktiki bərpa olunduğu xx.xx.2020-ci il tarixədək məcburi buraxılmış müddət üçün əmək haqqının ödənilməsini məhkəmədən xahiş etmişdir. Kollegiya yuxarıda qeyd olunanları, mübahisənin xarakterini, subyektiv tərkibini, iş materiallarında mövcud olan və iddiaçının işinə bərpa olunmasına əsas olmuş müvafiq inzibati məhkəmənin qərarlarını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının hazırkı tələbinə mülki icraat qaydasında baxıla bilməz. Belə ki, bu iş üzrə yaranmış mübahisənin kökünü əvvəlki məhkəmə prosesləri ilə baxılıb qiymət verilmiş iddiaçının vəzifədən azad elməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2017-ci il tarixli, 11/974 saylı əmrinin ləğvi təşkil edir.Sözügedən X4 Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(104)- 578/2018 saylı qərarı ilə ləğv olunmuşdur.Bundan sonra bu mübahisə ilə bağlı digər tələblərə də apelyasiya və kassasiya instansiya məhkəmələrində inzibati mübahisə kimi inzibati məhkəmə icraatı çərçivəsində baxılmışdır. Hazırda iddiaçı işdən azad olunduğu xx.xx.2016-cı il tarixdən işə bərpa olunduğu xx.xx.2020-ci il tarixədək məcburi buraxılmış müddət üçün əmək haqqının Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ödənilməsini məhkəmədən xahiş etmişdir ki, bu tələb də yuxarıda qeyd edilən inzibati mübahisədən törəyən tələbdir, odur ki, inzibati mübahisədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinin tələblərinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati işlər üzrə məhkəmələr və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 saylı qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddianın əsasını və predmetini, həmçinin mübahisənin tərəfləri və mahiyyətini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinə aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalıdır. Belə ki, bu tələblər üzrə cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsində göstərilən və yuxarıda qeyd olunan inzibati orqanlara, iddiaçının tələbləri isə İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsində göstərilmiş iddialara aiddir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah edilməlidir ki, cavabdeh orqanın və yaxud vəzifəli şəxsin qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafıq qaydada "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. MPM-in 384.0.4-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. MPM-in 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi üçün əsasdır. Eyni zamanda Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, hazırkı tələbi ilə bağlı əvvəllər verdiyi iddia ərizəsinin inzibati məhkəmə icraatı çərçivəsində qəbul edilmiş qərardadla qeyri-mümkün sayılması iddiaçının inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yeni iddia ilə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 385 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-1928/2020-ci il il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “ məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, cavabdeh orqanın və yaxud vəzifəli şəxsin qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafıq qaydada "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət edilə bilər. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7732/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7732/2020
12.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver