Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7735/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh, X1 və X4 iştirakı ilə, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)-1511/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)- 1511/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilərək, Cavabdeh, X2, X8, X5 onlara məxsus ev əşyaları ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB y/s ev 157-də yerləşən 17 saylı mənzildən çıxarılmaları qət edilmişdir. Qətnamə xx xxxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Qətnamə ilə razı olmayan Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisələndirilən qətnamədən verilmiş apelyasiya şikayəti üzrə prosessual müddətin bərpa edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, həmin qətnaməni o almamış, həmin qətnamə barədə icra şöbəsinə çağırıldıqdan sonra məlumatı olmuşdur. Belə ki, qətnamənin məzmunu ilə icra şöbəsində tanış olduqdan sonra belə bir qətnamənin çıxmasını bilmiş və xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət edərək qətnaməni almışdır. Buna görə də ondan asılı olmayan səbəblərdən apelyasiya şikayətini məhkəməyə təqdim etmək üçün müəyyən edilmiş müddəti buraxmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)- 1511/2020 saylı qərardadı ilə cavabdeh tərəfindən apelyasiya şikayəti verilməsi ilə bağlı ötürülmüş müddətin bərpasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi öz qərardadını belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-1511/2020 saylı qətnaməsi həmin tarixdə Cavabdeh göndərilmiş, lakin xx xxxx 2020-ci il tarixdə sonuncu tərəfindən “imtina edildiyi” üçün xx xxxx 2020-ci il tarixdə məhkəməyə qaytarılmışdır. Belə olan halda həmin qətnamədən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin son günü xx xxxx 2020-ci il tarix hesab olunur. Cavabdeh isə xx xxxxxxxx 2020-ci il tarixdə yenidən qətnamənin surətini məhkəmə qəbzinə imza etməklə almışdır. Qətnamədən apelyasiya şikayəti verilmə müddəti üzrsüz səbəbdən ötürüldüyündən, cavabdehin qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti bərpa edilməməlidir. Cavabdeh həmin qərardaddan şikayət verərək ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, qətnamənin alınmasına dair qəbzə imza etməmiş və qəbzdəki imzanın əvvəli isə “v” hərfi ilə başladığına görə onun tərəfindən icra olunmamışdır. İddiaçı isə onun qonşuluğunda yaşayır, ola bilər ki, o imza edərək qətnaməni qəbul etmişdir. Məhkəmə onun faktiki imzası ilə xəbərnamədəki imzasını eyniləşdirməmiş, almaqdan imtina etdiyinə dair poçt sənədinin həqiqiliyi araşdırılmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)- 1511/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, X3 və X8 şikayəti müdafiə edərək təmin edilməsini, İddiaçı isə təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh X9 məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)-1511/2020 qərardadı ləğv edilməli, müddətin bərpası məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-1511/2020 saylı qətnaməsi həmin tarixdə Cavabdeh göndərilmiş, lakin xx xxxx 2020-ci il tarixdə sonuncu tərəfindən “imtina edildiyi” üçün xx xxxx 2020-ci il tarixdə məhkəməyə qaytarılmışdır. Sonradan Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə yenidən qətnamənin surətini məhkəmə qəbzinə imza edilməklə almışdır. Cavabdehin apelyasiya şikayəti isə xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara əsaslanaraq Cavabdeh apelyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddəti üzrsüz hesab edərək təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hərtərəfli araşdırma aparmadan qərar qəbul etmişdir. Belə ki, cavabdeh öz ərizəsində sözügedən qətnaməni almadığını, qətnamənin qətnamənin qonşuluğunda yaşayan İddiaçı tərəfindən imza edilərək qəbul edildiyini və müvafiq poçt qəbzindəki imzanın ona məxsus olmadığını bildirmişdir. İş materiallarında olan poçt reyestrindən görünür ki, mübahisə edilən qətnamə Cavabdeh tərəfindən xx xxxx 2020-ci il tarixdə almaqdan imtina edilmiş və qətnamə xx xxxx 2020-ci il tarixdə poçta qaytarılmışdır. Lakin birinci instansiya məhkəməsi müddətin bərpasından imtina barədə qərardad qəbul edərkən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-1511/2020 saylı qətnaməsinin məhz Cavabdeh təqdim edilməsi və onun tərəfindən almaqdan imtina edilməsini araşdırmaq üçün müvafiq poçt xidmətinin əməkdaşını dindirməmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, iş üzrə dörd cavabdeh olduğu halda, qətnamə cavabdehlərdən yalnız birinə göndərilmişdir. Buna görə də göstərilən hallar məhkəmə tərəfindən araşdırılmalı və müddətin bərpası məsələsinə yenidən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)- 1511/2020 saylı qərardadı ləğv edilsin. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-1511/2020 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsi məsələsinin yenidən araşdırılması üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7735/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7735/2020
14.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver