Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7739/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx NN-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı “işə bərpa və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı N1N-ci il dekabr ayından etibarən N nömrəli hərbi hissədə işləmiş, sonuncu vəzifəsi “Növbə rəisinin köməkçisi” olmuşdur. N19cu il iyul ayının sonlarında o, “növbə rəisi” vəzifəsini icra etmiş, növbəni qəbul etdiyi zaman yeni təyin olunmuş hərbi hissə növbətçisi növbələrin dəyişməsinə (yerbəyerə) gəlməmişdir. Yəni Q və QXN-nin müvafiq maddəsinə uyğun olaraq o və onun növbə heyəti onun tabeliyinə keçməmişdir. Həmin gün təxminən 11:00-1N:00 radələrində baş leytenant Cavadov Cəlil onu hərbi-hissə növbətçisinin otağına dəvət edərək elan etmişdir ki, o, yeni hərbi hissə növbətçisidir. Orada o, baş leytenant Cavadov Cəlili məlumatlandırmışdır ki, növbənin heyəti tam deyil və bu səbəbdən 1-ci postda (NBM-də) xidmət aparmaq üçün mühafizəçilər təyin olunmayıb. Öz növbəsində baş leytenant Cavadov ona demişdir ki, bu onun problemidir. Zavodun ərazisinin mühafizəsini təşkil etmək onun vəzifəsidir və tələb etmişdir ki, 1-ci postda xidməti saatdar kimi o və onun köməkçisi Hüseynov Natiqlə aparmalıdır. Zavodda qeyri iş günü olduqda və vəziyyətin konfliktə qədər böyüməyə görə o bu tələbi yerinə yetirməyə başlamışdır. Xidmət zamanı nə o, nə də köməkçisi istirahət edə bilməmişdir. Həmin gecə təxminən saat 01:N-dən sonra o, görmüşdür ki, köməkçi yorğunluq və yuxusuzluq səbəbindən xidmət aparmaq iqtidarında deyil. Nəzərə alaraq ki, hərbi hissə növbətçisi öz otağında yatıb, oda köməkçisinə yatmağa icazə vermişdir. Saat 03:00-da saatdarları postlarda dəyişmək üçün növbəni özü aparmış və köməkçini çox yorulduğu səbəbindən oyatmamışdır. Növbəni dəyişib qayıtdıqda mühafizə evində baş leytenant Cavadovu görmüş və ona mühafizə evinin nəzarətsiz qaldığı barədə öz iradını bildirmiş və ondan tələb etmişdir ki, növbələrin dəyişən zaman o və yaxud köməkçisi mühafizə evində olmalıdır. Üstəlik olaraq 1-ci postda (NBM-də) xidməti davam etməlidilər. O, köməkçini yuxudan oyatmış, lakin 1-ci postda onu xidmət etmək aparmağa göndərməmişdir. Çünki o mühafizəçi deyil və saatdar kimi xidmət aparmaq onun vəzifəsi deyildir. Saat 05:15-05:40 radələrində baş leytenant Cavadov daxili rabitə vasitəsi ilə ondan tələb etmişdir ki, o, 1-ci postun mühafizəsini təmin etsin. Cavab olaraq o, izah etmişdir ki, postlar cədvəlinə əsasən 1-ci postda xidmət aparmaq üçün heç kim təyin olunmamışdır. Baş leytenant Cavadov bir müddətdən sonra mühafizə evinə gəlmiş, bir qədər keçdikdən sonra onun xəbəri və icazəsi olmadan postlar cədvəlini götürərək getmişdir. Cədvəli qaytardıqdan sonra görmüş ki, o orada bəzi qeydllər yazıb. Səhər baş leytenant Cavadov bu hadisə barədə raport yazmış, oda araşdırma zamanı qısa olaraq izahat yazmışdır. Təəccüblü odur ki, nəticədə ona komandanlıq tərəfindən "Töhmət" elan olunmuşdur. Hesab edir ki, bu hadisə ilə əlaqədar komandanlığın ona qarşı mövqeyi qeyri obyektiv və qərəzli olmuşdur. xx xxxxxxxx N19-cu il tarixdə iki növbənin dəyişdirilməsi zamanı "Düzənlik" adlanan postda ayrı növbələrin mühafizəçiləri arasında təhvil-təslim zəmnində münaqişə yaranmışdır. X4 və Teymurov Əlimxan bir-birinə qarşı nalayiq sözlər işlətmişlər. Digər mühafizəçilərin köməyi ilə münaqişənin davaya çatmasının qarşısı alınmış, o, həmin tarixdə “növbə rəisinin köməkçisi” vəzifəsini icra etmiş, təhvil verən tərəf idi. Dərhal mobil telefon vasitəsi ilə (həmin ərazi zavod yerləşdiyi yerdən aralıda yerləşir) mühafizə komandasının rəisinə məlumat vermiş, hadisə iştirakçıları, şahidlər və o, izahatlarını yazmışdır. Təxminən 08-xx xxxxxxxx N19-cu il tarixdə həmin "Düzənlik" ərazisində hərbi texnikalarının üzərindən tərkibində əlvan metal olan ehtiyyat hissələrinin çatışmamazlığı aşkar olunmuşdur. Həmin ehtiyyat hissələrinin sayı və varlığı mühafizə edilməsi üçün heç bir sənəddə öz əksini tapmamışdır və o onların kiminsə kiməsə sayaraq və yaxud göstərərək təhvil verməsinin şahidi və ya iştirakçısı olmamışdır. Ehtiyyat hissələrinin yox olması ilə əlaqədar komandanlıq tərəfindən daxili araşdırma təşkil edilmişdir. xx xxxxxxxx N19-cu il tarixdə digər növbə heyətinin təlimat sırasının qarşısında zavod müdürü polkovnik-leytenant Rauf Bəşirov müraciət edərək “Mən bilirəm ki, Xanların pərləri oğurlayanlar barədə məlumatı var. Mən demirəm ki, o oğrudur. Ona deyin ki, bir həftə ərzində pərləri qaytarsın, ya da oğruların adını desin. Əks halda öz arzusu ilə işdən çıxması barədə ərizəsini yazsın. Mən dediyimi eləməsə, mən bilirəm nə etmək lazımdır” məzmununda ona ismarıc göndərmişdir. Bu cür ismarıcda sonra o, psixoloji sarsıntı keçirmişdir. Çünki heç bir dəlil olmadan günahsız insanı oğurluqda ittiham etmək rəhbərə yaraşmayan hərəkətdir. xx xxxxxxx N19-cu il tarixində növbədən çıxan zaman kadrlar rəisi Kəmalə xanım onu öz otağına dəvət edərək zavod müdürünün “Əmək müqaviləsinə xitam” verilməsi barədə qərarı ilə tanış olmağını xahiş etmişdir. Həmin günü həmkarlar ittifaqının iclası keçirilmişdir. Qərarda qeyd olunub ki, "Düzənlik" ərazisində mühafizəçilərin münaqişəsi yaranan zaman o əmək intizamını pozduğundan və öncə xidmətdə "Töhmət" aldığına görə onunla əmək müqaviləsinə xitam verilir. Həm kadrlar rəisinə həm həmkarlar ittifaqının iclasında demişdir ki, "Qərarda göstərilən faktlar araşdırmanı aparan hüquqşünas tərəfindən qərəzli tərzdə təqdim olunub mən bu qərarla razı deyiləm və aidiyyatı qurumlara öz şikayətimi bildirəyəcəyəm". Yuxarıda qeyd etdiklərindən sonra, yəni xx xxxxxxx N19-cu il tarixli, N61 nömrəli əmrlə cavabdehlə olan əmək müqaviləmə əsassız olaraq xitam verilmişdir. Ona yalnız əmək kitabçası qaytarılmış, çoxsaylı müraciət və tələbi olsa da, əmrin özü bu günədək ona rəsmi qaydada verilməmişdir. O özü müharibə veteranıdır, ailəsinin bir çox qayğıları da onun üzərindədir. Ona qarşı olan haqsızlığın əsas səbəbini başa düşə bilmir. Həmçinin bu haqsızlıq nəticəsində o və ailə üzvləri kifayət qədər mənəvi əzab və iztirab keçirmişdir. Qeyd edilənləri nəzərə alaraq, məcburi iş buraxma müddəti üçün, əmək haqqı ödənilməklə onun tutduğu vəzifəyə bundan əvvəl işlədiyi şərtlər ilə bərpa edilməyi və ona iddia üzrə dəymiş zərərin məbləğinin, yəni işdən çıxarılmağı ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, eləcə də mənəvi zərərin əvəzi olaraq 30000 manatın işəgötürən N saylı hərbi hissə tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx NN-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi. İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə N saylı hərbi hissənin N saylı, xx xxxxxxx N19-cu il tarixli əmrinin ləğv edilməsi və onun, N saylı hərbi hissənin mühafizə komandasının növbə rəisinin köməkçisi vəzifəsinə bərpa edilməsi, N saylı hərbi hissə tərəfindən xx xxxxxxx N19-ci il tarixdən başlayaraq iddiaçının işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqınınhesablanaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx NN-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əmək müqaviləsi üzrə vəzifələrinin lazımınca yerinə yetirilməməsinə görə N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N19-cu il tarixli N57 nömrəli əmri ilə töhmət verilmişdir. Lakin iddiaçı bundan heç bir nəticə çıxarmamış və xx xxxxxxxx N19-cu il tarixdə hərbi hissənn 5-ci postun təhviltəslimi zamanı müəyyən edilmişdir ki, mühafizə komandasının növbə rəisinin köməkçisi İddiaçı növbə rəisinin köməkçisi vəzifəsini düzgün yerinə yetirməmiş və bunun nəticəsində mühafizəçilər bir-biri ilə mübahisə etmiş və vəzifə borclarının tələblərini kobud şəkildə pozmuşdular. xx xxxxxxx N19-cu il tarixdə N saylı hərbi hissənin Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx NN-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx NN-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx NN-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37N.6 və 37N.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş apelyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilməklə, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam şəkildə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya sikayətinin dəlillərini, is materiallarında olan sübutlari və iddiaçının apellyasiya icraaatında verdiyi izahatı muzakirə edib, apellyasiya instansiyası məhkəmə kollegiyasi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və qətnamə ləğv edilib, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin əsaslı olması barədə gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7N-ci maddəsinin “ə” bəndinin tələbləri pozulmuş, maddədə nəzərdə tutulduğu kimi iddiaçının əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarması gözlənilmədən, yəni altı ay ərzində təkrarən əmək funksiyasını pozması müəyyən edilmədən iki aydan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən əsaslardan biri ilə xitam verilməsinə baxmayaraq, qeyd olunan əmr verilərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə yalnız ümumi şəkildə “əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə” yazılmaqla kifayətlənilmiş, səhvlərin nədən ibarət olması açıqlanmamış və əsaslandırılmamışdır, bununla da Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulmuşdur. Digər tərəfdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam verilməsi barədə hərbi hissə komandirinin xx.xx.N19-cu il tarixli, N61 nömrəli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla verilmiş, İddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə sübutları düzgün qiymətləndirməmiş və maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən İddiaçı xx.xx.N1N-ci il tarixli, 657 saylı əmrlə texniki nəzarət bölməsinin 6-cı dərəcəli nəzarətçi qəbuledicisi vəzifəsinə əmək müqaviləsi əsasında işə qəbul edilmiş, xx.xx.N14-cü il tarixli əmrlə həmin bölməsinin baş nəzarətçi ustası vəzifəsinə, xx.xx.N15-ci il tarixli əmrlə texniki baş nəzarət bölməsinin baş nəzarət ustası vəzifəsinə, xx.xx.N16-cı il tarixli əmrlə həmin bölmənin hazır məhsulun saxlama bölməsinin təmir fondunun boş olan saxlama sahəsinin rəisi vəzifəsinə, xx.xx.N19-cu il tarixli əmrlə hərbi hissədə təşkilat stat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq mühafizə komandasının köməkçisi vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N19-cu il tarixli, N57 saylı əmrindən çıxarışdan görünür ki, mühafizə komandasının müvəqqəti növbə rəisi İddiaçı hərbi hissənin kollektiv müqaviləsinin İİİ.3.N-ci bəndinə əsasən “töhmət” elan edilmiş və avqust ayına nəzərdə tutulmuş aylıq mukafatın N5 faizdən məhrum edilmişdir. xx.xx.N19-cu il tarixli, N61 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Aşağıda şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının vəzifəsindən azad olunması zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-cimaddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 7N-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-cimaddəsinin 3-cü hissəsinə əsasən işə götürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7N-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsədə tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmişəmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin N96-cı maddəsinin N-ci bəndində göstərilmişdir ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndində göstərilmişdir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cımaddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması üçün əsaslar mövcud olmuş və işəgötürən tərəfindən həmin əsaslar rəhbər tutularaq əmək qanunvericiliyinin müvafiq maddəsinin tələbinə uyğun olaraq əmək fəaliyyətinə xitam verilmişdir. Belə ki, iş materialarından görünür ki, xx xxxxxxxx N19-cu il tarixdə saat 10:30 radələrində hərbi hissənin 5-ci postunu təhvil alan mühafizəçi X7 postu təhvil verən muhafizəçi X1 mühafizə otağının təmizlənməsini tələb etmiş və bu zaman XN “siqaret çəkənlər barəsində” nalayiq söz işlətdiyindən aralarında mubahisə yaranmış, nəticədə S.Y.Kərimov mühafizəçi Ə.S.Teymurovu itələyərək yerə yıxmışdır. Hər iki şəxs mübahisə etdiklərini etiraf etmiş və mübahisənin qarovul otağının təhvil verilməsi zamanı baş verdiyi müəyyən edilmişdir. N nömrəli hərbi hissə komandiri həmin mübahisənin baş verdiyi zaman mühafizə komandasının növbə rəisinin köməkçisi kimi İddiaçı olduğunu və onun hərbi hissə komandirinin xx xxxxxx N19-cu il tarixli, N57 saylı əmri ilə “töhmət” elan edildiyini də nəzərə alaraq N61 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi işçilərin bir-biri ilə mübahisəsinin, yaxud təhqir etmələrinin əmək müqaviləsinə xitam verilməsinə əsas təşkil etməsi üçün, qeyd olunan bu hal nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-7N-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxxxx N13-cü il tarixli 59 saylı əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrində Hərbiləşdirilmiş mühafizə işinin təşkili və aparılması qaydaları haqqında Təlimatın 6.19-cu maddəsində Qarovul rəisinin köməkçisinin vəzifələri müəyyən edilmişdir. Həmin təlimatın 6.19.6-cı maddəsinə əsasən qarovul rəisinin köməkçisi avadanlığın, inventar və əmlakın işlək vəziyyətdə saxlanılmasına, qarovul otağında və ətrafdakı ərazidə təmizliyə və səliqəyə riayət olunmasına, sobaların vaxtında qalanmasına və işıqların yandırılmasına nəzarət etmək vəzifəsini daşıyır. Hazırki işin müəyyən olunmuş və mübahisələndirilməyən halı isə postu təhvil alan mühafizəçi X7 postu təhvil verən muhafizəçi XN arasında baş vermiş münaqişənin səbəbinin postun təhvil-qəslimi zamanı qarovul otağında olan natəmizlik səbəbindən yaranmasından və həmin zaman növbə rəisinin köməkçisi kimi İddiaçı olmasıdır. Belə olan halda kollegiya hesab edir ki, postun təhvil-təslimi zamanı qarovul otağının təmizliyinə nəzarət etmək birbaşa olaraq İddiaçı vəzifəsi olmuşdur. İddiaçı isə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə mühafizəçilər arasında münaqişə yaranmış və bunun nəticəsində hərbi hissənin icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Belə ki, hərbiləşdirilmiş mühafizə Müdafiə Nazirliyinin tabeliyində olan əhəmiyyətli və rejimli obyektlərin mühafizəsi məqsədi ilə həmin obyektlərin aid olduqları hərbi hissələrin (müəssisələrin, təşkilatların, bazaların, anbarların) nəzdində yaradılmış və bilavasitə hərbi hissə komandirinə (müəssisələrin, təşkilatların, bazaların, anbarların rəislərinə) tabe olan hərbiləşdirilmiş mühafizə bölmələri tərəfindən aparılan xidmətdir. Qeyd olunan müəssisələrdə nizam-intizamnın pozulması, işçilər tərəfindən öz üzərlərinə düşən öhdəliklərin icra etməməsi və yaxud öz vəzifələrinə laqeyd yanaşması həmin müəssisənin normal ahəngini pozmaqla yanaşı həmçinin dövlətin təhlükəsizliyi sahəsində də müvafiq neqativ nəticələrə səbəb ola bilərdi. Bu baxımdan həmin müəssisələrdə əmək və icra intizamının riayət olunmasına ciddi riayət edilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə İddiaçı tərəfindən edilən pozuntunun xarakteri və hansı nəticələrə səbəb olması ilə bağlı hallların göstərilməməsi əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, qarovul otağında muhafizəçilər arasında münaqişə orada olan natəmizlik səbəbindən yaranmış və həmin zaman orada olan təmizliyə nəzarət etməli olan şəxs muhafizə rəisinin köməkçisi kimi İddiaçı olmuşdur. Qeyd olunan bu hallar həm mühafizəçilər həm də İddiaçı özünün vermiş olduğu izahatlarda öz əksini tapmışdır. Həmçinin qeyd olunan halla bağlı qanunvericiliyin tələblərinə uyğun Həmkərlar İttifaqı Komitəsinə təqdimat verilmiş və əmək münasibətlərinə xitam verilməsinə dair razılıq alınmışdır. Bundan başqa qeyd olunmalıdır ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N19-cu il tarixli, N57 saylı əmri ilə hərbi hissənin kollektiv müqaviləsinin İİİ.3.N-ci bəndinə əsasən “töhmət” elan edilmişdir. İddiaçı ona verilmiş olan töhmətdən nəticə çıxarmayaraq əmək funksiyasını vəəmək müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.N-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin N17.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1 və 385.4-cü maddələrinə gorə maddi və prosessual huquq normalarının düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx NN-ci il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37N, 38N, 384.0.N, 385, 387, 39N, 393 və 40N-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx NN-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı işə bərpa və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən N (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7739/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7739/2020
10.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver