Məhkəmə qərarları › İş №2(103)-774/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-774/2021

17.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-774/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2940/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" saylı Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 198 saylı MTK tərəfindən tikilmiş binanın birinci mərtəbəsində yerləşən boş olan 2 otaqlı mənzilin ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2940/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək,qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X1 vəsatət verərək qeyd edilən mülki işin icraatının dayandırılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8212/20 saylı 30 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" saylı Mənzil Tikinti Kooperativinə qarşı mənzilin verilməsi tələbinə dair mülki işin icraatı İddiaçı cavabdeh "xxxx" saylı Mənzil Tikinti Kooperativinə qarşı koperativ üzvü kimi tanınması tələbinə dair mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsin 02 avqust 2021-ci il tarixdə İddiaçı cavabdeh "xxxx" saylı Mənzil Tikinti Kooperativinə qarşı koperativ üzvü kimi tanınması tələbinə dair mülki iş daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsin 17 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" saylı Mənzil Tikinti Kooperativinə qarşı mənzilin verilməsi tələbinə dair 2(103)-774/2021 saylı mülki işin icraatı təzələnmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, yuxarıda qeyd edilən mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı cavabdeh "xxxx" saylı Mənzil Tikinti Kooperativinə qarşı mənzilin verilməsi tələbinə dair mülki iş ilə İddiaçı cavabdeh "xxxx" saylı Mənzil Tikinti Kooperativinə qarşı kooperativ üzvü kimi tanınma tələbinə dair mülki işlərin birləşdirilməsi məqsədə müvafiq olduğundan bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" saylı Mənzil Tikinti Kooperativinə qarşı mənzilin verilməsi tələbinə dair mülki iş ilə İddiaçı cavabdeh "xxxx" saylı Mənzil Tikinti Kooperativinə qarşı kooperativ üzvü kimi tanınma tələbinə dair mülki işlər bir icraatda birləşdirilsin. İş üzrə məhkəmə baxışı 25 oktyabr 2021-ci il tarixə saat 09:45-ə təyin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar