Məhkəmə qərarları › İş №2(103)-774/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-774/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-774/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X17 və X10 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçılar X1 və qeyrilərinin Cavabdeh MTK-ya qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5307/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçılar X7, X18, X5, X31, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11, X11 və Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X32, İddiaçı5, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, X11, İddiaçı15, İddiaçı14 Cavabdeh MTK-ya qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı4, İddiaçı5, X6, İddiaçı6, İddiaçı7, X21, İddiaçı8, İddiaçı2, İddiaçı9, İddiaçı15 və İddiaçı14 mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə “Hidayət-N" MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi və “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələb olunan bütün tikinti sənədlərini müraciətə əlavə etməklə Bakı şəhəri Xətai rayonu X49 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçılar X7, X18, X22, X33, X5, X31, X34, X8, X19 və X36 Cavabdeh MTK-ya qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar X12, X29, X13, X23, X16, X24, X3, X4, X25 və X2 mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTKnın üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi və “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələb olunan bütün tikinti sənədlərini müraciətə əlavə etməklə Bakı şəhəri Xətai rayonu X49 küçəsi 2319- cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5307/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia qismən təmin olunaraq, Cavabdeh MTK tərəfindən İddiaçı15, İddiaçı2, X12, İddiaçı6, X16, İddiaçı5 və İddiaçı4 mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması, Cavabdeh MTK tərəfindən X24, X23, X29, X13, X2, X3, İddiaçı7, İddiaçı8, X9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 və İddiaçı14 mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, həmçinin “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələb olunan sənədlər müraciətə əlavə edilməklə Bakı şəhəri Xətai rayonu X49 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçılar X7, X18, X5, X31, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11, X11 və Cavabdeh MTK tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi (vəkili) Haqverdiyev Vəkil2 vəsatətlə müraciət edərək, iddiaçılar X7m və qeyrilərinin Cavabdeh MTK-ya qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair 2(103)-6890/2024 saylı mülk işlə, iddiaçılar X26 və qeyrilərinin Cavabdehnə qarşı “müəyyən hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsi” barədə tələbinə dair 2(103)-5465/2024 saylı mülki işin bir-biri ilə əlaqəli olduğundan bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan iddiaçılar X14 və qeyrilərinin Cavabdehnə qarşı “müəyyən hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsi” barədə tələbinə dair 2(103)-408/2025 (əvvəlki iş nömrəsi 2(103)-5465/2024) saylı mülki işlə (hakim Azad İmanov) birlikdə baxılması üçün birləşdirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. MPM-in 43.2-ci maddəsinin tələbinə görə, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Mülki işlər üzrə tərəflər, iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, işlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Həmçinin, qeyd edilməlidir ki, 2(103)-408/2025 saylı mülki iş daha əvvəl icraata götürülməklə, hazırkı işlə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilmişdir (müvafiq qərardad iş materiallarına əlavə olunmuşdur). Bu səbəbdən də, hazırkı mülki iş həmin işə birləşdirilərək birlikdə baxılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 169, 263-264 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırkı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan iddiaçılar X15 və qeyrilərinin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müəyyən hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair 2(103)-408/2025 saylı mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin (digər işə birləşdirilsin). Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar